Shia.az SonUmidTv media
sitename

NAMAZ İLAHİ DƏSTƏKDİR

Allahı zikr etmək, mübarək adlarına sığınmaq, ona təvəkkül etmək və bütün bunlardan əldə edilən ruh yüksəkliyi ilə çalışmaq çətinliklərin həlli üçün ən böyük vasitədir
NAMAZ İLAHİ DƏSTƏKDİRYaşadığımız dünya müxtəlif çətinliklərlə dolu olan bir məkandır. Bütün bu çətinliklərə sinə gərmək, sıxıntılarla mübarizə aparmaq hər şəxsin ümdə vəzifələrindən biri sayılır. Lakin, hər bir problem maddi səylər nəticəsində öz həllini tapa bilmir. İnsan iki qütblu - həm cism və həm də ruhdan ibarət olduğu üçün mənəvi aləmə də diqqət yetirməli və bu vasitə ilə İlahi rəhmətə qovuşaraq özünü zamanın amansız fırtınalarından amanda saxlamalıdır. Quari-Kərimin buyuruğuna əsasən, insana dəstək verən ən əsaslı mənəvi qüvvələrədən biri də namazdır. Bu haqda "Bəqərə” sürəsinin 45-ci ayəsində oxuyururq: 
"Səbr və namazdan dəstək alın!” 
Məlum sürənin 153-cü ayəsində yenə də iman sahiblərinə xitab olaraq belə buyurulur: 
"Ey iman gətirənlər, səbr və namazdan dəstək alın”
Burada belə bir sual yarana bilər ki, yalnız bir küncə çəkilib namaz qılmaqla bütün çətinlikləri həll etmək necə mümkündür? 
Suala cavab olaraq qeyd edilməlidir ki, ayədə məqsəd namazın mənəvi köməyidir. Belə ki, Allahla söhbətindən güc alan şəxs yeni bir ruhiyyə ilə həyata qayıdır, süstlük, tənbəllik ondan uzaqlaşır və bu, onun daha da çevik olmasına səbəb olur. Məsələn, heç bir dəyəri olmayan bir taxta parçası şikəst şəxsin ayaqda qalmasına, hərəkət etməsinə və ən nəhayət cəmiyyətdə öz mövqeyini tapmasına zəmin yaradır. İlahi nur sayılan namazın insan həyatına bundan qat-qat çox təsir göstərir.
İslam peyğəməri (s) çətinliklərlə qarşılaşdığı zaman namaza sığınır və bu mənəviyyat kanının əzəmətindən faydalanırdı. Belə ki, İmam Sadiq (ə) buyurur: "Allahın rəsulu narahat olduğu zaman namaz qılırdı”. ("Sünənun-Nəbi”.)
Böyük mütəfəkkir, həkim-cərrah Əbu Əli Sina hər hansı bir elmi məsələni həll etməsində çətinlik çəkdiyi zaman namaz qılıb, Allaha dua edərdi. O, bu haqda deyir: "Zehnim kütləşdikdə, hər hansı bir elmi məsələni həll edə bilmədiyimdə dəstəmaz alır, İmam Hüseynnin (ə) türbətini qarşıma qoyub, üzü qibləyə tərəf iki rükət namaz qılır əqlin, düşüncənin Allahına pənah apararaq ondan imdad diləyirdim. Namazdan sonra Allaha təvəssül edib, yenidən o səhifəni oxumağa başlayırdım. Bu zaman mənə fikri, elmi ilhamlar olur və mən ən dərin elmi məsələləri həll edirdim”. ("Gəncineyi-maarif”, səh.741.)
Əbu Əli Sina kimi bir şəxsi elm qüruru aldada bilməyib, Allaha səcdə qılaraq, razü-niyaz edibsə, biz elmi az olan insanlar bu məsələlərdə daha diqqətli olmalıyıq. 
Ümumiyyətlə, Allahı zikr etmək, mübarək adlarına sığınmaq, ona təvəkkül etmək və bütün bunlardan əldə edilən ruh yüksəkliyi ilə çalışmaq çətinliklərin həlli üçün ən böyük vasitədir. Rəvayətdə qeyd edilir , İslam peyğəmbərinin (s) əziz qızı həzrət Zəhra (s) ev işlərinin ağırlığından çətinlik çəkdiyi üçün atasından bir kəniz istədikdə Peyğəmbər (s) bunun mümkün olmadığını anladaraq ona sıxıntılarının qarşısını ala bilməsi üçün bir zikr öyrədir.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Qurban kəsmək Allaha yaxınlaşmaq üçün ən böyük fürsətdir - ilahiyyatçı
Qurban kəsmək Allaha yaxınlaşmaq üçün ən böyük fürsətdir - ilahiyyatçı
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
İlahi sevgi
İlahi sevgi
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Ayətullah Xameneinin ofisi: “Qarabağda son günlər döyüşlərdə..”
Ayətullah Xameneinin ofisi: “Qarabağda son günlər döyüşlərdə..”
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))