Shia.az SonUmidTv media
sitename

Əxlaq nümunəsi -Fatimeyi Məsumə
.
1 Zilqədə = 4 Avqust 
İmam Musa Kazım əleyhissalamın alimə qızı və imam Rza əleyhissalamın bacısı xanım Fatimeyi Məsumənin təvəllüdü günüdür.

Yeddinci imam Museyi Kazım əleyhissalamın qızı və səkkizinci imam Rza əleyhissalamın bacısı olan xanım Fatimeyi Məsumənin əsil adı "Fatimeyi Kubra”dır. Onun anası iman və paklıq nümunəsi kimi tanınan Nəcmə xanımdır. Onu da qeyd edək ki, imam Museyi Kazım əleyhissalamın övladlarının içində yalnız imam Rza əleyhissalam və Fatimeyi Kubra bu nəcib xanımın övladıdırlar. Başqa sözlə desək Nəcmə xanım imam Museyi Kazım əleyhissalam üçün yalnız bu iki övladı dünyaya gətirmişdir.

Fatimeyi Kubranın ən məşhur ləqəbi "Məsumə”dir. Buna görə də o xanıma Fatimeyi Məsumə deyilir. Məsumə ləqəbini ona imam Rza əleyhissalam vermişdir. Məsumə sözünün mənası "günahsız” yəni, bəşəriyyət üçün ideal və nümunəvi şəxs deməkdir. Bu isə o xanımın ulu nənəsi Fatimeyi Zəhra əleyhasalam kimi çox böyük əxlaqa malik olmasının aşkar təzahürüdür.

Hədis və tarix kitablarında gəlmiş sənədlərə əsasən imam Museyi Kazım əleyhissalamın təxminən otuz yeddi övladının içində imam Rza əleyhissalamdan sonra ən fəzilətli və ən üstün övlad Fatimeyi Məsumədir. Deməli, imam Museyi Kazım əleyhissalamın oğullu qızlı bütün övladlarının içində imam Rza əleyhissalamdan sonra ən üstünü Fatimeyi Məsumədir.

Atası imam Museyi Kazım əleyhissalam şəhid ediləndə Fatimeyi Məsumənin 6 (altı) yaşı vardı. Atasının şəhid edilməsindən sonra o xanım əziz qardaşı imam Rza əleyhissalamın himayəsində yaşamışdır. İmam Rza əleyhissalam Fatimeyi Məsumədən 25 ( iyirmi beş) yaş böyük idi və o xanım 21 (iyirmi bir) il o həzrətin evində yaşamışdır. Bu da öz özlüyündə xanımın daha böyük mənəvi və əxlaqi zirvələrə yüksəlməsinə səbəb olmuşdur.

Xanım Fatimeyi Məsumənin zamanında yaşamış alimlər və tarixçilər o xanımın böyük əxlaq nümunəsi olduğuna etiraf etmiş, xalis ibadət, təqva, səbr, düzlük, həya, səxavət və mülayimliyi o xanımın əsas xüsusiyyəti kimi göstərmişlər.

İmam Rza əleyhissalam bacısı Fatimeyi Məsuməyə oxuduğu ziyarətnamədə o xanıma səkkiz ləqəblə müraciət edərək buyurur:

السلام عليك ايّتها الطاهرة الحميدة البَرّةُ الرشيدةُ التقيَّة النقيّة الرضية المرضية

"Salam olsun sənə ey Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə”

Biharul ənvar 102-ci cild 266-cı səhifə

.

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 143-cü hikmətdə buyurur:

و قال علیه السلام الهم نصف الهدمƏxlaq nümunəsi -Fatimeyi Məsumə

"Fikir etmək (qəm-qüssəli olmaq) qocalığın yarısıdır."
Hər bir şəxs diqqət etməlidir ki, çox fikir çəkmək, qəmli qüssəli və kədərli olmaq qocalığın daha tez insanın sorağına gəlməsinə səbəb olur. Qocalıqdan məqsəd yaşlılıq və ağsaqqallıq, ya ağbirçəklik deyil.
Qocalıqdan məqsəd cismin çürüməyə və zəifliyə məruz qalması, əldən və gücdən düşmək, halsızlıq və sair bu kimi xüsusiyyətlərdir.
Bundan əlavə çoxlu qəm qüssə və kədər içində olmaq, yəni çoxlu fikir etmək insana qocalığın batini xüsusiyyətlərini də gətirir. Məsələn, hözsələsizlik, əsəbilik, insanlara bədbinlik, tez incimək, təkliyi istəmək, camaatdan uzaq olmağa meyllilik...
Deməli, qocalığın bəyənilməyən istər cismi-zahiri istərsə də ruhi-mənəvi mənfi hallarından uzaq olmaq istəyən hər bir insan Əmirəlmöminin Əli əleyhissalamın bu misilsiz hikmətli kəlamına riayət etməli və
həyatını şadlıq və sevinc üzərində qurmalıdır.
Bacardıqca fikir çəkməkdən, qəm-qüssə içində olmaqdan və kədərli olmaqdan uzaq olmalıdır.
Onu da deyim ki, Əmirəlmöminin Əli əleyhissalamın bu kəlamını Tibb alimləri qeybi kəlamlardan sayırlar.
Elə isə bu gözəl mövlud günündə hamınıza təbəssüm, şadlıq və sevinc arzu edirəm.
Sizi sevinc və şadlığa dəvət edən insanlarla olun.

 


Rza Əzizoğlu İrəvani
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Fitr bayramında Əxlaq dərsi
Fitr bayramında Əxlaq dərsi
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Quran gecəsi _ (Xanım Fatimeyi Zəhra (s.ə)-nin şəhadəti) 12032016
Quran gecəsi _ (Xanım Fatimeyi Zəhra (s.ə)-nin şəhadəti) 12032016
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
12 İmamın adı
12 İmamın adı
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Quran gecəsi _ (İmam Museyi-Kazim (ə)-ın mövludu) 18112015
Quran gecəsi _ (İmam Museyi-Kazim (ə)-ın mövludu) 18112015
“Allaha itaət etməkdə səbirli olun,
“Allaha itaət etməkdə səbirli olun,
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Hacı Samir İmam Kazım (ə) şəhadəti
Hacı Samir İmam Kazım (ə) şəhadəti
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Hacı Rəşad İmam Museyi Kazım (ə)şəhadəti 2015
Hacı Rəşad İmam Museyi Kazım (ə)şəhadəti 2015
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))