Shia.az SonUmidTv media
» » » Hansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?
Русская версия сайта Русская версия сайта
sitename
Bu sualın cavabını "Ənam” surəsinin 38-ci ayəsində tapmaq olar. Ayədə belə deyilir:


ثُمَّ اِلى رَبِّهِمْ یُحْشَرُونَHansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?


"Sonra onlar (Qiyamət günü) hamılıqla öz Rəblərinə tərəf toplanılacaqlar."


Ayənin zahiri mənasından belə məlum olur ki, "hum” əvəzliyi bu cümlədə müxtəlif varlıqlara və heyvan növlərinə şamil olur. Bu yolla Quran onların da Qiyamət günü toplanacaqlarından xəbər verir.
Təfsir alimlərinin əksəriyyəti də bu məsələni qəbul etmişlər ki, bütün canlı növlərini axirət, mükafat və ya cəza gözləyir. Yalnız az sayda alim onu rədd edərək bu və ya digər bənzər ayələri digər formada təfsir etmişlər. Məsələn demişlər: "Həşrun iləllah” ifadəsində həyatın sonuna və ölümə qayıdış nəzərdə tutulur.”


Şübhəsiz ki, hesab və cəzanın ilkin şərti ağıl və şüur məsələsi, onun ardınca isə vəzifə və məsuliyyətdir. Bu əqidənin tərəfdarları deyir: Əlimizdə olan sübutlardan aydın olur ki, heyvanlar da özlərinə uyğun formada dərk və şüura malikdirlər. O cümlədən:
Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nizam-intizama malikdir, onların ali səviyyədə dərk və şüurlarını nümayiş etdirir. Doğrudan da qarışqalar, bal arıları və onların valehedici qanunları haqqında, eləcə də yuva və pətəklərinin heyranedici nəzmi haqqında eşitməyən və onların təqdirəlayiq dərk və şüurlarına "afərin” deməyən bir insan varmı?
Bəzi alimlər isə bütün bunların bir növ instinkt və ya qərizə ilhamları adlandırmağa meyillidirlər. Amma onların bu işləri şüursuz (instinkt formasında) yerinə yetirdiklərinə dair heç bir dəlil yoxdur. Onların bu işlərinin (zahirlərindən bəlli olduğu kimi) ağıl və idrakdan doğmasının nə eybi ola bilər?

 


Heyvanlar keçmiş təcrübəyə malik olmadan gözlənilməz hadisələr qarşısında görünməmiş addımlar atdıqlarına həyatda çox rast gəlmək olur. Məsələn, ömründə canavar görməmiş qoyun ilk dəfə onun görərkən asanlıqla düşmənin təhlükəli olduğunu başa düşməsi mümkün olan bütün vasitələrdən özünü müdafiə etmək və xilas olmaq üçün istifadə edir. Heyvanların çoxunda öz sahiblərinə tədricən yaranan sevgiləri bu məsələyə əyani sübutdur. Yırtıcı və təhlükəli itlərin çoxu öz sahiblərinin və hətta onların azyaşlı uşaqlarının qarşısında özlərini mehriban bir xidmətçi kimi aparırlar. Kitablarda və xalq arasında heyvanların vəfası və insanların yaxşılıqlarının əvəzini neçə çıxmaları haqqında yayılmış saysız-hesabsız hekayətlərin hamısını əfsanə saymaq olmaz. Sözsüz ki, onların instinktdən doğmasının asanlıqla demək olmaz, çünki instinkt adətən mütəmadi və yeknəsəq fəaliyyətlərin sərçeşməsidir. Əvvəlcədən gözlənilməyən xas şəraitlərdə reaksiya olaraq atılan addımlar instinktdən çox ağıl və şüura bənzəyir.
Günümüzdə çoxları heyvanları müxtəlif məqsədlərlə əhilləşdirir və onlara təlim keçirlər. Polis itləri cinayətkarları tutmaq, göyərçinlər məktubu çatdırmaq üçün, bəzi heyvanlar mağazalardan mal almaq üçün, şikarçı heyvanlar ov ovlamaq üçün təlim görürlər. Onlar öz ağır vəzifələrini heyrətamiz diqqətlə yerinə yetirirlər. (Bu gün hətta bəzi heyvanlar üçün rəsmən məktəblər də açılmışdır.)

 


Bütün bunlardan əlavə, Quranın ayələrində bəzi heyvanların dərk və şüura malik olduqlarını sübut edən müxtəlif hekayətlər diqqət çəkir ki, bu yöndə nəzərə çarpacaq dəlillər sayıla bilər.
Qarışqaların Süleyman peyğəmbərin (əleyhis-salam) qoşununun qarşısından qaçması, eləcə də Hüd-hüd (şanapipik) quşunun Səba və Yəmən məntəqəsinə gəlib Süleyman peyğəmbər üçün həyəcanlı xəbərlər gətirməsi bu müddəaya aydın sübutdur.
İslami hədislərdə də heyvanların Qiyamət günü hazır olacaqlarına dair müxtəlif hədislərə rast gəlmək olar. Məsələn: Əbuzərdən nəql edir: "Biz Peyğəmbərin (səllallahu əleyhi və alih) hüzurunda idik. Qarşımızda keçilər bir-birinə buynuz atırdılar. Peyğəmbər (s) soruşdu:
−Bilirsiniz onlar niyə buynuzlaşırlar?
Orada olanlar: "Xeyr, − deyə cavab verdilər."
Peyğəmbər (səllallahu əleyhi və alih) buyurdu:
−Amma Allah bilir nə üçün. Tezliklə onların arasında hakimlik edəcək.”
Əhli-sünnə qaynaqlarında nəql olunan bir hədisdə Peyğəmbər (s) buyurur:

 


اِنَّ اللّهَ یَحْشُرُ هذِهِ الاُمَمَ یَوْمَ الْقِیامَهِ وَ یَقْتَصُّ مِنْ بَعْضِها لِبَعْض حَتّى یَقْتَصَّ لِلْجَمّاءِ مِنَ الْقَرْناءِ:


"Allah-taala bütün bu canlıları Qiyamət günü hazır edəcək, bəzilərinin qisasını bəzilərindən alacaq. Hətta buynuzu olmayan heyvanın qisasını yersiz ona buynuz vuran heyvandan alacaq.”


"Təkvir” surəsinin 5-ci ayəsində oxuyuruq:


وَ اِذَا الْوُحُوشُ حُشِرَت


"Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı zaman."


Əgər ayənin mənasını (bu dünyanın sonunda toplaşmaq yox) Qiyamət günü yığılmaq götürsək yuxarıdakı bəhsimiz üçün sübutlardan biri olacaqdır. (1)


Qeydlər:

1. "Nümunə" təfsiri, cild 5, səh 281. Nəşr tarixi: « 1394/01/24 »

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?
İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?
Axirətdə Peyğəmbərin (s) razılığı
Axirətdə Peyğəmbərin (s) razılığı
Axirətdə Peyğəmbərin (s) razılığı
Axirətdə Peyğəmbərin (s) razılığı
Ər-Rəhman surəsi 4-cü ayəsinin təfsiri (Ona danışmağı öyrətdi)
Ər-Rəhman surəsi 4-cü ayəsinin təfsiri (Ona danışmağı öyrətdi)
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
Yaradılışın təkamülü barədə Qurani-Kərimdə dəqiq işarələr var
Yaradılışın təkamülü barədə Qurani-Kərimdə dəqiq işarələr var
Şeytanın gördüyü işlər
Şeytanın gördüyü işlər
Allahı gözlə görmək olarmı?
Allahı gözlə görmək olarmı?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Qiyamət günü tənha qalan insanlar
Qiyamət günü tənha qalan insanlar
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaqdır?
Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaqdır?
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Əti halal olan heyvanların bütün növlərindən əqiqə qurbanı kəsmək olarmı?
Əti halal olan heyvanların bütün növlərindən əqiqə qurbanı kəsmək olarmı?
Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı
Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Bu axşam  26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Bu axşam 26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Allahı gözlə görmək olarmı?
Allahı gözlə görmək olarmı?
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
İslamı qəbul etmiş məşhurlar
İslamı qəbul etmiş məşhurlar
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İlahi sevgi
İlahi sevgi
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))