Shia.az SonUmidTv media
» » Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
Русская версия сайта Русская версия сайта
sitename

Ətraflı cavab:

Tövbənin faydası, bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə də buna geniş formada işarə olunub. Onlardan bəzilərinə işarə edirik:Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
Günahları məhv edər: Tövbə günahları məhv edir. Aşağıda qeyd edilən ayədə buna işarə olunur:
"یا اَیُّهَا الَّذینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَّصُوحاً عَسى رَبُّکُمْ اَنْ یُّکَفِّرَ عَنْکُمْ سَیِّیاتِکُمْ” (1) ...
"Ey iman gətirənlər! Allaha səmimi və xalis olaraq tövbə edin. (Bu işlə) Rəbbinizin günahlarınızı bağışlayacağına ümid var...”.
Yer və göyün bərəkətini nazil edər: Tövbə yerin-göyün bərəkətini tövbəkarlara nazil edir. Necə ki, "Nuh” surəsinin 10-12-ci ayələrində gəlmişdir:
"فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّکُمْ اِنَّهُ کانَ غَفّاراً ـ یُرْسِلِ السَّماءَ عَلَیْکُمْ مِدْراراً ـ وَ یُمْدِدْکُمْ بِاَمْوال وَ بَنیْنَ وَ یَجْعَلْ لَّکُمْ جَنّات وَ یَجْعَلْ لَکُمْ اَنهاراً”
"Onlara (Nuh qövmünə) dedim: Rəbbinizdən əfv diləyin ki, O çox bağışlayandır. O, sizin üzərinizə bol-bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!”.
Günahları savaba çevirər: Tövbə günahların üstünü örtməklə qalmır, həm də onları yaxşılığa çevirir. Necə ki, "Furqan” surəsinin 70-ci ayəsində gəlib. Ayədə buyurulur:
"اِلاّ مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ عَمَلاً صالِحاً فَاُولیِکَ یُبَدِّلُ اللّهُ سَیِّیاتِهِمْ حَسَنات”
"Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər”.
Günahın izlərini örtər: Tövbə xalis olarsa, Allah günahın təsirlərini elə örtər ki, hətta əməlləri yazmağa məmur edilmiş mələkləri unutmağa vadar edər və qiyamətdə şahid qismində üzünə duracaq bədən üzvlərinə əmr verər ki, günahlarını gizlətsinlər. Üzərində günaha mürtəkib olduğu və qiyamətdə şahid olacaq yerə də tapşırar ki, ört-basdır etsin. Belə ki, qiyamət günü məhşərə gələndə heç kəs və heç nə onun əleyhinə şəhadət verməyəcək.
Hədisin mətni belədir: İmam Sadiq (ə) buyurur:
"اِذا تابَ الْعَبْدُ تَوْبَهً نَصُوحاً اَحَبَّهُ اللّهُ وَ سَتَرَ عَلَیْهِ فى الدُّنیا وَ الاْخِرهِ فَقُلْتُ وَ کَیْفَ یَسْتُرُ عَلَیْهِ؟ قالَ یُنْسى مَلَکَیْهِ ما کَتَبا عَلَیْهِ مِنَ الذُّنُوبِ وَ یُوحى اِلى جَوَارِحِهِ اُکْتُمى عَلَیْهِ ذُنُوبَهُ، وَیُوحى اِلى بِقاع الاْرِضِ اُکْتُمى ما کانَ یَعْمَلُ عَلَیْکِ مِنَ الذُّنُوبِ فَیَلْقَى اللّهَ حینَ یَلْقاهُ وَلَیْس شَىْءٌ یَشْهَدُ عَلَیْهِ بِشَىْء مِنَ الذُّنُوبِ” (2).
Qiyamətdən qurtuluş: Məsumlardan (ə) nəql edilən bir hədisdə deyilir:
"اِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ اَعْطَى التَّایِبِینَ ثَلَاثَ خِصَالٍ لَوْ اَعْطَى خَصْلَهً مِنْهَا جَمِیعَ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرْضِ لَنَجَوْا بِهَا، قَوْلُهُ عَزَّ وَ جَلَّ «اِنَّ اللَّهَ یُحِبُّ التَّوَّابِینَ وَ یُحِبُّ الْمُتَطَهِّرِینَ»(3)، فَمَنْ اَحَبَّهُ اللَّهُ لَمْ یُعَذِّبْهُ، وَ قَوْلُهُ «اَلَّذینَ یَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ یُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَ یُوُمِنُوَنَ بِهِ وَ یَسْتَغْفِروُنَ لِلَّذینَ آمَنُوا رَبَّنا وَسِعْتَ کُلَّ شَىْء رَحْمَهً وَ عِلْماً فَاغْفِرْ لِلَّذینَ تابُوا وَ اتَّبَعُوا سَبِیلَکَ وَقِهِمْ عَذابَ الْجَحِیمِ * رَبّنا وَ اَدْخِلْهُمْ جَنّاتِ عَدْن اَلَّتى وَ عَدْتَهُمْ وَ مَنْ صَلَحَ مِنْ آبایِهِمْ واَزْواجِهِمْ وَ ذُرِّیّاتِهِمْ اِنَّکَ اَنْتَ الْعَزِیزُ الْحَکیمُ * وَقِهِمُ السَّیِّیاتِ وَ مَنْ تَقِ السَّیِّیاتِ یَوْمَیذ فَقَدْ رَحِمْتَهُ وَ ذالِکَ هُوَ الفَوزُ العَظیمُ»(4)، وَ قَوْلُهُ عَزَّ وَ جَلَّ «وَ الَّذِینَ لا یَدْعُونَ مَعَ اللَّهِ اِلهاً آخَرَ وَ لا یَقْتُلُونَ النَّفْسَ الَّتِی حَرَّمَ اللَّهُ اِلَّا بِالْحَقِّ وَ لا یَزْنُونَ وَ مَنْ یَفْعَلْ ذلِکَ یَلْقَ اَثاماً یُضاعَفْ لَهُ الْعَذابُ یَوْمَ الْقِیامَهِ وَ یَخْلُدْ فِیهِ مُهاناً اِلَّا مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ عَمَلًا صالِحاً فَاُوْلیِکَ یُبَدِّلُ اللَّهُ سَیِّیاتِهِمْ حَسَناتٍ وَ کانَ اللَّهُ غَفُوراً رَحِیماً” (5), (6).
"Allah-taala (həqiqi) tövbəkarlara üç fəzilət verib. Hərgah onlardan birini bütün yer və göy əhlinə versə, onlarına nicatına bəs edər...”.
Bu üç xüsusiyyət Allah sözünün məzmunudur. Allah onlardan biri barədə buyurur: "Allah tövbəkarları və pakizə insanları sevir”.
Məsum (ə) davamında buyurur: "Allah sevdiyi kəsə əzab etməz”. Növbəti sözün məzmunu ("Mumin” surəsinin 7-9-cu ayələri) budur ki, tövbəkar Pərvərdigarın lütf və məhəbbətini qazandığı üçün ərşi daşıyanlar ona əfv diləyər, özünün və ailəsinin ali behiştə, Ədn cənnətlərinə daxil olmasını istəyərlər.
Üçüncü sözün məzmunu ("Furqan” surəsi 68-ci ayə) da belədir ki, qiyamət günü tövbəkarların günahı xeyirə çevriləcək (7).



Qeydlər: maaref.makarem.ir

İstifadə edilmiş ədəbiyyat:
1-"Təhrim” surəsi, 8-ci ayə.
2-"əl-Kafi” (Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər və Axundi, Məhəmməd, "Darul-kutubul-İslamiyyə”, Tehran, dördüncü nəşr, 1407 h.q.), c. 2, səh. 436, (babut-təvbə...).
3-"Bəqərə” surəsi, 222-ci ayə.
4-"Mumin” (Fafir) surəsi, 7-9-cu ayələr.
5-"Furqan” surəsi, 68-ci ayə.
6-"əl-Kafi” (Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər və Axundi, Məhəmməd, "Darul-kutubul-İslamiyyə”, Tehran, dördüncü nəşr, 1407 h.q.), c. 2, səh. 436, (babut-təvbə...).
7-Ayətullah Nasir Məkarim Şirazinin "Quranda əxlaq” kitabından iqtibas edilib. ("İmam Əli ibn Əbi Talib (ə)” mədrəsəsi, Qum, ilkn nəşr, 1998), c. 1, səh. 244.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
Nə üçün “Qədr” gecəsinə Qədr gecəsi deyilir?
Nə üçün “Qədr” gecəsinə Qədr gecəsi deyilir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Allah tərəfindən tövbə fürsəti verilməsi
Allah tərəfindən tövbə fürsəti verilməsi
Quranın nazil olma zamanı
Quranın nazil olma zamanı
Peyğəmbərdən (s) İmam Hüseynin (ə) fəziləti haqda 12 hədis
Peyğəmbərdən (s) İmam Hüseynin (ə) fəziləti haqda 12 hədis
Allahın möminlər üzərində qəyyumluğu
Allahın möminlər üzərində qəyyumluğu
Quran ayələrindən anlaşılır ki, həmin məhkəmə üçün ümumilikdə altı növ şahid vardır
Quran ayələrindən anlaşılır ki, həmin məhkəmə üçün ümumilikdə altı növ şahid vardır
İman nəyə aiddir?
İman nəyə aiddir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Tövbə edənlərin fəziləti
Tövbə edənlərin fəziləti
Günaha israr etməmək
Günaha israr etməmək
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de..
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de..
İmam Sadiq (ə): Kim 5 dəfə Rəbbəna desə...
İmam Sadiq (ə): Kim 5 dəfə Rəbbəna desə...
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
“Ənfal” və “Tövbə” surələrinin fəziləti
“Ənfal” və “Tövbə” surələrinin fəziləti
Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
Tövbə nədir?
Tövbə nədir?
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Daha çox oxumaq istəyirsən? )))