Shia.az SonUmidTv media
» » Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Русская версия сайта Русская версия сайта
sitename

Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı


Sual :Peyğəmbərin (s) nübüvvətinin hədəfləri həzrət Əlinin (ə) sözlərində necə bəyan olunmuşdur?Cavab:

Həzrət Əli (ə) "Nəhcül-bəlağənin” ikinci xütbəsinində Allahın birliyi ilə əlaqədar dəlilləri əsaslandırdıqdan sonra, tövhiddən sonra ikinci və önəmli məsələ sayılan "nübüvvət” (peyğəmbərlik) məsələsini vurğulayaraq buyurur:
«وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ».
"Mən şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi və rəsuludur”
Bəli, Məhəmməd (s) "rəsul və elçi” olmazdan öncə, Allahın xas bənələrindəndir. Əgər xas və seçilmiş bəndələrdən olmasaydı, nübüvvət məqamına nail ola bilməzdi. Bundan əlavə, o həzrətin bəndə olmasına şəhadət vermək peyğəmbərləri (öz düşüncələrinə əsasən) "ilahi” həddinə qədər ucaldan kimsələr üçün tutarlı bir cavabdır. Onlar bu düşüncə ilə peyğəmbərləri bir-birindən fərqləndirən bəndəlik ünvanını onlardan alırdılar.
Daha sonra Əmirəl-möminin (ə) Peyğəmbərin (s) risalət və vəzifəsini belə bəyan edir:
«اَرْسَلَهُ بِالدّینِ الْمَشْهُورِ وَ الْعَلَمِ الْمَأثُورِ(1) وَ الْکِتابِ الْمَسطُورِ، وَالنُّورِ السّاطِعِ(2) وَ الضِّیاءِ اللامِعِ، وَ الاَمْرِ الصّادِعِ». (3)
"Allah onu özünün aşkar fərmanı ilə məşhur (tanınmış) din, aydın nişanə, kitab, parlaq nur və əhatəli aydınlıqla göndərdi.”
Bu kimi dərin məna və möhtəvalı ifadələrin nəyə işarə olmasına dair təfsirlər müxtəlifdir.
İlk olaraq "Məşhur din” dedikdə, İslam dininə, "Təsirli elm” möcüzələrə, "Yazılmış kitab” Qurana, "Parlaq nur” Peyğəmbərin (s) ilahi elminə, "Əhatəli aydınlıq” Peyğəmbərin (s) sünnəsinə (gətirdiyi adət və ənənələrə) və (به قرینه آیه فَاصْدَعْ بِما تُؤمَرُ) (4) bu mübarək ayiyə əsaən "Aşkar fərman” dedikdə isə təqiyyənin tərk edilməsinə və müşriklərin qarşısında çəkinmədən tövhidin aşkarlanmasına işarə edilir.
Bir ehtimal da vardır ki, "Parlaq Nur” və "Əhatəli aydınlıq” ifadələri Quran barəsində daha ətraflı açıqlamaları ifadə edir, çünki Quran cəmiyyətdə insanların fikir və düşüncələrinin formalaşmasının mənşəyidir.
Daha sonra isə Peyğəmbərin (s) risalət və vəzifələri ilə bağlı hədəfin son məqamı olaraq Quranın gətirilməsi ilə möcüzələr, qanunlar və ilahi hökmlər barədə buyurur:
«اِزاحَةً(5) لِلشُّبُهاتِ، وَ احْتِجاجاً بِالْبَیِّناتِ، وَ تَحْذیراً بِالآیاتِ وَ تَخْویفاً بِالمَثُلاتِ». (6)
"Peyğəmbərə (s) möcüzələr, qanunlar, ilahi hökmlər və nübüvvətin verilməsində bir neçə hədəf vardır. Hədəf bu idi ( ki, hər hansı bir şübhəni aradan qaldırsın, məntiqli surətdə dəillər irəli sürsün və mübarək Quran ayələrinin vasitəsi ilə insanları Allahla müxalifətçilik etməkdən çəkindirsin və bunun nəticəsində insanları onun cəza və əzabına düçar olmaqla qorxutsun).
Yuxarıda qeyd olunan ifadələrin təfsiri ilə bağlı demək olar ki, "Şübhələri aradan qaldırmaq” dedikdə, ilahi dəlil və nişanələr nəticəsində heç bir şəkk-şübhənin qalmamasıyla ortaya çıxan həqiqətə işarə edilir və həmçinin, "Məntiqli dəlillər irəli sürmək” ifadəsi əqli dəlillərə qane olmayan kəslər üçün hiss orqanları ilə dərk olunan və imana səbəb olan bir sıra möcüzələrə şamildir və Allahın cəza və əzabı ilə "Qorxutmaq” və eləcədə "cəzaların yüngülləşməsi” kimi ifadə (və xəbərdarlıqlar) dünyaya aid olan təhdidlərdəndir. Həmin məsələyə bu mübarək ayədə də işarə olunmaqdadır:
"Onlar Allahın rəhməti və xeyir yerinə, onlardan əvvəlkilərə ibrətamiz bəlaların nazil edilməsinə baxmayaraq, səndən israrla əzabın gəlməsini tələb edirlər.” (7), (8).


Mənbə: http://makarem.ir/Maaref/?typeinfo=25&lid=6&mid=326199&catid=0&start=1&PageIndex=0


(1). "Məsur” kəlməsi ərəb dilində "əsər” sözündəndir və "nəyinsə nişanə və izləri" mənasınadır, elə buna görədir ki, alimlərdən irs qalmış elmlərə "əsər” deyilir.

(2). "Sati” ərəb dilindəki "sutu” sözündən götürülmüşdür və "nəşr etmək və yaymaq" mənasınadır, eyni zamanda, "yüksəlmək və əhatə etmək" mənalarında da istifadə olunur. Buna əsasən, "parlaq nur” dedikdə hər tərəfi öz əhatəsinə alan aydınlıq və nur nəzərdə tutulur.

(3). "Sadi” sözü "sədəə” sözündəndir və "hər hansı bir bərk cismi parçalamaq və ayırmaq" mənasını ifadə edir, eyni zamanda, "qətiyyətlilik" mənasını da özündə daşıyır.

(4). "Hicr” surəsi, ayə 94.

(5). "İzahə” sözü "ziyh” sözündən olan və "uzaqlaşmaq" mənasını ifadə edən bir sözdür. Deyə bilərik ki, bu kəlmə "hər hansı bir maneə və şübhəni uzaqlaşdıraraq həqiqəti qoruyub saxlamaq" kimi mənaları verir.

(6). "Məsulat” – "məsulə” sözünün cəm formasıdır və başqalarına ibrət olacaq "bəla", "müsibət" və "narahatlıq" mənalarındadır. ("Mufrədati-Rağib”, "ət-Təhqiq”, "əs-Sihah” və "Məcməul-bəhreyn” lüğət kitabları).

(7). "Rəd” surəsi, ayə 6.

(8). "Peyame Əmirəl-muminin (ə)”, Ayətullah Nasir Məkarim Şirazi, "Darul-kutubul-İslamiyyə”, c.1, səh.275, Tehran, 1387 h.ş.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))