Shia.az SonUmidTv media
sitename
 
ƏRAFƏ GECƏSİNİN ƏMƏLƏRİ  Mütəbərrik gecələrdən biridir. Qazil-hacatla (hacətlərin rəva edənlə) münacat gecəsidir. Bu gecə tövbələr qəbul və dualar müstəcab olar. Hər kəs o gecəni ibadətlə məşğul ola, yüz yetmiş ilin ibadətinin savabına yetişmişdir və bir neçə əməldən ibarətdir:
1. Aşağıdakı duanı oxumaq. Hər kim bu duanı Ərəfə gecəsi və ya cümə axşamları oxusa, Allah taala onun günahlarını bağışlayar. Dua belədir: 
İlahi, ey bütün pıçıltılara şahid, ey bütün şikayət edənlərin dönüş yeri, ey bütün gizli sirlərdən xəbərdar, ey bütün istəklərin sonu, ey bəndələrinə nemət bəxş etməyə başlayan, ey bağışlaması kəramətli olan, ey gözəl şəkildə güzəştə gedən, ey əliaçıq, ey gecə qaranlığının, dəryaların təlatüm və fırtınalarının, səmanın ucalığının, əşyaları örtən zülmətin Ondan bir şeyi gizləmədiyi, ey gecənin qaranlığı Onun üçün aydın olan, "Tur” dağına təcəlli etdikdə, onu toza döndərən, Musanın huşdan getməsinə səbəb olan nurun, dürr və gövhər, sirli, yazılmış və pak, Səni onlarla çağırdıqda qəbul etdiyin, bir şey istədikdə əta etdiyin, bütün nurlardan üstün, bütün nurların Ondan işıq aldığı bir nur olan, yerə yetişdikdə Onu yaran, göylərə çatdıqda onun qapılarını açan, ərşə yetişdikdə onu lərzəyə salan "pak”, "müqəddəs”, "bürhan” (Allah) və mələkləri eşitdikləri zaman lərzəyə salan adların vasitəsilə Səndən istəyir və Sənə and verirəm Cəbrail, Mikayıl, İsrafil və Məhəmməd Mustafanın (Allahın salamı olsun ona və Əhli-beytinə), bütün peyğəmbərlərin və mələklərinin haqqını və onları oxuduqda Xızır peyğəmbərin dalğaların üstündə sanki yerin üzərində gəzirmiş kimi yeridiyi, Musa üçün dəryanı yarmağına, Firon və onun qövmünü qərq etməyin və İmran oğlu Musa və onunla birlikdə olanları xilas etməyinə səbəb olan, İmran oğlu Musanın Səni Tur dağının sağ tərəfindən səslədiyi və Sənin qəbul etdiyin, Məhəmmədə əta etdiyin, onun vasitəsilə Məryəm oğlu İsanın ölüləri diriltdiyi, onunla beşikdə olarkən danışdığın, Sənin izninlə anadangəlmə kor, xora və cüzam xəstələrinə şəfa verdiyi, ərşi daşıyan mələklərin, Cəbrail, Mikayıl, İsrafil, həbibin Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə), yaxın mələklərin, elçilərin, yer və göylərdəki saleh bəndələrinin Səni onunla çağırdığı, Zün-Nunun Sənin onu yaxalamayacağını güman etdiyi, qəzəbli halda (öz qövmündən) üz çevirdiyi və zülmət qaranlıqda (balığın qarnında) "Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən özünə zülm edənlərdənəm!” – deyə səslədiyi və Sənin də duasını qəbul etdiyin, qəmdən xilas etdiyin – möminləri beləcə xilas edərsən – zaman çağırdığı, Davudun Sənə dua və dərgahında səcdə etdiyi, Sənin onun günahlarından (qəbahətlərindən) keçdiyin, Fironun zövcəsi Asiyanın "Ey Rəbbim, mənə cənnətdə ev tikərək mənzil ver və məni Firon, onun pis əməlləri və zalım qövmündən xilas et!” – deyə Səni çağırdığı və Sənin də duasını qəbul etdiyin, bəla üz verən zaman Əyyubun Səni səslədiyi, ona sağlamlıq bəxş etdiyin, ailəsi və onlarla birlikdə daha artığını Öz tərəfindən rəhmət olaraq ona verdiyin və ibadət əhlinə (ibrət olaraq) xatırlatdığın, Yaqub Səni səslədikdə gözünü açdığın və gözünün işığı olan Yusifi qaytardığın, kədərini aradan apardığın, Süleyman Səni çağırdıqda ona ondan sonra kimsədə olmayacaq bir mülk hədiyyə verdiyin, (doğurdan da, Sən hədiyyə verənsən) Buraq adlı atı Məhəmməd Mustafaya (Allahın salamı olsun ona və Əhli-beytinə) ram etdiyin və Özün Quranda "Öz bəndəsini bir gecədə Məscidül-Haramdan bərəkətli etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və hər bir eyibdən uzaqdır!” və "Bizə bunları ram edən Allah pak və nöqsansızdır, əgər onları bizə ram etməsəydi, biz onları ram edə bilməzdik. Həqiqətən, biz Rəbbimizə tərəf qayıdacağıq!” – deyə buyurduğun, onun vasitəsilə Cəbraili Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) nazil etdiyin, Adəm Səni çağırdıqda günahını bağışladığın və onu cənnətdə məskunlaşdırdığın adlarını! Sənə and verirəm əzəmətli Quranın haqqını, peyğəmbərlərin sonuncusu Məhəmmədin haqqını, İbrahimin haqqını, qiyamət və ədalət tərəzilərinin qurulduğu gününün, açılan əməl dəftərlərinin, qüdrət qələmin və onunla yazılanların, lövhən və onda hesablananların haqqını, məxluqat, dünya aləmi, günəş və ay yaradılmamışdan iki min il əvvəl ərşin pərdələrində yazdığın adlarının haqqını! Şəhadət verirəm ki, Səndən başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir, Məhəmməd Onun bəndəsi və peyğəmbəridir! Sənin xəzinəndə gövhər olan, qeyb elmində Özün üçün seçərək Özünə məxsus etdiyin, heç bir elçinin, mələyin, xas bəndənin, yaradılmışlardan heç birinin – kimsənin xəbəri olmadığı, onunla dəryaları yardığın, dağları dikəltdiyin, gecə və gündüzü bir-birinin ardınca gətirdiyin adların və yeddi ayənin (Fatihə surəsi), əzəmətli Quranın, əməlləri yazan möhtərəm mələklərinin, "Ta Ha” və "Ya Sin”, "Kaf, Ha, Ya, Ayn, Sad” və "Ha, Mim, Ayn, Sin, Qaf”, Musanın Tövratının, İsanın İncilinin, Davudun Zəburu və Məhəmmədin (Allahın salamı olsun ona, onun Əhli-beytinə və bütün elçilərə) Fürqanının haqqının vasitəsi ilə Səndən istəyirəm. İlahi, həqiqətən, mən "Turi-Sina” dağında səninlə İmran oğlu Musa arasında olan bu münacat və raz-niyazın, ruhları bədənlərdən çıxarmaq üçün ölüm mələyinə öyrətdiyin, zeytun vərəqlərinə yazdığın və atəşi ona ram edərək "Ey atəş, soyuq və zərərsiz ol!” – deyə buyurduğun, onu əzəmət və kəramət pərdələri üzərində yazdığın adlarının vasitəsilə Səndən istəyirəm, ey hacət istəyənlərin israrından yorulmayan, ey bəxşişlərindən bir şey azalmayan, ey fəryad edənlərin dadına yetən və ey pənah axtaranların sığınacaq yeri! Ərşinin böyük məqamı, kitabındakı ayələrin sonsuz rəhməti, böyük adların, uca izzətin, kamil və ali kəlmələrinin vasitəsilə Səndən istəyirəm! İlahi, ey külək və onun üzərinə əsdiklərinin, səma və onun üzərinə kölgə saldığının, yer və onun əhatə etdiklərinin, şeytanlar və onların azdırdıqlarının, dəryalar və onda üzənlərin Rəbbi, haqq olan bütün haqların, yaxın mələklərin, ruhanilərin, yorulmaq bilmədən gecə və gündüz zikrinlə məşğul olan ucaməqamlı mələklərin, dostun İbrahim və Səni Səfa ilə Mərvə arasında səsləyən bütün övliyaların və onların duasını qəbul etməyinin haqqına xatir, ey duaları qəbul edən, Səndən bu adların haqqı və bu dualara xatir bizim keçmiş və gələcək, batin və zahirdə, aşkar və gizlində etdiyimiz və Sənin xəbərdar olduğun günahları bağışlamağını diləyirəm! Həqiqətən, Sən hər bir şeyə qadirsən! Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! Ey bütün qəribləri qoruyan, ey tənha olanların munisi, ey bütün zəiflərə qüvvət verən, ey bütün məzlumlara yardım edən, ey bütün məhrumlara ruzi verən, ey bütün qorxanların həmdəmi, ey səfər edənlərin dostu, ey hazır olanlara dayaq, ey bütün günah və xətaları bağışlayan, ey fəryad və ah-nalə edənlərin fəryadına çatan, ey kədərlilərin qəmini aradan qaldıran, ey kədərlilərə sevinc bəxş edən, ey göy və yerləri yaradan, ey hacət istəyənlərin məqsədlərinin sonu, ey çətinlikdə olanların duasını qəbul edən, ey rəhmlilərin ən rəhmlisi, ey aləmlərin Rəbbi, ey cəza gününün (qiyamətin) hakimi, ey ehsan edənlərin ən səxavətlisi, ey kəramətlilərin ən kəramətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey görənlərin ən bəsirətlisi, ey qüdrətlilərin ən qüdrətlisi! Nemətləri dəyişən, ardınca peşmançılıq gətirən, xəstəliklərə səbəb olan, ismət pərdələrini yırtan, duaların geri qayıtmasına səbəb olan, səmadan yağışın yağmasına mane olaraq onu saxlayan, əcəli yaxınlaşdıran, qəlbin bərkliyinə səbəb olan, həyatımızı zülmətə çevirən, eyiblərin üstünü açan, Səndən başqa heç kimin bağışlamayacağı günahlarımızı bağışla, ey Allah, boynumda haqqı olanların haqq yükünü üzərimdən qaldır, mənə işlərimdə asanlıq və çıxış yolu, qəlbimə Səndən başqasına üz tutmayacağım ümid və yəqinlik bəxş et! İlahi, bu mənzildə (dünyada) məni qoru və mənə sağlamlıq ver, gecə və gündüz mənimlə birgə ol ki, qarşımdan, arxamdan, sağdan və soldan mənə heç bir zərər toxunmasın, səadət yolunu mənim üçün asanlaşdır, işlərimdə mənə asanlığı ehsan et, məni xar və zəlil etmə, məni doğru yola yönəlt, ey ən yaxşı bələdçi, işlərimdə məni öz ixtiyarıma (özbaşıma) buraxma, sevinc və şadlığa səbəb olanları qəlbimə ilham et, məni və əhli-əyalımı dünya və axirətdə qurtuluşa çatdır! Həqiqətən, Sən hər bir şeyə qadirsən! Mənə fəzilətindən ruzi ver və pak olan ruzini mənə genişləndir, məni Sənə itaətlə məşğul et, mənə cəhənnəm odu və əzabından pənah ver, dünyadan köçdükdə, rəhmətinə xatir məni cənnət bağları ilə mükafatlandır! İlahi, nemətlərinin aradan qalxması, afiyətinin əzabla dəyişilməsi, bəla və əzabının nazil olmasından, qəlbin bərkiməsindən, pis aqibətli qəza və qədərindən, düşmənlərin tənəsindən, səmadan göndərdiyin və nazil etdiyin kitabında buyurduğun şərlərdən (bəlalardan) Sənə sığınıram! İlahi, məni şər firqə və cəhənnəm əhli sırasına qatma, xeyirxahlarla birlikdə olmaqdan məhrum etmə, pak bir yaşamla yaşat və pak ölümlə öldür, məni ən xeyirli olanlarına qovuşdur, qüdrətli malikin dərgahında olan həqiqi mənzildə peyğəmbərlərlə qonşuluğu mənə nəsib et! İlahi, gözəl imtahanların və yaratdıqlarına görə həmd-səna yalnız Sənə məxsusdur. İslam və Peyğəmbərin sünnəsinə tabe olduğumuz üçün həmd-səna yalnız Sənə məxsusdur. Ey Rəbbim, onları dininə hidayət etdiyin və onlara kitabını öyrətdiyin kimi, bizi də hidayət et və bizə də öyrət! Gözəl imtahanların və mənə xüsusi lütf və mərhəmət göstərdiyinə görə həmd-səna yalnız Sənə məxsusdur! Sən məni və məxluqatı gözəl şəkildə yaratmış, gözəl tərzdə təlim vermiş və gözəl şəkildə hidayət etmisən! Mənə əzəldən və indi verdiyin bütün nemətlərinə görə Sənə həmd-səna edirəm! Ey mənim mövlam, nə qədər bəlaları məndən uzaqlaşdırmış, nə qədər kədərlərimi sevincə çevirmiş, nə qədər qüssələrimi aradan aparmış, nə qədər müsibətləri məndən dəf etmiş, nə qədər eyiblərimi örtmüşsən! Bütün hallar, zaman və məkanlarda, hər məqam və hər anda, indiki halım və bütün hallarımda həmd-səna yalnız Sənə məxsusdur! İlahi, bu gün bəndələrə verdiyin nemətlərin, onlara qismət etdiyin xeyrin, onları əhatə edən rəhmətin, onlardan zərəri uzaqlaşdırmağın, pisliklərdən qorumağın, bəlalardan dəf etməyin, onlara yetişən xeyrin və bəxş etdiyin rəhmətin, əyinlərinə geyindirdiyin afiyət libasının ən fəzilətlisini mənə nəsib et! Həqiqətən, Sən hər bir şeyə qadirsən! Göylər və yerin xəzinələri Sənin ixtiyarındadır! Hacət istəyənləri geri qaytarmayan, ümidləri puç etməyən, bəxşişi ilə xəzinəsindən bir şey azalmayan, ixtiyarındakıları hədsiz və hüdudsuz olan, həddən artıq əta edən və bəxşişi çox olan kəramət sahibi, yeganə olan və nemət verən Sənsən! Tükənməz xəzinələrindən və geniş rəhmətindən bizə bəxşiş ver ki, həqiqətən, Sənin nemətlərin heç kəsə qadağan deyil və Sən hər bir şeyə qadirsən! Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
2. Seyidin nəql etdiyi "On təsbihatı” min dəfə oxumaq. Bu təsbihat Ərəfə gününün əməllərində gələcək.
3. "Əllahummə mən təəbbəə və təhəyyəə…” duasını oxumaq. Bu dua Ərəfə günü, gecəsi və cümə günündə oxunması rəvayət olunmuşdur. Biz bu duanı cümə axşamının əməlləri fəslində bəyan etdik.
4. İmam Hüseyni və Kərbəla torpağını ziyarət etmək. Orada bayram gününə qədər qalsa, o ilin bütün şərindən amanda olar
-DUANIN OXUNUŞU- Əllahummə ya şahidə kulli nəcva, və məvziə kulli şəkva və alimə kulli xəfiyyəh, və mun-təha kulli hacəh, ya mubtədiən bin niəmi ələl ibad, ya kəriməl əfvi ya həsənət təcavuz, ya cəvadu ya mən la yuvari minhu ləylun dac, və la bəhrun əccac, və la səmaun zatu əbrac, və la zuləmun zaturtitac (zatur-tiyac), ya məniz zulmətu in-dəhu ziya, əs`əlukə binuri vəc-hikəl kərim, əlləzi təcəlləytə bihi lil cəbəl, fəcəəltəhu dəkkən və xərrə Musa səiqa, və bismi-kəlləzi rəfə`tə bihis səmavati bila əməd, və sətəhtə bihil ərzə əla vəchi main cəməd, və bis-mikəl məxzunil məknunil məktubit tahirilləzi iza duitə bihi əcəbt, və iza suiltə bihi ə`təyt, və bismikəs subbuhil quddusil burhanilləzi huvə nurun əla kulli nur, və nurun min nurrin yuziu minhu kullu nur, iza bələğəl ərzənşəqqət, və iza bələğəs səmavati futihət, və iza bələğəl ərşəhtəzz, və bismi-kəlləzi tərtəidu minhu fəraizu məlaikətik, və əs`əlukə bihəqqi Cəbrəilə və Mikailə və İsrafil, və bihəqqi Muhəmmədinil Mus-təfa, səlləllahu ələyhi və alih, və əla cəmiil ənbiyai və cəmiil məlaikəh, və bil ismilləzi məşa bihil Xizru əla quləlil (tələlil) ma, kəma məşa bihi əla cədədil ərz, və bismikəlləzi fələqtə bihil bəhrə li Musa, və əğrəqtə Fir`əvnə və qəvməh, və əncəytə bihi Musəbnə İmranə və mən məəh, və bismikəlləzi dəakə bihi Musəbnu İmranə min cani-bit Turil əymən, fəstəcəbtə ləhu və əlqəytə ələyhi məhəbbətən mink, və bismikəlləzi bihi əhya İsəbnu Məryəməl məvta, və təkəlləmə fil məhdi səbiyya, və əbrəəl əkməhə vəl əbrəsə biiznik, və bismikəlləzi dəakə bihi həmələtu ərşik, və Cəbrəilu və Mikailu və İsrafilu və həbibukə Muhəmməd, səlləllahu ələyhi və alih, və məlaikətukəl muqərrəbun, və ənbiyaukəl mursəlun, və ibadukəs salihun, min əhlis səmavati vəl ərəzin, və bismikəlləzi dəakə bihi zunnun, iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə (təqdirə) ələyh, fənada fiz zulumati ən la ilahə illa ənt, subhanəkə inni kuntu minəz zalimin, fəstəcəbtə ləhu və nəccəytəhu minəl ğəmm, və kəzalikə tuncil (nuncil) mu`-minin, və bismikəl əzimilləzi dəakə bihi Davud, və xərrə ləkə sacidən fəğəfərtə ləhu zənbəh, və bismikəlləzi dəət-kə bihi Asiyətumrəətu Fir`əvn, iz qalət rəbbibni li indəkə bəytən fil cənnəh, və nəccini min Fir`əvnə və əməlih, və nəccini minəl qəvmiz zalimin, fəstəcəb-tə ləha duaəha, və bismikəlləzi dəakə bihi Əyyub, iza həllə bihil bəla, fəafəytəhu və atəytəhu əhləh, və misləhum məəhum rəhmətən min indik, və zikra lil abidin, və bismi-kəlləzi dəakə bihi Yə`qubu fərədədtə ələyhi bəsərəh, və qurrətə əynihi Yusufə və cəmə`tə şəmləh, və bismikəlləzi dəakə bihi Suləyman, fəvəhəbtə ləhu mulkən la yənbəği liəhədin min bə`dih, innəkə əntəl vəhhab, və bismikəlləzi dəakə bihi səxxərtə bihil buraqə li Muhəmməd, səlləllahu ələyhi və alihi və səlləm, iz qalə təala subhanəlləzi əsra biəbdihi ləylən minəl məscidil hərami iləl məscidil əqsa, və qəvluhu subhanəlləzi səxxərə ləna haza, və ma kunna ləhu muqrinin, və inna ila rəbbina ləmunqəlibun, və bismikəlləzi tənəzzələ bihi Cəbrailu əla Muhəmməd, səl-ləllahu ələyhi və alih, və bismi-kəlləzi dəakə bihi Adəmu fəğə-fərtu ləhu zənbəh, və əskəntəhu cənnətək, və əs`əlukə bihəqqil Qur`anil əzim, və bihəqqi Muhəmmədin xatəmin nəbiyyin, və bihəqqi İbrahimə və bihəqqi fəslikə yəvməl qəza, və bihəqqil məvazini iza nu-sibət, vəs suhufi iza nuşirət, və bihəqqil qələmi və ma cəra, vəl ləvhi və ma əhsa, və bihəqqil ismilləzi kətəbtəhu əla sura-diqil ərşi qəblə xəlqikəl xəlqə vəd dunya, vəş şəmsə vəl qəmə-rə biəlfəy am, və əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və ənnə Muhəm-mədən əbduhu və rəsuluh, və əs`əlukə bismikəl məxzuni fi xəzainikəlləzistə`sərtə bihi fi ilmil ğəybi indək, ləm yəzhər ələyhi əhədun min xəlqik, la mələkun muqərrəbun və la nəbiyyun mursəl, və la əbdun mustəfa, və əs`əlukə bismikəl-ləzi şəqəqtə bihil bihar, və qa-mət bihil cibal, vəxtələfə bihil ləylu vən nəhar, və bihəqqis səb`il məsani vəl Qur`anil əzim, və bihəqqil kiramil kati-bin, və bihəqqi Taha və Yasin və Kaf ha ya əyn sad, və Ha mim əyn sin qaf, və bihəqqi Təvrati Musa və İncili İsa, və Zəburi Davudə və Furqani Muhəmməd, səlləllahu ələyhi və alih, və əla cəmiir rusuli və biahiyyən şərahiyya, Əllahum-mə inni əs`əlukə bihəqqi tilkəl munacatilləti kanət bəynəkə və bəynə Musəbni İmran, fəvqə cəbəli Turi Sina, və əs`əlukə bismikəlləzi əlləmtəhu mələkəl məvti liqəbzil ərvah, və əs`ə-lukə bismikəlləzi kutibə əla vərəqiz zəytun, fəxəzəətin nira-nu litilkəl vərəqəh, fəqultə ya naru kuni bərdən və səlama, və əs`əlukə bismikəlləzi kətəbtəhu əla suradiqil məcdi vəl kəra-məh, ya mən la yuhfihi sailun və la yənqusuhu nail, ya mən bihi yustəğasu və iləyhi yulcə, əs`əlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, və bismikəl ə`zəmi və cəddikəl ə`la və kəlimatikət tammatil ula, Əllahummə rəbbər riyahi və ma zərət, vəs səmai və ma əzəllət, vəl ərzi və ma əqəllət, vəş şəyatini və ma əzəllət, vəl bihari və ma cərət, və bihəqqi kulli həqqin huvə ələykə həqq, və bihəqqil məlaikətil muqərrəbin, vər rəvhaniyyinə vəl kərrubinə vəl musəbbihin, ləkə bil ləyli vən nəhar, la yəfturunə və bihəqqi İbrahimə xəlilik, və bihəqqi kulli vəliyyin yunadikə bəynəs səfa vəl mərvəh, və təstəcib ləhu duaəhu ya mucib, əs`əlukə bihəqqi hazihil əsma, və bihazihid dəəvati ən təğfirə ləna ma qəddəmna və ma əx-xərna, və ma əsrərna və ma ə`lənna, və ma əbdəyna və ma əxfəyna, və ma əntə ə`ləmu bihi minna, innəkə əla kulli şəy`in qədir, birəhmətikə ya ərhəmər rahimin, ya hafizə kulli ğərib, ya munisə kulli vəhid, ya quddətə kulli zəif, ya nasirə kulli məzlum, ya raziqə kulli məhrum, ya munisə kulli mus-təvhiş, ya sahibə kulli musafir, ya imadə kulli hazir, ya ğafirə kulli zənbin və xətiyəh, ya ği-yasəl mustəğisin, ya sərixəl mustəsrixin, ya kaşifə kərbil məkrubin, ya faricə həmmil məhmumin, ya bədiəs səmavati vəl ərəzin, ya muntəha ğayətit talibin, ya mucibə də`vətil muz-tərrin, ya ərhəmər rahimin, ya rəbbil aləmin, ya dəyyanə yəvmid din, ya əcvədəl əcvədin, ya əkrəməl əkrəmin, ya əsməəs samiin, ya əbsərən nazirin, ya əqdərəl qadirin, iğfir liyəz zunubəlləti tuğəyyirun niəm, vəğfir liyəz zunubəlləti turisun nədəm, vəğfir liyəz zunubəlləti turisus səqəm, vəğfir liyəz zunubəlləti təhtikul isəm, vəğfil liyəz zunubəlləti təruddud dua, vəğfir liyəz zunubəlləti təhbisu qətrəs səma, vəğfir liyəz zunubəlləti tuəccilul fəna, vəğ-fir liyəz zunubəlləti təclibuş şəqa, vəğfir liyəz zunubəlləti tuzlimul həva, vəğfir liyəz zunubəlləti təkşiful ğita, vəğfir liyəz zunubəlləti la yəğfiruha ğəyruk, ya Əllahu vəhmil ənni kullə təbiətin liəhədin min xəlqik, vəc`əl li min əmri fərəcən və məxrəcən və yusra, və ənzil yəqinəkə fi sədri, və rəxaəkə fi qəlbi, hətta la ərcuvə ğəyrək, Əllahumməh-fəzni və afini fi məqami, vəshəbni fi ləyli və nəhari, və min bəyni yədəyyə və min xəlfi və ən yəmini, və ən şimali və min fəvqi və min təhti, və yəssir liyəs səbil, və əhsin liyət təysir, və la təxzulni fil əsir, vəhdini ya xəyrə dəlil, və la təkilni ila nəfsi fil umur, və ləqqini kullə surur, vəqlibni ila əhli bil fəlahi vən nəcah, məh-burən fil acili vəl acil, innəkə əla kulli şəy`in qədir, vərzuqni min fəzlik, və əusi` ələyyə min təyyibati rizqik, vəstə`milni fi taətik, və əcirni min əzabikə və narik, vəqlibni iza təvəffəytəni ila cənnətikə birəhmətik, Əlla-hummə inni əuzu bikə min zəvali ni`mətik, və min təhvili afiyətik, və min hululi nəqi-mətik, və min nuzuli əzabik, və əuzu bikə min cəhdil bəlai və dərəkiş şəqa, və min suil qəza, və şəmatətil ə`da, və min şərri ma yənzilu minəs səma, və min şərri ma fil kitabil munzəl, Əllahummə la təc`əlni minəl əşrar, və la min əshabin nar, və la təhrimni suhbətəl əxyar, və əhyini həyatən təyyibəh, və təvəffəni vəfatən təyyibətən tulhiquni bil əbrar, vərzuqni murafəqətəl ənbiya, fi məq`ədi sidqin ində məlikin muqtədir, Əllahummə ləkəl həmdu əla husni bəlaikə və sun`ik, və lə-kəl həmdu ələl islami vəttibais sunnəh, ya rəbbi kəma hədəytə-hum lidinik, və əlləmtəhum kitabəkə fəhdina və əllimna, və ləkəl həmdu əla husni bəlaikə və sun`ik, indi xassətən kəma xələqtəni fəəhsəntə xəlqi, və əlləmtəni fəhsəntə tə`limi, və hədəytəni fəəhsəntə hidayəti, fələkəl həmdu əla in`amikə ələyyə qədimən və hədisa, fə-kəm min kərbin ya səyyidi qəd fərrəctəh, və kəm min ğəmmim ya səyyidi qəd nəffəstəh, və kəm min həmmim ya səyyidi qəd kəşəftəh, və kəm min bəlain ya səyyidi qəd sərəftəh, və kəm min əybin ya səyyidi qəd sətərtəh, fələkəl həmdu əla kulli halin fi kulli məsvən və zəman, və munqələbin və mu-qam (məqam), və əla hazihil hali və kulli hal, Əllahumməc`-əlni min əfzəli ibadikə nəsibən fi hazəl yəvm, min xəyrin təq-simuhu əv zurrin təkşifuh, əv suin təsrifuhu əv bəlain tədfə-uh, əv xəyrin təsuquhu əv rəh-mətin tənşuruha, əv afiyətin tulbisuha, fəinnəkə əla kulli şəy`in qədir, və biyədikə xə-zainus səmavati vəl ərz, və əntəl vahidul kərimul mu`til-ləzi la yurəddu sailuh, və la yuxəyyəbu amiluh, və la yən-qusu nailuh, və la yənfədu ma indəh, bəl yəzdadu kəsrətən və tiybən və ətaən və cuda, vər-zuqni min xəzainikəlləti la təf-na, və min rəhmətikəl vasiəh, innə ətaəkə ləm yəkun məh-zura, və əntə əla kulli şəy`in qədir, birəhmətikə ya ərhəmər rahimin.
[Ərəbcə) اللَّهُمَّ يَا شَاهِدَ كُلِّ نَجْوَى وَ مَوْضِعَ كُلِّ شَكْوَى وَ عَالِمَ كُلِّ خَفِيَّةٍ وَ مُنْتَهَى كُلِّ حَاجَةٍ يَا مُبْتَدِئا بِالنِّعَمِ عَلَى الْعِبَادِ يَا كَرِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا جَوَادُ يَا مَنْ لا يُوَارِي مِنْهُ لَيْلٌ دَاجٍ وَ لا بَحْرٌ عَجَّاجٌ وَ لا سَمَاءٌ ذَاتُ أَبْرَاجٍ وَ لا ظُلَمٌ ذَاتُ ارْتِتَاجٍ [ارْتِيَاجٍ‏] يَا مَنِ الظُّلْمَةُ عِنْدَهُ ضِيَاءٌ أَسْأَلُكَ بِنُورِ وَجْهِكَ الْكَرِيمِ الَّذِي تَجَلَّيْتَ بِهِ لِلْجَبَلِ فَجَعَلْتَهُ دَكّا وَ خَرَّ مُوسَى صَعِقا وَ بِاسْمِكَ الَّذِي رَفَعْتَ بِهِ السَّمَاوَاتِ بِلا عَمَدٍ وَ سَطَحْتَ بِهِ الْأَرْضَ عَلَى وَجْهِ مَاءٍ جَمَدٍ وَ بِاسْمِكَ الْمَخْزُونِ الْمَكْنُونِ الْمَكْتُوبِ الطَّاهِرِ الَّذِي إِذَا دُعِيتَ بِهِ أَجَبْتَ وَ إِذَا سُئِلْتَ بِهِ أَعْطَيْتَ وَ بِاسْمِكَ السُّبُّوحِ الْقُدُّوسِ الْبُرْهَانِ الَّذِي هُوَ نُورٌ عَلَى كُلِّ نُورٍ وَ نُورٌ مِنْ نُورٍ يُضِي‏ءُ مِنْهُ كُلُّ نُورٍ إِذَا بَلَغَ الْأَرْضَ انْشَقَّتْ وَ إِذَا بَلَغَ السَّمَاوَاتِ فُتِحَتْ وَ إِذَا بَلَغَ الْعَرْشَ اهْتَزَّ وَ بِاسْمِكَ الَّذِي تَرْتَعِدُ مِنْهُ فَرَائِصُ مَلائِكَتِكَ وَ أَسْأَلُكَ بِحَقِّ جَبْرَئِيلَ وَ مِيكَائِيلَ وَ إِسْرَافِيلَ وَ بِحَقِّ مُحَمَّدٍ الْمُصْطَفَى صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ عَلَى جَمِيعِ الْأَنْبِيَاءِ وَ جَمِيعِ الْمَلائِكَةِ وَ بِالاسْمِ الَّذِي مَشَى بِهِ الْخِضْرُ عَلَى قُلَلِ [طَلَلِ‏] الْمَاءِ كَمَا مَشَى بِهِ عَلَى جَدَدِ الْأَرْضِ وَ بِاسْمِكَ الَّذِي فَلَقْتَ بِهِ الْبَحْرَ لِمُوسَى وَ أَغْرَقْتَ فِرْعَوْنَ وَ قَوْمَهُ وَ أَنْجَيْتَ بِهِ مُوسَى بْنَ عِمْرَانَ وَ مَنْ مَعَهُ وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ مُوسَى بْنُ عِمْرَانَ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ فَاسْتَجَبْتَ لَهُ وَ أَلْقَيْتَ عَلَيْهِ مَحَبَّةً مِنْكَ وَ بِاسْمِكَ الَّذِي بِهِ أَحْيَا عِيسَى بْنُ مَرْيَمَ الْمَوْتَى وَ تَكَلَّمَ فِي الْمَهْدِ صَبِيّا وَ أَبْرَأَ الْأَكْمَهَ وَ الْأَبْرَصَ بِإِذْنِكَ وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ حَمَلَةُ عَرْشِكَ وَ جَبْرَئِيلُ وَ مِيكَائِيلُ وَ إِسْرَافِيلُ وَ حَبِيبُكَ مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَلائِكَتُكَ الْمُقَرَّبُونَ وَ أَنْبِيَاؤُكَ الْمُرْسَلُونَ وَ عِبَادُكَ الصَّالِحُونَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ ذُو النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ [تَقْدِرَ] عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْتَ لَهُ وَ نَجَّيْتَهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ تُنْجِي [نُنْجِي‏] الْمُؤْمِنِينَ وَ بِاسْمِكَ الْعَظِيمِ الَّذِي دَعَاكَ بِهِ دَاوُدُ وَ خَرَّ لَكَ سَاجِدا فَغَفَرْتَ لَهُ ذَنْبَهُ وَ بِاسْمِكَ الَّذِي دَعَتْكَ بِهِ آسِيَةُ امْرَأَةُ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتا فِي الْجَنَّةِ وَ نَجِّنِي مِنْ فِرْعَوْنَ وَ عَمَلِهِ وَ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ فَاسْتَجَبْتَ لَهَا دُعَاءَهَا وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ أَيُّوبُ إِذْ حَلَّ بِهِ الْبَلاءُ فَعَافَيْتَهُ وَ آتَيْتَهُ أَهْلَهُ وَ مِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِكَ وَ ذِكْرَى لِلْعَابِدِينَ وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ يَعْقُوبُ فَرَدَدْتَ عَلَيْهِ بَصَرَهُ وَ قُرَّةَ عَيْنِهِ يُوسُفَ وَ جَمَعْتَ شَمْلَهُ وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ سُلَيْمَانُ فَوَهَبْتَ لَهُ مُلْكا لا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِهِ اِنَّكَ أَنْتَ الْوَهَّابُ وَ بِاسْمِكَ الَّذِي سَخَّرْتَ بِهِ الْبُرَاقَ لِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ إِذْ قَالَ تَعَالَى سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى وَ قَوْلُهُ سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَ مَا كُنَّا لَهُ مُقْرِنِينَ وَ اِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ وَ بِاسْمِكَ الَّذِي تَنَزَّلَ بِهِ جَبْرَئِيلُ عَلَى مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ بِاسْمِكَ الَّذِي دَعَاكَ بِهِ آدَمُ فَغَفَرْتَ لَهُ ذَنْبَهُ وَ أَسْكَنْتَهُ جَنَّتَكَ وَ أَسْأَلُكَ بِحَقِّ الْقُرْآنِ الْعَظِيمِ وَ بِحَقِّ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ بِحَقِّ إِبْرَاهِيمَ وَ بِحَقِّ فَصْلِكَ يَوْمَ الْقَضَاءِ وَ بِحَقِّ الْمَوَازِينِ إِذَا نُصِبَتْ وَ الصُّحُفِ إِذَا نُشِرَتْ وَ بِحَقِّ الْقَلَمِ وَ مَا جَرَى وَ اللَّوْحِ وَ مَا أَحْصَى وَ بِحَقِّ الاسْمِ الَّذِي كَتَبْتَهُ عَلَى سُرَادِقِ الْعَرْشِ قَبْلَ خَلْقِكَ الْخَلْقَ وَ الدُّنْيَا وَ الشَّمْسَ وَ الْقَمَرَ بِأَلْفَيْ عَامٍ وَ أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَسْأَلُكَ بِاسْمِكَ الْمَخْزُونِ فِي خَزَائِنِكَ الَّذِي اسْتَأْثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ لَمْ يَظْهَرْ عَلَيْهِ أَحَدٌ مِنْ خَلْقِكَ لا مَلَكٌ مُقَرَّبٌ وَ لا نَبِيٌّ مُرْسَلٌ وَ لا عَبْدٌ مُصْطَفًى وَ أَسْأَلُكَ بِاسْمِكَ الَّذِي شَقَقْتَ بِهِ الْبِحَارَ وَ قَامَتْ بِهِ الْجِبَالُ وَ اخْتَلَفَ بِهِ اللَّيْلُ وَ النَّهَارُ وَ بِحَقِّ السَّبْعِ الْمَثَانِي وَ الْقُرْآنِ الْعَظِيمِ وَ بِحَقِّ الْكِرَامِ الْكَاتِبِينَ وَ بِحَقِّ طه وَ يس وَ كهيعص وَ حمعسق وَ بِحَقِّ تَوْرَاةِ مُوسَى وَ إِنْجِيلِ عِيسَى وَ زَبُورِ دَاوُدَ وَ فُرْقَانِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ عَلَى جَمِيعِ الرُّسُلِ وَ بِآهِيّا شَرَاهِيّا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ تِلْكَ الْمُنَاجَاةِ الَّتِي كَانَتْ بَيْنَكَ وَ بَيْنَ مُوسَى بْنِ عِمْرَانَ فَوْقَ جَبَلِ طُورِ سَيْنَاءَ وَ أَسْأَلُكَ بِاسْمِكَ الَّذِي عَلَّمْتَهُ مَلَكَ الْمَوْتِ لِقَبْضِ الْأَرْوَاحِ وَ أَسْأَلُكَ بِاسْمِكَ الَّذِي كُتِبَ عَلَى وَرَقِ الزَّيْتُونِ فَخَضَعَتِ النِّيرَانُ لِتِلْكَ الْوَرَقَةِ فَقُلْتَ يَا نَارُ كُونِي بَرْدا وَ سَلاما وَ أَسْأَلُكَ بِاسْمِكَ الَّذِي كَتَبْتَهُ عَلَى سُرَادِقِ الْمَجْدِ وَ الْكَرَامَةِ يَا مَنْ لا يُحْفِيهِ سَائِلٌ وَ لا يَنْقُصُهُ نَائِلٌ يَا مَنْ بِهِ يُسْتَغَاثُ وَ إِلَيْهِ يُلْجَأُ أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِاسْمِكَ الْأَعْظَمِ وَ جَدِّكَ الْأَعْلَى وَ كَلِمَاتِكَ التَّامَّاتِ الْعُلَى اللَّهُمَّ رَبَّ الرِّيَاحِ وَ مَا ذَرَتْ وَ السَّمَاءِ وَ مَا أَظَلَّتْ وَ الْأَرْضِ وَ مَا أَقَلَّتْ وَ الشَّيَاطِينِ وَ مَا أَضَلَّتْ وَ الْبِحَارِ وَ مَا جَرَتْ وَ بِحَقِّ كُلِّ حَقٍّ هُوَ عَلَيْكَ حَقٌّ وَ بِحَقِّ الْمَلائِكَةِ الْمُقَرَّبِينَ وَ الرَّوْحَانِيِّينَ وَ الْكَرُوبِيِّينَ وَ الْمُسَبِّحِينَ لَكَ بِاللَّيْلِ وَ النَّهَارِ لا يَفْتُرُونَ وَ بِحَقِّ إِبْرَاهِيمَ خَلِيلِكَ وَ بِحَقِّ كُلِّ وَلِيٍّ يُنَادِيكَ بَيْنَ الصَّفَا وَ الْمَرْوَةِ وَ تَسْتَجِيبُ لَهُ دُعَاءَهُ يَا مُجِيبُ أَسْأَلُكَ بِحَقِّ هَذِهِ الْأَسْمَاءِ وَ بِهَذِهِ الدَّعَوَاتِ أَنْ تَغْفِرَ لَنَا مَا قَدَّمْنَا وَ مَا أَخَّرْنَا وَ مَا أَسْرَرْنَا وَ مَا أَعْلَنَّا وَ مَا أَبْدَيْنَا وَ مَا أَخْفَيْنَا وَ مَا أَنْتَ أَعْلَمُ بِهِ مِنَّا اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا حَافِظَ كُلِّ غَرِيبٍ يَا مُونِسَ كُلِّ وَحِيدٍ يَا قُوَّةَ كُلِّ ضَعِيفٍ يَا نَاصِرَ كُلِّ مَظْلُومٍ يَا رَازِقَ كُلِّ مَحْرُومٍ يَا مُونِسَ كُلِّ مُسْتَوْحِشٍ يَا صَاحِبَ كُلِّ مُسَافِرٍ يَا عِمَادَ كُلِّ حَاضِرٍ يَا غَافِرَ كُلِّ ذَنْبٍ وَ خَطِيئَةٍ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ يَا صَرِيخَ الْمُسْتَصْرِخِينَ يَا كَاشِفَ كَرْبِ الْمَكْرُوبِينَ يَا فَارِجَ هَمِّ الْمَهْمُومِينَ يَا بَدِيعَ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ يَا مُنْتَهَى غَايَةِ الطَّالِبِينَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا رَبَّ الْعَالَمِينَ يَا دَيَّانَ يَوْمِ الدِّينِ يَا أَجْوَدَ الْأَجْوَدِينَ يَا أَكْرَمَ الْأَكْرَمِينَ يَا أَسْمَعَ السَّامِعِينَ يَا أَبْصَرَ النَّاظِرِينَ يَا أَقْدَرَ الْقَادِرِينَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُغَيِّرُ النِّعَمَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُورِثُ النَّدَمَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُورِثُ السَّقَمَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَهْتِكُ الْعِصَمَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَرُدُّ الدُّعَاءَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَحْبِسُ قَطْرَ السَّمَاءِ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُعَجِّلُ الْفَنَاءَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَجْلِبُ الشَّقَاءَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُظْلِمُ الْهَوَاءَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَكْشِفُ الْغِطَاءَ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي لا يَغْفِرُهَا غَيْرُكَ يَا اللَّهُ وَ احْمِلْ عَنِّي كُلَّ تَبِعَةٍ لِأَحَدٍ مِنْ خَلْقِكَ وَ اجْعَلْ لِي مِنْ أَمْرِي فَرَجا وَ مَخْرَجا وَ يُسْرا وَ أَنْزِلْ يَقِينَكَ فِي صَدْرِي وَ رَجَاءَكَ فِي قَلْبِي حَتَّى لا أَرْجُوَ غَيْرَكَ اللَّهُمَّ احْفَظْنِي وَ عَافِنِي فِي مَقَامِي وَ اصْحَبْنِي فِي لَيْلِي وَ نَهَارِي وَ مِنْ بَيْنِ يَدَيَّ وَ مِنْ خَلْفِي وَ عَنْ يَمِينِي وَ عَنْ شِمَالِي وَ مِنْ فَوْقِي وَ مِنْ تَحْتِي وَ يَسِّرْ لِيَ السَّبِيلَ وَ أَحْسِنْ لِيَ التَّيْسِيرَ وَ لا تَخْذُلْنِي فِي الْعَسِيرِ وَ اهْدِنِي يَا خَيْرَ دَلِيلٍ وَ لا تَكِلْنِي إِلَى نَفْسِي فِي الْأُمُورِ وَ لَقِّنِي كُلَّ سُرُورٍ وَ اقْلِبْنِي إِلَى أَهْلِي بِالْفَلاحِ وَ النَّجَاحِ مَحْبُورا فِي الْعَاجِلِ وَ الْآجِلِ اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ ارْزُقْنِي مِنْ فَضْلِكَ وَ أَوْسِعْ عَلَيَّ مِنْ طَيِّبَاتِ رِزْقِكَ وَ اسْتَعْمِلْنِي فِي طَاعَتِكَ وَ أَجِرْنِي مِنْ عَذَابِكَ وَ نَارِكَ وَ اقْلِبْنِي إِذَا تَوَفَّيْتَنِي إِلَى جَنَّتِكَ بِرَحْمَتِكَ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ وَ مِنْ تَحْوِيلِ عَافِيَتِكَ وَ مِنْ حُلُولِ نَقِمَتِكَ وَ مِنْ نُزُولِ عَذَابِكَ وَ أَعُوذُ بِكَ مِنْ جَهْدِ الْبَلاءِ وَ دَرَكِ الشَّقَاءِ وَ مِنْ سُوءِ الْقَضَاءِ وَ شَمَاتَةِ الْأَعْدَاءِ وَ مِنْ شَرِّ مَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَ مِنْ شَرِّ مَا فِي الْكِتَابِ الْمُنْزَلِ اللَّهُمَّ لا تَجْعَلْنِي مِنَ الْأَشْرَارِ وَ لا مِنْ أَصْحَابِ النَّارِ وَ لا تَحْرِمْنِي صُحْبَةَ الْأَخْيَارِ وَ أَحْيِنِي حَيَاةً طَيِّبَةً وَ تَوَفَّنِي وَفَاةً طَيِّبَةً تُلْحِقُنِي بِالْأَبْرَارِ وَ ارْزُقْنِي مُرَافَقَةَ الْأَنْبِيَاءِ فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ اللَّهُمَّ لَكَ الْحَمْدُ عَلَى حُسْنِ بَلائِكَ وَ صُنْعِكَ وَ لَكَ الْحَمْدُ عَلَى الْإِسْلامِ وَ اتِّبَاعِ السُّنَّةِ يَا رَبِّ كَمَا هَدَيْتَهُمْ لِدِينِكَ وَ عَلَّمْتَهُمْ كِتَابَكَ فَاهْدِنَا وَ عَلِّمْنَا وَ لَكَ الْحَمْدُ عَلَى حُسْنِ بَلائِكَ وَ صُنْعِكَ عِنْدِي خَاصَّةً كَمَا خَلَقْتَنِي فَأَحْسَنْتَ خَلْقِي وَ عَلَّمْتَنِي فَأَحْسَنْتَ تَعْلِيمِي وَ هَدَيْتَنِي فَأَحْسَنْتَ هِدَايَتِي فَلَكَ الْحَمْدُ عَلَى إِنْعَامِكَ عَلَيَّ قَدِيما وَ حَدِيثا فَكَمْ مِنْ كَرْبٍ يَا سَيِّدِي قَدْ فَرَّجْتَهُ وَ كَمْ مِنْ غَمٍّ يَا سَيِّدِي قَدْ نَفَّسْتَهُ وَ كَمْ مِنْ هَمٍّ يَا سَيِّدِي قَدْ كَشَفْتَهُ وَ كَمْ مِنْ بَلاءٍ يَا سَيِّدِي قَدْ صَرَفْتَهُ وَ كَمْ مِنْ عَيْبٍ يَا سَيِّدِي قَدْ سَتَرْتَهُ فَلَكَ الْحَمْدُ عَلَى كُلِّ حَالٍ فِي كُلِّ مَثْوًى وَ زَمَانٍ وَ مُنْقَلَبٍ وَ مُقَامٍ [مَقَامٍ‏] وَ عَلَى هَذِهِ الْحَالِ وَ كُلِّ حَالٍ اللَّهُمَّ اجْعَلْنِي مِنْ أَفْضَلِ عِبَادِكَ نَصِيبا فِي هَذَا الْيَوْمِ مِنْ خَيْرٍ تَقْسِمُهُ أَوْ ضُرٍّ تَكْشِفُهُ أَوْ سُوءٍ تَصْرِفُهُ أَوْ بَلاءٍ تَدْفَعُهُ أَوْ خَيْرٍ تَسُوقُهُ أَوْ رَحْمَةٍ تَنْشُرُهَا أَوْ عَافِيَةٍ تُلْبِسُهَا فَاِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ بِيَدِكَ خَزَائِنُ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ أَنْتَ الْوَاحِدُ الْكَرِيمُ الْمُعْطِي الَّذِي لا يُرَدُّ سَائِلُهُ وَ لا يُخَيَّبُ آمِلُهُ وَ لا يَنْقُصُ نَائِلُهُ وَ لا يَنْفَدُ مَا عِنْدَهُ بَلْ يَزْدَادُ كَثْرَةً وَ طِيبا وَ عَطَاءً وَ جُودا وَ ارْزُقْنِي مِنْ خَزَائِنِكَ الَّتِي لا تَفْنَى وَ مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ اِنَّ عَطَاءَكَ لَمْ يَكُنْ مَحْظُورا وَ أَنْتَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ərəfə günü
Ərəfə günü
Zil-həccə ayının 10-cu günü  qurbanbayramıdır və çox şərəfli bir gündür
Zil-həccə ayının 10-cu günü  qurbanbayramıdır və çox şərəfli bir gündür
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Mübarək Şəban ayının 15-ci gününün gecəsi (Mayın 11-i) çox mübarək bir gecədir.
Mübarək Şəban ayının 15-ci gününün gecəsi (Mayın 11-i) çox mübarək bir gecədir.
Bu gecə “Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var
Bu gecə “Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Fatimə Zəhra (s)-ın başqa bir ziyarəti
Fatimə Zəhra (s)-ın başqa bir ziyarəti
ALLAHA ŞÜKÜR ETMƏ MÜNACATI
ALLAHA ŞÜKÜR ETMƏ MÜNACATI
İmam Həsənin (ə) duası
İmam Həsənin (ə) duası
Tövbə edənlərin münacatı
Tövbə edənlərin münacatı
Həzrət Əli əleyhissalamın namazı
Həzrət Əli əleyhissalamın namazı
Cümə günü -Həzrət Sahibəzzəman İmam Məhdi (ə.c)-in günüdür ziyarətnaməsi:
Cümə günü -Həzrət Sahibəzzəman İmam Məhdi (ə.c)-in günüdür ziyarətnaməsi:
Bütün ay boyu oxunan  dualar
Bütün ay boyu oxunan dualar
Cümə axşamının duası
Cümə axşamının duası
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
Dəhvul-ərz”gecəsinin əməlləri
Dəhvul-ərz”gecəsinin əməlləri
İmam Huseyn (ə) ziyarət naməsi (ərəbvə tərcüməsi)
İmam Huseyn (ə) ziyarət naməsi (ərəbvə tərcüməsi)
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası
Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası
Cövşan Kəbir duası (davamı)
Cövşan Kəbir duası (davamı)
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Ramazan ayının 12-ci gününün duası
Ramazan ayının 12-ci gününün duası
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Hz.Peyğəmbərin uzaqdan ziyarəti.
Hz.Peyğəmbərin uzaqdan ziyarəti.
Imam Həsən Əsgəri (ə)-ın Duası
Imam Həsən Əsgəri (ə)-ın Duası
Cümə günün duası
Cümə günün duası
“Əşərat duası”  Ərəbcə Mətini və transkiripsiyası
“Əşərat duası” Ərəbcə Mətini və transkiripsiyası
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Zi-hiccə ayının 9-cu gəcəsi "Ərafə" axşamının  əməllərli
Zi-hiccə ayının 9-cu gəcəsi "Ərafə" axşamının əməllərli
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Dəhvul-ərz”gecəsinin əməlləri
Dəhvul-ərz”gecəsinin əməlləri
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Peyğəmbərin (s) şərə qarşı duası...
Peyğəmbərin (s) şərə qarşı duası...
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))