Bolşeviklər tərəfindən təqib olunan, xalqımıza xidmət edən böyük alim Ayatullah Mirzə Cəfərqulu Suraxanlı (1858-1930)
Ayatullah Mirzə Cəfərqulu Suraxanı Azərbaycanın və Qafqazın böyük alimlərindən idi. O 1858-ci ildə Suraxanı qəsəbəsində anadan olub. İlkin dini təhsildən sonra 18 yaşında 1875-ci ildə atasının məsləhəti ilə Ərdəbil dini hövzəsinə daxil oldu. Sonra isə Zəncan və Qəzvinə səfər etdi. O zamanlar bu şəhərlərdə məskunlaşan və məşhur alimlər, fəqihlər və filosoflardan bəhrələndi. O təqribən 17 il bu hövzələrdə təhsil aldı. Ayatullah Mirzə Cəfərqulu ruhanilərin və xalqın böyük hörmətini qazanmışdır. Bölgənin ruhanilərinin çoxu onun şagirdi olmuşdur.
Mirzə Cəfərqulu 1892-ci ildə öz doğma torpağına qayıdır. "Hacı Müslim" və "Hacı Xasay" məscidlərində camaat namazı qılır, moizə və təbliğlə məşğul olur. Orada mədrəsə tikərək, islam elmlərinin tədrisinə başlayır. Böyük kitabxana yaradaraq, xalqın istifadəsinə verir. Gündə-gün onun etibarı və şöhrəti artır. Ətrafına çoxsayll tələbə toplaşır. Lakin kommunist rejiminin hakim olmasından sonra, bu ilahi alim də, məntəqənin başqa alim və ruhaniləri kimi ateist kommunist rejiminin təqib, təhdid, işgəncə və əzab-əziyyətlərinə məruz qalır. Bütün bunların nəticəsində 1930-cu ildə bolşevik rejiminin məmurları onun fəaliyyət göstərdiyi mərkəzlərə hücum edərək, mədrəsə və kitabxanasına od vurub yandırdılar. Mal-dövlətini müsadirə edirlər. Bütün fəaliyyətlərinə qadağa qoyurlar.
Bu hadisələrdən sonra dərin sarsıntı keçirən və qüssələnən Mirzə Cəfərqulu Suraxanlı, ruhi sıxıntılar nəticəsində 1930-cu ildə şəhidcəsinə dünyasını dəyişir. Qiyamət günü imamalarla (ə) məhşur olsun.
İslaminSesi
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!