Shia.az SonUmidTv media
sitename

 

Şübhəsiz, Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) buyurur:ŞADLIQ VƏ HÜZN – MEYARLAR

اِنَّ اَحَبَّ الاَْعْمالِ اِلَى اللّهِ تعالى اِدْخالُ السُّرورِ عَلَى الْمُؤْمنين؛

"Həqiqətən, Allah-Taalanın dərgahında ən sevimli əməl mömini sevindirməkdir.” ("Üsuli-kafi”, cild 2, səh.189.)

İmam Rza (ə) bu barədə belə buyurur:

فَإِنَّهُ لَيْسَ شَيْ‏ءٌ مِنَ‏ الْأَعْمَالِ‏ عِنْدَ اللَّهِ‏ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

"Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli, fəzilətli əməl yoxdur.” ("Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.339.)

Həmçinin o həzrət başqa bir hədisdə buyurur:

مَنْ‏ فَرَّجَ‏ عَنْ‏ مُؤْمِنٍ‏، فَرَّجَ‏ اللَّهُ‏ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ

"Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” ("Əl-kafi”, 3-cü cild, səh.510.)

Bu sayaq rəvayətlər çoxdur və mömini sevindirməyin kifayət qədər bəyənilmiş bir iş olduğu haqda heç bir şübhə yoxdur. Amma yenə də suallar doğur. Əgər insan istənilən bir şəxsi istənilən bir yolla sevindirsə, bu onun üçün ibadət hesab oluna bilərmi?

İslam maarifi ilə tanış olanlar üçün bu sualın cavabı aydındır. Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə, nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə, hətta mənasız işlərlə, zarafatla, masqarabazlıqla mömini sevindirmək bəyənlilməyən işdir. Əlbəttə ki, istisnalar da ola bilər; əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə, onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək məqsədəuyğundur və bu istisna xəstənin müalicəsi üçün nəzərdə tutulur. Adi hallarda "Muminun” surəsinin 3-cü ayəsində buyurulduğu kimi:

وَ الَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُون؛

"Möminlər mənasız işlərdən çəkinənlərdir...”

İkinci bir tərəfdən hər insanı yox, yalnız mömini sevindirmək ibadətdir. Zalım və kafir insanla münasibətlərdə isə məhdudiyyətlər vardır.

ŞADLANMAQ FİTRİ İSTƏKDİR

Bu mövzuda daha dərin və mürəkkəb suallar vardır. Ümumiyyətlə, İslamda şadlığa münasibət necədir? İnsan üçün şadlanmaq, yoxsa qəmlənmək daha faydalıdır?

Şəksiz ki, insanın fitrətində şadlanmağa meyil var. Qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri şadlıqdır. "Ğaşiyə” surəsinin 8-ci ayəsində oxuyuruq:

وُجُوهٌ يَوْمَئِذ ناعِمَة؛

"O gün bir çox üzlər sevinəcək.”

Sevinc mənfi hiss deyildir. Behiştə daxil olanlar deyəcəklər:

الْحَمْدُ لِلّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ؛

"Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!” ("Fatir” surəsi, ayə 34.)

Bəli, şadlıq fitri istək, qəm-qüssə isə cəhənnəm əzablarındandır. "Zumər” surəsinin 60-cı ayəsində buyurulur:

وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُواْ عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ

"(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)”

Əksinə, Allahın rəhmətinə qovuşmuş şəhidlər haqqında buyurulur:

فَرِحِينَ بِما آتاهُمُ اللّهُ مِنْ فَضْلِهِ وَ يَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ؛

"Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssəgörməyəcəklərinə görə şadlıq edirlər.” ("Ali-İmran” surəsi, ayə 170.)

İnsan fitrətən şadlıq sorağındadır. Dünya həyatı sevinc və kədərsiz ötüşmür. Kimsə ömür boyu sevinc duymadığı kimi, kimsə də ömrünün sonunadək qəm-qüssə içində qalmır. Təbii olaraq şadlıq ardınca gəzən insan məqsədinə çatmaq üçün müxtəlif yollar axtarır. Bəzən insan bir saat şadlıqdan ötrü günaha batır və ömrünün bütün qalan hissəsini həmin şadlığın əzabını çəkir. Məsələn, narkotik maddələrdən, spirtli içkilərdən duyulan şadlıq müvəqqətidir. İnsan ağlı bu sayaq sevinci qəbul etmir. Şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükləyən bu cür saxta şadlıqlara bəraət qazandırmaq olmaz. İslam dini o şadlığı qəbul edir ki, bu şadlıq insanı əbədi səadətdən məhrum etməsin. Əgər dünya sevinci əbədi axirət sevincinə qənim kəsilməyibsə, qəbul edilir. Bəs dinə zidd olmayan şadlıqlar hansıdır? Əvvəla, onu qeyd edək ki, ifrat qəm-qüssəyə batıb bədbin olmuş insan nə özü, nə ailəsi, nə də cəmiyyət üçün xeyirli ola bilər. Belə bir insan nə dünya, nə də axirət həyatı üçün çalışmaq iqtidarında deyil. Belə insan küfrə batıb özünü öldürə də bilər. Bu sayaq ifrat qəm-qüssə İslam dinində pislənilir. Amma insanın dünya və axirət səadətini təmin edən şadlıqlar müsbət qiymətləndirilir. Bir şadlıq ki, insanı təhsilə, ibadətə və zəhmətə həvəsləndirir, bu şadlıq din tərəfindən təqdir olunur.

İnsanın mənəvi təkamülünə yardımçı olan bütün şadlıqlar İslam dinində bəyənilir. Elə ruhani insanlar vardır ki, yalnız Allaha ibadət edərkən sevinirlər. Belə insanları şad etmək üçün onlara ibadət şəraiti yaratmaq lazımdır. İmam Səccad (ə) münacatlarının birində belə ərz edir:  "Allahım Səninlə ünsiyyətdən kənarda duyduğum ləzzətlərə görə tövbəedirəm. Səninlə görüşdən kənardakı sevinclər mənə günahdır. Belə şadlıqlardanSənə pənah aparıram.” ("Məfatihul-cinan”, Zakirin münacatı.)

Bəli, belələri yalnız Allahla ünsiyyətdən ləzzət alırlar, şadlanırlar.

Belə də ola bilər ki, insan şadlanmaqla günahdan uzaqlaşa. Məsələn, ailədə şadlıq varsa, bu şadlıq ərlə arvad arasında mehribanlıq yaradır və onların kənarda günaha düşməsinin qarşısını alır.

Mömin insanın dünya sevinci onun ibadətinə, Allaha bəndəçilik etməsinə yardımçı olmalıdır. İslam dinində yorğunluğun qarşısını almaq üçün səfər yoldaşları ilə zarafat etmək icazəsi verilir. Amma bu zarafatda ifrata varmamalı, ətrafdakılar üçün narahatlıq yaratmamalıdır.

Bir də hədisdə mömini sevindirmək nəzərdə tutulur. Mömini isə günahla sevindirmək olmaz. İnsanlar müxtəlif iman mərtəbələrindən olduğundan onları eyni bir işlə sevindirmək çətindir. Yetkinlik yaşına təzə çatmış mömini psixoloji sarsıntıdan çıxarmaq yaxşı iş hesab olunur.

Demək, dünya həyatına aid olan ifrat şadlıqlar məqbul hesab edilmir. "Hud” surəsinin 10-cu ayəsində oxuyuruq: "Başına gələn müsibətdən sonra ona rahatlıq nəsib etsək, sevinərək deyər ki, artıq fəlakətlər məndən sovuşdu.”

Həddini aşmış Qarun haqqında isə belə buyurulur ki, qövmü Qaruna belə dedi:

لا تَفْرَحْ إِنَّ اللّهَ لا يُحِبُّ الْفَرِحِينَ

"Sevinmə, şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz.” ("Qəsəs” surəsi, ayə 76.)

Bu sayaq şadlıqlar bəyənilmir. Çünki bu şadlığın nəinki təkamülə heç bir xeyri yoxdur, hətta onu yuxuya verib qəflətdə saxlayır, səadətə doğru hərəkətdən saxlayır. Hətta Quranda buyurulur ki, dünyada çox sevinənlərin axirətdə vəziyyəti çətin olacaq. ("İnşiqaq” surəsi, ayə 13.)

Qəm-qüssəyə gəldikdə isə, insanın diqqətini Allaha, axirətə, dini və ictimai vəzifələrə yönəldən qəm-qüssə faydalıdır. Əgər insan vəzifəsini yerinə yetirə bilmədiyi, günaha batdığı üçün qəmgin olursa, bu qəmginlik çox faydalıdır. Amma bu hüzn ifrat dərəcədə olmamalıdır. Hüznün elə bir həddi vardır ki, insanı bədbinləşdirib fəaliyyətdən saxlayır. İnsan qəm dəryasına qərq olub təhsildən, ibadətdən, xalqına xidmətdən dayanırsa, bu qüssənin nə faydası ola bilər?! Bir sözlə, insanı səadətə aparan hüzn bəyənilmişdir.

Aydın məsələdir ki, imam Hüseyn (ə) üçün qurulmuş əzadarlıq mərasimində ağlamaq faydalı olduğu üçün əzadarı hüzndən ayırmaq olmaz. Gecə yarı Allahla raz-niyaz edərkən ağlayan insana mane olmaq lüzumsuzdur. Çünki bu iki halda qəm-qüssə mənəvi yüksəlişə yardımçıdır. ("Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 11-ci dərs, səh.125-134.)

(Maide.Az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
ALLAHA SIĞINMAQ
ALLAHA SIĞINMAQ
DÜZGÜN İBADƏT ETMƏK
DÜZGÜN İBADƏT ETMƏK
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Qiyamət günü sevinənlərdən olmaq üçün
Qiyamət günü sevinənlərdən olmaq üçün
Qırılmış qəlblərin kəffarəsi
Qırılmış qəlblərin kəffarəsi
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
İnsan özünü necə tanıya bilər?
İnsan özünü necə tanıya bilər?
İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad elan edir!
İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad elan edir!
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
XOŞ MÜNASİBƏT
XOŞ MÜNASİBƏT
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə əl atar
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə əl atar
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
RUHİ SAĞLAMLIQ
RUHİ SAĞLAMLIQ
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Daha çox oxumaq istəyirsən? )))