Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
İmam Əli (ə): "Bir
gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu:«Ey insanlar! Həqiqətən
bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın
yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır.
Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin
cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir,
əməlləriniz qəbul, dualarınız müstəcəbdır…" Mən qalxıb ərz etdim: "Bu
ayda ən yaxşı əməl nədir?" Allahın Peyğəmbəri (s) buyurdu: "Ey Əbəl-Həsən!
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın