Shia.az SonUmidTv media
» » “Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)
Русская версия сайта Русская версия сайта
sitename

"Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)

Bismilləhir-rahmənir-rahim

Vəs-salətu vəs-sələmu alə əşrəfil-ənbiyəi vəl-mursəlin, həbibi İlahil-aləmin

Əbil-Qasimi Muhəmmədin və Əlihit-tayyibinət-tahirin

Hörmətli müsəlmanlar, bildiyiniz kimi bir neçə gün bundan əvvəl orta əsr insanlarının düşüncə səviyyəsindən çıxa bilməyən sələfi-vəhhabi əqidəsinin mənsublarından birinin, Yaşar Süleymanlı adlı şəxsin "şiə mənbələrində yer kürəsi sabitdir, fırlanmır” adlı iftira dolu səs yazısına cavab vermişdik. Həmin məqaləniBU LİNKDƏNoxuya bilərsiniz. Əslində, Yaşar kimi bir şəxsə cavab yazmağımız kimlərsə onun bizə müxatəb olması kimi görünməməlidir. Əsla. Çünki, Yaşar Süleymanlı kimi öz ana dilində belə doğru-düzgün danışa bilməyən bir şəxs ciddiyə alınacaq bir şəxs deyil və ola da bilməz, lakin, səs yazısındakı iftiranın son həddə olması və bu şəxsin insanlarda yanlış fikir yeritməyə çalışması bizi onun uydurmalarına yığcam şəkildə cavab verməyə sövq etdi. Lakin, görünür yazdığımız bu qısa yazı Yaşar Süleymanlı adlı bu şəxsi necə narahat edibsə, düzəltdiyi iftira dolu səs yazısının 2-ci hissəsində bu məsələyə toxunaraq bizi rəddiyyə yazmaqla "hədələmişdir”.

Biz bu yazımızda Allahu-təalanın izniylə bu şəxsin eyni adlı videonun 2-ci hissəsində uydurduğu batil dolu sözlərə cavab verəcək, onun necə elmdən və maarifdən uzaq bir şəxs olduğunu növbəti dəfə siz müsəlmanlara təqdim edəcəyik.

BİRİNCİ MƏQAM:

Müddəi Yaşar Süleymanlı bizim yazıb onu ifşa etdiyimiz məqaləmizdən necə qəzəblənmişsə, növbəti videosunda məqalənin yerləşdirildiyi saytı"şizofreniklərin saytı”kimi qələmə vermişdir. Əlbəttə, Yaşar Süleymanlı və onun havadarlarının bu sayt və bu kimi digər şiə saytlarından qıcıqlanması başa düşüləndir. Axı "şizofreniklər” adlandırdığı bu insanlar və onların gördükləri işlər Yaşarın və onun havadarlarının camaata sırımaq istədiyi zəhərli fikirlər qarşısında ən böyük maneədir. Niyə də qıcıqlanmasın? Axı bu cür saytlar mövcud olduğu müddətcə, Yaşarın bazarı tutmaycaq. İstədiyi kimi insanları aldadıb onlara yalan-dolan sözlər yeridə bilməyəcək.

Daha sonra Yaşar Süleymanlı adlı bu şəxs "çox güclü”, "sərih”, "açıq-aşkar” dəlillər gətirdiyini bildirərək bizim bu "dəlillərə” tutarlı cavab vermədiyimizi iddia edir. Yəqin Yaşar, Mustafa Xomeyniyə atdığı "gurultulu” iftirasını nəzərdə tutur, yaxud da "Nəhcül-Bəlağə” kitabında gələn və heç üzündən belə oxuya bilmədiyi ali məzmunlu mətnlər barədə etdiyi cılız və gülünc iddianı nəzərdə tutur, ya da 1000 il bundan qabaq yaşamış Şeyx Müfid kimi bir alimdən gətirdiyi "dəlili” nəzərdə tutur. Əlbəttə, az əvvəl də qeyd etdiyimiz kimi, biz bu şəxsin ilk səsyazmasına mümkün qədər qısa cavab verməyə çalışmışdıq. Çünki, bununla zatən bəlli olan bir məsələ barəsdə uzunçuluq edərək oxucunu yormaq istəməmiş, sadəcə Yaşar adlı bu şəxsin iftiralarını göstərməklə kifayətlənmək istəmişdik. Şübhəsiz ki, gözü açıq olub qəlb qulağı ilə dinləyən kəslər üçün kiçik bir işarə belə kifayət edər. Lakin, inadkarlıq uçurumuna yuvarlanıb nəfsi-əmmarənin qulu olan şəxslər üçün bir kitab yazsan belə yenə də bəs etməz. Buna baxmayaraq, biz Yaşarın növbəti videosunda dediyi sözləri nəzərə alaraq bu yazımızda məsələyə daha geniş şəkildə yanaşacağıq.

Daha sonra Yaşar adlı bu müddəi bizim verdiyimiz rəddiyyələrə özünə məxsus şərh verərək"ciddi elmi rəddiyyə verməyib insanların "kafasını” ikinci və ya üçündü dərəcli məsələlərlə qatmağa çalışmışdır”- demişdir.

Görəsən, Yaşarın dediyi ciddi rəddiyyə necə olur? Görəsən, ərəb nasibilərinin səhifələrindən qamarlayıb Mustafa Xomeyniyə nisbət verdiyi iftiraya verdiyimiz cavab gülməlidir? Görəsən bu insanların "kafasını” ikinci, üçüncü dərəcəli şeylərə qatmaq sayılır? Görəsən, Yaşarın elmin açarı olan ərəb dilinin qramatikasından bixəbər olduğunu sübuta yetirməyimiz ikinci dərəcəli məsələ sayılır? Görəsən, Yaşar özünü əllamə hesab edib "şiə məzhəbində yer kürəsi öküzün buynuzu üstündədir” deyərkən cavabını verib yerinə oturtduğumuz zaman bəsit rəddiyyə vermiş olmuşuq? Yaxud, yerin düz şəkildə olmasını əhli-sünnə alimlərinin ümumi rəyi kimi təqdim edən Suyutidən gətirdiyimiz dəlili Yaşar zarafat hesab edir? Yaxud, "Nəhcül-Bəlağə”dəki xütbələrin həqiqi mənasını ona öyrətməyimizi bu müddəi zarafat hesab edir? Min il bundan əvvəl yaşayan bir alimin sözünü bir məzhəbin rəyi kimi qələmə verən və bu işi ilə elmi əmanətsizliyini isbat edən Yaşar Süleymanlı adlı bu şəxs onun bu işini ifşa etməyimizi ciddi hesab etmir?...

Əgər hesab etmirsə, o zaman bu insanın əqli və nəfsi durumunda problem vardır demək; deməli, bu şəxs sağlam düşünmə bacarığını itirmişdir.

Bütün bunlardan sonra iki cümləni bir-birinin ardına qoşub danışa bilməyən Yaşar Süleymanlı adlı bu şəxs bizə rəddiyyə verməyin qaydasını öyrədərək deyir (məzmunu):"Belə rəddiyyə verməzlər. Sən əgər bir iddianı sübuta yetirmək istəyirsənsə, onda bir, iki, üç şiə alimindən sitat gətir. Göstər ki, onların nəzərində Yer fırlanıb.”

Az əvvəl də dediyimiz kimi, bizim niyyətimiz "şiə məzhəbində Yerin fırlanması” məsələsini isbat etmək yox, Yaşar Süleymanlı adlı bu şəxsin "şiə mənbələrində yer sabitdir, fırlanmır” adlı iftirasına cavab vermək olmuşdur. Buna görə də Yerin fırlanması və kürə şəklində olması ilə bağlı digər alimlərin sözlərini qeyd etməmişik. Yalnızca, bu müddəinin hansı həddə yalançı və iftiraçı olduğunu göstərməyə çalışmışıq. Çünki, şiələrin nəzərində Yer kürəsinin fırlanması və kürə şəklində olması sabit məsələdir. Allaha həmd olsun ki, şiələr Mütəal Allahın onlara verdiyi ağıl nemətindən doğru-düzgün yararlanaraq nəyin haqq, nəyin batil olduğunu müəyyən etmişlər. İstər şiə mənbələrində gələn hədisi-şəriflərdən, istərsə də şiə alimlərinin Qurani-Kərimdən əldə etdikləri nəticələrdən Yer kürəsinin hərəkətdə olması və kürə şəklində olması sabit olmuşdur. Necə ki, az sonra siz hörmətli oxuculara bu barədə örnəklər göstərəcəyik. Lakin, özlərinin orta əsrlər insanları səviyyəsində olduqlarını dəfələrlə isbat edən sələfi-vəhhabilər bu məsələni də şişirdərək onu əqidələrinin bir hissəsinə çevirmişlər. Bununla da orta əslər kilsə rejimi ilə eyni əqli müstəvada olduqlarını və kilsə rejiminin yolu ilə addımladıqlarını bir daha sübut etmişlər.

İKİNCİ MƏQAM:

Yerin kürə şəklində olmasına və yerin fırlanmasına şiə alimlərinin sözlərindən dəlillər:

Dediyimiz kimi, keçən məqaləmizdə müddəi tərəfindən atılan çirkin iftiralara cavab verməklə kifayətlənmiş, mövzu ilə bağlı şiə alimlərinin sözlərinə ümumi olaraq işarə edərək yığcamlıq xatirinə alimlərin sözlərini gətirməmişdik.

Bu yazımızda isə həm Yer planetinin kürə şəklində olmasına dair, həm də Yer planetinin hərəkətdə olmasına dair şiə alimlərinin sözlərindən dəlillər gətirəcəyik. Bununla, Allahu-təalanın izni ilə, qarşı tərəfin necə saxtakar və yalançı olduğunu, bizim keçən məqalədə dediklərimizin isə tamamilə səhih olduğunu növbəti dəfə sübuta yetirəcəyik. Hörmətli oxuculardan diqqətli olmalarını, təqdim edilən dəlilləri diqqətlə oxumalarını rica edirik.

İlk öncə Yerin kürə şəklində olması ilə bağlı şiə alimlərin sözlərinə (Allah bürhanlarını uca etsin) nəzər salaq:

Yerin kürə şəklində olmasına şiə alimlərinin sözlərindən dəlillər:

1) Şeyx Təbərsi (quddisə sirruh) özünün "Məcməul-Bəyan” təfsirində yerin kürə şəklində olmasına dəlil olaraq Şərif Mürtəzanın sözünü qeyd edərək deyir:

و قال الشريف الأجل المرتضى قدس الله روحه: استدل أبو علي الجبائي بقوله تعالى (الذي جعل لكم الأرض فرشا) وفي آية أخرى: (بساطا) على بطلان ما يقوله المنجمون من أن الأرض كروية الشكل, قال: وهذا القدر لا يدل, لأنه يكفي من النعمة علينا أن يكون في الأرض بسائط ومواضع مفروشة ومسطوحة وليس يجب أن يكون جميعها كذلك. ومعلوم ضرورة أن جميع الأرض ليس مسطوحا مبسوطا, وإن كان موضع التصرف فيها بهذه الصفة, والمنجمون لا يدفعون أن يكون في الأرض سطوح يتصرف فيها ويستقر عليها, وإنما يذهبون إلى أن جملتها كروية الشكل.


"Şəriful-Əcəll Murtəza (qaddəsAllahu ruhəh) demişdir: "Əbu Əli əl-Cubai Allahu-təalanın"O, yeri sizin üçün döşənəcək etdi”, habelə,"...döşənmiş etdi”ayələrini münəccimlərin (astronomların) dediyi "yer kürə şəklindədir” fikrinin batilliyinə dəlil gətirmişdir.”

Sonra Şərif Mürtəza demişdir:"Bu deyilənlər (onun dediyinə) dəlalət etmir.Çünki, nemət olaraq yer üzündə düz ərazilərin, döşənmiş və səth şəklində olan yerlərin mövcud olması bizə kifayət edir.Yer üzünün tamamilə bu şəkildə olması (düz olması) vacib deyildir.Qəti şəkildə məlumdur ki, Yer üzünü tamamilə düz və səthi şəkildə deyildir. Hərçənd ki, Yer üçündəki istifadə(yə yararlı) yerlər bu şəkildədirlər.Münəccimlər (astronomlar) yer üzündə istifadə ediləcək və üzərində durmaq mümkün olacaq düz yerlərin olmasını inkar etmirlər. Onların dedikləri məhz bundan ibarətdir ki, Yer ümumi olaraq kürə şəklindədir”

 





 

 

 

 

 

 

 

Fotoşəkil:Şeyx Təbərsi, Məcməul-Bəyan, c.1, səh.80-81

Deməli, Seyyid Mürtəzanın və Şeyx Təbərsinin nəzərində Yer planeti kürə şəklindədir.

2) Şeyx Müfid (quddisə sirruh) deyir:

أقول: إنالارض على هيئة الكرة في وسط الفلك


"Deyirəm: Yer kürə şəklindədir və fələyin ortasında yerləşir.”

 




 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Müfid, Əvailul-Məqalat, 99-100

Deməli, Şeyx Müfidin də nəzərində Yer planeti kürə şəklindədir.

3) Ayətullahul-Üzma Şeyx Fazil Lənkərani (quddisə sirruh) deyir:

ما ورد في شأن كروية الأرض: مثل قوله تعالى: يكور الليل على النهار و يكور النهار على الليل...فتكوير الليل على النهار ظاهر في كروية الأرض.


"Yerin kürə şəklində olması barədə gələn ayələr: bu ayə kimi:"O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyər” (Zumər surəsi, 5)...Gecənin gündüzə bürünməsi,aşkar şəkildə yerin kürəviliyinə işarə edir...”

 




 

 

 

 

 

 

 

Fotoşəkil:Ayətullahul-Üzma Şeyx Fazil Lənkərani, Mədxəlut-Təfsir, səh.80

Daha sonra isə yerin kürə şəklində olmasına dəlalət edən digər ayələri qeyd edir.

Bununla, müddəinin tələb etdiyi kimi Yerin kürə şəklində olmasına dair dörd alimdən misal gətirmiş olduq. Bununla, müddənin bu iddiası parça-parça olub göyə sovrulmuş olur. Elə isə, yerin hərəkətdə olması ilə bağlı şiə alimlərinin sözlərinə nəzər salaq. Hörmətli oxucu bu şəxsin necə ifşa olduğuna özü şahid olsun.

İkinci: Yerin hərəkətdə olmasına şiə alimlərinin sözlərindən dəlillər:

Yerin hərəkətdə olması məsələsi şiə alimlərinin kəlamlarında qəti şəkildə sübuta yetmişdir. Biz belə alimlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

1) Seyyid Xoi (quddisə sirruh) özünün "əl-Bəyan fi təfsiril-Quran” əsərində deyir:

ومن الأسرار التي كشف عنها القرآن هي حركة الأرض. فقد قال عز من قائل:
{الذي جعل لكم الأرض مهدا} (20: 53) تأمل كيف تشير الآية إلى حركة الأرض إشارة جميلة لم تتضح إلا بعد قرون، وكيف تستعير للأرض لفظ المهد الذي يعمل للرضيع، يهتز بنعومة لينام فيه مستريحا هادئا؟وكذلك الأرض مهد للبشر...


"Quranın açıqladığı sirlərdən biri də yerin hərəkətdə olmasıdır.Allahu-təala buyurmuşdur:"(Allah) O şəxsdir ki, yeri sizin üçün beşik etmişdir” (Taha surəsi, 53). Diqqət et, gör ayə yerin hərəkətdə olmasına necə gözəl işarə etmişdir, hansı ki, yalnızca əsrlər sonra bu iş aşkar olmuşdur. Və diqqət et gör ki, yer üçün necə məcazi olaraq "beşik” sözü işlədir. Beşik südəmər uşaq üçün hazırlanır; uşaq orada rahat və dinc şəkildə yatsın deyə onu astaca yelləyirlər. Yer də insanlar üçün bir beşikdir...”

Sonra deyir:

تشير الآية المباركة إلى حركة الأرض إشارة جميلة، ولم تصرح بها لأنها نزلت في زمان أجمعت عقول البشر فيه على سكونها، حتى أنه كان يعد من الضروريات التي لا تقبل التشكيك


"Ayə yerin hərəkətdə olmasına gözəl bir şəkildə işarə edir.Lakin, ayə bu məsələni açıqca bildirməmişdir. Çünki, bu ayə elə bir zamanda nazil olmuşdu ki, bəşəriyyət hamılıqla yerin hərəkətsiz olduğunu deyirdi. Hətta, bu məsələ şəkk qəbul etməyən zəruri məsələlərdən hesab olunurdu!”

 





 

 

 

 

 

 

 

Fotoşəkil: Seyyid Xoi, əl-Bəyan fi-Təfsiril-Quran, c.1, səh.73-74

Gördüyünüz kimi, Seyyid Xoi (quddisə sirruh) Yerin kürə şəklində olduğunu açıqca bildirmişdir və bizim əlavə bəyanımıza ehtiyac yoxdur.

2) Məkarim Şirazi (muddə zilluhul-vafir):

Ayətullahul-Üzma Məkarim Şirazi (hafizəhullah) özünün 15 cildlik "əl-Əmsəl” təfsirində mübarək Nəml surəsinin 88-ci ayəsinin təfsirində"Yerin hərəkəti Quranın elmi möcüzələrindən biridir”başlığı altında deyir:

حركة الأرض إحدى معاجز القرآن العلميّة:

...وما نستنتجه من هذا التّفسير، هو أن هذه الجبال التي نتصورها ساكنة "جامدة" هي في سرعة مطرّدة في حركتها... ومن المقطوع به أنّه لا معنى لحركة الجبال من دون حركة الأرض المتصلة بها، فيتّضح من الآية أنّ الأرض تتحرك كما يتحرك السحاب!


"...Bu təfsirdən bu nəticəni əldə edirik ki, hərəkətsiz və (Quranın təbiriylə) "donmuş” hesab etdiyimiz bu dağlar sürətli şəkildə hərəkət edirlər.. Qəti şəkildə məlumdur ki, dağların bitişik olduqları yer həkətsiz olduğu təqdirdə, dağların hərəkət etməsinin bir mənası qalmır.Buna əsasən, ayədən aydın olur ki, yer buludlar hərəkət etdiyi kimi hərəkət edir!”

 



 

 

 

 

 

 

 

Fotoşəkil: Məkarim Şirazi, əl-Əmsəlu fi təfsiri-Kitabilləhil-munzəl, c.12, səh.154

3) Əllamə Təbatəbai (quddisə sirruh):

وفي الآية أعني قوله:﴿وترى الجبال تحسبها جامدة وهي تمر مر السحاب﴾إلخ، قولان آخران:

وثانيهما: حملها على حركة الأرض الانتقالية وهو بالنظر إلى الآية في نفسها معنى جيد إلا أنه أولا: يوجب انقطاع الآية عما قبلها وما بعدها من آيات القيامة وثانيا: ينقطع بذلك اتصال قوله:﴿إنه خبير بما يفعلون﴾ بما قبله.


"Ayə barədə, yəni:"Sən dağları görüb onları donmuş (hərəkətsiz) hesab edərsən, halbuki, onlar buludun keçdiyi kimi keçib gedərlər”ayəsi barədə başqa iki nəzər də vardır:

...İkinci:ayə yerin intiqali (günəş ətrafında) hərəkətinə dəlalət edir. Bu, ayənin sırf özünə nəzər saldığımız zaman çox yaxşı mənadır,lakin, bu təfsir ayənin özündən qabaqkı və sonrakı ayələr ilə əlaqəsinin qırılmasını gərəkli edir...”

 

 

 

 

 

Fotoşəkil: Əllamə Təbatəbai, Təfsirul-Mizan, c.15, s.405-406 (Nəml surəsi, 88-ci ayənin təfsiri)

Gördüyünüz kimi, Əllamə Təbatəbai (quddisə sirruh) yerin hərəkətdə olması məsələsini öz-özlüyündə qəbul edir. Mərhum Əllamə buyurur ki, ayəni müstəqil şəkildə götürdüyümüz təqdirdə, bu təfsir yaxşı təfsirdir, lakin, ayəni digər ayələrlə əlaqəli götürmək lazımdır. Deməli, Əllamənin qəbul etmədiyi yerin hərəkətdə olması məsələsi yox, ayəyə müstəqil şəkildə nəzər salmaq məsələsidir. Başqa sözlə, bizi maraqlandıran Əllamənin ayəni hansı mənada qəbul edib-etməməsi deyil, onun yerin hərəkətdə olması nəzəriyyəsini təsdiq etməsidir. Əgər Əllamənin nəzərində yer hərəkətsiz olsaydı, o zaman bu təfsir üçün "çox yaxşı mənadır” deməzdi. Əksinə deyərdi ki, "belə bir şey mümkün deyil, çünki yer hərkətsizdir”. Elə isə aydın olur ki, yerin hərəkətdə olmasını Əllamə Təbatəbai də deyir.

4) Ayətullahul-Üzma Şeyx Cəfər Sübhani (muddə zilluhul-vafir) özünün 30 cildlik möhtəşəm təfsirində Mülk surəsinin 15-ci ayəsinin təfsirində deyir:

فقد استعرض سبحانه إحدى النعم الكبرى التي يغفل عنها الإنسان وذلك كون الأرض ذلولاً للإنسان في مقابل كونها جامحة، والحال أنّ للأرض حركات مختلفة منها:

1. حركتها حول نفسها.

2. حركتها حول الشمس.

3. حركتها ضمن المجموعة الشمسية وسط المجرة.وهذه الحركات الثلاث يفترض أن تكون الأرض بسببها جامحة غير مستقرّة، ومن ثم لا تصلح لإقامة الإنسان وعيشه، ولكنّ الله سبحانه جعلها، بالرغم من ذلك ذلولاً مطيعةً للإنسان.


"Bu ayədə Sübhan olan Allah insanın qəflət etdiyi ən böyük nemətlərdən birinə işarə etmişdir və o yerin insan üçün inadkar və itaətsiz deyil, insan ram olmuş vəziyyətdə olmasıdır. Halbuki, yerin müxtəlif hərəkətləri vardır. Bunlara misal olaraq onun:

1)Öz oxu ətrafında fırlanmasını;

2)Günəş ətrafında fırlanmasını;

3)Günəş sisteminin daxilində qalaktikada fırlanmasını göstərə bilərik.Bu üç hərəkət yerin onlar səbəbilə aram halda deyil, itaətsiz və qeyri-aram halda olmasını və dolayısı ilə də yerin yaşamaq üçün insana yayarlı olmamasını gərəkli edir. Lakin, sübhan olan Allahbu hərəkətlərə rəğmən yeri insan üçün ram və itaətkar etmişdir.”

Mənbə: Minyətut-Talibin fi təfsiril-Quranil-Mubin, c.29, səh.43-44 (onlayn link)

Şeyx Cəfər Sübhaninin (muddə zilluh) kəlamları da izaha ehtiyac duymayacaq qədər aydındır.

5) Şeyx İbrahim Ənsari Zəncani (quddisə sirruh). O, Şeyx Müfidin (quddisə sirruh) "Əvailul-Məqalat” kitabına verdiyi şərhində Şeyxin fələyin hərəkəti ilə bağlı fikirlərinə belə şərh verir:

وقد عرفت أن هذه الآراء مبنية على مزاعم القدماء وظنونهم ولا توافق مع الآراء العلمية الحاضرة وأن المصنف أوردها على وفق مسلماتهم في ذلك.


"Siz bildiniz ki, bu fikirlər qədim alimlərin iddialarına və zənlərinə əsaslanan və müasir elmi fikirlərlə uyğun gəlməyən nəzərlərdir. Kitabın müəllifi də qədim alimlərin bu məsələ barədə qəbul etdikləri fikir əsasında bu fikirləri qeyd edib.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Müfid, Əvailul-Məqalat”, Şeyx İbrahim Ənsari Zəncaninin şərhi: səh.208 (Şeyx İbrahim Ənsarinin şərhi ilə)

Daha sonra Şeyxin yerin sükunətdə olması fikrinə cavab olaraq deyir:

(121)قوله في القول 96 (وعلة سكونها أنها في المركز)

أقول: فكان الشيخ قده اعترف أن الأرض على فرض عدم كونها في المركز لا تكون ساكنة فإذا ثبت الآن أنها ليست في المركز بل هي من أقمار الشمس يثبت قهرا عدم سكونها بل حركتها وهذه أيضا مثل بقية الآراء التي أخذها المتكلمون من الحكماء وربما بنوا عليها آراء اعتقادية مع تبين فساد المبني خصوصا في زماننا هذا.


"121-ci məsələ: Şeyxin dediyi 96-cı "Yerin hərəkətsiz olmasının səbəbi onun mərkəzdə olmasıdır” sözü barədə:

Deyirəm: Şeyx özü etiraf etmişdir ki, yerin mərkəzdə olmadığı fərz etdiyimiz təqdirdə yer sükunətdə olmayacaqdır.Əgər hazırkı dövrdə yerin mərkəzdə olmadığı, əksinə, onun günəşin ətrafında (dönən) cismlərdən biri olması sübuta yetərsə, o zaman avtomatik yerin sükunətdə olmaması və hərəkətdə olması sübuta yetəcək.Şeyxin bu fikri də həmçinin, (yanlışlıq baxımından) mütəkəllimlərin filosoflardan əxz etdikləri digər fikirlər kimidir. Bəzən mütəkəllimlər bu fikirlər üzərində əqidəvi fikirlər inşa etmişlər.Halbuki, üzərində əqidə inşa etdikləri şeylərin batilliyi aşkar olmuşdur, xüsusən də, hazırkı dövrümüzdə.”

 


 

 

 

 

 

 

Fotoşəkil:Şeyx Müfid, Əvailul-Məqalat”, Şeyx İbrahim Ənsari Zəncaninin şərhi: səh.353 (Şeyx İbrahim Ənsarinin şərhi ilə)

Gördüyünüz kimi, Şeyx İbrahim Ənsari də (rəhiməhullah) bizim keçən məqalədə dediyimiz sözü bir daha təsdiq edir. Bildirir ki, Şeyx Müfidin (rəhiməhullah) o dövrdə yerin hərəkətsiz olmasını deməsi heç kəsə qəribə görünməməlidir. Çünki, min il bundan qabaq nəinki, Şeyx Müfid, hətta, əksər mütəkəllimlərin, filosof və astronomların nəzəri belə idi. Lakin, müasir dövrdə elm bu nəzərlərin batilliyini aşkar etmiş, onların yanlışlığını ortaya çıxarmışdır. Elə isə, kilsə zehniyyətli müasir müsəlmanların vay halına! Üstəlik, Yaşar Süleymanlı öz aləmində bizə yazılı rəddiyyə verməyə çalışmışdır. Danışıq qabiliyyətindən məhrum olduğu kimi yazı qabiliyyətindən də məhrum olduğunu sübut edən Yaşar deyir:

"Şeyx əl-Mufid, nəinki, yerin, sakin və hərəkətsiz olmasını, həmçinin, bunun, nə səbəbdən, sakin və hərəkətsiz olmasını da, deyir. Bu isə, çox, mühümdir.”

Deməli, Şeyx Müfidin səbəb gətirdiyi şey Yaşar üçün çox mühümdür. Elə isə, ey Yaşar, sənin cavabını elə Şeyx İbrahim Zəncani vermişdir. Bu da bizdən sənə hədiyyə olsun. Şeyx Zəncani deyir:

"Şeyx özü etiraf etmişdir ki, yerin mərkəzdə olmadığı fərz etdiyimiz təqdirdə yer sükunətdə olmayacaqdır. Əgər hazırkı dövrdə yerin mərkəzdə olmadığı, əksinə, onun günəşin ətrafında (dönən) cismlərdən biri olması sübuta yetərsə, o zaman avtomatik yerin sükunətdə olmaması və hərəkətdə olması sübuta yetəcək.”

İndi ki, Yerin mərkəzdə olmaması astronomiya elmi ilə sübuta yetmişdir, deməli, Şeyx Müfidin də sözü avtomatik qüvvədən düşür. Başqa sözlə, Yaşar özü-özünü yandırmışdır.

6) Ayətullahul-Üzma Şeyx Muhəmməd Fazil Lənkərani (quddisə sirruh) özünün "Mədxəlut-Təfsir” əsərində deyir:

ما ورد في شأن الأرض, وأنها متصفة بوصف الحركة, غاية الأمر أنه حيث كان سكون الأرض من الأمور المسلمة في ذلك العصر, بل وبعده إلى حديد القرن العاشر من الهجرة - ولذا صار الحكيم المعروف بـ غاليله الكاشف لحركة الأرض والمثبت لها, مورداً للإهانة والتعذيب والتحقير مع جلالته العلمية ومقامه الشامخ -لم يصرح القرآن بذلك حذراً من ترتب النتيجة المعكوسة عليه وحصول نقض الغرض بسببه, بل أشار إلى ذلك بإشارات لطيفة.


"Yer barədə, onun hərəkətdə olması barədə gələn ayələr:o dövrdə və hətta, onuncu hicri əsrinə qədər yerin sükunətdə olması yekdilliklə qəbul olunmuş bir məsələ idi deyə (belə ki, hətta, yerin hərəkət etməsini kəşf və sübut edən məşhur filosof Qaliley böyük elmi məqamına baxmayaraq, bunu etdiyi üçün təhqir, töhmət və işkəncələrə məruz qalmışdır) Quran – əks nəticə verməsindən və qarşıya qoyulan məqsəd baş tutmamasından ehtiyat edərək – bu məsələni açıqca bildirməmişdir. Lakin, lətif işarətlərlə bu məsələyə işarə etmişdir..”

 

 

 

 

 

 

 

 

Fotoşəkil:Ayətullahul-Üzma Şeyx Fazil Lənkərani, Mədxəlut-Təfsir, səh.78

Ardıyca isə, yerin hərəkətdə olmasına dəlalət edən ayələri sadalamış və bu ayələri izah etmişdir. Mərhum Fazil Lənkərani (quddisə sirruh) açıqca göstərir ki, Qurani-Kərim Yerin hərəkətdə olması məsələsini hələ miladi 7-ci əsrdə aşkarlamışdır. Lakin, müəyyən məsləhətlər səbəbindən bunu açıqca deyil, işarəli şəkildə vurğulamışdır.

7) Şəhid Mustafa Xomeyni

وأسوأ حالا من ذلك توهم دلالة الآية الشريفة على سكون الأرض وقرارها، كما في تفسير الفخر وغيره، وقد أخذ هنا في مباحث تضحك منها الثكلى


"Bundan daha pisi isə budur ki, ayənin yerin sükunətdə olduğuna və hərkət etmədiyinə dəlalət etdiyini düşünmüşlər.Necə ki, Fəxr ər-Razinin və digərlərinin təfsirlərində belədir (bax: "ət-Təfsirul-Kəbir”, Fəxrəddin ər-Razi, 2/102-103).Burada elə bəhslər edilmişdir ki, balası ölmüş ananın gülməyi gəlir.”

 

 

 

Fotoşəkil: Şəhid Mustafa Xomeyni, Təfsirul-Quranil-Kərim, c.4, səh.380

Bəli, Qurani-Kərim ayələrini səhv başa düşüb Yerin hərəkətsiz olmasını demək, balası ölmüş ananı güldürən işlərdəndir!

Biz avamca sözləri ilə balası ölmüş anaları güldürən Yaşar Süleymanlıya səslənirik; ey müddəi! Sən bizdən üç mənbə istəmişdin, biz isə sənə yeddi mənbə göstərdik. İxtisara riayət etmək qəsdimiz olmasaydı, daha artığını da göstərərdik. Elə isə, etdiyin çirkin əməldən, atdığın iftiradan və danışdığın yalandan tövbə et. Görəsən, özünü vəziyyətdən çıxarmaqdan ötrü əyri yollara baş vurmağı dayandırmağının vaxtı gəlmədimi?

Yer planetinin kürə şəklində olması və hərəkət etməsi şiə alimləri nəzərində sabit məsələdir. Bizim sözlərini sənə təqdim etdiyimiz bu alimlər şiə məktəbinin simalarıdırlar. Bu şəxslərin ittifaqı, şiənin bu məsələdə əqidəsindən xəbər verir. Əgər insanlara şiə əqidəsində Yerin hərəkəti məsələsini anlatacaqsansa, o zaman bizdən xahiş et, sənə alimlərimizin sözlərini təqdim edək. Ondan sonra nə anlatırsan, anlat.

Görəsən, bu sözlərdən sonra yenə də danışmağa cürət edəcəksənmi, bilmirik. Bu sözlərdən sonra yalnız nəfsinin qulu olan inadkar dikbaş rəddiyyə verməyə çalışar.

Elə isə etdiyin çirkin iftiraya görə Allah qatında tövbə edib Allaha tərəf qayıt!

ÜÇÜNCÜ MƏQAM:

Yaşar Süleymanlı adlı müddəi Yer kürəsinin hərəkətdə olmasına dair Quran və sünnədən dəlil gətirməyimizi tələb etmişdir. Biz onun bu iddiasına aşağıdakı kimi cavab verəcəyik.

Qurana gəlincə:

Yaşar Süleymanlı şiə alimlərinin yerin hərəkətdə olmasını Qurani-Kərimdən necə isbat etdiklərini bilmək istəyirsə, zəhmət çəkib "Mədxəlut-Təfsir”, "Minyətut-Talibin”, "Təfsirul-Əmsəl”, "Təfsirul-Bəyan” və s. kimi kitablara müraciət etsin. Bu kitablarda Yaşar üçün könlü istədiyi qədər dəlil vardır. Əslində, nasibi forumlarından oğurluq edən Yaşar Süleymanlı bu mənbələri araşdırdıqdan sonra şiəyə nəsə nisbət verməyə çalışmalıydı. Lakin, onun məqsədi ilahi deyil, şeytani olduğu üçün heç bir araşdırma etmədən ərəb nasibilərinin cızma-qaralarından oğurladığı yalan-palanı "youtube”-də camaata sırımağa çalışmışdır. Əlqərəz, biz uzunçuluq olmasın deyə bu dəlilləri tək-tək qeyd etməyəcəyik. Zatən, o qədər məlumatı burada qeyd etməyə imkan da yoxdur. Biz belə dəlillərdən sadəcə birini "Mədxəlut-Təfsir” kitabından nəql etməklə kifayətlənirik. Ayətullahul-Üzma mərhum Fazil Lənkərani "Mədxəlut-Təfsir” kitabında yerin hərəkətdə olmasına dair üç ayəni misal göstərmişdir. Biz bunlardan Taha surəsi, 53-cü ayəni qeyd edirik:"(Allah) O kəsdir ki, Yeri sizin üçün beşik etmişdir”.Mərhum Fazil Lənkərani deyir ki, Allahu-təala Yer üçün "beşik” sözünü işlətmişdir. Məlumdur ki, uşaq üçün hazırlanan və onun üçün düzəldilən bu beşiyin yerə nisbət verilməsi, yerin beşik şəklində olmasına görə deyildir. Əksinə, yerin beşiyə bənzədilməsi beşiyin hərəkətinə görə, onun bir haldan başqa bir hala keçməsinə görədir. Ayədə yerin hərəkətinə gözəl və lətif şəkildə işarə edilmişdir. Belə ki, necə ki, beşik uşağın yetişdirilməsi və istirahət etməsi üçündür, eləcə də yerin hərəkəti insanın və sair mövcudatların yetişdirilməsi və istirahət etməsi üçündür.”(Bax: "Mədxəlut-Təfsir”, səh.78-80.)Başqa sözlə desək, Allahu-təala Yeri öz qüdrəti ilə bir beşik kimi qərar vermişdir; insan sürətlə hərkətdə olan Yerin hərəkətdə olmasını hiss etmir, beşikdə olan körpə kimi aram və rahat olur. Həmçinin, mərhum Fazil Lənkərani Mülk surəsi, 15("Yeri (Yer kürəsini) sizə ram edən Odur”)və Nəml surəsi 88-ci ayələrin də("Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər”)yerin hərəkətinə dəlalət etməsini isbat etmişdir.

Sünnəyə gəlincə:

Yaşar Süleymanlı sünnə məsələsini də araşdırmayıb nasibiləri təqlidi etdiyi üçün bu məsələdən də bixəbər qalmışdır. Biz Yaşar Süleymanlıya növbəti dərsi keçərək onu hədis və rəvayətlərlə də tanış edirik.

Yer kürəsinin hərəkətdə olması məsələsi pak Əhli-Beyt İmamlarının (əleyhimus-səlam) kəlamlarında və hədislərində sübuta yetmişdir. Bu barədə az sonra siz möhtərəm oxuculara İmam Sadiq (əleyhis-səlam)-ın kəlamından dəlil göstərəcəyik. Lakin, dəlili göstərməzdən qabaq bir məsələni vurğulamaq istəyirik və o da budur ki, Yer kürəsinin hərəkətdə olub olmaması məsələsi nə əqidəvi və nə də fiqhi məsələ deyildir. Buna görə də bu barədə hətta, məsum İmamlardan (əleyhimus-səlam) və ya Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) hədis sadir olmasaydı belə, yaxud Qurani-Kərimdə bu heç barədə bir məlumat verilməsəydi belə, yenə də bir müşkülü olmayacaqdı. Çünki, bu məsələ dini məsələ yox, astronomik bir məsələdir. Bu cür məsələləri araşdırıb üstünü açmaq dinin yox, astronomiya elminin işidir. Ona görə də Yaşar Süleymanlı kimi şəxslərin bu məsələ ilə bağlı Quran və sünnədən dəlil istəmələrinin heç bir əsası yoxdur. (Ona qalsa, atomun kəşfindən tutmuş elektronların kəşfinə qədər də Quran və sünnədən dəlil istəməlidir. Görəsən, belə bir şeyi edərlərmi?) Lakin, Allahın bir lütfüdür ki, Səqəleyn – Quran və Əhli-Beyt bu xilqət sirrinin üstünü 1400 il bundan qabaq açmışdır, beləcə, bununla Quran və Əhli-Beytin ilahi möcüzə və haqq olmalarını sübuta yetirmişdir.

Gəlin, İmam Sadiq (əleyhis-səlam)-dan nəql edilən aşağıdakı hədisə diqqət yetirək. Biz öncə hədisin tərcüməsini qeyd edəcək, ardınca isə hədisin şərhini verəcəyik. Hörmətli oxucu diqqət edib baxsın ki, pak Əhli-Beyt imamı İmam Sadiq (əleyhis-səlam) 1200 il bundan qabaq Yerin özü oxu və Günəş ətrafında dönməsi məsələsini necə isbat etmiş və Günəşin Yer ətrafında dönməsi fikrini necə rədd etmişdir. Şeyx Kuleyni (quddisə sirruh) "əl-Kafi” kitabında belə nəql edir:

عن أحمد بن محمد وعلي بن محمد جميعاً عن علي ابن الحسن التيمي عن محمد بن الخطاب الواسطي عن يونس بن عبد الرحمن عن أحمد بن عمر الحلبي عن حماد والأزدي عن هشام الخفاف، قال: قال لي أبو عبد الله (جعفر الصادق) (عليه السلام): كيف بصركبالنجوم؟ قال، قلت: ما خلفت بالعراق أبصر بالنجوم مني. فقال: كيف دوران الفلك عندكم؟ قال: فأخذت قلنسوتي عن رأسي فأدرتها. فقال: فإن كان الأمر على ما تقول، فما بال بنات نعش والجدي والفرقدين لا يرون يدورون يوماً من الدهر في القبلة؟ قال، قلت: والله هذا شيء لا أعرفه، ولا سمعت أحداً من أهل الحساب يذكره...


"Hişam əl-Xəffaf deyir: Əba Əbdillah (əleyhis-səlam) mənə dedi: "Ulduzlara nə həddə agahsan?” Dedim: "İraqda ulduzlara məndən daha agah olan birisi yoxdur.” Dedi: "Sizin nəzərinizdə fələkin dövr etməsi hansı şəkildədir?” Hişam deyir: Mən başımdakı çalmanı götürüb fırlatdım. Əba Əbdillah dedi: "Əgər məsələ sənin dediyin kimi olsa, o zaman nə üçün "Bənatu-Nə`ş”, "Cədy” və "Fərqədeyn” ulduzları bircə gün belə olsun qiblə tərəfdə görünmürlər?” Mən dedim: "Vallahi, bu elə bir şeydir ki, bilmirəm. Hesab əhlindən bir kimsənin də bunu dediyini eşitməmişəm.”

 


Fotoşəkil: Şeyx Kuleyni, əl-Kafi, c.8, səh.351, hədis 549

Hədisin şərhi:

Birinci:

Öncəliklə "Bənatu-Nə`ş”, "Cədy” və "Fərqədeyn” ulduzlarının mənalarını qeyd edək:

1. "Bənatu-Nə`ş”: daim şimal qütbü tərəfdə görünən yeddi ulduza deyilir. Latınca adı"Ursa Major”-dur.

2. "Cədy”: o da daim şimal qütbündə olan ulduzun adıdır. Onunla qibləni təyin edirlər. Latınca adı"Polaris”-dir

3. "Fərqədeyn”: o da şimal qütbündə olan iki ulduzun adıdır. Latınca adı:"Pherkad”-dır.

Bu üç ulduzun hər üçü şimal qütbündə yerləşir və bunlarla qibləni təyin edirlər.

İkinci:

İmam Sadiq (əleyhis-səlam) mahir astronom olan Hişam əl-Xəffafa"sizin nəzərinizdə fələkin dövr etməsi hansı şəkildədir”deyə sual verir. İmam bunu nəzərdə tutur ki, yəni, siz astronomların hesablarına əsasən, göy cisimlərinin hərəkəti hansı formadadır; Yer kürəsi bu göy cisimləri arasında hərəkət edir, yoxsa, o cismlər Yerin ətrafında dövr edir? Bunun ardınca Hişam başındakı sarığı çıxararaq onu başının üzərində dövr etdirir. Bununla onu nəzərdə tutur ki, başım Yerdir, çalmam isə göy cisimləri. Yəni, fələk – göy cisimləri eyniylə bu çalmamın başımın ətrafına dövr etdiyi kimi yerin ətrafına dövr edirlər. Lakin, Ali-Muhəmmədin alimi əs-Sadiqul-Musəddəq (əleyhi və əla abahis-səlam) buyurur ki, xeyr elə deyildir! Əgər elə olsa, o zaman gərək "Bənatu-Nə`ş”, "Cədy” və "Fərqədeyn” öz yerlərini dəyişələr. Halbuki, ilk boyu bu ulduzlar öz yerlərində qalırlar; yerlərini dəyişmirlər və daim şimal tərəfdədirlər! Deməli, bundan belə başa düşürük ki, dövr edən ulduzlar və göy cismləri deyil, məhz yer kürəsinin özüdür; yer öz oxu ətrafında və günəş ətrafında dövr edir. İmamın Hişam əl-Xəffafın "göy cimsləri yerin ətrafına dönür” nəzəriyyəsini rədd etməsi və bu rəddini çox gözəl bir misalla əsaslandırması, onu göstərir ki, hələ 1200 il bundan qabaq İmam Sadiq (əleyhis-səlam) yer kürəsinin öz oxu və günəş ətrafında hərəkətdə olmasını söyləmişdir. Görəsən, bundan daha açıq və daha aydın bəyan ola bilərmi? Görəsən, bundan sonra bəhanə üçün yer qalırmı? Bu dəlilləri inkar etmək üçün insan imanını itirməli və inad əhli olmalıdır. Biz bu müddəiyə bu növdən olan daha çox dəlillə tanış olmaq üçün"əl-İmamus-Sadiq kəmə arafəhu uləməul-Ğarb” (İmam Sadiq: qərb alimlərinin tanıdığı şəkildə)adlı kitaba müraciət etməsini məsləhət görürük. Bu kitab 1968-ci ildə Fransanın Strasburq Universitetində qərb alimləri və şərqşünasları tərəfindən "imamiyyə şiələri və onların elmi-mədəni tarixi” mövzusunda keçirilən konfransda səsləndirilən çıxışların toplusudur. Kitab fransız dilində çap olunmuş, daha sonra isə doktor Nurəddin Ali-Əli onu ərəb dilinə çevirmişdir. Əlbəttə, əgər müddəi ərəbcə kitab oxuya bilirsə bu kitaba müraciət etsin, əgər oxuya bilmirsə (ki, oxuya bilmədiyinə qəti şəkildə əminik) o zaman başqa birisinə müraciət etsin, onlar onun üçün oxusunlar. Bundan sonra İmam Sadiq (əleyhis-səlam)-ın hansı elmi məqama və möcüzələrə malik olduğuna şahid olsun, beləcə, bir daha burnunun girmədiyi yerə başını soxmasın.

DÖRDÜNCÜ MƏQAM:

Yaşar Süleymanlı adlı bu şəxs videosunun 2-ci hissəsində şiə məzhəbində yerin hərəkətsiz olmasına dair nasibi səhifələrindən oğurladığı növbəti puç iddiaları qeyd etmişdir. Bu iddialar üç iddiadan ibarətdirlər:

1) Movla Muhəmməd Saleh Mazandarani ilə bağlı iddia;

2) Sultan Əli şah əl-Cənabizi ilə bağlı iddia;

3) Nəhl surəsinin 15-ci ayəsinin təfsiri ilə bağlı iddia.

İddialara cavab:

1)Mazandarani ilə bağlı iddia və cavabı:

Movla Muhəmməd Saleh Mazandarani ilə (quddisə sirruh) bağlı iddiaya keçməzdən qabaq qeyd edək ki, biz bu cahil müddənin oxuduğu ərəbcə mətnlərdə etdiyi dəhşətli xətaları qeyd etmədən keçirik. Çünki, xətaların sayı o qədər çoxdur ki, məqalənin iki qat uzanmasından qorxuruq. Biz bir başa iddialara keçir və ittihamları cavablandırırıq.

Molla Saleh Mazandarani (quddisə sirruh) "Üsuli-Kafi” kitabına verdiyi şərhinin müqəddiməsində deyir:

ونصلي على سيد أنبيائك وأشرف أوليائك صلاة دائمة ما دامت الأرض ساكنة والفلك دوارا


"(İlahi)yer sakit, fələk isə dönən halda olduğu müddətcəSənin peyğəmbərlərinin ağasına və Sənin vəlilərinin ən üstününə daimi salavat göndəririk.”

 


Fotoşəkil: Molla Saleh Mazandarani, Şərhu-Usulil-Kafi, c.1, səh.1

Deyirik:

Keçən yazımızda Şeyx Müfid (quddisə sirruh) üçün qeyd etdiyimiz nüanslar Şeyx Muhəmməd üçün də keçərlidir. Məlumdur ki, mərhum Mazandarani hicri 1086-cı ildə, Səfəvilər dövründə, yəni, təxminən 400 il bundan öncə vəfat etmişdir. Təxminən 400 il bundan öncə "yer hərəkət edir” dediyi üçün Qalileyi inkvizasiya məhkəməsinə çəkmişdilər. Belə bir dövrdə Movla Muhəmməd Saleh Mazandaraninin (quddisə sirruh) bu cür xəta etməsi qəribə deyildir. Daha öncə də qeyd etdiyimiz kimi, elm və astronomiyanın inkişaf etmədiyi bir mühitdə bu cür din və əqidə ilə bağlılığı olmayan məsələlərdə səhv etmək alim və ya məzhəb üçün heç bir vaxt nöqsan sayılmaz. Xüsusən də nəzər almaq lazımdır ki, elə Mazandaraninin sözünə Mirzə Əbul-Həsən əş-Şerani kitabın haşiyəsində cavab vermiş və demişdir:

هذا على اعتقاد أن الأرض ساكنة وعليه جل القدماء، لكن في عصرنا هذا لا نعرف من جزم بسكون الأرض بل أثبتوا لها حركة محورية تدور حول نفسها، تحدث منها الليل تسمى بالحركة الوضعية، وحركة انتقالية تدور حول مركز الشمس تحصل منها الفصول الأربعة.


"Bu deyilənlər yerin sükunətdə olması etiqadına əsasən (belə deyilib). Qədim alimlərin əksəriyyəti bu fikirdə olmuşlar.Lakin, hazırkı dövrümüzdə yerin sükunətdə olduğunu deyən bir şəxs tanımırıq. Əksinə, alimlər yerin mehvəri hərəkətə malik olub öz ətrafında döndüyünü sübut etmişlər.Bu növ hərəkətin nəticəsində gecə-gündüz yaranır, belə hərəkət "vəz`i hərəkət” deyilir.Həmçinin alimlər yerin intiqali hərəkətə malik olub günəş ətrafında döndüyünü sübut etmişlər. Bu növ hərəkətin nəticəsində də dörd fəsil yaranır.”

 

 

Fotoşəkil: Molla Saleh Mazandarani, Şərhu-Usulil-Kafi, c.1, səh.1

Düşünürük ki, daha öncə Quran və sünnədən qeyd edilən dəlillərdən sonra, habelə, nəhəng şiə alimlərindən bu məsələni rədd ilə bağlı gətirilən sözlərdən sonra və eləcə də bu qeyd etdiyimiz şərhdən sonra ağıl sahibi kəslər nəzərində bu məsələ barədə zərrəcə şübhə qalmır. Məsələ o qədər aşkar və bəyandır ki, əlavə sözə ehtiyac duymuruq. Dediyimiz kimi: qədim alimlərdən kimlərinsə öz sahələri olmayan astronomiya elmində səhv etmələri, onların bu səhvlərinin şiə məzhəbinin rəyi olduğu anlamına gəlmir. Əksinə, bir məzhəbin rəyi və əqidəsi, o məzhəbin böyük alimlərinin icması və ittifaqı ilə sübuta yetər. Necə ki, yazımızın əvvəlində şiənin siması olan alimlərin sözlərini qeyd etdik. Onların yerin hərəkətdə olmasına etiqad etdiklərini və hətta, bunu Qurani-Kərim ayələri ilə isbat etdiklərini göstərdik! Elə isə, haqqı aşkara çıxardığı üçün şəni uca olan Allaha həmd olsun.

2)Sultan Muhəmməd əl-Cənabizi ilə bağlı iddia və cavabı:

Deyirik:

Cənabizinin rəyi barədə deyəcəyimiz söz bəllidir. Seyyid Xoi, Əllamə Təbatəbai, Cəfər Sübhani, Məkarim Şirazi, Fazil Lənkərani və s. kimi nəhəng alimlərin ittifaqının yanında bu cür şazz fikirlərin olması heç bir zərər gətirməz. Bu cür şazz fikirləri qəbul olunmuş əqidə və nəzər kimi götürmək istəsək, ötən yazımızda da qeyd etdiyimiz kimi, əhli-sünnə məzhəbində daş-daş üstə qalmaz! Buna əsasən, təfsiri sufi-şiə qarışığı bir təfsir olan Cənabizinin sözü bizim üçün höccət ola bilməz. (Onun təfsirinin sufi-şiə qarışığı təfsir olduğunu bilmək üçün bu kitabla bağlı yazılan rəylərə və kitabın özünə baxın). Xüsusən də Quran və sünnədən qeyd olunan dəlillərdən, alimlərin sözlərindən qeyd edilən rəy və nəzərlərdən sonra.

3)Nəhl surəsinin 15-ci ayəsinin təfsiri ilə bağlı iddia və cavabı:

Yaşar Süleymanlı adlı bu müddəi mübarək Nəhl surəsinin 15-ci ayəsinin təfsirinə girişməklə necə deyərlər, özünü başdan-ayağa yandırmışdır. Çünki, az sonra hörmətli oxucunun da görəcəyi kimi, əslində şiə təfsir kitablarında Nəhl surəsinin 15-ci ayəsi ilə bağlı qeyd olunan təfsirlər Yaşar Süleymanlının əqidəsini tamamilə alt-üst edir. Bu təfsirlər nəinki Yaşarın gülünc səsyazmasında qeyd etdiyi "dəlil”i darmadağın edir, eləcə də , bizim keçən məqaləmizdə "Nəhcül-Bəlağə” kitabındakı xütbələr barədə qeyd etdiyimiz məqamların səhih olduğunu bir daha möhkəm şəkildə təsdiq edir. Biz ilk öncə Yaşarın özü kimi avam nasibilərdən qamarladığı "dəlili” qeyd edir, ardınca Yaşarın öz əqli səviyyəsində bu hədisdən başa düşdüyü mənanı təfsir kitabları ilə alt-üst edirik, biiznillah.

Yaşar Süleymanlı adlı bu müddəi şiə kitablarında gələn aşağıdakı hədisi öz "elmi səviyyəsi” səbəbindən yerin hərəkətsiz olmasına dəlil gətirmişdir:

وبهذا الاسناد قال: قال النبي (صلى الله عليه وآله): ما خلق الله جل وعز خلقا إلا وقد أمر عليه آخريغلبه فيه وذلك أن الله تبارك وتعالى لما خلق البحار السفلى فخرت وزخرت وقالت: أي شيء يغلبني فخلق الأرض فسطحها على ظهرها فذلت ثم قال: إن الأرض فخرت وقالت: أى شيء يغلبني؟ فخلق الجبال فأثبتها على ظهرها أوتادا من أن تميد بما عليها فذلت الأرض واستقرت


"Bu isnadla Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
"Allah (cəllə və azzə) hansı bir məxluqu yaratmışdırsa, başqa bir məxluqa ona qələbə çalmağı əmr etmişdir. Belə ki, Allah təbarək və təala ən aşağı dənizləri yaradanda dənizlər fəxr edib dedilər: "Mənə nə qələbə çala bilər?” Bu zaman Allah fələyi yaratdı və dənizləri onunla əhatələndirdi. Beləcə onu zəlil etdi. Sonra yer fəxr etdi və dedi: "Mənə nə qələbə çala bilər?” Allah da dağları yaradıb onları mıxlar şəklində yerin belinə batırdı və dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu. Beləcə yer alçalıb aram oldu.”

Davamı

Hazırladı: Abu Ali

http://az.313news.net/article/a-324.html

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))