Shia.az SonUmidTv media
sitename

Tez incimək və küsməkdən qurtulmağın yolları
.
Bir çox insanların narahatlıq keçirdikləri mövzulardan biri da tez incimək və küsməkdir. Əslində bu narahatlığı keçirənlərin sayı çoxdur, ancaq onlar iki dəstədirlər. Bir dəstə onların qarşılaşdıqları yaxud yoldaşlıq etdiklərinin tez inciyən və küsəyən olmaqlarından narahatlıq hissi keçirir, o biri dəstə isə özlərinin tez inciyən və tez küsən olduqları və bundan heç cürə xilas ola bilmədikləri üçün narahatlıq hissi keçirirlər.
Hərçənd şəxsi amillər, ruhi sarsıntı və iztirab, eləcə də həll edilə bilməyən bəzi problemlər və vaxtı ilə həmin şəxsin həyatında baş vermiş hasısa xoşagəlməz hadisə(lər) tez inciməyin səbəbi ola bilər (buna görə bu mənfi xüsusiyyətin müalicəsində əsas amilın tapılması xüsusi önəm daşıyır), ancaq bütün bunlara rəğmən bilmək lazımdır ki, tez incimək və küsməyin çətin bir xəstəlik olduğu barədə düşünmək düz deyil. Çünki yeniyetməlik və gənclik zamanı, başqa sözlə hər bir insanın həyatının çılğın anları müxtəlif hadisələrlə zəngin olur, o hadisələrin bəziləri şadlıq və sevinc, o biri hissəsi ilə məğlubiyyət və həll edilə bilməyən problemlər, eləcə də nakam qalan arzu və istəklərdən ibarətdir. İnsanın bu yaşlarda məruz qaldığı cürbəcür cismi, mənəvi və ruhi dəyişikliklər tez inciməyin və küsməyin yaranmasının əsasını təşkil edir.
Bu hissin ötəri olması qorxulu deyil, əksinə adi və təbii haldır, ancaq qorxulu olan bu xüsusiyyətin insanın canında kök salaraq onun dəyişməz xasiyyətinə çevrilməsidir. Təbiidir ki, bundan qurtülmaq yolunun ən təsirli vasitəsi möhkəm əzmkarlıq və güclü iradəyə malik ola bilməkdir.
Bu xüsusiyyətdən qurtulmaq istəyən hər bir şəxs elə indidən öz həqiqi şəxsiyyətini üzə çıxarmalı və yeni həyata qədəm qoymağı bacarmalıdır, yəni keçmişdə olan mənfi hadisləri özünə həyat dərsi kimi faydalı təcrübə olduğunu qəbul etməlidir. Həyatdakı məğlubiyyətlər qəm-qüssə çəkmək üçün yox, insanın daha çox təcrübəyə malik ola bilməsi üçün dərslər və ibrətlərdən ibarətdir.
Tez incimək və küskünlüyün qarşısı alına bilən olduğunu bilməliyik. Gərək özümüzə elə bir proqram quraq ki, qısa bir zamanda ondan qurtula bilək, yoxsa zaman keçdikcə bu mənfi xüsusiyyət bizdə özünəinamsızlıq, iztirab, nigaranlıq, məyusluq, ümidsizlik və ilaxır pis ruhi xəstəliklərin yaranmasına səbəb olacaqdır.
Əxlaq ustadları tez incimək və küskünlükdən qurtulmaq üçün bir sıra yollar təklif edirlər, o cümlədən:

1- İncimək və küskünlüyün yaranmasının səbəbini tapmaq və onun həlli üçün çalışmaq lazımdır. Təbiidir ki, incimək səbəbsiz deyil, hərçənd ola bilər siz onun səbəbini biməyəsiniz. Bunun səbəbini tapmağa çalışın, hər bir hadisə ilə üzləşməzdən öncə özünüzü o hadisəyə ruhi-mənəvi cəhətdən hazırlayın. Hadisə istədiyiniz kimi olmayanda səbirl və dözümlü olun, öz şəxsiyyətinizi uca saxlamağa çalışın, gözütox olun...

2- Başqalarında gördüyünüz rəftar və davranışlara görə tez hökm verməyiniz (qərar çıxarmanız) tez inciməyin səbəbi ola bilər. Həyatda hər şey siz düşündüyünüz kimi olmur, hər şəxsin etdiyi hərəkətin səbəbini onun öz dilindən eşitməyincə "məncə”dən istifadə etməyin. Bu "məncə” bir çox hallarda həm də bədgümanlıqla nəticələnir. Həm günah etmiş olursunuz, həm də ruhunuzda tez incimək və küskünlük yaranır.

3- Başlalarından umacaqlarınızı və gözləntilərinizi mötədilləşdirin. Hər bir insan sizin kimi müxtəlif arzu, istək, hədəf və məqsədlər ilə yaşayır, elə fikirləşməyin ki, siz qarşı tərəfdən hansı hərəkət yaxud sözlər umursunuzsa həmin şeylərlə də qarşılaşacaqsınız. Məgər siz həmişə başqalarının sizdən gözlədikləri hərəkətləri edirsinizmi?! Hər kəsi başa düşməyə çalışın, başqalarının seçiminə dəyər verin. Öz arzu və istəklərinizi özünüz həyata keçirməyə çalışın.

4- Çəkinmədən sizin incintmiş şəxs ilə danışmağa çalışın, ona vəziyyətinizi izah edin, məsələn, deyin: "sənin filan hərəkətin məni incitdi, məni narahat etdi”. Bilin ki, insanlar anormal sözlər və hərəkətlərə yorğun, fikirli, əsəbi, xülasə anormal halda olduqda yol verirlər. Ancaq sakitləşəndən sonra etdikləri hərəkətlərə peşman olurlar.

5- İnsan bəzi hallarda başqası ilə ünsiyyətdə olarkən qarşı tərəflə əlaqədar bunun zehninə on yaxşı və bir pis fikir gəlir, belə halda adətən insanlar həmin bir fikiri əsas götürərək qarşı tərəfə bədbin olur və ondan küsüb inciyirlər. Çalışın hər bir hadisəni yaxşıya yozasınız.

6- Başqalarından küsməyin mənfi nəticələrinə diqqət etdin.Tez inciyən və küsəyən insanların dostu az olur, insanlar ondan uzaqlaşmağa çalışır və onunla ünsiyyət qurmaqdan qaçırlar, küsəyən adamlar həyatda uğur və müvəffəqiyyətlərdən məhrum olurlar.

7- Çətinlik və məhrumiyyətlərə dözə bilmək gücünü və zərfiyyətini çoxlatmaq lazımdır, habelə insan özündə olan məhdudiyyət , naqislik və çatişmazlıqları qəbul etməlidir. Keçmişdə baş vermiş mənfi hadisələrin təəssüfü ilə yaşamayın, eləcə də gələcəkdə pis hadisələrin ola biləcəyi xəyalı ilə təşviş və nigaranlıq keçirməyin.

8- Başqalarının sizə qarşı məsxərəedici rəftarları qarşısında müqavimətli və mətin olun. Təki onlar sizə qarşı olan rəftar, davranış, hökm və istehzalarının sizə heç bir zərbə vura bilmədiklərini görsünlər. Sizin öz müstəqil baxışınızı və hədəfli həyat yolnuzda qətiyyətli və mətin oldunuzunu gördükdə sizə qarşı etdikləri hərəkətlərə görə peşman olacaq və gələcəkdə sizinlə dostlaşmağa çalışacaqlar. Siz müqavimət və mətinliyiniz ilə düşmənlərinizi tərki-silah etmiş olacaqsınız.

9- Gözələxlaqlı və təqvalı insanlarla dostluq edin. Onlarla vaxtaşırı görüşün, gözəl əxlaqa malik olan insanlar ilə ünsiyyəti qənimət bilin.

10- Öz hərəkətlərinizi də unutmayın, yəni sizin incik və küsəyən olmağınızda bəzən siz özünün günahkarsınız. Sizin yersiz, kobub, nalayiq yaxud münasib olmayan rəftar və sözləriniz qarşı tərəfin sizə qarşı mənfi rəftarına səbəb ola bilər. İnsanlarla ünsiyyət zamanı hərəkət və danışıqlarınıza fikir verin.

11- Qarşı tərəfin düşdüyü şəraiti nəzərə alın, qoyun bəzən özlərini başqa cür aparsınlar. Hər şeyə ciddi yanaşmayın. Çalışın xoştəbiət və şən olun. Ola bilsin ki, sizə qarşı səhv məlumatlanıblar deyə sizinlə elə kobud rəftar ediblər. Onlara zaman verin.

12- Özünüzə söz verin ki, qalmaqallı ünsiyyətləri xəyallarınızda yaşatmayacaqsınız, o münasibətlər barədə fikirləşməyəcəksiniz.

13- Təsirli və faydalı ictimai münasibətlər barədə məlumatlanın. Bir çox hallarda inciməyin və küsməyin səbəbi insanın ictimai rəftarlara bələd olmaması üzündən olur. Çoxlu tamaşaçıların olduğu səhnəyə ilk dəfə çıxan insan özünü itirdiyi kimi, ictimai olamyan adamlar cəmiyyət içinə çıxanda çoxlu problemlərlə qarşılaşırlar. Əxlaq ustadları ilə ünsiyyətdə olaraq insanın fərdi və ictimai rəftarları barədə məsləhətlər alın.

14- Sağlam əyləncə və istirahətləri unutmayın. Vaxtaşırı gözəl təbiəti olan yerlərə səyahət edin, dağlar, meşələr, çaylar, göllər və müxtəlif gözəl mənzərələr sizin cisim və ruhunuzu sağlam edəcək, iradənizi gücləndirəcək. Dağa çıxmaq, üzgüçülük, qaçış, təmiz havada piyada gəzmək də faydalı sağlam istirahətdir.

 

 


 

Rza Əzizoğlu İrəvani

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
Üç mühüm istək
Üç mühüm istək
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
Qadının insani məqamı
Qadının insani məqamı
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))