Shia.az SonUmidTv media
» » » Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Русская версия сайта Русская версия сайта
sitename

Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?

Sual

Allah, bir dəfə Bəqərə surəsinin 233- cü ayəsində elan edir ki, süd vermək müddəti iki il kamil şəkildədir. "حولین کاملین". Amma Əhqaf surəsinin 15- ci ayəsində müşahidə edirik ki, hamiləliklə süd verməyin cəmi müddəti 30 ay bəyan olubdur. (ثلاثون شهرا) bunu nəzərə alaraq ki, hamiləlik müddəti 9 aydır, təbii olaraq süd vermək müddəti 21 ay olur nə 24 ay ya iki il tam. Bu ayələr arasında olan ixtilaf necə həll olur?

Qısa cavab

Əgər iki il süd vermək müddəti deməkdən məqsəd, vacib hökm olsa, bu irad qarşıya çıxır ki, doqquz ay hamiləlik və 24 ay süd verməkliy cəmi 33 ay edir nə 30 ay ki, Quranın sözüdür. Bu miqdar süd vermək zamanı vacib deyil, bəlkə o analar üçündür ki, süd vermək dövrün tamamlamaq istəyirlər.

Buna əsasən qeyd olunan ayənin davamındakı şəraitlə uşağı süddən kəsmək cayizdir.

Nəticədə o qadın ki, doqquz aydır doğub edə bilər 21 ay süd versin (ən az süd vermək) ki, hamiləliklə süd vermək cəmi 30 ay olur. Bu da mübarək Əhqaf surəsinin 15- ci ayəsinin eynidir. İki il süd vermək vacib olan fərzdə, lazım deyil ki, hamiləlik müddəti mütləq doqquz ay olsun nə az nədə çox, çünki hamiləlik müddəti qadınlarda fərqlidir. Buna əsasən o qadın ki, altı ay hamiləlik edir və 24 ay süd verir, bu şərafətli ayə üçün başqa bir nümunədir.

Bəqərə surəsinin 233- cü və Loğman surəsinin 14- cü ayələrini ki, süd vermək müddəti iki il deyirlər, Əhqaf surəsinin 15- ci ayəsinin kənarında qərar verməklə ki, hamiləlik və süd vermək müddətini birlikdə 30 ay bəyan edir, (30 ay) dan (24 ay) iki il azaldanda (6 ay) qalır ki, ən az hamiləlik müddətidir. Ayələr arasında ixtilaf o zaman yaranır ki, iki il süd vermək vacib olsun və hamiləlik müddəti də doqquz ay olsun.

Ətreaflı cavab

"Analar öz övladlarına iki il tam süd versinlər".1

Uşağa iki il süd vermək, vacibdir?

Şərafətli ayə vucuba dəlalət etmir; çünki davamında buyurur: "O analar ki, süd vermək dövrün tamamlamaq istəyirlər": Yəni süd vermək dövrünün tamamlanmasını Ananın meyil və iradəsinə bağlayıb. Nəticədə məlum olur ki, süd verməyi tamamlamaq vacib deyil. Başqası budur ki, buyurub: "Bir- birləriylə məsləhətləşib razılaşan halda uşağı süddən ayıra bilərlər". Aydındır ki, bu miqdarın bəyanından məqsəd, vaciblik deyil.2

Analar süd vermək hüququndan kamil şəkildə istifadə etmək istəyən halda, övladlarına iki il tam süd verə bilərlər. İki ildən qabaq uşağı süddən ayırmaq cayizdir. Amma bu iş üçün valideynlərin razılığı kifayət deyil, bəlkə bu barədə məsləhətləşməlidirlər ki, həm uşağın haqqı və məsləhəti qorunsun həm də valideynlərin hüquqları təmin olsun. Müstəhəbdir ki, ana süd vermək üçün təyin olunmuş bütün müddəti ki, tam iki ildir öz uşağına süd versin. Əgər istəsə az süd versin ən az icazəli müddət, 21 aydır.3

Bütün uşaqlar bu hökmdə müştərəkdirlər? İbni Əbbas kimi təfsirçilərdən bəzisinin etiqadı budur ki, bu miqdar (2 il) hər körpə üçün sabir deyil və ancaq altı aylıq doğulmuş uşaqlar üçündür.4

İbni Əbbasın dlili Əhqaf surəsinin 15- ci ayəsidir (ثلاثون شهرا) bu ayə dəlalət edir ki, həml (hamiləlik) və fisal (süddən ayırmaq) müddəti 30 aydır. Nəticədə hər nə qədər hamiləlik dövrü qısalsa süddən ayırma müddətin çoxaldırıq ki, hamiləlik və süddən ayırmaq kamilləşsin və hər nə qədər hamiləlik müddəti çoxalsa süd vermək dövrü və müddəti azalır.5

Hamiləliyin ən qısa müddəti neçə aydır?

Şeyx Mufid (rəh) İrçad- kitabında nəql edir ki, Ömərin xilafət dövründə bir qadını ki, altı ay (evləndikdən sonra) dünyaya uşaq gətirmişdi, Ömərin yanına gətirdilər. Ömər onu daşqalaq etmək istədi: Əmirəl- möminin Əli (ə) mane oldu və bu ayələrin əsasında sübut etdi ki, mümkündür uşaq o qadının ərindən olsun və o qadın zina etməmiş olsun. Həzrət buyurdu: "Allah Taala qadının hamiləliyinin əvvəlindən övladını süddən ayıran müddət barəsində buyurur: Hamiləliyi və süddən ayırması otuz aydır və süd vermək zamanı barəsində buyurur: Tam iki ildir: Nəticədə o vaxt ki, qadın iki il tam uşağına süd verdi və (o tərəfdən) hamiləlik və süddən ayırma dövrü otuz ay olsa (nəticədə) hamiləlik müddəti altı ay olacaq. Ömər bu bəyanı eşidən zaman o qadını buraxdı və bu hökmü İslamda qanunlaşdırdı.

Peyğəmbərin (s) səhabələri və onlardan sonra gələnlər bizim zamana qədər bu hökmə əməl etdilər.[6

Əllamə Təba- təbai təfsirində bu rəvayəti Durrul- mənsurdan7nəql edir. Əllamə Əhqaf surəsinin 15- ci Bəqərə surəsinin 233- cü və Loğman surəsinin 14- cü ayələrini mülahizə edərək bu nəticəni alır ki, ən az hamiləlik altı aydır. . buna əsasən otuz aydan iki il çıxanda belə nəticə əldə olur ki, ən az hamiləlik müddəti altı ay və an çox süd vermək dövrünün iki fiqhi hökmü vardır ki, iyirmi dörd aydır; əgər uşaq yeddi ya səkkiz ya doqquz ay ana bətnində qalarsa, doğuşdan sonra ən az süd vermək müddəti sırayla iyirmi üç, iyirmi iki və iyirni bir aydır. Şeyx Tusivə Əminul- İslam Təbərsi İbni Əbbasın sözünü deyəndən sonra yazırlar: Bizim alimlərin nəql etdikləri rəvayətlər həmin mətləbə dəlalət edir; çünki onlar rəvayət ediblər ki, 21 aydan az süd vermək uşağa stəmdir.8

Rəvayətlər nəzərindən ən az süd- vermək müddəti:

Vəsailüş- şiə kitabından iki rəvayətə əsasən, ən az süd vermək müddəti 21 aydır və ondan az cayiz deyil.

İmam Sadiq (ə) buyurub: "Süd verməyin vacib miqdarı 21 aydır, ondan az süd verən qadın səhlənkarlıq edibdir. Əgər süd vermək müddətini tamamlamaq istərsə, məqsəd tam iki ildir.9

O həzrət habelə buyurub: Süd vermək zamanı 21 aydır ondan az uşağa zülm (stəm) sayılır.10

Süd vermək hökmündə uşaqların müştərək olması: Təfsirçilərdən bəzisinin etiqadı budur ki, iki il bütün uşaqlar üçün sabitdir.

İki il süd yemək təkcə altı aylıq uşaqlara məxsus olması ayənin zahiriylə uyğun deyil. Ayənin zahiri: "الوالدات یرضعن اولادهن حولین کاملین ..." tam iki ilə qədər süd vermək hüququnun isbatı dünyaya gələndən sonradır, ana bətnində uşağın qalmasının və qidalanmasının ölçüsünün bunda təsiri yoxdur. Nəticədə bütün uşaqların haqqı var tam iki il ana südüylə qidalansınlar və ananında haqqı var ki, öz övladına tam iki il süd versin.11

Nəticə: (یرضعن) kəlməsi xəbərdir ondan əmr mənası başa düşülür və aydındır ki, bir müstəhəb işdir (والدات) kəlməsi bütün anaları əhatə edir ki, ibarətdirlər: Altı aylıq, yeddi aylıq, səkkiz aylıq və ya doqquz aylıq dünyaya uşaq gətirən analar. (اولاد) kəlməsi bütün uşaqları əhatə edir ki, ibarətdirlər: Altı aylıq, yeddi aylıq, səkkiz aylıq və yaxud doqquz aylıq. Deyilən mətləblərə əsasən şərafətli ayə süd vermək hökmünün bəyanında bütün uşaqları bu hökmdə bərabərdirlər. Yəni hamının haqqı var iki il tam süd yesinlər. Amma bu hökm müstəhəbdir.

Əgər süd vermək müddətinin ən azına kifayət etsələr Əhqaf surəsinin 15- ci ayəsinə əməl olunub.

Yəni süd verməyin ən az zamanı doqquz ay hamiləliklə birgə ki, uşağın ana ilə bütün əlaqəsi 30 aydır. Əgər iki il tam süd yesə Bəqərə surəsinin 233- cü ayəsinin müstəhəbbi hökmünə əməl olub ki, Əhqaf surəsinin 15- ci ayəsiylə heç bir ziddiyyəti yoxdur. Çünki vacib deyil ki, hökman iki il süd versinlər ayəni süd verməyin ən az müddətində istifadə etmək olar. Əgər buyursaydı: İki il süd vermək vacibdir və sonra buyursaydı: Hamiləliklə süddən ayırma cəmi 30 aydır, aşkar şəkildə ziddiyyət qarşıya çıxardı. Buna əsasən (otuz ayın) mənalarından biri altı aylıq uşaqdır ki, iki il tam süd içir.

(Ən az hamiləlik + ən çox süd vermək)

(6+ 24 = 30) və başqası o uşaqdır ki, doqquz aylıq doğulub və 21 ay süd içir. (Ən az süd vermək + adi hamiləlik) (9+ 21 = 30).

 


1- Bəqərə surəsi, ayə 233.

2- Fəxri Razi, Təfsir kəbir, cild 6, səh 118, ikinci çap, darul- kutubul- elmiyyə. Tehran.

3- Şəhid Sani, Şərhi lümə, Nigah kitabı, babu- rza.

4- Əli Fəzl ibni Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, cild 2, səh 171, birinci çap. Sazimani oqaf və xeyriyyə, üsvə nəşriyyatı, 1426, hicri qəməri 1384 hicri şəmsi. Məhəmməd ibni Həsən Tusi, Əttibyan fi təfsiril- Quran, cild 3, səh 373 birinci çap, İslam nəşriyyat müəssisəsi, (camee müdərrisin).

5- Təfsiri kəbir, Fəxri Razi, cild 6, səh 118.

6- Şeyx Mufid, Əl- irşad fi mərifəti höcəcullah ələl- ibad, cild 1, səh 197, tərcümə seyyid haşim Rəsuli Məhəllati, Naşir: Elmiyyətil- İslamiyyəh; Deyləmi, İrşadul- qulub, cild 2, səh 6. Nəcəf çapı, Əlmətbuətül Hüdeybiyyəh.

7- Əddürrül- məsur, cild 6, səh 40, Əl- mizandan nəql. Götürülüb.

8- Məcməül- bəyan, cild 2, səh 171, tibyan, cild 3, səh 373.

9- Muhəmməd ibni Həsən, Əlhürrül- amuli, vəsailuş- şiə, cild 21, h 27564. s 454, çap 3. Alul- beyt müəssisəsi Əleyhimus- səlam li ehyautturas, Beyrut, Livan. 1429 hcri qəməri.

10- Vəsailüş- şiə, cild 21, səh 455, h 2767.

11- Cavadiyi Amuli, Əbdullah, Təsnifi, cild 11, səh 374, birinci çap, Əsra nəşriyyatı, Qum, İsfənd 1385 hicri şəmsi.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
YENI DOĞULAN KÖRPƏ ÜÇÜN NƏ ETMƏK MƏSLƏHƏTDİR?
YENI DOĞULAN KÖRPƏ ÜÇÜN NƏ ETMƏK MƏSLƏHƏTDİR?
KÖRPƏ DOĞULDUQDAN SONRA
KÖRPƏ DOĞULDUQDAN SONRA
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Quranın nazil olma zamanı
Quranın nazil olma zamanı
Duanın mütləq qəbul olunması
Duanın mütləq qəbul olunması
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Pisliyə yaxşılıqla cavab vermək
Pisliyə yaxşılıqla cavab vermək
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ
BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Naməhrəmə əl verib göruşmək günahdır!
Naməhrəmə əl verib göruşmək günahdır!
Hamiləlik dövründə körpənin çatışmazlıqlarına görə abort etmək olarmı
Hamiləlik dövründə körpənin çatışmazlıqlarına görə abort etmək olarmı
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
XOŞ MÜNASİBƏT
XOŞ MÜNASİBƏT
"İnsan" Qur'ani-Kərimin nəzərində (7):
"İnsan" Qur'ani-Kərimin nəzərində (7):
Qadınlar evdən çölə çıxmamalıdırmı?
Qadınlar evdən çölə çıxmamalıdırmı?
Ayətullah Behcətin (r.ə) ölülər üçün ehsan vermək barədə tövsiyəsi
Ayətullah Behcətin (r.ə) ölülər üçün ehsan vermək barədə tövsiyəsi
Hamiləlik aylarında oxunan dualar
Hamiləlik aylarında oxunan dualar
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Altı şey altı yerdə qəribdir
Altı şey altı yerdə qəribdir
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Fitrə zəkatı
Fitrə zəkatı
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qadının iddəsi :
Qadının iddəsi :
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))