Shia.az SonUmidTv media
sitename

اَ فَمَنْ کانَ عَلى بَیِّنَه مِنْ رَبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِنْهُ وَ مِنْ قَبْلِهِ کِتابُ مُوسى اِماماً وَ رَحْمَهً“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?

 

 

"Rəbbindən açıq-aydın bir dəlili olan, ardınca Allahdan bir şahid olan, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə ( kafirlər kimi ola bilərmi?)”

 

Təfsirçilərdən bəziləri yazır: "Burada məqsəd, ilahi vəhyinin qasidi Cəbraildir." (1)

Başqa bir qrup isə yazır: "Burada məqsəd Peyğəmbərdir (s)."

Bəzilər də onu "Peyğəmbərin (s) dili” mənasında təfsir etmişlər. Halbuki "یَتْلُوه” (yətluhu) sözü, "تلاوت" (tilavət) sözündən götürülüb "arxasınca gələn” mənasını deyil "qiraət” mənasını daşıyır.

Əksər təfsirçilərin fikrincə, ayədə həzrət Əli (ə) nəzərdə tutulur. Məsum imamlardan bizə çatan çoxsaylı hədislərdə və əhli-sünnənin bəzi təfsir kitablarında məhz bu məna vurğulanıb. Ayədə sözügedən şahid Əmirəl-möminindir. Yəni, Peyğəmbərə (s) və Qurana ilk iman gətirən şəxs həmişə onunla birgə olan, bir an o həzrətdən fədakarlığını əsirgəməyən və onu dəstəkləmək üçün son nəfəsədək çalışan məhz odur. (4)

"Bir hədisdə oxuyuruq ki, həzrət Əli (ə) buyurub: "Qüreyşdən olan şəxslərin hər biri üçün bir və ya bir neçə ayə nazil olub.” Bir nəfər dedi: "Ey Əmirəl-möminin! Sizin haqqınızda hansı ayə nazil olub?" İmam buyurdu: "Hud surəsindəki ayəni (Açıq-aydın bir dəlilə istinad edən və ardınca bir şahid gələn...) oxumamısanmı?

 

اَفَمَنْ کانَ عَلى بَیِّنَه مِنْ رَبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِنْهُ

Peyğəmbərdə "açıq-aydın dəlil” var idi, "şahid" isə mən idim.” (5)

 

"Rəd” surəsinin sonuncu ayəsində də bir ifadə gözə dəyir ki, o da bu mənanı təsdiqləyir. Buyrurur:

 

وَ یَقُولُ الَّذینَ کَفَرُوا لَسْتَ مُرْسَلاً قُلْ کَفى بِاللّهِ شَهیداً بَیْنی وَ بَیْنَکُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ

Kafirlər deyirlər: "Sən göndərlimiş elçi deyilsən!” De: "Mənimlə sizin aranızda Allahın və kitab elmini bilənin şahid olması yetər.”

 

Şiə və əhli-sünnə vasitəsi ilə çatan bir çox hədislərdə belə oxuyuruq: "Kitab elmini bilən şəxs”də məqsəd həzrət Əlidir (ə). (6)

Bir məsələni xatırlamaq lazımdır ki, hansısa məktəbin düzlüyünü öyrənmək üçün ən yaxşı yol o məktəbin tərəfdarları, himayədarları və müdafiə edənlərinin vəziyyətini mütaliə etməkdir. Bir qrup pak, ayıq-sayıq, imanlı, xalis və təqvalı şəxsi bir rəhbər və məktəbin ətrafına toplandığını görəndə, həmin məktəb və həmin rəhbərdə yüksək həddə sədaqət və düzlük olduğunu anlayırıq. Lakin bir qrup fürsət axtaran, hiyləgər, imansız və təqvasızın bir məktəb və ya rəhbərin ətrafında toplandığını müşahidə etdikdə, o məktəbin düzlüyünə çox az inanmaq olar.

Diqqət yetirmək lazımdır ki, "şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir. (7)

Bu hədisdə təkcə məsumların adı deyilib. "Şahid” sözünün təkcə həzrət Əlinin (ə) adı ilə təfsir edilməsi onun seçilən ilk nümunə olmasıdır.



Qeydlər:

1."Burhan” təfisiri, c. 2, səh. 211; "Nurus-səqəleyn”; "Qurtubi təfsiri”,c. 9, səh. 16; "Məcməul-bəyan” və digər təfsirlər; "Kafi”, c.1, səh. 190, 3-cü hədis (Darul-kutubil-islamiyyə); "Biharul-ənvar”, c. 35, səh. 393-394.

2. "Burhan” təfisiri, c. 2, səh. 211; "Nurus-səqəleyn”; "Qurtubi təfsiri”, c. 9, səh. 16; "Məcməul-bəyan” və digər təfsirlər; "Kafi”, c.1, səh. 190, 3-cü hədis (Darul-kutubil-islamiyyə); "Biharul-ənvar”, c. 35, səh. 393-394.

3. "Burhan” təfisiri, c. 2, səh. 211; "Nurus-səqəleyn”; "Qurtubi təfsiri”, c. 9, səh. 16; "Məcməul-bəyan” və digər təfsirlər; "Kafi”, c.1, səh.190, 3-cü hədis (Darul-kutubil-islamiyyə); "Biharul-ənvar”, c. 35, səh. 393 və 394.

4."Burhan” təfisiri, c. 2, səh. 211; "Nurus-səqəleyn”; "Qurtubi təfsiri”, c. 9, səh. 16; "Məcməul-bəyan” və digər təfsirlər; "Kafi”, c.1, səh.190, 3-cü hədis (Darul-kutubil-islamiyyə); "Biharul-ənvar”, c. 35, səh. 393 və 394.

5."Burhan” təfisiri, c. 2, səh. 212, 9-cu hədis (və c.3 səh. 213 9-cu hədis, "Besət” çapı); "Biharul-ənvar”, c. 35, səh. 386, 2-ci hədis və səh. 392, 16-cı hədis; (bir az fərqli) "Qurtubi” təfsiri c. 9, səh. 16.

6. Şiə mənbələri: "Kafi” c. 1, səh. 229. 6-cı hədis (Darul-kutubil-islamiyyə); "Vəsailuş-şiə” c. 27, səh. 181, 33546-cı hədis ("Ali-beyt” çapı);”Biharul-ənvar”, c. 26, səh. 170 36-cı hədis. Əhli-sünnə mənbələri: "Qurtubi” c. 9, səh. 335 ("Rəd” surəsinin sonuncu ayəsinin təfsiri); "Alusi təfsiri”, c.13, səh. 175 ("Rəd” surəsinin sonuncu ayəsinin təfsiri); "Zadul-məsir” təfsiri, ("Rəd” surəsinin sonuncu ayəsinin təfsiri).

7. "Burhan” təfisiri, c. 2, səh. 212, 8-ci hədis ("Besət” çapı); Biharul-ənvar, c. 35, səh. 388, 6-cı hədis; "Əyyaşi təfsiri”, c. 2, səh. 142 (çapxaneye-elmiyye).

8. "Təfsiri-nümunə”, Ayətullahul-uzma Məkarim Şirazi, (Darul-kutubil-islamiyyə), 33-cü çap, c.9, səh. 73

Nəşr tarixi: « 1394/04/10 »

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Ər-Rəhman surəsi 4-cü ayəsinin təfsiri (Ona danışmağı öyrətdi)
Ər-Rəhman surəsi 4-cü ayəsinin təfsiri (Ona danışmağı öyrətdi)
Namazda ixlas
Namazda ixlas
Quran ayələrindən anlaşılır ki, həmin məhkəmə üçün ümumilikdə altı növ şahid vardır
Quran ayələrindən anlaşılır ki, həmin məhkəmə üçün ümumilikdə altı növ şahid vardır
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Səfər ayının 28-ci günü
Səfər ayının 28-ci günü
Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir
Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir
“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri
“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Hacı Samir Ramazan moizəsi Ənam Surəsinin təfsiri
Hacı Samir Ramazan moizəsi Ənam Surəsinin təfsiri
Hacı Samir Ramazan moizəsi Ənam surəsinin təfsiri
Hacı Samir Ramazan moizəsi Ənam surəsinin təfsiri
Hacı Samir Ramazan Enam surəsinin təfsiri 8
Hacı Samir Ramazan Enam surəsinin təfsiri 8
Hacı Samir cümə moizəsi Ənam surəsinin təfsiri
Hacı Samir cümə moizəsi Ənam surəsinin təfsiri
Hacı Samir Ramazan Moizəsi Ənam surəsinin təfsiri (1)
Hacı Samir Ramazan Moizəsi Ənam surəsinin təfsiri (1)
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
«MÜNAFİQ» SÖZÜNÜN ƏHLİ-BEYT DÜŞMƏNİ KİMİ TƏFSİRİ
«MÜNAFİQ» SÖZÜNÜN ƏHLİ-BEYT DÜŞMƏNİ KİMİ TƏFSİRİ
Başın tükü haqqında 10 hədis
Başın tükü haqqında 10 hədis
“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
Kamal Məmmədov Ramazan moizəsi (Fatihə surəsinin təfsiri 2)
Kamal Məmmədov Ramazan moizəsi (Fatihə surəsinin təfsiri 2)
Kamal Məmmədov Ramazan moizəsi (Fatihə surəsinin təfsiri 1)
Kamal Məmmədov Ramazan moizəsi (Fatihə surəsinin təfsiri 1)
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Mübahilə günü
Mübahilə günü
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Daha çox oxumaq istəyirsən? )))