Shia.az SonUmidTv media
» » » Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?
Русская версия сайта Русская версия сайта
sitename

Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq? 
Stressə düşməmək üçün nə edək?
.
Mümkün qədər stressi yaradan amilləri azaltmaq və bacardıqca stress ilə qarşılaşmalarda möhkəm və mətin olmaq lazımdır. Bəzən həyatımızda kiçicik bir dəyişiklik , rəngarənglik və müxtəliflik edərək heç olmazsa yaxın rayonlardan birinə səfərə çıxıb özümüzə istirahət fürsəti yarada bilərik ki, bu bir çox stessləri bizdən uzaqlaşdıracaqdır.
Biz hamımız stessi təcrübədən keçirmişik. Bu zamanlar ürəyin döyüntüsü çoxalır, ovucumuz tərləyir və ilaxır. Bəzi vərdişlər insanda stressin çoxalmasına səbəb olur; yemək, içmək, yatmaq və hətta insanlarla rəftar növlərində də stress çoxala bilir.
İnsanda stressin yaranması aşağıdakı səbəblərdən ola bilir:
.
1- Kofeindən çox istifadə etmək
Gün ərzində bir neçə dəfə kofe içmək insanın həddən çox təhrik olunmasına səbəb olur və onun iztirabını artırır. Odur ki, kafeinli içkilərdən istifadəni azaldln.
.
2- Problem və dərdlərini başqalarına danışmaq
Bəzi hallarda sizə yaxın olan dost ilə birlikdə oturub problem və çətinlikləriniz barədə danışmaq istəyirsiniz, amma yaxşısı budur ki, söhbətlərinizi uzatmayasınız. Çünki çətinlik və müşküllər barədə uzun-uzadı danışmaq, başqa sözlə yalnız mənfi şeylər barədə söhbət etmək stressin çoxalmasına səbəb olur.
.
3- Dəyişə bilməyəcəyiniz mövzular ilə zehninizi məşğul etməyin
Boynumuza almalıyıq ki, həyatımızda dəyişə bilməyəcəyimiz şeylər çoxdur. Keçmişdə baş vermiş səhvlərimizi həmişə gündəmdə saxlamağımız heç bir çətinliyimizi həll etməyəcək. Dəyişilməsi mümkün olmayan mövzular barədə nigarançılığın heç bir faydası yoxdur. Odur ki, ən yaxşı yol keçmişin səhv və xatalarını unutmaqdır.
.
4- Qeyri-sağlam qidalar yeyirsiniz
Stress bəzi hallarda insanı ziyanlı qidaları yeməyə sövq edir, ancaq bilin ki, qeyri-sağlam qidalar sizin cismi və zehni vəziyyətinizi daha da pisləşdirə bilər. Yeməyə həvəsiniz artırsa sağlam qidalar yeyin. Kolbasa-sosiska məhsulları, çipsi, rəngli qazlı sular, konserva məhsulları, mayonez, ketçup, yarımfabrikat qidalar, şokolad batonları, sovurma konfetlər, popkorn və sair bu kimi məhsullar qeyri-sağlam qida sayılır.
.
5- İşlərdə birincilik şərtinə əməl etmirsiniz
Bəzən gün ərzində bir neçə işi etmək könlünüzdən keçir. Nigaran olmayın, dərindən nəfəs alın və birincilik şərtinə əməl edərək işlərinizi başa çatdırın. Birincilik şərti budur ki, əvvəlcə ən mühüm və lazımlı işdən başalyasınız. Bir işi qurtardıqdan sonra o biri işə başlayın. Yadınızdan çıxmasın ki, eyni vaxtda bir neçə işi yerinə yetirmək yaxşı nəticələr vermir.
.
6- Yuxunuz lazımı qədər deyil
Yuxunun azlığı insanda halsızlıq, fikri yorğunluq, huşsuzluq, kobud xasiyyət və sair xoşagəlməz xüsusiyyətləri yaradır ki, bunlar da stressi yaradan və çoxaldan amillərdirlər.
.
7- Özünüzün və başqalarının davranış və hərəkətlərini həddən çox araşdırırsınız
İndiyə qədər sizdə belə bir hal olubmu ki, insanlarla söhbət etdikdən bir neçə saat sonra nigaran olmusunuz ki, "bəlkə də mən onunla (onlarla) pis danışdım” , "başqa cür danışdaydım daha yaxşı olardı” , "filankəs barədə o sözü gərək deməyəydim” . Arxayın olun ki, bu qədər xırdalıqlara getmək yalnız sizin ağlınıza gəlir. Söhbətləri bu qədər təhlil etmək insanda stressin yaranmasına səbəb olur.
.
8- İdman etmirsiniz
İşləriniz çox olduqda onların bəzilərini təxirə salırsınız, təxirə salınan birinci iş adətən idman olur. Halbuki yüngül idmanı tərk etməməyə çalışın, yatmazdan əvvəl yüngün idman etməklə stressi özünüzdən uzaqlaşdırarsınız və həm də yaxşı yuxu nəsibiniz olacaqdır.
.
9- Gündəlik proqram və planınız yoxdur
Bir sutka 24 saatdır, ancaq bəzən bir günlük işdən daha böyük məsuliyyəti bir gündə etməyi boynunuza götürürsünüz. Adətən söz verib məsuliyyəti boynumuza götürdükdən sonra o iş barədə fikirləşib bacarmayacağımızı başa düşürük. Elə isə gündəlik proqramımız olmalı, hər hansı işi boynumuza götürmək istəyəndə vaxtımızı nəzərə alıb qərar verək.
.
10- Bütün işləri özünüz etmək istəyirsiniz
Siz elə bilirsiniz ki, işi yalnız siz özünüz yaxşı şəkildə yerinə yetirə bilərsiniz, başqaları yarıtmayacaq. Belə olduqda siz bütün günü təzyiq və sıxıntıda olacaqsınız. İcazə verin başqaları da sizə kömək etsinlər, təki stress sizdən uzaq olsun.
.
11- Bütün diqqətinizi pisliklərə yönəltmisiniz
Günlər pis və yaxşı olmaqla gəlib gedirlər. İztirablı və stressdə olan adamlar yalnız pis hadisələr və pis hallar üzərində qalırlar, günlərin yaxşılarına diqqət etmirlər. Çalışın hər şeyin yaxşılarını görün, qəm və kədər əvəzinə ümid və sevinc sizin qəlbiniz və simanızdan əskik olmasın.
.
12- Tələskənsiniz
Nigaran və iztirablı insanlar öz işlərində çox tələsdiklərindən stressə o qədər düçar olurlar ki, işləməyin ləzzətindən məhrum olurlar. İşlərinizi azldın ki, işləməklə eyni zamanda işlərinizdən həzz ala biləsiniz. İşlərdə tələsmək stressin yaranmasına və çoxalmasına səbəb olur.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qəzəbi necə kontrol etmək olar?
Qəzəbi necə kontrol etmək olar?
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Bəzi rəvayətlərdə ildırım və göy gurultusunun yaranmasına səbəb mələklərin sədası və şallaq vurması kimi göstərilib. Bunun açıqlaması nədir?
Bəzi rəvayətlərdə ildırım və göy gurultusunun yaranmasına səbəb mələklərin sədası və şallaq vurması kimi göstərilib. Bunun açıqlaması nədir?
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Pis adamlarla rabitə insanda bədbinlik hissini oyadır, onu ətrafdakılara qarşı bədbin edir
Pis adamlarla rabitə insanda bədbinlik hissini oyadır, onu ətrafdakılara qarşı bədbin edir
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
İsti havada ürəyi necə qorumalı?
İsti havada ürəyi necə qorumalı?
Ramazanı sağlam keçirməyin 9 yolu
Ramazanı sağlam keçirməyin 9 yolu
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))