Shia.az SonUmidTv media
sitename

 Mühərrəm ayının 28-ci günü Hüzeyfə ibn Yəmanın vəfat günüdür. O, Peyğəmbəri-Əkrəm (s) və imam Əlinin (ə) yaxın səhabələrindən olmuş, "Bədr” döyüşündən başqa, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmişdir.

Tarixdə onun "Bədr” döyüşündə iştirak etməməsinin səbəbi ilə əlaqədar qeyd olunur ki, o, atası Hüseyl (Həsl) ibn Cabirlə birgə "Bədr” döyüşünə qatılmaq üçün yola çıxarkən hər ikisi müşriklər tərəfindən tutulur. Müşriklər onların "Bədr” döyüşündə iştirak etməyəcəklərinə dair söz verdikləri təqdirdə canlarına dəyməyəcəklərini bildirirlər. Ata-oğul döyüşdə iştirak etməyəcəklərinə dair söz verirlər. Sonra Peyğəmbərin (s) hüzuruna gəlib, o həzrətə döyüşə qatılmayacaqlarına dair söz vermək məcburiyyətində qaldıqlarını xəbər verdikdə, Peyğəmbər (s) sözlərinə sadiq qalmaları üçün onların döyüşdə iştirak etməyəcəklərinə icazə verir.

İslam tarixçiləri Hüzeyfənin adını hörmətlə çəkmiş, "Peyğəmbərin (s) böyük səhabəsi və sirdaşı” – deyə tərif etmişlər. Peyğəmbər (s) həm "Təbuk” döyüşündən, həm də son həcc mərasimindən qayıdarkən "Qədir-Xum” xütbəsini söylədikdən sonra, münafiqlər o həzrətə qarşı sui-qəsd etdikləri zaman, həmin münafiqlərin adını Hüzeyfəyə söyləyir. Odur ki, Hüzeyfə münafiqləri hamıdan yaxşı tanıyırdı. ("İrdaşul-qulub”, c.2. səh.195; "Biharul-ənvar”, c.28, səh.99.)

O, xanım Fatimeyi-Zəhranın (s.ə.) dəfn mərasimində iştirak edən yeddi nəfərdən biridir. ("Əl-xisal”, səh.361.)

Onun atası Hüseyl "Ühüd” döyüşündə şəhadətə yetir. Belə ki, döyüş əsnasında "Ühüd” zirvəsini mühafizə edən əsgərlər döyüşün sona yetdiyini və qələbə çaldıqlarını güman edərək mövqelərini tərk edirlər. Müşriklər isə arxadan hücuma keçirlər. İki qoşun arasında şiddətli döyüş başlayır və Hüzeyfənin atası Hüseyl səhvən müsəlman əsgərlər tərəfindən öldürülür. Müsəlman əsgərlər Hüseyli müşriklərdən zənn edərək qətlə yetirirlər. Amma Huzeyfə böyük fədakarlıq nümunəsi göstərir və səhabələrə üzünü tutub deyir: "Allah mərhəmətlidir və bu səhvinizi əfv edər…”

Hüseylin müsəlmanlar tərəfindən öldürüldüyü Peyğəmbərə (s) çatdırıldıqda, o həzrətin göstərişi ilə "beytül-mal”dan (ümumi gəlir) Hüzeyfəyə qanbahası ayrılır. Lakin Hüzeyfə onu müsəlmanlar arasında paylayır və atasını şəhadətə yetirənləri bağışlayır.

Hüzeyfə Peyğəmbərin (s) vəfatından sonra, 23-cü hicri-qəməri ilində Azərbaycan, Dinəvər, Masəbzan və Həmədanın, eləcə də Rey şəhərinin fəthində iştirak edir. Həmçinin Nəhavəndin fəthində ordu sərkərdəsi Nöman ibn Müqrən şəhadətə yetdikdən sonra ordu sərkərdəliyi ona həvalə olunur və onun tədbiri ilə Nəhavənd fəth olunur.

O, ikinci xəlifə Ömər ibn Xəttabın dönəmində Mədainə vali təyin olunur və bir müddətdən sonra vəzifəsindən kənarlaşdırılır və bu vəzifə Salman Farsiyə həvalə olunur. Salman Farsi vəfat etdikdən sonra, Hüzeyfə yenə ikinci xəlifə, sonra da üçüncü xəlifə tərəfindən Mədainə vali təyin olunur. İmam Əli (ə) də xilafətə gəldikdən sonra onu öz vəzifəsində saxlayır. O həzrət xilafətə gəldikdən sonra, Hüzeyfə əhalini Mədain məscidinə toplayır, bu xəbəri onlara çatdıraraq deyir: "Allaha həmd olsun batili öldürdü, haqqı diriltdi. Zülmü məhv etdi, ədaləti gətirdi. Zalımların burnunu yerə sürtdü...”

İmam Əlinin (ə) xilafətindən qırx gün sonra, Məhərrəm ayının 28-ci günü Hüzeyfə elə Mədaində vəfat edir və Dəclə çayının yaxınlığında torpağa tapşırılır. O, vəfat etməzdən öncə iki oğlu Səfvan və Səidə vəsiyyət edir ki, heç vaxt Əmirəlmönin Əlidən (ə) ayrılmasınlar. Onlar da atasının vəsiyyətinə əməl edərək, nəhayət, "Süffeyn” döyüşündə o həzrətin rikabında şəhadətə yetirlər. ("Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh.428.)

Nəql olunur ki, 1931-ci ildə Dəclə çayı daşdığı zaman yanaşı dəfn olunan Hüzeyfə ibn Yəman ilə Abdullah ibn Cabir Ənsarinin cəsədi Nəcəfdə yaşayan dövrün mərcəi-təqlidi Ayətullah Seyid Əbbülhəsən İsfahaninin məsləhəti ilə, dərhal bir neçə məsul vəzifəli şəxslərin (o cümlədən, İraqın əyan məclisinin sədri Seyid Məhəmməd əs-Sədr, İraqın o zamankı prezident müavini doktor Adil Əbdülmehdi, Seyid Əbdülmehədi, Maarif naziri Şeyx Məhəmməd Rza əş-Şəbibi və s.) müşayiəti ilə Salman Farsinin qəbrinin yaxınlığına köçürülür. Diqqəti cəlb edən odur ki, hamı hər iki səhabənin cəsədinin çürümədiyi və təzə qaldığının şahidi olurlar. ("Əcsadi-cavidan”, səh.50-52; "Şəbistan” və "Şəfəqna” saytları.)

Qeyd edək ki, Hüzeyfənin Mədinəyə köç edən ulu babası yəmənli olduğu üçün, bu qəbilə Yəman ləqəbi ilə qeyd olunur.

Mühərrəm ayı imam Hüseynə (ə) məxsus olduğundan, yazımızı o həzrət haqda Hüzeyfədən nəql olunan bir hədislə nöqtələyirik. O deyir: Bir gün Peyğəmbər (s) Hüseynin (ə) əlindən tutub belə buyurdu:

[یا ایُّهَا الناسُ هذَا الحُسَیْنُ بْنُ عَلِیٍّ فَاعْرِفُوهُ فَوَالَّذی نَفسی بِیَدِهِ إنَّهُ لَفِی الجَنَّةِ و مُحِبّیهِ فِی الجَنَّةِ وَ مُحِبّی مُحِبّیهِ فِی الْجَنَّةِ]

"Camaat! Bu Əlinin oğlu Hüseyndir, onu tanıyın. Canım qüdrət əlində olan Allaha and olsun ki, həm onun özü, həm onu sevənlər, həm də onu sevənləri sevənlər cənnətdə olacaqlar.” ("Əmali”, Şeyx Səduq,səh.478, hədis 4.)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Komunistlər tərəfindən Sibirə sürgün olunmuş böyük alimimiz Ayatullah Şeyx Əhməd Lənkərani (1887-1976) Cəlilabad şəhərində dünyaya gəlmişdir.
Komunistlər tərəfindən Sibirə sürgün olunmuş böyük alimimiz Ayatullah Şeyx Əhməd Lənkərani (1887-1976) Cəlilabad şəhərində dünyaya gəlmişdir.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?

"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))