Shia.az SonUmidTv media
» » » CƏHƏNNƏM DƏYİRMANI -- Bu dəyirmanın yemi (üyütdüyü şey) nədir?
Русская версия сайта Русская версия сайта
sitename

 

Günahkarların cəzalandırılması üçün kifayət edən cəhənnəm odu elə bir oddur ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edir[1] və zahirdən əlavə, batini də yandırıb-yaxır. Amma bəzi cəhənnəm əhli bu dünyada öz mövqe və məqamlarından sui-istifadə etdiyi üçün, həmin əzabdan əlavə, digər ağır əzablara da düçar olacaqlar. İmam Əli (ə) buyurur:

انَّ فى جَهَنَّمَ رَحىً تَطْحَنُ، افَلا تَسْئَلُونى ما طَحْنُها؟ فَقيلَ لَهُ: فَما طَحْنُها يا اميرَ الْمُؤْمِنينَ؟ قَالَ: الْعُلَماءُ الْفَجَرَةُ، وَ الْقُرَّاءُ الْفَسَقَةُ، وَ الْجَبابِرَةُ الظَّلَمَةُ، وَ الْوُزَراءُ الْخَوَنَةُ، وَ الْعُرَفاءُ الْكَذَبَةُ ...؛

"Cəhənnəmdə həmişə işləyən bir dəyirman var (ki, beş zümrəni buğda kimi üyüdəcək!) Heç soruşmursunuz ki, bu dəyirman nə üyüdür (və onun qidası nədir)? Soruşdular: "Ey Əmirəlmöminin! "Bu dəyirmanın yemi (üyütdüyü şey) nədir?”[2]

Həzrət onların cavabında beş zümrənin adını çəkir:

1. ألْعُلَماءُ الْفَجَرَةُ – Birinci zümrə azğın, dünyapərəst, təqvasız, əməlsiz, sözü ilə əməli düz olmayan alimlərdir. Onlar əllərində çıraq tutub insanlara həqiqi yolu və dini maarifi göstərdiyi, bir sözlə, onların etimad etdiyi şəxslər olduqları halda, əlində çıraq oğurluq edən oğru kimi azğındırlar. İmam Həsən Əskəri (ə) təkanverici bir rəvayətdə belə alimləri Yezidin ordusundan təhlükəli adlandırmışdır![3]

Əməlsiz, təqvasız və dünyapərəst alim elminə əməl etməsə də, xalq elminə görə ona ehtiram göstərib sözlərinə aldanır. Təqvasız olduğuna görə, belə alimin İslama vurduğu zərbəni heç bir cahil vura bilmir. Buna görə də, nə vaxt söhbət təqvadan gedirsə, elmlə yanaşı olan təqva nəzərdə tutulur. Elm və təqva bir-birindən ayrı olduqda, nəinki faydası olmayacaq, əksinə zərəri olacaqdır. Eləcə də,elm və bilikdən söhbət gedəndə, məqsəd əməllə yanaşı olan elmdir.

Əməlsiz və dünyapərəst alim elmli olduğuna görə xalqı aldatmağı hamıdan yaxşı bacarır. Belə alimin dinə xeyri dəyməz. Ona görə də onların hiyləsinə aldanmamaq, onların tələsinə düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Buna görə də, təqva və bilik birlikdə olanda faydalı olur, fərdlərin və cəmiyyətin səadətinə xidmət edir.

2. والْفُقَراءُ الْفَسَقَةُ – Cəhənnəm dəyirmanın üyütdüyü ikinci zümrə fasiq, aşkar günah etməkdən çəkinməyən qarilərdir. "Azğın alimlər”lə "fasiq qarilər” arasındakı fərq bundan ibarətdir ki, Quran qariləri camaata yalnız Quranı öyrədir və Quran müəllimləri sayılırlar. Azğın alimlər isə digər elmlərdə camaatın müəllimi hesab edilirlər. Əgər onlar fasiq olarsa, cəmiyyətə zərərləri daha çox olar. Onların vəzifə və məsuliyyəti mühüm olduğu və insanların, məxsusən, gənclərin ruhu və qəlbi ilə işlədikləri üçün əzabları da ağır və şiddətlidir.

3. والْجَبابرَةُ الظَّلَمََةُ – Üçüncü zümrə zülmkar hakimlərdir. Bu zümrənin təhlükəsi azğın alim və fasiq qarilərdən sonrakı mərhələdə yerləşir. Çünki onlar camaatın əqidəsini dəyişir, zülmkar hakim və rəhbərlər isə camaatın cisim və bədəninə zülm edirlər.

4. والْوُزَراءُ الْخَوَنََةُ – Zülmkar vəzirlər də cəhənnəm dəyirmanının qidası, yemi olacaqlar. Vəzirlərə xain, hakimlərə isə zalım deyilməsinin səbəbi odur ki, xain vəzirlər həm öz rəhbərlərinə xəyanət edərək onlara əyri yolu doğru yol kimi göstərir, həm də özləri və öz xalqlarına xəyanət edirlər.

5. والْعُرَفاءُ الْكَذَبَةُ – Beşinci zümrə yalançı ariflərdir. Burada ariflər dedikdə, hər bir sahənin mütəxəssisləri, məxsusən, müxbirlər nəzərdə tutulur. Yalan danışan və həqiqəti əks göstərən kütləvi informasiya vasitələri bu təbirə aiddirlər; elə informasiya vasitələri ki, yaxşılıqları, gözəllikləri və doğru yolu göstərmək və təbliğ etmək əvəzində, aludəlikləri, çirkinlikləri, yalan xəbərləri və əyri yolları təbliğ edir, xalqı müxtəlif bədbəxtliklərə düçar edirlər.

Yeri gəlmişkən, bu hədisdən məlum olur ki, cəmiyyət bu beş zümrə mehvərində dolanır. Əgər onlar islah olunsa və doğru yolda qədəm götürsə, cəmiyyət də islah olunar, yox, əgər azğınlığa düşsə, cəmiyyət də azğınlığa düşəcək. Onların azğınlıq nöqtəsi bir məsələdir, o da şəxsi mənafei ictimai mənafedən, maddi dəyərləri ilahi dəyərlərdən üstün tutmaqdır! ("İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 8-ci dərs.)

(Maide.Az)

 



[1] "Hüməzə” surəsi, ayə 7.

[2] "Mizanul-hikmət”, 2-ci cild, səh.351, fəsil 779, hədis 3556.

[3] "Quranın gözəl misalları”, 1-ci cild, səh.230.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Yalanın tövbəsi nədir?
Yalanın tövbəsi nədir?
Din alimi olmağın meyarı nədir?
Din alimi olmağın meyarı nədir?
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
Günahın xarlığı və itaətin izzəti
Günahın xarlığı və itaətin izzəti
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Tövbə nədir?
Tövbə nədir?
İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri
İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
Ailədə "üzr istəmək" mədəniyyəti
Ailədə "üzr istəmək" mədəniyyəti
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
Altı şey altı yerdə qəribdir
Altı şey altı yerdə qəribdir
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
Daha çox oxumaq istəyirsən? )))