Shia.az SonUmidTv media
» » » Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
Русская версия сайта Русская версия сайта
sitename

 

Ətraflı cavab:

Əxlaq ustadları zikir üçün bir neçə mərhələ və dərəcə müəyyən ediblər:
İlk mərhələ: İnsan Allahın adını, cəlal və camal sifətlərini, gözəl adlarını – məna və məzmununa diqqət etmədən – dilə gətirir. Necə ki, bir çox namazqılanlar namazın mənasına diqqət etmədən bəzi sözləri dilə gətirirlər. Əlbəttə, bu zikir də təsirsiz deyil; birincisi, növbəti mərhələlər adlamaq üçün bir müqəddimədir. İkincisi, azacıq da olsa, diqqətlə yanaşıdır, çünki namazqılan namazın sözlərinin mənasını təfsilatı ilə bilməsə də Allahın qarşısında durduğunu, Ona xatir namaz qıldığını bilir. Ancaq, bu zikrin dəyəri sözsüz ki, azdır, nəfsin tərbiyəsində, əxlaqın düzəldilməsində o qədər də təsirli deyil.
İkinci mərhələ: Mənəvi zikirdir. Belə ki, insan zikirlə məşğul olmaqla yanaşı, mənasına da diqqət edir. Zikirlərin məna və məzmununa, xüsusilə əgər onların fərqlərinə diqqət edərsə, zikri dərinləşdirər və insan tərbiyəsində təsiri çoxalar. İnsan belə bir zikri davamlı dilə gətirməklə, onun müsbət təsirlərini özündə muşahidə edər.
Üçüncü mərhələ: Qəlbi zikirdir. Onun izahı barədə deyilir: Yaradana diqqət ilk öncə qəlbdə yaranır, sonra isə dilə gəlir. Məsələn: yaradılış aləmində Allahın nişanələrini tədqiqat edərkən, kainatın əsrarəngiz sistemini və fövqəladə incəliyini gözdən keçirərkən, Allahın əzəməti yadına düşür və deyir:
"اَلْعَظَمَهُ لِلّهِ الْواحِدِ الْقَهّارِ”
"Əzəmət tək və yenilməz Allaha məxsusdur!”.
Belə bir zikir daxildən qaynayır və insanın batini dünyasının göstəricisidir.
Bəzən insan daxilində mənəvi bir təskinlik tapır və ortada hər hansı bir vasitə olmadan, "یاسُبُّوحُ و یا قُدُّوسُ” (Ey hər nöqsan və eybdən pak) və ya "سُبْحانَکَ اللّهُمَّ لا اِلهَ اِلاّ اَنْتَ” (Sən hər eyb və nöqsandan paksan, Allahım, Səndən başqa ibadətə layiq məbud yoxdur) kimi zikirləri zümzümə edir.
Bu qəbildən olan qəlbi zikirlər nəfsin saflaşdırılmasında, əxlaqi səciyyələrin inkişafında fövqəladə təsirə malikdir. Bu, mələklərin zikri kimidir, hansı ki yaradılış aləminin ən qəribə məxluqunu, yəni Adəm və onun ilahi adlarla bağlı geniş elmini gördükləri zaman dedilər:
"سُبْحانَکَ لاعِلْمَ لَنا اِلاّ ما عَلَّمْتَنا اِنَّکَ اَنْتَ الْعَلِیمُ الْحَکیمُ” (1)
"İlahi! Sən paksan, bizə öyrətdiklərin xaricində bir şey bilmirik və Sən alim və hikmət sahibisən”.
Qurani-kərimdə də zikrin mərhələlərinə işarə edilib. Belə ki, ayədə buyurulur:
"وَ اذْکُرِ اسْمَ رَبِّکَ وَ تَبَتَّلْ اِلَیْهِ تَبْتیلاً” (2)
"Pərvərdigarının adını zikir elə və təkcə ona könül ver!”.
Başqa ayədə isə buyurulur:
"وَ اذْکُرْ رَبَّکَ فى نَفْسِکَ تَضَرُّعاً وَ خِیْفَهً وَ دُونَ الْجَهْرِ مِنَ القَوْلِ بِالْغُدُّوِ وَ الاصالِ وَ لا تَکُنْ مِنَ الْغافِلینَ ” (3)
"Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”.
İlk ayədə dərin söz zikrinə diqqət çəkilir, sonra isə Allah bel bağlamağa, Ona könül verməyə; yəni hamıdan əli üzüb Allaha bağlanmaqla nəticələnir.
İkinci ayədə qəlbi zikrə işarə edilib. Belə ki, dildə gizli şəkildə yalvarış və qorxu ilə yanaşı olan bu zikir, daxildən qaynaqlanıb dilə cari olmalıdır (4).


Əlaqəli materiallar:

Qeydlər:

İstifadə edilmiş ədəbiyyat:
1-"Bəqərə” surəsi, 32-ci ayə.
2-"Muzzəmmil” surəsi, 8-ci ayə.
3-"Əraf” surəsi, 205-ci ayə.
4-Ayətullah Nasir Məkarim Şirazinin "Quranda əxlaq” kitabından iqtibas edilib ("İmam Əli ibn Əbi Talib (ə)” mədrəsəsi, Qum, ilk nəşr, 1995), c. 1, səh. 361.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
“Mələkut” sözünün mənası nədir?
“Mələkut” sözünün mənası nədir?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
Oruc üçün üç mərəhələ zikr edilmişdir ki, onlarla tanış olaq.
Oruc üçün üç mərəhələ zikr edilmişdir ki, onlarla tanış olaq.
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
Quran ayələrinin mənasını başa düşmədiyimiz halda onu oxumağın hansı təsir və faydaları vardır?
Quran ayələrinin mənasını başa düşmədiyimiz halda onu oxumağın hansı təsir və faydaları vardır?
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Allahı tanımada daxili (batini) yol
Allahı tanımada daxili (batini) yol
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Dua etməyin ədəbləri
Dua etməyin ədəbləri
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
Qeybət təkcə dilə aid deyil!
Qeybət təkcə dilə aid deyil!
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
“Qarnını və orada olanları unutma”
“Qarnını və orada olanları unutma”
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Daha çox oxumaq istəyirsən? )))