Shia.az SonUmidTv media
» » Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Русская версия сайта Русская версия сайта
sitename

 

 

Bəzi rəvayətlərdə nəql olunub ki, İmam Əli (əleyhissalam) dünyaya gəldikdən üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) təzə doğulmuş körpəni görməkdən ötrü Fatimə binti Əsədin evinə gedir. Rəvayət belə  nəql olunur: İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olarkən, İmam Əli (əleyhissalam) anasının qucuğında Onu görürü və özünü sirkələyərək İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) üzünə gülür və O Həzrətə belə salam verir: "Allahın salamı, rəhmət və bərəkəti sizə olsun!” Sonra İmam Əli (əleyhissalam) Allahın izni ilə səsini sinəsində gizlədir. Yenə də ayəni oxuyur:"Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədisəadətə qovuşmuşlar!) * O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnızAllaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”[1] Ondan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: "Möminlər sənin vasitənlə hidayət olacaqlar.” İmam Əli (əleyhissalam) bundan sonra yenə də ayələrin davamında belə tilavət edir: "Onlardır (bilin)varis olanlar -  Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”[2] İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: Ey Əli! Allaha and olsun ki, sən möminlərin əmirisən! Sən, elmin əsasında olanlara rəftar edərsən, onlar da sənin əmirliyini qəbul edərlər. Sən onların yol göstərəni olarsan, onlar da sənin yolunu qəbul edərlər.” Sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Fatimə binti Əsədə belə buyurur: "Əmim Həmzənin də yanına get və onu da bu təzə doğulmuş uşağla müjdələ!” Fatimə soruşur: Əgər mən özüm getsəm, mən gələnə kimi kim bu uşağa süt verəcək?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyrur: "Mən özün onu doyduraram.” Fatimə soruşur: Siz?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) bu zaman mübarək dilini İmam Əlinin (əleyhissalam) ağzına qoyur. Bu anda, on iki zülal çeşmə İmamın (əleyhissalam) ağzına qida verir. Bu münasibətlə həmin günü Tərviyə güna adlandırırlar. Fatimə binti Əsəd qayıtdıqdan sonra İmam Əlinin (əleyhissalam) başı üstündən bir nurun səmaya tərəf ucaldığını müşayət edir. Sonrakı gün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Fatimə binti Əsədin evinə gəlir.  İmam Əlinin (əleyhissalam) gözü İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) sataşan kimi ona salam verir və bir növ işarə edir ki, məni qucağına al, dünənki mənə verdiyindən yenə ver. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Onu qucağına alır. Fatimə binti Əsəd dedi: Kəbənin Allahına and olsun ki, Əli, O Həzrəti tanıdı! Fatimənin bu sözünə görə həmin günü Ərəfə günü adlandırırlar.”


Rəvayətin sənədi:
Bu  rəvayəti nəql edən ilk şəxs Şeyx Tusi olmuşdur.[3] Digər mənbələr də ona istinad ediblər.[4] Şeyx Tusi nəql etdiyi bu rəvayətə görə üç silsilə ravidən nəql edir ki, onların hər biri ya mürsəl və ya zəifdirlər. Bu cəhətdən, rəvayəti sənəd cəhətdən düzgün və səhih hesəb etmək olmaz.
Rəvayətin mövzusu;


Amma bu rəvayətin iki cəhətdən əsas mövzuda iradı var ki, aşağıda onu araşdırırıq;
Əvvəl; bu rəvayətdən nəql olunan bəzi məsələləri adi insanların təbiəti ilə uyuğun gəlməsinə baxmayaraq, möcüzə etiqadı ilə qəbul etmək olar. Amma, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) dilinin əmməsi vasitəsi ilə həmin günü Tərviyə günü adlandırmaq və ya həmin gündən iki gün sonra İmam Əlinin (əleyhissalam) İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) tanıması münasibəti ilə həmin günü Ərəfə günü kimi qeyd etmək qəbul olunmaz bir mövzudur. Ona görə ki, əgər İmam Əlinin (əleyhissalam) doğum gününü ən məşhur nəzərə görə rəcəb ayının 13-ü kimi nəzərə alsaq,Tərviyə və Ərəfə günü bu hadisədən dörd ay sonra baş vermişdir. Halbuki, rəvayətdə bütün bu hadisələrin təvəllüddən iki gün sonra baş verməsi qeyd olunur.


İkinci: Baxmayaraq ki, Qurani-Kərimdə bəzən bəzi fərdlərin dilindən bəzi kəlmələr nəql olunur, məsələn Quranda oxuyuruq: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "EyRəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizimqəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən,şəfqətlisən, mərhəmətlisən!"[5]  Amma Quranda nəql olunmuş bütün bu ifadələr xüsusi fərdlərə aiddir. Yəni, Quranın özü nəql edir ki, bu sözləri başqalarından nəql edir. Amma, Quranını başqalırından nəql olnumamış mətnini kimlərinsə vasitəsi ilə nəql olunması kimi dilə gətirmək, İslam təlimləri ilə uyuğun gəlmir və bundan əlavə, Quranın özü də təsdiq edir ki, hətta İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) əvvəlcədən xəbəri olsa da vəhy gəlməzdən qabaq ayələrini dilində zikr etməyə ixtiyarı yoxdur. "Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəlQur’anı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!" - de.”[6]
"(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçündilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!) «[7]
Ona görə də qeyd olunmuş rəvayətin mövzusu araşdırılan ayələrin mətni ilə uyuğun gəlmir.


 
[1] Möminlər surəsi 1-2
[2] Möminlər surəsi 10-11
[3] Şeyx Tusi, Əl-Əmali, səh.708; Qum, Darus-Səqafə nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili
[4] Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh.36; Beyrut, Daru ehya turasi ərəbi nəşriyyatı, ikinci çap, 1403 h.qəməri ili; Bəhrani SEyyid haşim, Əl-Burhaq fi təfsiril-Quran, c.4; səh.13; Tehran, Bunyad besət nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili.
[5] Həşr surəsi -10
[6]  Taha surəsi 114
[7] Qiyamət surəsi 16



www.ehlibeyt.info

 



 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Cümə günün duası
Cümə günün duası
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Novruz və İslam.
Novruz və İslam.
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI
İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Salavatın fəziləti
Salavatın fəziləti
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))