Shia.az SonUmidTv media
» » » İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri
Русская версия сайта Русская версия сайта
sitename

İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında "Azadlıq və hürriyyətin” rolu və dəyəri
.
Aşuranın dərslərindən biri də azadlıq, müstəqillik və hürriyyət dərsidir. Azadlıq, yəni heç kimin və heç nəyin qulu olmamaq, öz dəyərini və qiymətini dərk etmək mövzusu İslam dinində ən mühüm məsələlərdəndir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

وقال عليه السلام : ألا حر يدع هذه اللماظة لأهلها ؟ إنه ليس لأنفسكم
ثمن إلا الجنة فلا تبيعوها إلا بها

"Bir azad insan yoxdurmu ki, ağızda qalmış bu artığı (heç kimin yeyə bilmədiyi dünyanı) öz əhlinin (dünyapərəstlərin, dünya malına görə istənilən şərəfsizə əyilməyə və yaltaqlanmağa hazır olanların) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir, elə isə onu (özünüzü) həmin qiymətdən (cənnətdən) başqa heç nəyə satmayın.”
Nəhcül bəlağə 256-cı hikmət
.
Odur ki, imam Hüseyn əleyhissalamın ətrafındakı qəhrəman dostlara nəzər saldıqda onların dünyaya zərrə qədər bağlı olmadıqlarını, həqiqi mərd və azad olduqlarını görürük.
İmam Hüseyn əleyhissalam buyurur:

موت فی عزّ خیر من حیاةٍ فی ذلّ

"İzzət və şərəfli ölüm, alçalma və zəlillik ilə olan həyatdan daha yaxşıdır.”
Biharul ənvar 44-cü cild 192-ci səhifə
.
İmam Hüseyn əleyhissalam Aşura günündə ona "Yezidə boyun əyməsən səni öldürəcəyik, qaçmağa da qoymayacağıq” deyiləndə onların cavabında buyurdu:

قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: لا وَ اللهِ لاَ اُعْطِيكُمْ بِيَدِى إعطَاءَ الذَّليلِ وَ لاَ اَفِرُّ فِرَارَ العَبِيدِ

"And olsun Allaha, elə deyil, mən alçalmışlar kimi (tabeçilik məqsədilə) təslimçilik əlimi onlara tərəf uzatmayacağam, nə də qullar kimi qarşınızdan qaçmayacağam.”
əl-İrşad 235-ci səhifə
.
İmam Hüseyn əleyhissalam bütün bəşəriyyətə öyrətdi ki, əgər bir xalq alçaq duyğuların, mənfi xislətlərin, azğın nəfsin, ehtirasın, qorxu və tamahın köləsi olmazsa, heç zaman xarici qüvvələrin, zalım və qəddar imperialist güclərin də köləsi olmayacaq. Bu qayda dünyanın bütün xalqlarına eyni səviyyədə şamil olur, bütün xalqların dərdinin dərmanıdır. Bu, daxili azadlıq, mənəvi azadlıq, insanı hərəkətdən, fəaliyyətdən və iradədən saxlayan zəncirlərdən azadlıqdır. Bu zəncirlər onun daxilindədir.
Gərək əvvəlcə batinimizdə dəyişiklik edək, gərək nəfslərimiz yaxşıya dəyişilsin. Əgər nəfsimiz indiyə kimi şeytan və tağutun hökmranlığı altındadırsa, nə qədər ki, gec deyil dəyişilək. İslah olunmamış nəfsə malik olan insandakı elm özü də bir zülmət və qaranlıq hicabıdır. Nəfsini islah etməmiş alimin və ziyalının özünə və cəmiyyətə ziyanı cəhalət və nadanlığın ziyan və zərərindən daha çoxdur.
Aşura günü imam Hüseyn əleyhissalamın səhabələrinin sözlərini araşdırdıqda görürük ki, onların hamısı mərdlik, azadlıq və hürriyyət şerləri oxumuş, düşmən tərəfi moizə və nəsihət edərkən mərlik və azadlığın əhəmiyyətini onlara başa salmağa çalışmışlar.
İmam Hüseyn əleyhissalamın əmisi oğlu və Kufə şəhərinə elçi kimi göndərdiyi Müslim ibn Əqil düşmənlərin mühasirəsində olduğu anda şücaətlə döyüşərək belə bir beyt deyirdi:

اقسمت لا اقتل الا حرّا
وان رایت الموت شیءا نکرا

"And içmişəm ki, azad və mərd olaraq öləcəm.
Hərçənd, ölümün xoşagəlməz olduğunu görürəm.”
Maraqlıdır ki, Müslim ibn Əqilin oğlu da Kərbəlada döyüş meydanında döyüşərkən atasının dediyi həmin rəzəci təkrarlayaraq döyüşmüş və şəhid olmuşdur. Bu isə Bəni-Haşimin azadlıq və hürriyyətə nə qədər dəyər verdiyinin aşkar göstəricisidir.
Eləcə də, Aşura qəhrəmanlarından olan, təkbətək döyüşlərin ilk şəhidi Hürr qəhrəmancasına döyüşürək ağır yaralı halda və ölüm astanasında olarkən imam Hüseyn əleyhissalamın onun başı üzərinə gəlib başını öz dizlərinin üstünə qoyaraq

انت حرکما سمیتک امک و انت حر فی الدنیا و الاخرة

"Sən həqiqətən Hürrsən, anan sənə doğru olaraq bu adı qoyub, sən dünya və axirətdə hürr və azadsan” buyurması azadlıq, hürriyyət və müstəqilliyin bu məktəbdə nə qədər böyük dəyər, qiymət və əhəmiyyətə malik olduğunun bariz göstəricisidir.
Əgər biz özümüzü doğrudanda imam Hüseyn əleyhissalamın Aşura məktəbinin şagirdləri sayırıqsa, bu məktəbin dərslərindən biri olan azadlıq, hürriyyət, müstəqillik, heç kimə boyun əyməmək, dünyaya aldanmamaq və alçalmamaq dərsini gözəl mənimsəməli və icra etməliyik.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Aşura sözünün və bayrağının ucalması
Aşura sözünün və bayrağının ucalması
Hacı Rza Məhərrəm 3 cu gecə İmam Huseyn(ə) məclisinin dəyəri 23.09.2017
Hacı Rza Məhərrəm 3 cu gecə İmam Huseyn(ə) məclisinin dəyəri 23.09.2017
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Bu gün 4-cü İmam Zeynul Abidin əleyhissalamın mövlud gündür.
Bu gün 4-cü İmam Zeynul Abidin əleyhissalamın mövlud gündür.
Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. .

Bu gün doqquzuncu imam Məhəmməd Təqi əleyhissalamın təvəllüdü günüdür!!! Bayramınız mübarək olsun!
Bu gün doqquzuncu imam Məhəmməd Təqi əleyhissalamın təvəllüdü günüdür!!! Bayramınız mübarək olsun!
Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
İmam Zaman əleyhissalamın namazı
İmam Zaman əleyhissalamın namazı
İmam Rza əleyhissalamın axlaqlından damlalar
İmam Rza əleyhissalamın axlaqlından damlalar
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə - (bəzi mənbələrə görə isə 5 mərhələdə və "həl min müvəhhidin" və "həl min müğisin" sözləri ilə də) köməyə çağırdı:
İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə - (bəzi mənbələrə görə isə 5 mərhələdə və "həl min müvəhhidin" və "həl min müğisin" sözləri ilə də) köməyə çağırdı:
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Aşura əzadarlığının mahiyyəti
Aşura əzadarlığının mahiyyəti
Biz Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik
Biz Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik
Ayətullah Nasir Məkarim Şirazi: Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr
Ayətullah Nasir Məkarim Şirazi: Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Fitr bayramında Əxlaq dərsi
Fitr bayramında Əxlaq dərsi
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Daha çox oxumaq istəyirsən? )))