Shia.az SonUmidTv media
sitename

QURANDA MÖMİNLƏRİN MƏQAMLARI

Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir
QURANDA MÖMİNLƏRİN MƏQAMLARIQurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. 
Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə edirik:

1-Təslim məqamı: Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır. ("Bəqərə” surəsi, ayə: 128.) Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır. ("Təfsiri mövzuiyi Qurani-kərim”, 1-ci cild, səh. 383-384.)

2-Əbrar məqamı: ("Mutəffifin” surəsi, ayə: 18-22.) Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır. ("Əl-mizan”, 1-ci cild, səh. 430.) Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır. ("Ali-İmran” surəsi, ayə: 92.) Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur. ("Dəhr” surəsi, ayə: 5-6.)

3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir. ("Casiyə” surəsi, ayə: 19; "Ənfal” surəsi, ayə: 34; "Bəqərə” surəsi, ayə: 21; "Həcc" surəsi, ayə: 37 və s.) Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir:
a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir.
b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir. 
v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir. ("Təfsiri mövzuiyi Quran”, 11-ci cild, səh. 205-219.)

4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, "ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır. ("Loqman” surəsi, ayə: 32.) Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur. ("Bəyyinə” surəsi, ayə: 7-8.) Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır. ("Kəhf” surəsi, ayə: 110. "İxlas” bəhsi ilə əlaqədar bax: "Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh. 253-258.)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“SANKİ ONU GÖRÜRSƏN”
“SANKİ ONU GÖRÜRSƏN”
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
İSLAMIN MƏNASI
İSLAMIN MƏNASI
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
İman
İman
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Hacı İlkin Qurani kərimin kəlmə kəlmə oxunuşu Kovsər surəsi
Hacı İlkin Qurani kərimin kəlmə kəlmə oxunuşu Kovsər surəsi
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ZÖHD "Zöhd"
ZÖHD "Zöhd"
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Imam Həsən Əsgəri (ə)-ın namazı
Imam Həsən Əsgəri (ə)-ın namazı
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Düzgün şəkildə ibadət
Düzgün şəkildə ibadət
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))