Shia.az SonUmidTv media
sitename

Xalis ibadət və İlahi məsləhətXalis ibadət və İlahi məsləhət
.
Həzrət Fatimə əleyhasalam buyurur:

وعن سيدة النساء صلوات الله عليها قالت : من أصعد إلى الله خالص عبادته
أهبط الله عز وجل إليه أفضل مصلحته

"Kim öz xalis ibadətini Allah dərgahına yüksəldərsə, əvəzində Allah da ən yaxşı məsləhətini onun üçün yerə endirər.”
Biharul ənvar 67-ci cild 250-ci səhifə
.
Şübhəsiz, hər bir insan Allaha ehtiyaclıdır, bu danılası mümkün olmayan bir həqiqətdir. Allahın adlarından bir olan "səməd” sözünün mənası barədə olan hədislərdən birində həmin söz "bütün arzular Ona ünvalanıb” deyə izah edilmişdir. Hətta təkəbbürlü və özünəpərəstiş halında olan adamlar da, üzdə özlərini heç kimə, hətta Allaha belə ehtiyaclı olmayan kimi aparsalar da, gizlində öz istəklərini Allahdan istəyir və onun dargahına üz tutaraq yalvarırlar. Bunu Firon və sair allahllıq iddiası edənlər barədə tarixi məlumatlarda da aşkar görürük. Həmçinin, Allahı inkar edən, əvəzində isə alçaq və dəyərsiz şeylərə və kəslərə tapınan insanlar da çətinə düçəndə, xüsusilə də öz həyatlarını təhlükədə görəndə Allaha üz tutur və Ondan nicat, qurtuluş və xilas istəyirlər. Qurani-kərimdə bu həqiqətlərin bir çoxu insanlara nümayiş etdirilmişdir.
Allah Taala Yunus surəsinin 22-ci ayəsində buyurur:

هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ حَتَّى إِذَا كُنْتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِمْ بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا بِهَا جَاءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَظَنُّوا أَنَّهُمْ أُحِيطَ بِهِمْ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنْجَيْتَنَا مِنْ هَذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ

"Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: 'Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
.
Eləcə də kafirlər və bütpərəstlər də çətinə düşəndə, öz həyatlarının təhlükədə olduğunu görəndə Allah ixlas ilə dua edirlər. Qurani-kərim Ənkəbut surəsinin 65-ci ayəsində buyurur:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

"(Kafirlər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar."
.
Gördüyümüz kimi hətta Allaha inanmayan və Allaha şərik qoşanlar da çətinə düşdükdə Allahın dərgahına üz tutaraq ixlas ilə dua edirlər.
Deməli, hər bir insan, mömin yaxud kafir olmasından asılı olmayaraq Allaha ibadətin və duanın qəbul olmasının əsas şərtinin ixlas və xalislik olduğunu bilir, ancaq bunu əməldə etmək hər kəsə nəsib olmur. Həyatlarını təhlükədə gördükdə Allaha edilən xalis dua və xalis ibadətin nicat və qurtuluşa səbəb olduğuna etiraf edirlər.
Belə bir həqiqətə etiraf etmək, əslində müvəffəqiyyət və uğurun qapısında dayanmaq deməkdir, ancaq həmin qapıdan daxil olmaq üçün bu etirafın insanın qəlbinə hopması və onun ardınca əməl, rəftar və davranışa keçməsi lazımdır. 
Əgər insan Allahın ona nəzər salmasını və ən yaxşı məsləhətini ona əyan etməsini istəyirsə, bunun yalnız Allaha xalis ibadətlə mümkün olduğunu etiraf etdikdən sonra əməl mərhələsinə keçməlidir. Əməli ilə, yəni ibadət və itaətlərini xalis və ixlaslı etmək ilə öz arzusunu gerçəkləşdirə bilər. 
Allah Taala hər birimizi xalis ibadətlər sayəsində uğur və müvəffəqiyyət qazanmaqda müvəffəq etsin.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
İman
İman
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
ZÖHD "Zöhd"
ZÖHD "Zöhd"
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))