Shia.az SonUmidTv media
sitename

Allah Təala "Qədr” surəsinin dördüncü ayəsində buyurur: "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”.

 

O gecədə hər bir şey hikmət üzrə həyata keçər. O kəs ki, Quranı Allah kəlamı kimi qəbul edir, o deməkdir ki, onun bütün surələrini və ayələrini qəbul etmişdir. O kəs ki, həqiqi müsəlmandır – Quranın bütün ayələrinə təslim olar. Ona görə də hər bir müsəlman gərək "Qədr” surəsini və onda adı çəkilən Qədr gecəsini sorgu-sualsız qəbul etsin.

 

Yuxarıdakı ayədən də göründüyü kimi, bu, elə bir nurani gecədir ki, hər il bu gecədə mələklər və ruh yerə nazil olur. Bu gecədə bütün məsələlərə nəzarət edən və onları yönləndirən bir şəxs vardır və o, Allahın hüccətidir. Ona görə də hərə kəsə vacibdir ki, ona itaət etsin. (Erfan)

Hər kim iddia edər ki, mən Allahın Vəlisiyəm, gərək bu gecədə mələklərin və ruhun nazil olmasını isbat edə bilsin. Bu məsələni Həzrət Peyğəmbər (s) və onun vəsilərindən savayı heç kəs sübut edə bilməz.

 

Hər kim Qədr gecəsində mələklərin və ruhun nazil olmasını qəbul edirsə, gərək Allahın hüccətini də qəbul etsin. Əks halda Quranın bəzi ayələrinə kafir olmuş olar. "Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından)ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər – onlar əslində həmin (əsil) kafirlərdir”. ("Nisa” 150-151).

 

Ona görə də deyə bilərik ki, həqiqi mömin o kəsdir ki, həm Qədr gecəsinin hər il olacağına iman bəsləyər və həm də İlahi hüccəti qəbul edər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Məhdinin (ə.f) varlığını inkar edər, küfr diyarına yollanar”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Qaim (ə.f) – mənim övladlarımdandır. Adı mənim adımdır, künyəsi mənim künyəmdir. Siması mənim simamdır, sünnəti mənim sünnətimdir. Mənim dinimi, şəriətimi insanların arasında bərpa edər və onları Allah Təalanın kitabına tərəf çağırar. Hər kim ona itaət edər – mənim ardıcılım olmuş olar. Hər kim ona itaətsizlik edər – mənə itaətsizlik etmiş olar. Hər kim onu qeyb zamanında inkar edər – məni inkar etmiş olar. Hər kim onu təsdiq edər – hər an məni təsdiq etmiş olar. O kəslər ki, məni onun barəsində inkar edirlər – mənim onun şənində dediyim sözü inkar edirlər və ümmətimi onun yolundan azdırırlar – (ondan) Allaha şikayət edərəm. Tezliklə o kəslər ki, zülm etmişdir və bilirlər ki, qaydacaqları yer haradır və taleləri necədir. (Zülmlərinin cəzasını dünya və axirətdə görəcəklər)”.

 

Bəli, mələklər və ruh Qədr gecəsində İmam Zaman ağaya (ə.f) nazil olarlar və bəşər üçün illik yazdıqları hesabatı ona təqdim edərlər.

İmam Baqirə (ə) sual verirlər ki, siz bilirsinizmi ki, Qədr gecəsi hansı gecədir? Həzrət (ə) buyurur: "Necə bilməyim ki, mələklər Qədr gecəsində bizim ətrafımızda təvaf edərlər”.Qədr gecəsinin İmam Zaman ağa (ə.f) ilə rabitəsi

 

İmam Səccad (ə) buyurur: "Həqiqətən hər il Qədr gecəsində ilin təfsiri və işlərin bəyanı Vəliyyi-əmrə (ə) nazil olar”.

 

İmam (ə) başqa yerdə buyurur: "Ey Əhli-Beyt (ə) davamçıları! "Qədr” surəsi ilə Məsum İmamlarla (ə) müxalifətlik edənlərə hüccətinizi tamam edin ki, qələbə çalasınız. Allaha and olsun ki, o surə Peyğəmbərdən (s) sonra insanlara olan Allahın hüccətidir. O surə sizin dininizin ağasıdır və bizim sonsuz elmimizdir”.

 

Həzrət Peyğəmbər (s) səhabələrinə buyurur: "Qədr gecəsinə iman gətirin, çünki o gecə məndən sonra Əli ibn Əbitalib (ə) və onun on bir övladı üçün olacaqdır”.

 

Beləliklə Qədr gecəsində İmam Zaman ağaya (ə.f) təvəssül etməyi unutmayaq. Ağanın (ə.f) zühuru üçün Allaha dua edək. Bu gecənin fəzilətlərindən bəhrələnək.

 

/Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayı niyə belə adlandırılıb?
Bu ayəni niyə “İtaət ayəsi” adlandırırlar?
Bu ayəni niyə “İtaət ayəsi” adlandırırlar?
Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq – İmam Zaman ağanın (ə.f) seçilmiş hədisləri
Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq – İmam Zaman ağanın (ə.f) seçilmiş hədisləri
Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir
Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir
İnsanın Allaha yaxınlaşmaq mərhələləri
İnsanın Allaha yaxınlaşmaq mərhələləri
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Bu surəni yazıb, ticarət yerində saxlamaq – qazanc gətirər
Bu surəni yazıb, ticarət yerində saxlamaq – qazanc gətirər
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
“Ali İmran” surəsinin fəziləti
“Ali İmran” surəsinin fəziləti
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Qədr gecəsinin gündüzü də gecəsi kimi müqəddəsdir – bu gecə barədə hədislər
Qədr gecəsinin gündüzü də gecəsi kimi müqəddəsdir – bu gecə barədə hədislər
Müqəddəratımızı həll edən gecə!!
Müqəddəratımızı həll edən gecə!!
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İman
İman
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
Qədr gecəsi mələklər kimə nazil olur?! - Seyyid Ağa Raşid 2015
Qədr gecəsi mələklər kimə nazil olur?! - Seyyid Ağa Raşid 2015
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))