Shia.az SonUmidTv media
» » » Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir?
Русская версия сайта Русская версия сайта
sitename

Hicr” surəsinin 91-ci ayəsində deyilən "müqtəsimin” kəlməsində məqsəd nədir?Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir?

"Hicr” surəsinin 91-ci ayəsində deyilən "müqtəsimin” kəlməsində məqsəd nədir? Quranın saxtalaşdırılmış bir nüsxəsi də nəşr olunubmu?

Qısa cavab

Bu şərif ayədə gələnالْمُقْتَسِمِينَ"əl-müqtəsimin” kəlməsi "ayrılıq salanlar və bölənlər” mənasınadır. Bu ayənin şəni-nüzulu (kimlərin barəsində nazil olması) ilə əlaqədar təfsirlərdə bir neçə ehtimal verilmişdir:

1. Kafir başçılar; belə ki, onlar həcc mövsümündə öz qüvvələrini Məkkənin yollarında və girişlərində bölüşdürürdülər ki, müsafirlərə desinlər: "Məhəmməd adlı bir şəxs böyük iddialar edir, onun sözlərinə qulaq asmayın!” Habelə, o həzrəti kahin, sehrkar və məcnun bir insan kimi təqdim edirdilər.

2. Bir qrup da Quranı öz aralarında bölüşdürürdülər ki, hər biri özünə düşən hissənin oxşarını düzəltsin.

3. Bəziləri Quranı hissə-hissə edir, bir hissəsinə əməl edib başqa hissəsini boşlayırdılar.

4. Qüreyş tərəfindən bir tayfa Quranı hissə-hissə edirdilər, bir dəstə "sehrdir!”, başqa bir dəstə "keçmiş nəsillərin əfsanəsidir!”, bir dəstə də "saxta şeylərdir!” deyirdilər.

5. Bəziləri demişlər: məqsəd İslamdan əvvəlki yəhudilər və məsihilərdir. Belə ki, onlar dində təfriqəyə düçar olaraq müxtəlif firqələr şəkilinə düşmüşdülər. Hər qrup öz ixtiyarında olanlarla şad olurdular və "Quran” dedikdə məqsəd ümumi şəkildə asimani kitabdır.

Aydın olur ki, "Hicr” surəsinin 91-ci ayəsində Allahın məqsədi Quranın saxta nüsxəsinin varlığı və ya yayılması deyildir.

Ətreaflı cavab

Allah-taala "Hicr” surəsinin 89-91-ci ayələrində Peyğəmbərə göstəriş verərək buyurur:"İmansız şəxslərin müqabilində möhkəm dayan və çəkinmədən de: mən aşkar şəkildə (ilahi əzabdan) qorxudanam1, mən sizə təhlükə elan edirəm! Çünki Allah buyurur ki, sizə ağır bir əzab nazil edərəm ki, necə ki, təqsim edənlərə (müqtəsimlərə) göndərmişəm.2Həmin kəslər ki, Allahın ayələrini hissə-hissə edirdilər.”3

Bu şərif ayədə gələn "əl-müqtəsimin” kəlməsi ayrılıq salanlar və bölənlər mənasına gəlmişdir. Bu ayənin şəni-nüzulu və kimlərin barəsində nazil olması ilə əlaqədar təfsirlərdə bir neçə ehtimal verilmişdir:

1. Kafir başçılar, belə ki, onlar həcc mövsümündə öz qüvvələrini Məkkənin yollarında və girişlərində bölüşdürürdülər ki, müsafirlərə desinlər: "Məhəmməd adlı bir şəxs böyük iddialar edir, onun sözlərinə qulaq asmayın!” Habelə, o həzrəti kahin, sehrkar və məcnun bir insan kimi təqdim edirdilər.

2. Bir qrup da Quranı öz aralarında bölüşdürürdülər ki, hər biri özünə düşən hissənin oxşarını düzəltsin.4

3. Qüreyşdən bir tayfa Quranı hissə-hissə edirdilər, bir dəstə "sehrdir!”, başqa bir dəstə "keçmiş nəsillərin əfsanəsidir!”, bir dəstə də "saxta şeylərdir!” deyirdilər.5

4. Bəziləri demişlər: Məqsəd islamdan əvvəlki yəhudilər və məsihilərdir ki, dində təfriqəyə düçar olmuş və müxtəlif firqələr şəkilinə düşmüşdülər. Hər qrup öz ixtiyarında olanlarla şad olurdular, Quran dedikdə məqsəd asimani kitabdır.6

5. Bəziləri Quranın bir hissəsinə əməl edib başqa hissəsini boşlayırdılar.

Beşinci ehtimalda qeyd etmək lazımdır ki, ilahi proqramlar ümumi şəkildə bütün insanların mənafeyini qoruyub təmin edir. Lakin zahirdə və ilk baxışda adətən, onun bəziləri insanın meylləri ilə müvafiq, bəziləri isə müxalif olur. Məhz belə olan halda həqiqi möminlər yalançılardan seçilir. Birinci dəstə hər bir hökmü sözsüz qəbul edirlər. Onlar hətta zahirdə onların mənfəətinə olmasa belə,"Hər şey Allah tərəfindəndir”deyərək7ilahi hökmlərin arasında heç bir fərq qoymadan və istisnasız olaraq hamısını qəbul edirlər.

Amma qəlbləri xəstə olanlar, Allahın dinindən və ilahi hökmlərdən şəxsi mənafe istiqamətində bəhrələnmək istəyənlər yalnız öz mənfəətlərinə olanları qəbul edir və sairlərdən üz çevirirlər. Onlar Quran ayələrindən hətta bir ayənin özünü belə, iki hissəyə bölür, öz meylləri ilə müvafiq olanları qəbul edir, qalanlarını isə boşlayırlar.

نُؤْمِنُ بِبَعْضٍ وَ نَكْفُرُ بِبَعْضٍ"Bəzi ayələrə iman gətirib bəzilərinə kafir oluruq”8deyən bəzi keçmiş qövmlər kimi nəğmələr oxumağımız layiqli deyildir. Çünki bütün dünyapərəstlər elə bu işi görürlər. Haqq və batil ardıcıllarının seçilməsində əsas meyar insanların şəxsi meylləri, nəfsani istəkləri və zahiri mənafeyi ilə uyğun gəlməyən şeylər müqabilində təslim olmaqdır. Məhz belə olan halda möminlər münafiqlərdən ayrılıb seçilir.9

Deməli, "Hicr” surəsinin 91-ci ayəsində məqsəd Quranın saxta nüsxələrinin varlığı və ya nəşr olunması deyildir. Tövsiyə edirik ki, şəkk-şübhəyə düşdüyünüz və ya məfhumunu düzgün şəkildə təhlil edə bilmədiyiniz ayələrlə qarşılaşan zaman aşağıdakı mötəbər təfsir kitablarına müraciət edəsiniz:

1. "Əl-mizan” təfsiri, Əllamə Məhəmməd Hüseyn Təbatəbai

2. "Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi və alimlərdən bir qrupu

3. "Nur” təfsiri, Möhsün Qiraəti.

 


1وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ

2كَمَا أَنزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ

3الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ

4"Təfsiri-nur”, 6-cı cild, səh. 356

5"Əl-mizan” təfsirinin farsca tərcüməsi, 12-ci cild, səh. 286

6"Hidayət” təfsiri, 5-ci cild, səh. 401

7"Ali-İmran” surəsi, ayə: 7كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا

8"Nisa” surəsi, ayə: 150

9"Təfsiri-nümunə”, "Hicr” surəsinin 85-91-ci ayələrinin təfsiri

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Bütün insanlar Bərzəx aləmində olacaqlarmı?
Bütün insanlar Bərzəx aləmində olacaqlarmı?
Bərzəx aləminin varlığını necə sübut etmək olar?
Bərzəx aləminin varlığını necə sübut etmək olar?
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Nə üçün “Qədr” gecəsinə Qədr gecəsi deyilir?
Nə üçün “Qədr” gecəsinə Qədr gecəsi deyilir?
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Quranın nazil olma zamanı
Quranın nazil olma zamanı
Quranın nazil olması
Quranın nazil olması
Quranın təhrif olunmaması
Quranın təhrif olunmaması
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Allahı gözlə görmək olarmı?
Allahı gözlə görmək olarmı?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
Quranı doğru açıqlayan müəllim
Quranı doğru açıqlayan müəllim
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Mübahilə günü
Mübahilə günü
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))