Shia.az SonUmidTv media
sitename
Ərəfə günüdür. Bayram kimi tanınmasına baxmayaraq böyük bayramlardan biridir. Allah taala öz Ərəfə gününün əməlləribəndələrini, öz ibadət və itaətinə çağırır. Öz ehsan və bəxşiş süfrəsini onların üzünə açmışdır. Şeytan bu gün ən zəlil, xar və hirsli gününü yaşayır. Rəvayət olunur ki, imam Zeynulabidin (ə) Ərəfə günü bir yolçunun camaatdan diləndiyini gördükdə ona dedi: "Vay olsun sənə, bu gündə Allahdan başqasına dilənirsən. Halbuki, belə ümid olunur ki, bu gündə hətta ana bətnində olan körpələrə də inayət olunur və xoşbəxt olurlar.
Bu günün bir neçə əməli vardır:
1. Qüsl almaq.
2. İmam Hüseyn (ə)-ın ziyarəti. Min həcc, min ümrə və min cihaddan daha üstün savaba malikdir. Bu gündə o həzrətin ziyarətinin fəziləti barədə hədislər saysız-hesabsızdır. Hər kəs müvəffəq olsa, bu günü həzrətin qəbrinin günbəzi altında ola, savabı Ərəfatda olandan heç də az deyil. Bəlkə ondan da çox və daha öndədir. Həzrəti ziyarət etmə qaydası gələcək "Ziyarətlər” bölməsində gələcəkdir.
3. Əsr namazından sonra "Ərəfə” duasına məşğul olmazdan əvvəl iki rükət açıq səma altında namaz qılsın və Ərəfatın savabına nail olsun və günahları bağışlansın deyə, Allah dərgahında öz günahlarını etiraf və iqrar etsin. Sonra imamlardan rəvayət olunan əməllərə və Ərəfə dualarına məşğul olsun. Onlar o qədər çoxdurlar ki, bizim bu müxtəsərə sığmazlar. Lakin kitabın həcmi icazə verənə qədər onları nəql edirik.
Şeyx Kəfəmi "Misbah”da yazır: Ərəfə gününün orucu, duaları oxumaqda özündə zəiflik hiss etməyən şəxs üçün müstəhəbdir. Günorta olmamışdan qabaq, qüsl almaq və Ərəfə gününün gecə və gündüzündə olan İmam Hüseyn (ə)-ın ziyarətnaməsini oxumaq müstəhəbdir. Elə ki, günorta oldu, zöhr və əsr namazlarını açıq səma altında rüku və səcdələrini yaxşı yerinə yetirərək qılsın. Sonra iki rükət namaz, birinci rükətdə "Həmd”dən sonra "İxlas” surəsini, ikinci rükətdə isə "Həmd”dən sonra "Kafirun” surəsini oxusun. Daha sonra dörd rükət, hər rükətdə "Həmd”dən sonra əlli dəfə "İxlas” surəsini oxuyaraq namaz qılsın.
Müəllif deyir: "Bu namaz, həzrət Əmirəl-mömininin cümə gününün əməllərində olan namazıdır.” Sonra buyurdu: "Oxu, Peyğəmbərdən nəql olunan bu təsbihatı.” Seyid onları "İqbal” kitabında belə gətirmişdir:
Ərşi səmada, hökmü yerdə olan, əmrləri qəbirlərdə icra edilən Allah pak və bütün eyiblərdən uzaqdır! Dəryalarda yolları, cəhənnəmdə hakimiyyəti, cənnətdə rəhməti, qiyamətdə ədalətli olan, göyləri ucaldan, yeri genişləndirən, Onun dərgahına sığınmaqdan başqa qurtuluş yeri olmayan Allah pak və bütün eyiblərdən uzaqdır! 
Sonra yüz dəfə de:
Allah pak və bütün eyiblərdən uzaqdır! Həmd-səna yalnız Allaha məxsusdur! Allahdan başqa heç bir tanrı yoxdur! Allah böyükdür!
Sonra "İxlas” surəsini yüz dəfə, "Ayətəl-kürsi”ni yüz dəfə və yüz dəfə salavat göndərib de:
Allahdan başqa heç bir tanrı yoxdur! O, tək və şəriksizdir! Mülk, həmd-səna yalnız Ona məxsusdur! Dirildən və öldürən, öldürən və dirildəndir! O, ölməyəcək diridir! Xeyir Onun ixtiyarındadır və O, hər bir şeyə qadirdir! 
On dəfə:
Ondan başqa heç bir tanrı olmayan, diri və əbədi Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram!
On dəfə:
Ey Allah!
On dəfə :
Ey bağışlayan!
On dəfə:
Ey mehriban!
On dəfə:
Ey göylər və yeri yaradan! Ey əzəmət və ehsan sahibi!
On dəfə:
Ey diri, ey əbədi!
On dəfə:
Ey bağışlayan və nemət verən!
On dəfə:
Ey Ondan başqa heç bir tanrı olmayan!
On dəfə:
Amin!
Sonra belə de:
İlahi, ey mənə şah damarımdan yaxın olan, insanın qəlbi ilə Öz arasında pərdə yaradan, ey məqamı uca və aydın üfüqə malik olan, ey möhkəm ərşinin üzərindəki mehriban, ey tayı-bərabəri olmayan, ey eşidən və görən, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən!
Sonra öz hacətlərini istə və hər kəs Məhəmməd və ali Məhəmmədi sevindirmək istəsə, İmam Sadiq əleyhissalamdan nəql olunan bu salavatları oxusun:
İlahi, ey bəxşiş edənlərin ən səxavətlisi, ey hacət istənilənlərin ən xeyirlisi, ey mehribanların ən mehribanı! İlahi, əvvəldə və sonda, "mələkut” aləmi və üstün aləmdə, elçilərin arasında Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə vəsilə, fəzilət, şərafət, ucalıq və böyük məqamlar bəxş et! İlahi, mən Məhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə) görmədiyim halda, ona iman gətirdim! Belə isə, qiyamətdə onu görməkdən məni məhrum etmə, onunla həmsöhbət olmağı mənə nəsib et, məni onun ümmətinin dinində olduğum halda, dünyadan apar, məni onun (Kövsər) hovuzundan bir daha susamayacağım qədər sirab et! Həqiqətən, Sən hər gir şeyə qadirsən! İlahi, mən Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) görmədiyim halda, ona man gətirdim! Belə isə, cənnətdə onu mənə tanıtdır. İlahi, Məhəmməd və onun Əhli-beytinə məndən çoxlu-çoxlu salam və salavat göndər!
Sonra Ummu-Davud duasını oxu (rəcəb ayının əməllərində qeyd olundu). Sonra savabı saya gəlməyən bu təsbihi de. İxtisara görə hamını gətirmirik:
Hər şeydən öncə olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hər şeydən sonra olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hamı ilə birlikdə olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz Allah pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərdən öncə fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərdən sonra fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərlə birlikdə fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Sayı bilinməz, dərkolunmaz, unudulmaz, fənaya uğramaz, hədsiz-hüdudsuz paklıq sahibi Allah pak və bütün eyiblərdən uzaqdır! Paklığı onun davamlılığı ilə davamlı, baqi olması ilə baqi və məxluqatın yaşı, dünyadakı gecə və gündüz saatları, günlər, aylar və zamanlar qədər olan Allah pak və bütün eyiblərdən uzaqdır! Əbədi, rəqəmlərin göstərə bilməyəcəyi qədər əbədi olan, ruzigarın ötməsi ilə sona çatmayan və əbədiyyəti əsla bitməyən Allah pak və bütün eyiblərdən uzaqdır! Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür!
Sonra de:
Həmd-səna hər kəsdən öncə Allaha məxsusdur. Həmd-səna hər kəsdən sonra Allaha məxsusdur!
Duanı axıra kimi oxusun, amma "Subhanəllah” sözünün yerinə, "Əlhəmdulillah” desin. Elə ki, "Əhsənul-xaliqin” sözünə yetişdikdə belə de: "La ilahə illəllahu qəblə kulli əhəd...” "Subhanəllah” sözünə qədər, sonra "La ilahə illəlah” deyirsən, daha sonra "Vəllahu Əkbəru qəblə kulli əhəd...” "Subhanəllah” sözünə qədər, bundan sonra "Əllahu Əkbər” deyib, cümə günün əməllərində qeyd etdiyimiz "Əllahummə mən təəbbəə və təhəyyəə” duasını oxu.
Bunlarda sonra Şeyx Tusinin "Misbahul-mütəcəhhid” kitabında gətirdiyi Əli ibn Hüseyn əleyhissalamın duasını (Əllahummə əntəllahu rəbbul aləmin) oxu.
Müəllif deyir: – Bu dua çox uzun və "Ərəfat” mövqifində (Ərəfat çölünün dayanacağında) olan dua kimi olduğundan biz onu burada zikir etmədik. Sonra "Səhifətun Səccadiyyə”də olan o həzrətin duasını xuşu-xüzu ilə oxu (47-ci duadır). Bu dua bütün dünya və axirət istəklərinə şamildir. Allah rəhmət edib salavat göndərsin onu oxuyana! Bu günün ən məşhur dualarından biri də İmam Hüseyn (ə)-ın buyurduğu duadır. Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb bir dəstə əhli-beyti, övladları, şiələri ilə nəhayət dərəcədə xuşu və təzərrülə dağın sol tərəfində dayandılar. Həzrət mübarək üzünü Kəbəyə tərəf çevirdi. Əlini üzü ilə bərabər bir tikə yemək diləyən miskin kimi tutaraq bu duanı oxudu:

سُبْحَانَ الَّذِي فِي السَّمَاءِ عَرْشُهُ سُبْحَانَ الَّذِي فِي الْأَرْضِ حُكْمُهُ سُبْحَانَ الَّذِي فِي الْقُبُورِ قَضَاؤُهُ سُبْحَانَ الَّذِي فِي الْبَحْرِ سَبِيلُهُ سُبْحَانَ الَّذِي فِي النَّارِ سُلْطَانُهُ سُبْحَانَ الَّذِي فِي الْجَنَّةِ رَحْمَتُهُ سُبْحَانَ الَّذِي فِي الْقِيَامَةِ عَدْلُهُ سُبْحَانَ الَّذِي رَفَعَ السَّمَاءَ سُبْحَانَ الَّذِي بَسَطَ الْأَرْضَ سُبْحَانَ الَّذِي لا مَلْجَأَ وَ لا مَنْجَى مِنْهُ إِلا إِلَيْهِ 
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ
أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ
يَا اللَّهُ
يَا رَحْمَان
يَا رَحِيمُ
يَا بَدِيعَ السَّمَاوَاتِ وَ الْأَرْضِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ
يَا حَيُّ يَا قَيُّومُ
يَا حَنَّانُ يَا مَنَّانُ
يَا لا إِلَهَ إِلا أَنْتَ
آمِينَ
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفُقِ الْمُبِينِ يَا مَنْ هُوَ الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ 
اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ‏] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما 
سُبْحَانَ اللَّهِ قَبْلَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ بَعْدَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ مَعَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ يَبْقَى رَبُّنَا وَ يَفْنَى كُلُّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا قَبْلَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا بَعْدَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا مَعَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا لِرَبِّنَا الْبَاقِي وَ يَفْنَى كُلُّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا لا يُحْصَى وَ لا يُدْرَى وَ لا يُنْسَى وَ لا يَبْلَى وَ لا يَفْنَى وَ لَيْسَ لَهُ مُنْتَهًى وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَدُومُ بِدَوَامِهِ وَ يَبْقَى بِبَقَائِهِ فِي سِنِي الْعَالَمِينَ وَ شُهُورِ الدُّهُورِ وَ أَيَّامِ الدُّنْيَا وَ سَاعَاتِ اللَّيْلِ وَ النَّهَارِ وَ سُبْحَانَ اللَّهِ أَبَدَ الْأَبَدِ وَ مَعَ الْأَبَدِ مِمَّا لا يُحْصِيهِ الْعَدَدُ وَ لا يُفْنِيهِ الْأَمَدُ وَ لا يَقْطَعُهُ الْأَبَدُ وَ تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ 
وَ الْحَمْدُ لِلَّهِ قَبْلَ كُلِّ أَحَدٍ وَ الْحَمْدُ لِلَّهِ بَعْدَ كُلِّ أَحَدٍ

Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmə-tuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs sə-ma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.
Subhanəllahi vəlhəmdu lil-lahi və la ilahə illəllahu vəllahu əkbər.
La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və yumi-tu və yuhyi, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir.
Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh.
Ya Əllahu 
Ya Rəhmanu
Ya Rəhimu
Ya bədiəs səmavati vəl ərzi ya zəl cəlali vəl ikram
Ya həyyu ya qəyyum
Ya hənnanu ya mənnan 
Ya la ilahə illa ənt
Amin 
Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, əs`əlukə ən tusəl-liyə əla Muhəmmədin və ali Muhəmməd.
Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əlla-hummə səlli əla Muhəmmədin və alihi fil əvvəlin, və səlli əla Muhəmmədin və alihi fil axirin, və səlli əla Muhəmmədin və alihi fil məlail ə`la, və səlli əla Muhəmmədin və alihi fil mur-səlin, Əllahummə ə`ti Muhəm-mədən və aləhul vəsilətə vəl fəzilətə vəş şərəf, vər rif`ətə vəd dərəcətəl kəbirəh, Əlla-hummə inni aməntu bi Muhəm-mədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təhrimni fil (fi yəvmil) qiyaməti ru`yətəh, vərzuqni suhbətəh, və təvəffəni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni aməntə bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəchəh, Əllahummə bəlliğ Muhəm-mədən səlləllahu ələyhi və alihi minni təhiyətən kəsirətən və səlama.
Subhanəllahi qəblə kulli əhə-din subhanəllahi bə`də kulli əhəd, və subhanəllahi məə kulli əhəd, və subhanəllahi yəbqa rəbbuna və yəfna kullu əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kəsirən qəblə kulli əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kəsirən bə`də kulli əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kə-sirən məə kulli əhəd, və subha-nəllahi təsbihən yəfzulu təsbi-həl musəbbihin, fəzlən kəsirən lirəbbinəl baqi, və yəfna kullu əhəd, və subhanəllahi təsbihən la yuhsa və la yudra, və la yun-sa və la yəbla və la yəfna, və ləysə ləhu muntəha, və subha-nəllahi təsbihən yədumu bidə-vamih, və yəbqa bibəqaihi fi sinil aləmin, və şuhurid duhuri və əyyamid dunya və saətil ləyli vən nəhar, və subhanəllahi əbədəl əbədi və məəl əbəd, mimma la yuhsihil ədəd, və la yufnihil əmədu və la yəqtəuhul əbəd, və təbarəkəllahu əhsənul xaliqin.
Vəl həmdu lillahi qəblə kulli əhəd, vəl həmdu lillahi bə`də kulli əhədin...
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Zilhəccə ayının əməlləri
Zilhəccə ayının əməlləri
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
Zöhr namazının təqibatı
Zöhr namazının təqibatı
Həzrət Rəsuli Əkrəmin (s) Şənbə gününün ziyarət naməsi
Həzrət Rəsuli Əkrəmin (s) Şənbə gününün ziyarət naməsi
İmam Kazimin (ə) tez icabət olan duası
İmam Kazimin (ə) tez icabət olan duası
Evdən çıxan zaman deyilən bir neçə dualar haqqında
Evdən çıxan zaman deyilən bir neçə dualar haqqında
Cümə gününün əməlləri
Cümə gününün əməlləri
Cümə gününün duası (ərəb və tərcümə)
Cümə gününün duası (ərəb və tərcümə)
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Ərəfə günü
Ərəfə günü
Zil-həccə ayının 10-cu günü  qurbanbayramıdır və çox şərəfli bir gündür
Zil-həccə ayının 10-cu günü  qurbanbayramıdır və çox şərəfli bir gündür
Sabah mübarək Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri
Sabah mübarək Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri
İmam Həsənin (ə) duası
İmam Həsənin (ə) duası
Həzrət Əli əleyhissalamın namazı
Həzrət Əli əleyhissalamın namazı
Kamilə namazı
Kamilə namazı
Bütün ay boyu oxunan  dualar
Bütün ay boyu oxunan dualar
Cümə axşamının duası
Cümə axşamının duası
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Məbəs gününün əməlləri
Məbəs gününün əməlləri
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Novruz Bayramının əmələri
Novruz Bayramının əmələri
Imam Həsən Əsgəri (ə)-ın Duası
Imam Həsən Əsgəri (ə)-ın Duası
Cümə günün duası
Cümə günün duası
“Əşərat duası”  Ərəbcə Mətini və transkiripsiyası
“Əşərat duası” Ərəbcə Mətini və transkiripsiyası
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Qurban bayramının namazı
Qurban bayramının namazı
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Dəhvul-ərz”gecəsinin əməlləri
Dəhvul-ərz”gecəsinin əməlləri
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
Daha çox oxumaq istəyirsən? )))