Shia.az SonUmidTv media
» » » Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
Русская версия сайта Русская версия сайта
sitename
Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
1. İmanda başqalarını qabaqlayanlar. "(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar”. ("Vaqiə” 10-12).

2. Saleh əməl sahibləri. "İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. ("İbrahim” 23).

3. Müqərrəbinlər. "Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır”. ("Vaqiə” 88-89).

4. Yaxşı əməl görənlər. "Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar”. ("Yunus” 26).

5. Təqva əhli. "Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!”. ("Rəd” 35).

6. Şəhidlər. "Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb”.("Tövbə” 111).

7. Səadət əhli. "Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər”.("Hud” 108).

8. Namaz qılanlar. "O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar. Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. ("Məaric” 34-35).

9. Səbir edənlər. "Və onları etdikləri səbir müqabilində (üstün bir) cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”.("İnsan” 12).

10. İtaət edənlər. "Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər”. ("Fəth” 17).

11. Xof əhli. "Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri cənnətdir”.("Naziat” 40-41).

12. İman əhli. "İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. ("İbrahim” 23).

13. Tövbə edənlər. "Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin”. ("Təhrim” 8).

14. Yəmin əhli. "«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa. Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar”. ("Muddəssir” 39-40).
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
Gənclərin məclisində Quran qiraəti
Gənclərin məclisində Quran qiraəti
Quran nəzərindı günahların bağışlanmağına səbəb olan əməllər 
Quran nəzərindı günahların bağışlanmağına səbəb olan əməllər 
Dünya keçid yeridir, Axirət isə mənzil
Dünya keçid yeridir, Axirət isə mənzil
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
"Ümid" Qur'ani-Kərimin nəzərində:
"Ümid" Qur'ani-Kərimin nəzərində:
“Saleh əməl” nədir?!
“Saleh əməl” nədir?!
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
Quranın bizə tanıtdırdığı hegemonlar
Quranın bizə tanıtdırdığı hegemonlar
Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir
Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir
"Dünyada yaxşı iş görənlər deyil də AXİRƏT dünyasına yaxşı iş aparanlar nicat əhli olacaqlar
"Dünyada yaxşı iş görənlər deyil də AXİRƏT dünyasına yaxşı iş aparanlar nicat əhli olacaqlar
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
NÜDBƏ DUASI
NÜDBƏ DUASI
İman
İman
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
Tövbə qapısı
Tövbə qapısı
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
Mübahilə günü
Mübahilə günü
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Daha çox oxumaq istəyirsən? )))