Shia.az SonUmidTv media
sitename

Dünya qadınlarının içində dörd qadın daha üstün və daha qəhrəman xanımlar olmuşdular. Onlardan biri də PeyğəmbərimizinHəzrət Xədicənin (s.ə) İlahi məqamı (s) vəfalı həyat yoldaşı Xədicə (s.ə) xanımdır.

 

Həzrət Xədicə (s.ə) İslam dinini qəbul edən ilk xanım olmuşdur. O, İslam dinini bütün qəlbi ilə qəbul edir və imanı yolunda bütün var-dövlətini qoyur. Rahatlığından əl çəkir və son nəfəsinə qədər də İslam dini yolunda fədakarlıq edir. O, Peyğəmbərin (s) həmdəmi və sirdaşı idi.

 

Həzrət Peyğəmbər (s) vəfalı həyat yoldaşı haqqında belə buyurmuşdur: "İslam ayaq tutmazdı, məgər Əlinin (ə) qılıncı və Xədicənin (s.ə) sərvəti olmasaydı”.

 

Həzrət Xədicə (s.ə) həyat yoldaşının rahatlığını təmin etmək üçün çox çalışırdı. O, xalis dost və qaygıkeş ana idi.

 

Misir yazıçısı Binti Şati yazır: "Xədicə (s.ə) kimi başqa bir həyat yoldaşı vardırmı ki, Peyğəmbərin (s) tarixi dəvətini səmimi qəlbdən, heç bir şəkk və şübhə olmadan qəbul etsin və onu xoş qarşılasın. Onun bu möhkəm yəqinliyinə görə Allah heç vaxt onu xar etməyəcəkdir. Xədicə (s.ə) kimi başqa bir xanım saysız-hesabsız sərvətinə və rifahına, nemət və şövkətinə arxa çevirib, həyat yoldaşının ən çətin zamanlarında onun yanında qərar tutarmı? Ya da həyat yoldaşına edilən ən çətin məşəqqətlərə, hətta işgəncələrə qarşı hər zaman dirəniş göstərən və imanına vəfadar qalan başqa bir banu vardırmı?

 

Bəlkə o, yeganə qadındır ki, bütün imkanlarını Peyğəmbərə (s) yardım etmək, etimadını və rahatlığını təmin etmək üçün istifadə etmişdi”.

Bu yazıçı başqa yerdə yazır: "Xədicə (s.ə) elə bir yaşda deyildi ki, bu qədər əziyyət və çətinlik ona asan olsun. O kəslərdən deyildi ki, həyatında həyat çətinliyinə, məhrumiyyətlərə və acılara adət etsin. Ancaq o, yaşının çox olmasına baxmayaraq, razı olur ki, Bəni Haşimi Əbu Talib dərəsində mühasirəyə alan zaman, çətinliklərə ölüm bahasına qədər dözsün”.

 

Bu zaman banunun 65 yaşı var idi. Ancaq buna baxmayaq, kiçicik bir şəkk də etmədən Peyğəmbərin (s) yanında qərar tutur. Bu zaman səhabələrin çox az hissəsi Peyğəmbərin (s) yanında olur və bu zaman evindən, malından və hər şeyin keçmiş olur.

 

Mühasirədə çəkdiyi əziyyətlər xanımı çox sarsıdır. Ona görə də mühasirədən çıxandan bir neçə gün sonra dünyasını dəyişir ki, bu da Ramazan ayının 10-u tarixinə təsadüf edir. Onu Həcun dağında dəfn edirlər. Peyğəmbər (s) özü qəbrə daxil olur və xanımı özü dəfn edir. Əmisi Əbu Talibin vəfatı ilə Peyğəmbərin (s) qəm və qüssəsi daha da çoxalır. Ona görə də bu ilin adını qəm və qüssə ili adlandırırlar.

Həzrət Xədicə (s.ə) vəfat etsə də, həyat yoldaşının qəlbində həmişə yaşamışdır. Həmişə bir nur kimi daima gözünün önündə olardı.

Həzrət Peyğəmbər (s) Həzrət Xədicənin (s.ə) ayrılığında göz yaşı tökür və onu tez-tez yada salardı. Həzrət buyurardı: "Xədicə! Xədicə kimisini bir daha tapa bilməyəcəyəm”.

 

Həzrət Xədicədən (s.ə) sonra Peyğəmbərin (s) bir neçə həyat yoldaşı olur. Ancaq heç biri Peyğəmbərin (s) qəlbində Xədicə (s.ə) qədər yer tapa bilmir. Bəlkə heç bir həyat yoldaşı onun yerini doldura bilmədi.

 

Aişə nəql edir: "Mən Xədicəyə (s.ə) o qədər həsəd aparırdım ki, Peyğəmbərin (s) başqa qadınlarına o qədər həsəd aparmırdım. Çünki Rəsulallah ondan çox danışardı. O, Peyğəmbərin (s) mənimlə evlənməsindən əvvəl dünyasını dəyişmişdi. Allah Peyğəmbərə (s) əmr edir ki, Xədicəyə (s.ə) luludan olan evə görə müjdə versin. Həzrət nə zaman qoyun kəssəydi, ondan Xədicənin (s.ə) dostlarına hədiyyə verərdi. Bəzən Peyğəmbərə (s) deyərdim ki, sanki bu dünyada Xədicədən (s.ə) başqa qadın yoxdur. Həzrət (s) buyururdu: "Həqiqətən, onun məhəbbəti mənim ruzim olmuşdur. Allaha and olsun ki, ondan yaxşısı mənim nəsibim olmamışdır. O, mənə iman gətirən zaman başqaları mənə küfr edirdi. O zaman ki, məni təsdiq edirdi, başqaları məni inkar edirdi. O zaman ki, mal-dövləti ilə mənə yardım üçün tələsirdi, başqaları məni məhrum etmişdilər. Allah ondan, başqasından deyil mənə övlad inayət etdi”. Ayişə deyir: "Allaha and olsun ki, bundan sonra ondan söz açmayacağam”.(Tebyan/ Deyerler.org

 

Həzrət Xədicə (s.ə) Peyğəmbələrlə (s) bir yerdə 25 il həyat sürür. Həzrətin (s) qəlbində böyük yer alır. Çünki həqiqətən də Həzrət Xədicə (s.ə) buna layiq bir xanım idi. Allah Təala Xanımın (s.ə) öz həyat yoldaşına etdiyi bütün fədakarlıqlarını yüksək qiymətdirmiş və onu cənnətin dörd üstün qadınlardan biri qərar vermişdir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.
Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?
Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.
Həzrət Əlinin (ə) mövlud günüdur
Həzrət Əlinin (ə) mövlud günüdur
Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi, Məsum İmamların (ə) anası, nümunəvi insan
Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi, Məsum İmamların (ə) anası, nümunəvi insan
İmam Zaman ağada (ə.f) 5 peyğəmbərin (ə) 5 xüsusiyyəti vardır
İmam Zaman ağada (ə.f) 5 peyğəmbərin (ə) 5 xüsusiyyəti vardır
Bəşəriyyətin üzərində olan rəhmət Günəşi
Bəşəriyyətin üzərində olan rəhmət Günəşi
Yaxşı həyat yoldaşı olan xanımın 7 xüsusiyyəti
Yaxşı həyat yoldaşı olan xanımın 7 xüsusiyyəti
“Əgər mən maddi mövzulardan danışsaydım…” – Şəhid Mütəhhərinin həyat yoldaşının xatirələri
“Əgər mən maddi mövzulardan danışsaydım…” – Şəhid Mütəhhərinin həyat yoldaşının xatirələri
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.
Peyğəmbərin (s) dövründə hicab necə idi?
Peyğəmbərin (s) dövründə hicab necə idi?
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Kərbəlayı Əli Ramazan Hz.Xədicə (s.ə)
Kərbəlayı Əli Ramazan Hz.Xədicə (s.ə)
Hicrətdən üç il qabaq Ramazan ayının 10-da xanım Xədiceyi Kübra dünyasın dəyişdi. Həmin ili peyğəmbər (s) hüzn ili elan elədi.
Hicrətdən üç il qabaq Ramazan ayının 10-da xanım Xədiceyi Kübra dünyasın dəyişdi. Həmin ili peyğəmbər (s) hüzn ili elan elədi.
Peyğəmbərimiz (s) bizə təmizlik, ətirlənmək, dişlərə qulluq etməkdə nə kimi sünnət qoymuşdur?
Peyğəmbərimiz (s) bizə təmizlik, ətirlənmək, dişlərə qulluq etməkdə nə kimi sünnət qoymuşdur?
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Daha çox oxumaq istəyirsən? )))