Shia.az SonUmidTv media
» » Kəffarənin vacib olduğu hallar (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Русская версия сайта Русская версия сайта
sitename
Kəffarənin vacib olduğu hallar

318. Əgər orucu batil edən işlər bilərəkdən və ixtiyari şəkildə yerinə yetirilsə, həmin günün orucunun qəzasından əlavə, kəffarə də vacib olur.

319. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa və cənabətli olduqdan sonra sübh azanından qabaq oyanıb qüsl edəcəyi gümanı ilə yatsa, amma sübh azanına qədər oyanmasa, həmin günün orucunun qəzası ona vacib deyildir.

320. Əgər bir şəxs şəri hökmü bilmədiyinə görə orucu batil edən bir iş görsə – məsələn, dərman içməyin orucu batil etdiyini bilməsə və Ramazan ayının gündüzündə dərman içsə – orucu batildir və onun qəzasını tutmalıdır. Amma kəffarə ona vacib deyildir.

321. Əgər bir şəxsə hansısa bir səbəbə görə orucu batil etmək icazə verilsə və ya vacib olsa – məsələn, onu orucu batil edən bir işi görəməyə məcbur etsələr, yaxud suda boğulan bir insanın həyatını xilas etmək üçün suya atılsa – bu təqdirdə kəffarə ona vacib deyildir, amma həmin günün orucunun qəzasını tutmalıdır.

322. İslam şəriətində Ramazan ayının orucunun kəffarəsi bu üç şeydən biridir: bir qul azad etmək, iki ay oruc tutmaq, altmış fəqirə təam vermək. Hazırkı dövrdə azad etmək üçün qul mövcud olmadığına görə, mükəlləf digər iki işdən birini yerinə yetirməlidir.

323. Altmış fəqirə iki şəkildə təam vermək olar: hazır yemək verməklə onları doydurmaq və ya hər bir fəqirə 750 qram (bir müdd) buğda, un, çörək, düyü və bu kimi qida məhsulu vermək.

324. Əgər mükəlləf bu üç işdən heç birini – belə ki, mükəlləf bu üç işdən istədiyi birini seçə bilərdi – yerinə yetirə bilməsə, bu təqdirdə neçə fəqirə təam verməyə imkanı çatırsa, təam versin və ehtiyata görə bağışlanma da diləsin. Əgər heç bir yolla fəqirə təam vermək imkanı yoxdursa, bağışlanma diləməsi kifayət edir. Yəni qəlbində və dilində desin: "Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)”.

325. Əgər oruc tuta və fəqirə təam verə bilmədiyinə görə bir şəxsin vəzifəsi bağışlanma diləmək olsa, amma sonralar oruc tutmaq və ya fəqirə təam vermək iqtidarında olsa, ehtiyata görə bu işi görməlidir. Baxmayaraq ki, istiğfarın (bağışlanma diləməyin) kifayət etməsi uzaq ehtimal deyildir(1) .

326. Ramazan ayının orucunun kəffarəsini tutmaq istəyən şəxs bir ayı bütünlüklə və ikinci aydan ən azı bir gün ardıcıl olaraq oruc tutmalıdır. Əgər ikinci ayın qalan günlərini ardıcıl oruc tutmasa, maneəsi yoxdur.

327. Altmış gün kəffarə orucu tutmaq istəyən qadın əgər oruc tutduğu günlərdə heyz olarsa və ya bu kimi bir vəziyyətlə qarşılaşarsa, heyz günləri tamamlandıqdan sonra kəffarə orucunun qalan günlərini tuta bilər və əvvəldən başlamaq lazım deyildir.

328. Əgər bir şəxs haram cinsi əlaqə ilə və ya haram bir şeyi yeyib-içməklə Ramazan ayında öz orucunu batil etsə, ehtiyata görə hər üç kəffarə (bir qul azad etmək, altmış gün oruc tutmaq və altmış fəqirə təam vermək) birlikdə ona vacib olur. Əgər hər üç kəffarəni birlikdə yerinə yetirmək iqtidarında deyilsə, mümkün olan qədərini yerinə yetirməlidir. Baxmayaraq ki, bu ehtiyatın vacib olmaması uzaq ehtimal deyildir.

329. Əgər oruc tutmuş şəxs orucu batil edən işi gün ərzində bir dəfədən çox (yəni bir neçə dəfə) görsə, ona təkcə bir kəffarə vacib olur. Lakin, əgər cinsi əlaqədə olmaq və ya istimna etməklə orucu batil edibsə, bu təqdirdə neçə dəfə cinsi əlaqədə olubsa və ya istimna edibsə, ehtiyat-vacibə görə o qədər kəffarə verməlidir.

330. Əgər oruc tutmuş şəxsin mədəsindən ağızına bir şey gəlsə, onu yenidən udmamalıdır. Əgər onu bilərəkdən udsa, orucun qəza və kəffarəsi ona vacib olur.

331. Əgər bir şəxs müəyyən bir gündə oruc tutmağı nəzir etsə, amma həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu batil etsə, kəffarə verməlidir. Nəzir orucunun kəffarəsi, andı pozmağın kəffarəsi*  ilə eynidir.

332. Əgər sözünə etibar edilməyən bir şəxs məğrib vaxtı olduğunu desə və oruc tutmuş şəxs onun sözünə əsasən iftar etsə, amma sonradan həmin vaxt məğrib olmadığını başa düşsə, orucun qəza və kəffarəsi ona vacib olur.

333. Əgər orucunu bilərəkdən batil edən şəxs orucunu batil etdikdən sonra səfərə çıxsa, kəffarə onun boynundan götürülmür.

334. Mükəlləfə kəffarə vacib olduqda, onu dərhal verməsi lazım deyildir. Amma kəffarəni o qədər təxirə salmamalıdır ki, vacib əməlin yerinə yetirilməsində səhlənkarlıq hesab olunsun.

335. Əgər vacib kəffarənin üstündən bir neçə il ötsə və mükəlləf onu verməsə, kəffarənin üstünə heç nə əlavə olmur.

336. Kəffarə ünvanında altmış fəqirə (əvvəlki məsələlərdə bəyan edildiyi qaydada) təam vermək istəyən şəxs, əgər altmış fəqir tapa bilərsə, iki və ya daha artıq nəfərin payını bir nəfərə verə bilməz. Altmış nəfərin hər birinə bir nəfərin payı qədər təam verməlidir. Əlbəttə, fəqir şəxsin ailə üzvlərinin sayı qədər payı ona verə bilər və o da bunu ailəsinə sərf edə bilər. Həmçinin fəqirin uşaq və ya böyük, qadın və ya kişi olmasının fərqi yoxdur.

337. Əgər Ramazan ayının orucunun qəzasını tutmuş şəxs zöhrdən sonra orucunu bilərəkdən batil etsə, on fəqirə təam verməlidir. Əgər on fəqirə təam verə bilməsə, üç gün oruc tutmalıdır.

Orucu bilərəkdən iftar etməyin kəffarəsi ilə xəstənin kəffarəsi arasındakı fərq
338. Orucu (Ramazan ayının orucunu) bilərəkdən iftar etməyin kəffarəsi ilə xəstənin kəffarəsi arasında fərq varmı?
Cavab: Bəli, bunlar arasında iki baxımdan fərq vardır: 1- Miqdar baxımından; 2- İstifadə qaydası baxımından. 
Orucu bilərəkdən iftar etməyin kəffarəsi – hər gün üçün altmış fəqiri yedirtmək (yaxud hərəsinə bir müdd təam vermək) və ya iki ay oruc tutmaqdır. Amma xəstənin kəffarəsi, xəstəlik gələn ilin Ramazan ayına qədər davam etdiyi təqdirdə, hər gün üçün fəqirə bir müdd təam verməkdir.
Mükəlləf orucu bilərəkdən iftar etməyin kəffarəsində, əgər altmış fəqir tapa bilərsə, onların hərəsinə bir müdd təamdan artıq verə bilməz. Amma xəstənin kəffarəsində, buna lüzum yoxdur.

Qəza orucunu bilərəkdən iftar etməyin kəffarəsi
339. Bir şəxsin boynunda on gün oruc vardır və o, Şaban ayının iyirmisindən etibarən oruc tutmağa başlayır. Bu təqdirdə o, orucunu zöhrdən qabaq və ya sonra bilərəkdən iftar edə bilərmi? Zöhrdən qabaq və ya sonra orucunu iftar etdiyi təqdirdə, kəffarə nə qədərdir?
Cavab: Sualda deyilənləri nəzərə alaraq, ehtiyata görə orucu bilərəkdən iftar etməsinə icazə verilmir. Orucunu bilərəkdən iftar etdiyi təqdirdə, əgər zöhrdən qabaq iftar etsə, "təxir kəffarəsi”ndən(2)  başqa bir kəffarə ona vacib olmur. Əgər zöhrdən sonra iftar etsə, ona kəffarə vacib olur və bu kəffarə on fəqirə təam verməkdir. Buna maddi imkanı olmadığı təqdirdə üç gün oruc tutmalıdır.

Ramazan ayında oruc tutmamaq
340. Yüz iyirmi gün oruc tutmayan şəxsin vəzifəsi nədir? Hər gün üçün altmış gün oruc tutmalıdırmı? Kəffarə ona vacibdirmi?
Cavab: Əgər Ramazan ayının orucunu tutmayıbsa, orucların qəzasını tutmalıdır. Əgər bilərəkdən və heç bir şəri üzr olmadan iftar edibsə, qəzadan əlavə hər günün kəffarəsi də ona vacibdir. Bu kəffarə ya altmış gün oruc tutmaq, ya altmış fəqiri yedirtmək, ya da altmış müdd təamı altmış fəqirə – hər fəqirə bir müdd olaraq – verməkdir.

On gün qalmağı qərara aldığı yerdə müsafirin orucu batil edən iş görməsi
341. Bir müsafir bir yerdə on gün qalmağı qərara almışdı. Amma orada qalmaq fikrindən dönür və Ramazan ayı daxil olmamışdan qabaq öz şəhərinə qayıtmağı qərara alır. Nəqliyyat vasitəsi tapılmadığına görə, öz şəhərinə qayıda bilmir və səfərdə olduğu yerdə Ramazan ayı daxil olur. Əgər bu şəxs həmin yerdə orucu batil edən bir iş görsə, hökmü nədir?
Cavab: Onun "bir yerdə on gün qalma niyyəti” gerçəkləşdikdən sonra (yəni bir yerdə qalmağı qərara aldıqdan sonra bir dörd rəkətli namaz qıldıqda) oruc ona vacib olur və orucu batil edən bir iş görməsinə icazə verilmir. Əgər o, orucu batil edən bir iş görsə, kəffarə (altmış gün oruc tutmaq və ya altmış fəriqə təam vermək) ona vacib olur. Amma bir yerdə on gün qalma niyyəti və namazı tam qılma hökmü gerçəkləşməmişdən qabaq orada qalmaq fikrindən dönsə, onun öhdəsinə bir şey gəlmir.

Orucu haram işlə batil etmək
342. Ramazan ayında orucunu haram cinsi əlaqə ilə və ya haram yemək və içki ilə batil edən şəxsin hökmü nədir?
Cavab: Sualda deyilənlərə əsasən, o, altmış gün oruc tutmalı və ya altmış fəqirə təam verməlidir. Ehtiyat-müstəhəbə görə hər ikisini yerinə yetirsin.

343. Əgər mükəlləf istimnanın orucu batil etdiyini bilsə, amma bilərəkdən bu işi görsə, ona "cəm kəffarə” vacib olurmu?
Cavab: Ondan məni xaric olsa belə, cəm kəffarə ona vacib olmur. Amma ehtiyat-müstəhəb budur ki, cəm kəffarə versin. 

Orucu batil edən işləri təkrar etmək
344. Oruc tutmuş şəxs orucu batil edən işi gün ərzində bir dəfədən çox (yəni bir neçə dəfə) görsə, vəzifəsi nədir?
Cavab: Ona bir kəffarə vacib olur. Lakin, əgər cinsi əlaqədə olmaq və ya istimna etməklə orucunu batil edibsə, bu təqdirdə neçə dəfə cinsi əlaqədə olubsa və ya istimna edibsə, ehtiyat-vacibə görə o qədər kəffarə verməlidir.

Bilərəkdən qusma
345. Bilərəkdən qusma kəffarəyə səbəb olurmu?
Cavab: Bilərəkdən qusma kəffarəyə səbəb olur.

(1) Uzaq ehtimal deyildir” ifadəsi – fətva hökmündədir.
* Andın kəffarəsi on fəqiri doydurmaq və ya onları geyindirməkdir.
(2) Təxirə salınan qəza orucunun kəffarəsi – hər gün üçün bir müdd təam fəqirə verməkdən ibarətdi.Ayətullahul-Üzma Seyyid Əli Xamenei
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Sübh azanına qədər cənabətli qalmaq
Sübh azanına qədər cənabətli qalmaq
Orucu batil edən işlərin bir sıra hökmləri
Orucu batil edən işlərin bir sıra hökmləri
Orucu batil edən işlər2
Orucu batil edən işlər2
Orucu batil edən işlər 1
Orucu batil edən işlər 1
Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
Xəstənin Ramazan ayının gündüzündə sağalması
Xəstənin Ramazan ayının gündüzündə sağalması
İş səfərinin hökmləri (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
İş səfərinin hökmləri (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti
Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Nəzr, əhd və andın fərq nədir ??
Nəzr, əhd və andın fərq nədir ??
Ayətullahul-Üzma Seyyid Əli Xamenei Yeni istiftaatlar
Ayətullahul-Üzma Seyyid Əli Xamenei Yeni istiftaatlar
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar
Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
Şəvval ayının altı gününün orucu
Şəvval ayının altı gününün orucu
Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu batil olurmu?
Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu batil olurmu?
Şəri vəzifə yaşının başlanğıcında oruc tutmağa bədənin qüvvəsinin
Şəri vəzifə yaşının başlanğıcında oruc tutmağa bədənin qüvvəsinin
Şəri məsələni bilməmək səbəbilə orucu batil etmək
Şəri məsələni bilməmək səbəbilə orucu batil etmək
“Şəkk günü”ndə niyyət etmək
“Şəkk günü”ndə niyyət etmək
Bu axşam  26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Bu axşam 26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Oruc tuta bilməyən şəxslər
Oruc tuta bilməyən şəxslər
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Orucun vacib olması
Orucun vacib olması
Fitrə zəkatı
Fitrə zəkatı
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Qəza və kəffarə vacib olan yerlər
Qəza və kəffarə vacib olan yerlər
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Daha çox oxumaq istəyirsən? )))