Shia.az SonUmidTv media
sitename
Qəzəbi necə kontrol etmək olar?

Qəzəb elə bir nəfsani hissdir ki, özü-özündən meydana gəlməz, ona görə də aradan getməsi də birdən olmur. Lakin buna baxmayaraq, ən şiddətli qəzəbləri belə yatızdırmaq mümkündür.

Qəzəblə bağlı Allahın Peyğəmbəri (s) buyurub: "Bəndə Allaha görə qəzəblənib Allaha görə sevinməyincə imanın həqiqətinə çatmaz. Belə olan zaman o imanın həqiqətinə layiq olub".

Allahın Peyğəmbəri (s) yenə buyurub: "Ən uzaqgörən insan – hamıdan çox öz qəzəbinə qalib gələndir".

Qəzəbimizə hakim olmaq üçün bəzi nöqtələrə diqqət etməyimiz lazımdır.
O cümlədən:
1. Qəzəbimizin niyə meydana gəldiyini araşdıraq.
Bəzi zamanlar elə qəzəblənirik ki, ətrafımızda olanlara belə, diqqət edə bilmirik. Əgər nə üçün bu həddə çatdığımızı araşdıra bilsək və yersiz həyəcandan özümüzü xilas edə bilsək, qəzəbimizi yatızdıra bilərik.

2. Həmin şəraitdə çıxıb getmək.
Əgər mübahisə etməkdən yorulmusunuzsa və əsəbləşmək istəmirsinizsə, həmin yeri tərk edin. Çünki qayıdan zaman daha sakit olaraq mövzunu yaxşı dərk edə biləcəksiniz.

3. Diqqətinizi yayındırın.
Bəzən qəzəbimizi yatızdırmaq üçün diqqətimizi yayındırmaq bizə yardım edə bilir. Çünki bu zaman diqqətimiz başqa mövzuya yönəldiyi üçün əsil mövzunu unutmuş oluruq.

4. Özünüzü xilas edin.
O zaman ki, dava başlayar, uduzan tərəf odur ki, ən çox yara ilə oranı tərk edər. Halbuki, siz əgər mövzunu dəyişsəydiniz, özünüzü xilas edə bilərdiniz. Ona görə də belə bir şəraitdə qalib olmaq üçün qarşı tərəfdən üzr istəyin və həmin mövzunu həll edəcəyinizə söz verin. Bu əməl sizin nalayiq rəftarlarınızın qarşısını alacaqdır. Çünki əgər davanı davam etdirsəydiniz, şübhəsiz ki, qəzəb sizi nalayiq rəftarlara sövq edəcəkdi.

5. Üç dəfə dərindən nəfəs alın.
İnsan əsəbləşən zaman bədəni gərginləşir və dərindən nəfəs almaq insanı rahatlaşdırır və bədən üzvlərinin boşalmasına səbəb olur. Ona görə də əsəbləşən zaman üç dəfə dərindən nəfəs alın.

6. Qəzəbiniz haqqında danışın.
Qəzəbiniz haqqında yaxın dostlarınıza danışmaq içinizin boşalmasına səbəb olar və sizə qulaq asan tərəflər sizə yaxşı məsləhətlər verə bilər.

7. Keçmişinizin hesabını çəkin.
Bəzən insanın əsəbləşməsinə səbəb olan amil – keçmişdə çəkdiyi əziyyətlərdir ki, onun ruhuna buraxmaq istəmir. İnsan o zamana qədər ki, bu məsələləri həll etməyib və keçmişdəki hesablarını görməyib – bu amillər onu qəzəblənməyə təhrik edəcəkdir. Ona görə də yaxşı olar ki, insan bir dəftər götürsün və keçmişdə çəkdiyi bütün əziyyətləri bu dəftərə yazsın. Çalışsın ki, ona əziyyət verən insanları bağışlasın və özünü onlardan azad etsin. (deyerler)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
İnsan nə üçün yalan danışır?
İnsan nə üçün yalan danışır?
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?
Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!
Əməl ilə cəza arasında olan uyğunluq
Əməl ilə cəza arasında olan uyğunluq
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
NAMAZ İLAHİ DƏSTƏKDİR
NAMAZ İLAHİ DƏSTƏKDİR
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Yaradıcı olmaq üçün təhsil lazımdır.
Yaradıcı olmaq üçün təhsil lazımdır.
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))