Shia.az SonUmidTv media
sitename

Həzrəti Peyğəmbər (s) buyurub:


- Namaz qılmayan 12 cəzaya mübtəla olacaq: üçü bu dünyada, üçü ölən zaman, üçü qəbrdə, üçüdə qiyamət günü (axirətdə).

Bu dünyada:


1  Allah təala onun üzündən salehlik simasın silər.
2. İslamdan ona heç bir pay olmaz (islam nurundan məhrum olar).
3. Yaxşı əməllərinin heç biri qəbul olmaz.


Ölən zaman:


1. Ac və susuz ölər.
2. Zəlil (alçaq) halda ölər.
3. Qəlbi ağrılı ölər (sıxıntı ilə əzab-əziyyətlə ölər).


Qəbrdə:


1.  Qəbri onu sıxar.
2. (Qəbrdə sorğu-sual edən) Nəkir və Münkirə "Kəliməyi şəhadəti" deyə bilməz (onların suallarına cavab verə bilməz, dili tutular).
3.  Allah təala "Şuca əl-Əqra" adlı ilanı onun üzərinə göndərər (ona əzab verər).


Qiyamət günü (axirətdə):


1. Məhşərə üzü qara gələr (Məhşər qiyamət günü insanların toplanacağı yerdi).
2. Üzündə bu yazı olar: "Məhşərdən Cəhənnəmə sürüklənərək aparılan".
3. Uca səslə ona deyilər: "Bu Allahın bəndələrinə fərz (vacib) etdiyi, İslamın vacibatlarını tərk edənin cəzasıdır !!!".


Kitab: Şəcərətu Tuba. Səyfə: 291


www.ehlibeyt.info

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))