Shia.az SonUmidTv media
sitename

Qeyd etmək lazımdır ki, imamətin tə’rifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və e’tiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Mə’lum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli tə’riflər vermişlər. Məsələn:
Əhli-sünnə alimlərindən biri imamətə belə tə’rif verir:
اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِیِ اُموُرِ الدّیِنِ وَالدُّنْیا، خَلافَة عَنِ النّبِی (ص)
"İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!”[1]
Bu tə’rifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada "imam” xalq tərəfindən seçilməlidir.
Başqa bir tə’rifdə deyilir: "İmamət müəyyən bir şəxsin şər’i hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”[2]
Bu tə’rifin birinci tə’riflə əsaslı fərqi yoxdur və hər iki tə’rif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli "Müqəddimə” adlı kitabında bu tə’rifi qeyd etmişdir.
Şeyx Müfid "Əvailul-məqalat” kitabının "ismət”[3] bölümündə belə yazır:
اِنَّ الاَئِمَّةَ القائِمِینَ مَقامَ الْاَنْبِیاء فِى تَنْفِیذِ الْاَحْکامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرایِع وَتأدیبِ الاَنامِ مَعْصوُموُن کَعِصْمَةِ الاَنْبِیاء
"Peyğəmbərin (s) canişini olan imamlar hədd[4], hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) mə’sumdurlar!”[5]
Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tə’rifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də "ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
"Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tə’rif verilir: "İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”[6]
Bu tə’rifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
***


[1] "Şərhi-təcrid”, Quşçi, səh. 472.
[2] "Təcridül-e’tiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əş’əri, "Tovzihul-murad”dan ("Şərhu-təcridil-e’tiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.
[3] "İsmət”, yə’ni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın mə’sum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mə’nəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük ne’mətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara "mə’sum” deyilir. ("Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) (Müt.)
[4] Şəriətdə bə’zi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına "hədd” deyilir. (Müt.)
[5] "Müqəddimə”, İbn Xəldun, səh. 191.
[6] "Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə).

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi
Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi
İmam Səccadın (ə) kəlamında müntəzirlərin vəzifəsi
İmam Səccadın (ə) kəlamında müntəzirlərin vəzifəsi
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Bu gün 4-cü İmam Zeynul Abidin əleyhissalamın mövlud gündür.
Bu gün 4-cü İmam Zeynul Abidin əleyhissalamın mövlud gündür.
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Əhli Sünnə alimi şeyx Mahmud Şəltut : Şiəlik əhli-sünnə məzhəblərinə tabe olmaq kimi şəriət nöqteyi-nəzərindən icazəlidir.
Əhli Sünnə alimi şeyx Mahmud Şəltut : Şiəlik əhli-sünnə məzhəblərinə tabe olmaq kimi şəriət nöqteyi-nəzərindən icazəlidir.
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Əhli-beyt (ə) mütləq nurdur
Əhli-beyt (ə) mütləq nurdur
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Adəm (ə) günahkardırmı?
Adəm (ə) günahkardırmı?
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Mübahilə günü
Mübahilə günü
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Daha çox oxumaq istəyirsən? )))