Shia.az SonUmidTv media
sitename

Fitrə zəkatının vacib olma şərtləriFitrə zəkatının vacib olma şərtləri


Qonağın fitrə zəkatı


Təkcə Fitr bayramı gecəsi mükəlləfin evinə gələn qonağın fitrəsinin hökmü nədir?
Cavab: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir.

Əgər Fitr bayramı gecəsi insanın evinə qonaq gəlsə və o, sübh vaxtı bayram olduğunu başa düşsə, qonaqların fitrəsi ev sahibinə vacibdirmi?
Cavab: Hilalın göründüyündən xəbərsiz olmaq, fitrənin verilməsinin hökmündə təsir qoymur. Əvvəldə qeyd olundu ki, bir gecəlik qonağın fitrəsi onun öz öhdəsinədir.

Əgər qonaq öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülürmü?
Cavab: Qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə əgər o, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür.


Fəqirin fitrə zəkatı


Maddi imkanı olmayan şəxsin fitrə zəkatı verməsi vacibdirmi?
Cavab: Əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. Əgər bu şəxsdə üç kiloqram buğda və ya bu kimi qida məhsulu varsa, yaxud da bu məhsulların qiyməti qədər pulu varsa, onu fitrə zəkatı ünvanında verməsi müstəhəbdir. Əgər himayəsində yaşayan şəxslər varsa, bu şəxs həmin məhsulu və ya pulu fitrə ünvanında ailə üzvlərinin əlində dolandıra bilər və yaxşı olar ki, axırıncı şəxs onu özlərindən olmayan bir fərdə versin.

Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı
Əgər ərin ehtiyacı olduğu üçün qadın dolanışıq xərclərinin təmin olunmasında kömək edərsə, onların fitrə zəkatını kim verməlidir?
Cavab: Əgər qadın kişinin çörək yeyəni hesab olunarsa, ər imkanı olduğu təqdirdə özünün və həyat yoldaşının fitrə zəkatını verməlidir. Əgər qadın ərinin və başqasının çörək yeyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir.


Naşizə qadının(1) fitrə zəkatı


Ərinin cinsi istəklərinə cavab verməyən qadının fitrə zəkatı ərin öhdəsindən götürülürmü?
Cavab: Xeyr, ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər.

Ərin fitrə zəkatı verməməsi, zövcənin və övladın vəzifəsi
Əgər ata fitrə zəkatı verməsə, onun zövcəsi və övladının vəzifəsi nədir?
Cavab: Onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir.[i]


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı



Fitrə zəkatının verildiyi qida məhsulu
Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir?
Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır.


Fitrə zəkatının miqdarı


Fitrənin miqdarı nə qədərdir?
Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir.

Fitrə zəkatının verilmə zamanı və məkanı


Fitrəni kənara qoymağın zamanı


Fitrəni kənara qoymağın və onu ödəməyin vaxtı nə zamandır?
Cavab: Şəvval ayının hilalının göründüyü sübuta yetdikdən sonra mükəlləf fitrə zəkatını kənara qoya bilər. Əgər o, bayram namazı qılırsa, ehtiyat-vacibə görə fitrə zəkatını namazdan qabaq verməli və ya kənara qoymalıdır. Əgər bayram namazı qılmırsa, Fitr bayramı gününün zöhrünə qədər təxirə sala bilər.

Fitrəni kənara qoymaq və ondan istifadə etmək


Əgər mükəlləf fitrəni kənara qoysa, onu istifadə edib sonra onun yerinə başqa mal qoya bilərmi?
Cavab: Xeyr, kənara qoyduğu malı fitrə olaraq verməlidir.
Fitrə zəkatını Ramazan ayından qabaq vermək
Fitrəni Ramazan ayından qabaq fəqirə vermək olarmı?
Cavab: Xeyr, kifayət etmir. Amma fəqirə borc verib, Fitr bayramı günü verdiyi borcu fitrə ünvanında hesablaya bilər.

Fitrə zəkatını başqa şəhərə göndərmək


Fitrə zəkatını başqa şəhərə göndərə bilərikmi?
Cavab: Əgər mükəlləfin yaşadığı yerdə və şəhərdə müstəhəq tapılmasa, fitrəni başqa şəhərə apara bilər.

Fitrə zəkatını bayramdan qabaq vermək


Əgər başqa bir ölkədə müstəhəq və daha ehtiyaclı fərdlər olsa, bu fərdlərə çatdırılması üçün fitrə zəkatını bayramdan bir neçə gün qabaq vermək olarmı? Əgər bu işi telefon danışığı vasitəsilə bir şəxsə tapşırsam və ölkəyə qayıtdıqdan sonra müstəhəqlərə verdiyi məbləği ona versəm, bunun hökmü nədir?
Cavab: Sizin tərəfinizdən fitrə zəkatını ödəməsi üçün özünüzə vəkil təyin etməyinizin maneəsi yoxdur. Vəkil təyin etmənin yuxarıda deyilən qaydada (yəni istər telefonda zəngləşərək, istərsə də başqa bir yol ilə) olması fərq etmir. Amma fitrə zəkatının öz vaxtında verilməsi vacibdir.

Fitrə zəkatını verməyi unutmaq


Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.

Fitrə zəkatının istifadəsi


Fitrə zəkatının verilmə qaydası


Fitrə zəkatını dindar olmayan fəqir ailəyə vermək olarmı?
Cavab: Fitrə zəkatında fitrə alanın ədalətli şəxs olması lazım deyildir. Amma aşkarda böyük günahları işlədən şəxsə ehtiyat-vacibə görə fitrə zəkatı verilməməlidir.

Nəfəqəsi vacib olan şəxsə(1) fitrə zəkatı vermək


Ata ehtiyacı olan tələbə övladına fitrə zəkatı verə bilərmi?
Cavab: Əgər övladlar fəqir olsalar, ata və ana onların vacib xərclərini ödəməlidirlər. Fitrə zəkatından bir şeyi dolanışıq xərcləri üçün onlara vermək olmaz. Amma borclarını ödəmələri üçün və ya təmin edilməsi ataya vacib olmayan ehtiyaclar üçün fitrə zəkatını onlara verməyin maneəsi yoxdur.

Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi


.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər "sa”nın(2) (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi "sa” yarım(3) (yaxud yarımdan az və ya çox) verə bilərikmi?
Cavab: Ehtiyat-vacibə görə fəqirə bir "sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(4). Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə "sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.

Fitrə zəkatını qohumlara vermək


Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.
244. Fitrə zəkatını qardaşa vermək olarmı?
Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.

Fitrə zəkatını mədəni işlərə xərcləmək


. Fitrə zəkatını dini maarifin yayılmasına səbəb olan mədəni və dini işlərə xərcləmək olarmı?
Cavab: Fitrə zəkatını dini maarifin yayılması yolunda xərcləməyin maneəsi yoxdur. Amma ehtiyata görə fitrə zəkatı fəqirə verilməlidir.

Seyidlərin fitrəsi
Mənim həyat yoldaşım seyidədir. Onun fitrəsinin mənim öhdəmdə olduğunu və mənim də seyid olmadığımı nəzərə alaraq, həmçinin seyidlərin fitrəsinin ayrıca alındığını nəzərə alaraq, mən həyat yoldaşımın fitrəsini seyidlərin fitrəsi üçün nəzərdə tutulan yerə verməliyəmmi?
Cavab: Fitrənin verilməsində meyar "əyal” (fitrəsi verilən) deyil, "muil”dir (fitrəni verən şəxsdir). Buna görə də siz fitrənizi seyidə verə bilməzsiniz, baxmayaraq ki, həyat yoldaşınız seyidədir.

Fitrə zəkatının fəqir seyidlərə verilməsi


Fitrəni fəqir seyidlərə vermək olarmı?
Cavab: Seyid olmayanlar seyidlərə fitrə verə bilməzlər.

Fitrə zəkatını ehtiyacı olan xəstənin müalicəsinə xərcləmək


Əgər bir şəxsin maddi imkanı yaxşı deyilsə və azyaşlı qızının böyük xərc tələb edən xəstəliyinin müalicəsi üçün pula ehtiyacı varsa, ona fitrə zəkatı vermək olarmı? Əgər sonradan onun fitrə zəkatına müstəhəq olmadığı məlum olsa, bunun hökmü nədir?
Cavab: Əgər o, fəqirdirsə, ona fitrə zəkatını vermək vacib deyildir və siz fitrə zəkatınızı ona verə bilərsiniz. Əgər onun fəqir olmadığını sonradan başa düşsəniz, bu təqdirdə, əgər sizin ona verdiyiniz mal aradan getməyibdirsə, onu geri alıb müstəhəqə verə bilərsiniz. Əgər geri ala bilməsəniz, öz malınızdan fitrə verməlisiniz.



 

(1)Yəni bu şəxsin (məsələn, həyat yoldaşının, övladın) lazımi dolanışıq xərclərini ödəmək mükəlləfə vacibdir.
(2) Çəkisi üç kiloqram olan bir ölçü
(3)Yəni 20.5 "sa”
(4)Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq hesablanır.

 

 Ayətullahul-uzma Seyid Əli Xameneyi



[i] Ərin haqlarına riayət etməyən qadın

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
Oruc halında inyeksiya (iynəvurma)
Oruc halında inyeksiya (iynəvurma)
Kəffarənin vacib olduğu hallar (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Kəffarənin vacib olduğu hallar (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Sübh azanına qədər cənabətli qalmaq
Sübh azanına qədər cənabətli qalmaq
Orucu batil edən işlər 1
Orucu batil edən işlər 1
Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Məstedici spirtli içkiləri və haram yeməkləri satmaq, bu məhsulların satıldığı məkanda işləmək olarmi
Məstedici spirtli içkiləri və haram yeməkləri satmaq, bu məhsulların satıldığı məkanda işləmək olarmi
Heyizli qadın Cənabət qüslü verə bilərmi?
Heyizli qadın Cənabət qüslü verə bilərmi?
Ayətullahul-Üzma Seyyid Əli Xamenei ünvanlanan yeni suallar (Yanvar, 2019)
Ayətullahul-Üzma Seyyid Əli Xamenei ünvanlanan yeni suallar (Yanvar, 2019)
Ayətullahul-Üzma Seyyid Əli Xamenei Yeni istiftaatlar
Ayətullahul-Üzma Seyyid Əli Xamenei Yeni istiftaatlar
Yeni şəri suallar
Yeni şəri suallar
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb
Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitr bayramı namazının qaydası
Fitr bayramı namazının qaydası
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
On şey nisab həddinə çatdıqda, onun zəkatı verilməlidir
On şey nisab həddinə çatdıqda, onun zəkatı verilməlidir
Ər-arvad hüquqları
Ər-arvad hüquqları
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Əti halal olan heyvanların bütün növlərindən əqiqə qurbanı kəsmək olarmı?
Əti halal olan heyvanların bütün növlərindən əqiqə qurbanı kəsmək olarmı?
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
Fitr bayramı namazının qaydası
Fitr bayramı namazının qaydası
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
“Şəkk günü”ndə niyyət etmək
“Şəkk günü”ndə niyyət etmək
Sual edilir ki yeni ilin gəlişini qeyd etmək caizdirmi
Sual edilir ki yeni ilin gəlişini qeyd etmək caizdirmi
Zəkat nədir?
Zəkat nədir?
Adambaşına nə qədər fitrə pulu düşür?
Adambaşına nə qədər fitrə pulu düşür?
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Daha çox oxumaq istəyirsən? )))