Shia.az SonUmidTv media
» » » Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Русская версия сайта Русская версия сайта
sitename

Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.

Müqəddəs qurban bayramı İslam dininin mühüm bayramlarından biridir. Bu gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın "oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Quran Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibiolduqdan sonra onu Allah talla yolunda kəsilmə əmridə məhzhəmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət,Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir, ey İbrahim sən bu İlahi sınaqdan layiqincə çıxdın və bundan sonra Cəbrayıl mələkvasitəsi ilə bir qoç göndərir və İsmailin əvəzinə həmin qoçun kəsilməsini istəyir. Məhz bu hadisədən sonra Minada qurban kəsmək adət-ənənəyə çevrilir.Bundan əlavə xalis bəndənin bu çətin imtahandanbaşıuca və alnıaçıq çıxması ilə öz bəndəliyini Aləmlərin Rəbbi qarşısında isbat edir, buna görə də bu gün sevincli və bayram günü kimi tarixə düşür, hazırki zəmanəmizdə bəndələrin böyük bir qrupu bu əməli həmişə diri tutmaq xatirinə, Allah evinin ziyarətinə gedir və xüsusən də ənənəyə sadiq qalaraq Minada qurban kəsirlər. Allah taala bu möhtəşəm ziyarəti hər birimizə qismət etsin.

Bildiyimiz kimi zillhiccə ayının onuncu günü müqəddəs qurban bayramıdır, bu günün və gecəsinin özünə məxsus bir nəçə əməlləri vardır. Bu gecə mübarək və bərəkətligecələrdəndir, bu gecədə əhya saxlamaq çox bəyənilmişdir, həmçinin İmam Huseyn (ə) ziyarəti və bu gecəyə aid olan duaları oxumaq gecənin əməllərindəndir.

Qurban bayramı gününün özünə məxsus əməlləri:

Birinci: əməl qusldur, bu gündə qusl etmək Əllamə məclisinin nəzərində çox təkid olunmuş və savab əməllərdəndir, hətta bəzi alimlər bu gündə qusl etməyi vacib bilmişlər.

İkinci: əməl bayram namazıdır, eyni ilə fitr bayramının namazı kimidir (Bu namaz İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma O həzrət qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Bayram namazlarının vaxtı günəş doğandan günortayadəkdir, müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra qılınsın.Bayram namazı iki rəkətdir, birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: «Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh əsəlukə bihəqqi hazəl-yəv, əlləzi cəəltəhu lil-musliminə iydən və limuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidə, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmmədin sələvatukə ələyi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun»).

Sadəcə bunun fərqi bundadır ki, fitr bayramı günü iftar edib namazı qılmaq lazımdır, bu bayramda isə namaza qədər ac qalıb namazdan sonra qurban əti yemək savabdır.

Üçüncü: əməl səhifeyi səcadiyəyi kamilə kitabında bayram günü üçün qeyd olunan qırx səkkiznci duanı bayram namazından qabaq və sonraoxumaqdır ki, belə başlayır "Allahummə həzə yovmun mubarək” əgər qırx altıncı duanı da oxuyarsa bu da savabdır.

Dördüncü: əməl Nüdbə duasını oxumaq.

Beşinci: əməl qurban kəsmək, bu hər bir şəxs üçün çox təkid olunmuş və savab əməldir. Hətta bəzi alimlər qurban kəsməyə imkanı olan şəxslərə bu əməli vacib bilmişlər. Bayram namazından sonra qurban ətindən yemək müstəhəbdir (bəyənilmişdir). Həmçinin imam Sadiqdən (ə) nəql olunmuş hədisdə buyrulur ki, qurbanlıq heyvan kəsdikdə bu duanı oxumaq müstəhəbdir: "vaccəhtu vəchiyə lilləzi fətərəs səməvati vəl ərz, hənifən muslimən və mə ənə minəl muşrikin, innəs-səlati və nusuki və məhyayə və məmati lilləhi rabbil aləmin, lə şərikə ləhu və bizəlikə umirtu və ənə minəl muslimin. Allahummə minkə və ləkə, bismillahi və allahu əkbər. Allahummə təqəbbəl minni(əgər bir neçə nəfər bir heyvanın kəsilməsinə şərik olarsa)Allahummə təqəbbəl minnadeyilmlidir”.

Altıncı: əməl Minada olan şəxs üçün on beş namazdan sonra təkbir demək beləki əvvəli bayram günü zöhr namazından başlayıb on üçüncü günü sübh namazında bitir. Lakin digər şəhərlərdə on namazdan sonra təkbir deyilməlidir. Təkbirlər belə deyilir: "Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vallahu əkbər, Allahu əkbər va lilləhil həmd, Allahu əkbər alə ma hədana, Allahu əkbər alə ma razəqanə min bəhimətil ənam, vəl həmdu lilləhi alə mə əblana”.

Sonda bir daha hər bir oxuçularımızı səmimi qəbdən təbrik edirik. Allah taala bütün kəsilən qurbanları qəbul etsin və bizlərə də öz evinin ziyarətini nəsib etsin. Amin!


Kərbəlayı: Əli Ələsgərli

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
"Hacı Cavad" məscidində bayram namazı qılınıb.
"Hacı Cavad" məscidində bayram namazı qılınıb.
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Məbəs gününün əməlləri
Məbəs gününün əməlləri
ZÖHD "Zöhd"
ZÖHD "Zöhd"
"Mövlud Günü"nün əməlləri:
"Mövlud Günü"nün əməlləri:
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Hacı Əhliman Qurban bayramı 24.09.2015
Hacı Əhliman Qurban bayramı 24.09.2015
Qurban bayramının namazı
Qurban bayramının namazı
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Məbəs gününün və gecəsinin əməlləri
Məbəs gününün və gecəsinin əməlləri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazını vacib edən şəri səbəblər
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Gecə namazı
Gecə namazı
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
NAMAZIN Qılınma qaydası
NAMAZIN Qılınma qaydası
Daha çox oxumaq istəyirsən? )))