Shia.az SonUmidTv media
» » » Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Русская версия сайта Русская версия сайта
sitename
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
.
1- Özünüzü danlamaqdan çəkinin. Siz cismi xəstəliyin qarşısının alınmasının zərurətini anladığınız kimi bu mövzuya da elə ciddi baxmalısınız. Şəxsiyyət və mənliyinizi alçaltmayın, yoxsa bu iş sizdə özünəetimad hissini zəiflədəcək və getdikcə daha hövsələsiz olacaqsınız.
2- Özünüzdə gördüyünüz həm də başqalarının sizdə gördükləri müsbət xüsusiyyətlər, bacarıq və istedadlarınızı bir vərəqə yazıb özünüzdə saxlayın. Vaxtaşırı o vərəqə göz gəzdirin.
3- Sizdə olan müsbət və yaxşı xüsusiyyətlərə yüngül yanaşmayın, o xüsusiyyətlərin dəyərini bilin, onların sizdə olduğuna görə Allah Taalaya şükür edin.
4- Tezinciyən və tez hövsələdən çıxan olduğunuza görə sizə dəyən zərər və ziyanları isə başqa bir vərəqə yazın. Məsələn, siz hansısa bir söhbətda haqlı idiniz, ancaq siz tez əsəbləşdiyinizə və qarşı tərəfin isə aram olduğuna görə ətrafınızda olan insanlar haqqı sizə yox qarşı tərəfə verdilər. Bu hadisələri tarixi və təfərrüatı ilə birlikdə yazın.
5- Özünü ələ almaq və qəzəbi cilovlaya bilmək, eləcə də qəzəb və hirsin qarşısının alınmasında olan faydaların siyahısını da yazmağı unutmayın. Məsələn, "əgər özümü ələ ala bilsəm və kəmhövsələ olmasam əsəbim sakitləşdikdən sonra vicdan əzabı və günah hissi mənim sorağıma gəlməz.” 
6- Qarşı tərəflə danışıq zamanı özünüzdə əsəbilik halını hiss edən kimi cismi vəziyyət və yerinizi dəyişin. Qəzəblənmənin elə əvvəl anında cismi vəziyyətimizi və ya yerimizi dəyişməklə aramlıq və sakitliyimizi yenidən bərpa edə bilərik, ancaq bu ani surətdə baş verməlidir, çünki zaman keçdikcə biz özümüzü toparlaya bilməyəcəyik. Qarşı tərəfə qarşı zorakılıq, qəzəb, hirs və inciklik bizə qalib gələcək.
7- Özünüzü ələ ala bildiyiniz anlar sizin uğurunuzdur, bu uğurunuza görə sevinin, özünüzə qiymət verin. Bacarığınızı dəyərləndirməyiniz gələcək hadisələrdə də sizin bu cür davranmağınıza stimul olacaqdır.
8- İdman, bədən hərəkətləri və dərin nəfəs almaq (nəfəsi 8 saniyə saxlamaq sonra isə 8 saniyə ərzində nəfəsi buraxmaq) tapşırığı sizdə qəzəbin mötədilləşməsinə səbəb olacaq, eləcə də iztirab və gərginliyi azaldacaq. Əxlaq ustadları deyirlər ki, insanda tez incimək və tez əsəbləşməyin ana səbəblərindən biri iztirab və nigarançılıqdır.
9- Mənfi həyacan və emosiyalardan qurtulduğunuz zamanda da özünüzü danlamayın. Siz o hadisəni xatırlayıb kiçik bir şeyə görə şəxsiyyətinizi sual altına almağınız əvəzinə, özünüzə belə deyin: "Mənim müsbət cəhətlərim daha çoxdur, gələn dəfə əgər yenə belə bir hadisə ilə rastlaşmalı olsam aram və sakit olacaq, qətiyyən narahat olmayacağam.” Beləliklə uğur və müvəffəqiyyətlərə doğru irəliləmiş olacaqsınız.
10- İnsanların şəxsiyyətini məhv edən "hamı yaxud heç kəs” qanununa tabe olmayın. Bu qanunun mənası budur: "Qarşı tərəf mənim bütün sözlərimi və rəftarımı istisnasız olaraq mən istədiyim kimi qəbul etməlidir ya da mən onun əleyhinə olaraq ona etiraz edəcəyəm.” 
11- Mənfi hisslərinizi heç vaxt zorakılıqla əlaqələndirməyin, çünki bu, sizdə iztirab və ruhi-böhran (depresiya) yaradacaq, həm də qarşı tərəfin gözündə siz xarab adam kimi yadda qalacaqsınız. Odur ki, əsəblərinizi qoruya bilməyəcəyinizdən qorxsanız söhbətinizi başqa vaxta keçirin. Münasib bir vaxtda qarşı tərəflə görüşərək tam aram və sakit halda ondan dəlillər ilə danışmasını istəyin və siz də öz dəlillərinizi gətirin. Yaxud da cavabınızı zarafat ilə qarşı tərəfə anladın.
12- Bilin ki, sizin sağlam ruhi halınız və hissiyyatınızın dəyəri çox böyükdür. Başqalarının hətta pis rəftar, davranış və sözlərinə görə əhvali-ruhiyyənizi təhlükə altına atmayın.
13- Bilin ki, əfv və güzəşt etməkdə olan ləzzət, intiqamda yoxdur. Siz yüksək mərifət və şüura malik olduğunuza görə qarşı tərəfə heç vaxt pis və kobud cavab verməyin. Çünki əgər siz də onun kimi "pis”dən istifadə etsəniz sizinlə onun arasında heç bir fərq olmayacaq. Əfv, güzəşt, bağışlamaq və fədakarlıq həm alicənablıq rəmzi həm də Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyat üslubudur, elə isə siz də bu yol və üslubdan istifadə etməklə başqalarına örnək və nümunə olun.
14- Tez əsəbləşmək, tez incimək və tez hövsələdən çıxmaq kimi pis xüsusiyyətlərdən xilas olmaq üçün Allaha dua edin, Peyğəmbərə (s) və Əhli-beytə (ə) təvəssül edin.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Mömində olmayan altı sifət
Mömində olmayan altı sifət
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
Üç mühüm istək
Üç mühüm istək
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
Həzrət Fatimənin (ə) insanlarla şəfqətli davranışı
Həzrət Fatimənin (ə) insanlarla şəfqətli davranışı
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Cənab Rəhbər Ayətullah Xameneinin yeniyetmələrə 12 tövsiyəsi:
Cənab Rəhbər Ayətullah Xameneinin yeniyetmələrə 12 tövsiyəsi:
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Bihudə və mənasız andlar
Bihudə və mənasız andlar
HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Pis adamlarla rabitə insanda bədbinlik hissini oyadır, onu ətrafdakılara qarşı bədbin edir
Pis adamlarla rabitə insanda bədbinlik hissini oyadır, onu ətrafdakılara qarşı bədbin edir
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))