Shia.az SonUmidTv media
sitename

 

Güclü insanın xüsusiyyətləriGüclü insanın xüsusiyyətləri
.
1- Nəfsin istəkləri üzərində hakimlik

Nəfslə mübarizədə qalib gəlmək üçün ilk növbədə pis adət və xasiyyətləri müalicə etmək lazımdır.
Pis xasiyyətləri müalicə etmək üçün əxlaq ustalarının tövsiyə etdiyi ən yaxşı əlac yollarından biri budur ki, biz malik olduğumuz hər hansı bir pis xasiyyəti yadda saxlayaq və bir müddət mərdliklə o pis xasiyyətin tam əksinə əməl edək və Allah Taaladan ardıcıl olaraq bu mübarizədə müvəffəq olmağımızı və uğur qazanmağımızı istəyək.
Məsələn, bir adamın pis xasiyyətlərindən biri budur ki, camaatla rəftarı kobud və pisdir. Bu adam çalışmalıdır ki, kimlərə qarşı kobuddursa onlarla görüşəndə onlarla mehriban davranışa özünü məcbur etsin. İçərisindən insanlara qarşı şeytanın qəzəb alovu gəldikdə nəfsinin meylinin istəyinə əks cavab versin, qəzəbini üzə çıxmağa qoymasın. Əvvəldə bu iş çətin olur, amma hər dəfədən sonra asanlaşır. Bir müddətdən sonra isə Allahın köməyi ilə həmin pis xasiyyət insanın qəlbindən çıxacaq. Onun əksi olan yaxşı xasiyyət bizim qəlbimizdə sakin olacaqdır.
Eləcə də Qeybət etmək, təkəbbürlük, yalan danışmaq, sözünün üstündə durmamaq, əmanətə xəyanət etmək və sair pis xasiyyətlər.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

الشديد من غلب نفسه

"Ən güclü insan nəfsinə qalib gələn şəxsdir.”
Mən la yəhzurəhul fəqih 4-cü cild 378-ci səhifə
.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اقوي الناس من قوي علي نفسه
اقوي الناس من غلب هواه

"Nəfsinin üzərində hakim olan şəxs insanların ən şücaətlisidir.”
"Nəfsinin istəklərinə (ağılı ilə) qalib gələn şəxs insanların ən güclüsüdür.”
Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə
.
2- Qəzəb və əsəbinə nəzarət edə bilir

Hazırkı dövrdə qəzəb və əsəblərə nəzarət edə bilmək ən çətin məsələlərdəndir. Nəzərə alsaq ki, kino və seriallar, hətta cizgi filmləri və virtual oyunların əsas sütunlarından biri insanları qəzəbləndirmək və əsəbləşdirmək üzərində qurulub, onda qəzəbə nəzarət edə bilmənin çətinliyi tam bəlli olur. Sosial şəbəkələrdə hər kəsin ağzına gələni yazması da bunlara bir böyük əlavədir.
İslam əxlaqına əsasən əsəbləşmə anında özünü saxlaya bilən, yəni əsəbini cilovlaya bilən şəxs güclü insandır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اقوي الناس من قوي علي غضبه بحلمه

"Öz qəzəbinə qarşı dözümlü və mətanətli olmaqla qalib gələn şəxs insanların ən güclüsüdür.”
Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə

Qəzəb və əsəbimizə qəlib gələ bilməyimiz üçün ən gözəl nümunələrdə biri sevimli yeddinci imamımız həzrət Museyi Kazım əleyhissalamdır. O həzrətin səbir və dözümlük qüdrəti o həddə olmuşdur ki, insanlar arasında KAZIM ləqəbi ilə məşhur olmuşdur. Kazım o şəxsə deyilir ki, əsəbləşmə anında özünü elə cilovlayır ki, onun qəzəbləndiyi nəinki simasından bəlli olmur, əksinə onun simasına baxan adam onun bu hadisədən razı olduğunu düşünür.
.
3- Bütün vacib əməlləri yerinə yetirmək, eləcə də haramların və günahların hamısından çəkinmək

Əxlaq ustadları buyurublar ki, bütün vacibi əməlləri yerinə yetirmək, eləcə də haramların və günahların hamısından çəkinmək üçün ilk öncə bir kağıza vaciblərin və günahların hamısının adlarını yazın. Təbiidir ki, bu iş günlərlə vaxt çəkəcəkdir. Yüzlərlə vacib və yüzlərlə haramın adlarını yazdıqdan sonra onların hansına əməl edib etmədiyinizi araşdırın.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Allah Taalanın əmrlərini yerinə yetirmək insanın şücaətli və izzətli olmasından xəbər verir.”
.
4- Allaha təvəkkül etmək və İlahi göstərişlərə etimad göstərmək

Təvəkkül insanın etiqad və əqidəsi ilə bilavasitə rabitəsi olan məsələdir. Təvəkkül – yəni Allaha etimad eləmək, Allaha söykənmək.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله ( صلى الله عليه وآله ) : لو أنكم تتوكلون على الله حق توكله
لرزقكم كما يرزق الطير تغدو خماصا وتروح بطانا

"Əgər siz Allah Taalaya layiq olduğu tərzdə təvəkkül etsəniz, bir quşun səmaya ac qarınla qalxıb və səmada dolaşaraq tox qarınla qayıtdığı kimi sizə ruzi verilərdi.”
Yəni ruzi özü insanın əlinə gələr, Allah Taala bir çox yaratdıqlarına ruzinin özünü göndərir. 
Biharul ənvar 68-ci cild 151-ci səhifə

Odur ki, sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال رسول الله ( صلى الله عليه وآله ) : من أحب أن يكون أقوى الناس فليتوكل على الله

"Kim insanların ən güclüsü olmaq istəyirsə Allah Taalaya təvəkkül etsin.”
Biharul ənvar 68-ci cild 154-cü səhifə

Allah Taalaya təvəkkülü ən çox olan o şəxslərdir ki, onların mərifətləri daha çoxdur. Deməli, ən güclü insan o şəxsdir ki, Allaha və Onun ayələrinə, nişanə və əlamətlərinə daha çox elm və mərifətə malikdir.
.
5- Yəqin

Tərəddüd, inamsızlıq və şək-şübhə qaranlığından xilas olaraq Yəqin məqamına, eləcə də İlahi mərifətə yiyələnmiş şəxs İslam əxlaqında insanların ən güclüsü və ən şücaətlisi sayılır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

كن موقنا تكن قويا

"Yəqinə sahib ol ki, ən güclü olasan.”
Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə

Bildiyiniz kimi yəqinin dərəcələri vardır, bunu nəzərə alaraq insanların ən güclüsü yəqinin ən uca zirvəsində olan şəxsdir.
.
6- Üstün ağıl və dərkə malik olmaq

Məsumların (ə) hədislərinə nəzər saldıqda görürük ki, ağıl, düşüncə, təfəkkür və dəketmənin ən üstününə malik olan şəxslər insanların ən güclüləridirlər. Çünki belə insanların həyatları bütünlüklə ağıl və düşüncənin üzərində qurulmuşdur.

Rza Əzizoğlu İrəvani

 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Haqqın ən böyük qələbəsi -Mübahilə
Haqqın ən böyük qələbəsi -Mübahilə
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
Kamil qadın - xanım Məsumə
Kamil qadın - xanım Məsumə
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
Xəyalpərəstlikdən xilas olmağın yolları
Xəyalpərəstlikdən xilas olmağın yolları
Həzrət Fatimənin (ə) çəkinməsi
Həzrət Fatimənin (ə) çəkinməsi
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayı Əxlaq ayıdır
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
Əxlaqda bəsirət
Əxlaqda bəsirət
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Güclü və zəif insanlar kimlərdir?!
Güclü və zəif insanlar kimlərdir?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Daha çox oxumaq istəyirsən? )))