Shia.az SonUmidTv media
» “Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)
Русская версия сайта Русская версия сайта
sitename

 

 


 

Fotoşəkil: Şeyx Kuleyni, Raudatul-Kafi, c.8, səh.86, h.149

Deyirik:

Mətni üzündən oxuya bilməyən bu savadsız insan "əl-Kafi”də gələn bu hədisin yerin hərəkətsiz olmasına dəlalət etdiyini iddia etmişdir. Həqiqətən də, insan bilmir bu sözlərə gülsün, yoxsa, ağlasın? Belə ki, bu hədisdə və eləcə də Nəhl surəsinin 15-ci ayəsində yer kürəsinin hərəkətsiz olmasına qətiyyən işarə edilməmişdir. Əksinə, istər Nəhl surəsinin 15-ci ayəsində, istərsə də bu hədisdə Yer kürəsinin dağlar səbəbilə silkələnmə və yırğalanmadan amanda qaldığı bəyan olunmuşdur. Biz az sonra tək-tək təfsir kitablarından bu ayənin izahını siz hörmətli oxuculara təqdim edəcəyik və göstərəcəyik ki, ayənin yerin hərəkətsiz olması ilə heç bir əlaqəsi yoxdur. Lakin, elm və maarifdən uzaq olan Yaşar Süleymanlı kimi şəxslər əllərində heç bir dəlil olmadığı üçün növbəti dəfə əyri və çirkin yollara baş vurmuş, bununla növbəti dəfə Qəhhar olan Allahın qəzəbini haqq etmişlər.

Hörmətli oxuculardan xahişimiz budur ki, qeyd edəcəyimiz məqamları və sitatları diqqətlə oxusunlar. Qeyd edəcəyimiz bu məqamlardan sonra keçən yazımızda "Nəhcül-Bəlağə” kitabında gələn xütbələrlə bağlı dediyimiz sözlər bir daha sübuta yetəcək, inşəAllah.

Öncəliklə bunu qeyd edək ki, müddəi bu hədisin zəif olduğunu etiraf etmişdir. Lakin, bu etirafın ardınca elə bir söz işlətmişdir ki, bu sözlə öz elmi kimliyinin üzərində tamamilə xətt çəkmişdir. Biz bəhsimizin sonunda bu məsələyə toxunacağıq. Hələlik isə, öz bəhsimizə qayıdırıq.

Əgər diqqət edirsinizsə, hədisdə deyilir:"Fə-xaləqal-cibələfə-əsbətəhə alə zahrihə autədən min ən təmidə bimə aleyhə,fə-zəllətil-arduvas-təqarrat.”

Tərcüməsi: "Allah da dağları yaradıbonları mıxlar şəklində yerin belinə batırdı və dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu.Beləcə yer alçalıb aram oldu.”

Müddəi bu cümlədə işlədilən"təmidə bimə aleyhə” (dağlar yerin öz üzərindəkiləri atıb-tutmalasına mane oldu), habelə,"vas-təqarrat” (aram oldu)sözlərindən yerin hərəkətsiz olmasını başa düşüb. Onu qınamırıq.. Onun elmi səviyyəsi və ərəb dili anlayışı olmadığından bu cür cəhalətlərə düçar olması normaldır.

Halbuki, bu iki cümlə tam ayrı bir həqiqətə işarə edir, onların yerin hərəkətsiz olması ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Bu cümlələr, keçən yazımızda da işarə etdiyimiz kimi, buna dəlalət edir ki, Allahın uca və kökləri yerin çox dərinliklərinə gedən möhkəm dağları yaratması, yer kürəsindəki hərəkət, titrəyiş və silkələnmənin qarşısını almışdır. Yer üzündəki möhkəm dağlar Yeri öz əhlini yırğalamaqdan saxlamışdır. Görəsən, bunun izahı üçün "onları mıxlar şəklində yerin belinə batırdı və dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu” cümləsindən daha münasib nə cümlə deyilə bilər? Görəsən, bu müddəi bu hədisdəki "öz üzərindəkiləri atıb-tutmasına” cümləsini oxumurmu? Görəsən, bu insanların gözləri kordur, ya qəlbləri?! Axı bu cümlədən bu mənadan başqa fərqli məna necə əldə etmək olar?!

Bu dediklərimiz müasir elmin təsdiq etdiyi və təfsir kitablarında (Nəhl, 15 və s. ayələrin təfsirində) gələn bir şeydir. Müasir elm sübuta yetirmişdir ki, əgər yer kürəsində kökləri dərinlərə uzanan uca dağlar olmasaydı yer qabığı hərəkət edib sürüşmələrə məruz qalar, yer üzündə tez-tez zəlzələr baş verərdi. Yuxarıda qeyd olunan sözlərdən məqsəd məhz budur. Az sonra göstərəcəyimiz dəlillərdən əlavə bu dəlili qeyd etməyimiz kifayət edər ki, hətta, yerin hərəkətsiz olduğunu deyən Movla Muhəmməd Saleh Mazandarani (quddisə sirruh) belə bu cümlənin şərhini verərkən məhz bizim dediyimiz mənada şərh vermişdir. Belə ki, deyir:

(أوتادا من أن تميد بما عليها) ماد يميد ميدا إذا تحرك واضطرب ومال كالسفينة الخالية على وجه الماء.


"Autədən min əntəmidə bimə aleyhə”: mədə, yəmidu, meydən. Bir şey hərəkət edib titrəyər və suyun üzərində olan içi boş gəmi kimi yırğalanarsa onun üçün (mədə) sözü işlənər.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Molla Saleh Mazandarani, Şərhu-Usulil-Kafi, c.12, səh.151

Gördüyünüz kimi, Şeyx Mazandarani bu cümləni yerin hərəkətsiz olmasına və s.-yə təfsir etməmişdir, əksinə, bununla yerin öz üzərindəkiləri yırğalamasına, atıb-tutmasına, habelə, yerin titrəməsinə işarə edildiyini bildirmişdir. Məlumdur ki, ərəb dilində"mədə” (ماد)feli təsirsiz feldir(yırğalanmaq), lakin bu fel "təsirsiz feldən təsirli fel düzəldən”"bi”önqoşması ilə işləndiyi zaman təsirli hala düşür(yırğalamaq). Belə olunca, bir daha sübuta yetir ki, hədisdə "ən təmidə bima əleyha” sözündən məqsəd"öz üzərində olanları yırğalamasın”mənasıdır. Belə olunca isə,"vas-təqarrat” (aramlaşdı, yerində durdu)sözünün mənası da aydın olur; belə ki, içi boş gəmi kimi yırğalanıb hərəkət edən Yer qabığı onun üzərinə dağların batırılması ilə aramlaşıb sakitləşir. Nəticədə, üzərində olan şəxsləri və əşyaları atıb tutmur, titrəmir, yırğalanmır. Görəsən, bütün bunların harasından yerin hərəkətsiz olması nəticəsi əldə edilir? Yəni, siz bu qədər düşüncəsiz ola bilirsiniz, ey müdəllislər?!

Hörmətli oxucular bu hədisin mənasının bizim dediyimiz şəkildə olduğuna daha çox əmin olmaqdan ötrü Nəhl surəsinin 15-ci ayəsinin təfsiri ilə bağlı şiə təfsir kitablarından qeyd etdiyimiz bu nümunələrə diqqət etsinlər.

Qeyd edək ki, Nəhl surəsi 15-ci ayənin tərcüməsi belədir:

"O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar...yaratdı”

Bu tərcümə sələfi-vəhhabi Əlixan Musayevin tərcüməsidir. Gördüyünüz kimi, ayənin orijinalında gələn"ən təmidə bikum”cümləsi"sizi silkələməsin deyə”şəklində tərcümə olunmuşdur. "əl-Kafi” kitabında qeyd olunan hədisdə də eyni söz işlənmişdir. Gəlin, bizim dediyimiz mənanın səhihliyinə dəlil olaraq aşağıdakı təfsirlərə nəzər salaq:

1) Şeyx Təbərsinin (quddisə sirruh) "Məcməul-Bəyan” təfsirində deyilir:

﴿وألقى في الأرض رواسي﴾أي جبالا عالية ثابتة...﴿أن تميد بكم﴾الأرض أي كراهة أن تميد بكم أو لئلا تميد بكم أي تتحرك وتضطرب


"O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar...yaratdı”:yəni, uca və möhkəm dağlar yaratdı..."Ən təmidə bikum”yəni, yer sizi yırğalamasın deyə. Yəni, sizi atıb-tutmasın, sağa-sola atmasın deyə, başqa sözlə, hərəkət edib titrəməsin deyə.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Təbərsi, Məcməul-Bəyan, c.6, s.111

Hörmətli oxucu bu cümlələrə diqqət etsin:"Yəni, sizi atıb-tutmasın, sağa-sola atmasın deyə, başqa sözlə, hərəkət edib titrəməsin deyə.”Görəsən, bu cümlə yerin hərəkət etməyib öz yerində dayandığına işarə edir, yoxsa, silkələnib öz üzərindəkiləri sağa-sola atmasın deyə dağlarla möhkəmlədildiyinə işarə edir? "Nə olub sizə necə mühakimə yürüdürsünüz?”

2) Əllamə Təbatəbainin (quddisə sirruh) "əl-Mizan” əsərində deyilir:

قوله تعالى:﴿وألقى في الأرض رواسي أن تميد بكم وأنهارا وسبلا لعلكم تهتدون﴾قال في المجمع: الميد الميل يمينا وشمالا وهو الاضطراب ماد يميد ميدا.

وقوله:﴿أن تميد بكم﴾أي كراهة أن تميد بكم أو أن لا تميد بكم والمراد أنه طرح على الأرض جبالا ثوابت لئلا تضطرب وتميل يمينا وشمالا فيختل بذلك نظام معاشكم.


"O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar...yaratdı”: "Məcməul-Bəyan”da deyilmişdir: "əl-meyd”, yəni, sağa-sola əyilmə. Bu, titrəmə deməkdir. "Mədə”, "yəmidu”, "meydən”.

"Ən təmidə bikum”: yəni, sizi sağa-sola yırğalamasın deyə. Bu nəzərdə tutulub ki, Allah, titrəməsin, sağa-sola yırğalanmasın və bunun nəticəsində də sizin həyat nizamınız pozulmasın deyə yer üzündə möhkəm dağlar yaratmışdır.

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Əllamə Təbatəbai, əl-Mizan, c.12, s.216

Görəsən, bundan daha açıq bir bəyan ola bilərmi? Görəsən, bundan artıq nə deyilə bilər?

3) Şeyx Məkarim Şirazinin (muddə zilluhul-vafir) "Təfsirul-Əmsəl” əsərində deyilir:

ثمّ يأتي الحديث عن الجبال بعد عرض فوائد البحار: (وألقى في الأرض رواسي أن تميد بكم).

كما قلنا سابقاً فإِنّ الجبال متصلة من جذورها وتقوم بتثبيت الإرض ممّا يجعلها مانعاً حصيناً من الزلازل الأرضية الشديدة الناشئة من الغازات الكامنة في باطن الأرض والمهددة بالخروج في أية لحظة على شكل زلزال.


"Dənizlərin faydalarını qeyd etdikdən sonra, dağlardan söhbət açılır və deyilir:"Allah, sizi yırğalamasın deyə yer üzündə möhkəm dağlar yaratdı”.Daha öncə də qeyd etdiyimiz kimi, dağların kökləri (yerin altında) bir-birlərinə bitişikdir və onlar yeri möhkəm saxlayırlar. Bu isə yerin daxilində yığılıb qalan və hər an zəlzələ şəklində yerin üzünə çıxmağa hazır olan qazlardan əmələ gələn şiddətli zəlzələlərin qarşısını alır.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Məkarim Şirazi, Təfsirul-Əmsəl, c.12, s.216

Hörmətli oxucular, diqqət edirsinizsə, bütün bu sözlər bizim istər keçən məqalədə, istərsə də bu məqalədə dediyimiz sözləri bir daha təsdiqləyir. Yerin aramlaşmasından məqsədin nə olduğunu bir daha gözəl şəkildə açıqlayır.

4) Şeyx Muhsin Feyz Kaşaninin (quddisə sirruh) "Təfsirus-Safi” əsərində deyilir:

وألقى في الأرض رواسي جبالا ثوابت أن تميد بكم كراهة أن تميل بكم وتضطرب.

في الخصال عن الصادق عن أبيه عن جده عليهم السلام أن النبي صلى الله عليه وآله وسلم قال إن الله تبارك وتعالى لما خلق البحار فخرت وزخرت وقالت أي شئ يغلبني فخلق الله الفلك فأدارها به وذللها ثم إن الأرض فخرت وقالت أي شئ يغلبني فخلق الله الجبال فاثبتها في ظهرها أوتادا منعها من أن تميد بما عليها فذلت الأرض واستقرت.

وفي الكافي عن الصادق عليه السلام إن الله جعل الأئمة عليهم السلام أركان الأرض أن تميد بأهلها.

وفي الإكمال عن الباقر عليه السلام لو أن الأمام رفع من الأرض ساعة لماجت بأهلها كما يموج البحر بأهله


"Yer üzündə "ravasi” yaratdı”:yəni, möhkəm dağlar yaratdı ki,"sizi yırğalamasın”: yəni, sizi atıb-tutmasın və silkələnməsin.

"əl-Xisal” kitabında Sadiq (əleyhis-səlam)-dan nəql olunur və o həzrət də öz atasından, o da öz babasından (əleyhimus-səlam) belə nəql edir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

"Allah təbarək və təala dənizləri yaradanda dənizlər fəxr edib dedilər: "Mənə nə qələbə çala bilər?” Bu zaman Allah fələyi yaratdı və dənizləri onunla əhatələndirdi. Beləcə onu zəlil etdi. Sonra yer fəxr etdi və dedi: "Mənə nə qələbə çala bilər?” Allah da dağları yaradıb onları mıxlar şəklində yerin belinə sabit etdi (vurdu) və bu dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu. Beləcə yer alçalıb sakit oldu.”

"əl-Kafi” kitabında Sadiq (əleyhis-səlam)-dan belə nəql olunur: "Allah İmamları (əleyhimus-səlam) yerin dirəkləri etmişdir ki, yer öz əhlini atıb-tutmasın.”

"İkmalud-din” kitabında Baqir (əleyhis-səlam)-dan beə nəql olunur: "Əgər bir anlıq imam yer üzündən götürülsə, dəniz öz əhlini qamarladığı kimi yer də öz əhlini qamarlayıb (udar).”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Muhsin Feyz Kaşani, Təfsirus-Safi, c.3, s.129

Düşünürük ki, əlavə bəyana ehtiyac yoxdur. Burada "İmamlar olmadığı zaman Yerin öz əhlini udması” rəvayətlərinin Yerin aramlaşması rəvayətinin ardınca qeyd edilməsi bir daha onu göstərir ki, Yerin aramlaşmasından məqsəd Yer kürəsinin yırğalanmaqdan, sağa-sola hərəkət etməkdən və zəlzələlərə məruz qalmaqdan qorunmuş olmasıdır. Daha onun hərəkətsiz olub fırlanmaması deyil! İmamlar (əleyhimus-səlam) dağlar kimidirlər; əgər onlar olmasa, Yer təlatümə gəlib öz əhlini udar. Bundan daha gözəl və daha aydın bəyan ola bilərmi?

5) Şeyx Tusinin (quddisə sirruh) "ət-Tibyan fi təfsiril-Quran” əsərində deyilir:

"ان تميد بكم " اي لئلا تميد بكم الأرض. وقال الزجاج:...والميد الميل يمينا وشمالا، وهو الاضطراب: ماد يميد ميدا، وهو مائد


Deyir:"Ən təmidə bikum”, yəni, yer sizi yırğalamasın deyə. Əz-Zəccac demişdir: "...”əl-meyd”: yəni, sağa sola əyilmə. Bu, titrəmə və silkələnmədir. "Mədə”, "yəmidu”, "meydən”, belə iş görən şeyə "maid” deyilər.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Tusi, ət-Tibyan fi təfsiril-Quran, c.6, s.367

6) Seyyid Abdullah Şübbərin (quddisə sirruh) "Təfsir” əsərində deyilir:

﴿وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ﴾جبالا ثوابت﴿أَن تَمِيدَ بِكُمْ﴾كراهة أن تضطرب


"Yer üzündə ravasi yaratdı”:möhkəm, sabit dağlar yaratdı"ki, yer sizi yırğalamasın”:titrəyib silkələnməsin.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Seyyid Abdullah Şübbər, Təfsir Quran əl-Kərim, səh.341

Habelə eyni mənaya dəlalət edən, yəni, dağların yeri yırğalanmaqdan qoruduğuna dəlalət edən aşağıdakı sözləri misal göstərə bilərik:

7) "əl-Mizan” təfsirində Hicr surəsi, 19-cu ayənin təfsirində deyir:

قوله تعالى: ﴿والأرض مددناها وألقينا فيها رواسي وأنبتنا فيها من كل شيء موزون﴾

والرواسي صفة محذوفة الموصوف والتقدير وألقينا فيها جبالا رواسي وهو جمع راسية بمعنى الثابتة إشارة إلى ما وقع في غير هذا الموضع أنها تمنع الأرض من الميدان كما قال: ﴿وألقى في الأرض رواسي أن تميد بكم﴾ النحل: 15.


"Ayədəki"ravasi”(möhkəmlər) sözü məvsufu silinmiş sifətdir, təqdiri belədir:"və əlqaynə fihə cibələn ravasiyə”(yer üzündə möhkəm dağlar yaratdıq)."Ravasi”sözü "rasiyətun” sözünün cəmidir. Mənası, "möhkəm” deməkdir.Bu sözlə buna işarə edilmişdir ki, bu dağlar yer üzünü yırğalanmaqdan qoruyurlar.Necə ki, Nəhl surəsi, 15-ci ayədə belə deyilir.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Əllamə Təbatəbai, əl-Mizan, c.12, s.137

8) Həmçinin, "Təfsirul-Əmsəl” əsərində Hicr surəsinin 19-cu ayəsinin təfsirində deyilir:

ثمّ يتطرق إِلى خلق الجبال بما تحمله من منافع جمّة كآية من آيات التوحيد (وألقينا فيها رواسي)

ومن بديع خلق الجبال إِضافةً إِلى كونها أوتاداً لتثبيت الأرض وحفظها من التزلزل نتيجة الضغط الداخلي، فإِنّها تقف كالدرع الحصين في مواجهة قوّة العواصف...

واستعمال كلمة "رواسي" جمع (راسية) بمعنى الثابت والراسخ، إِشارة لطيفة لما ذكرناه.

فهي: ثابتة بنفسها، وسبب لثبات قشرة الأرض وثبات الحياة الإِنسانية عليها.


"Daha sonra tövhidin bir ayəsi kimi dağların yaradılışına və onların daşıdığı faydalara toxunur:"Yer üzündə "ravasi” yaratdıq”...

Yer üzünün sabitliyi üçün mismarlar olmalarından, yeri daxili təzyiq səbəbindən əmələ gələn zəlzələlərdən qorumalarından əlavə, dağların yaradılışlarının gözəlliklərindən biri də budur ki, onlar güclü küləklərin qarşısında möhkəm bir qalxan kimi dururlar.

Ayədə"ravasi”sözünün işlənməsi ilə ("rasiyətun”sözünün cəmidir və mənası, sabit və möhkəm deməkdir) bizim dediyimizə incə bir işarə edilmişdir.

Dağlar öz-özlüklərində sabitdirlər. Həmçinin, Yerin qabığının sabit (titrəyişsiz və hərkətsiz) qalması üçün, eləcə də yer üzündə insan həyatının sabit qalması üçün də bir səbəbdirlər.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Məkarim Şirazi, Təfsirul-Əmsəl, c.8, s.49-50

9) Habelə, Rəd surəsinin 3-cü ayəsinin təfsirində "Təfsirul-Əmsəl” kitabında deyilir:

ثمّ يشير القرآن الكريم إلى ظهور الجبال (وجعل فيها رواسي) فهي تلك الجبال التي عبّرت عنها في آيات أُخرى بـ(الأوتاد) ولعلّ ذلك إشارة إلى أنّها متشابكة فيما بينها من الأسفل مثلها مثل الدرع الواقي وتغطّي سطح الأرض، فهي تبطل الضغوط الداخلية في الأسفل والضغط الخارجي المتمثّل بجاذبية القمر والمدّ والجزر.

وكذلك تقضي على الإضطرابات والزلازل، وتجعل الأرض مستقرّة وساكنة وصالحة لحياة الإنسان.


"Daha sonra Qurani-Kərim dağların meydana gəlməsinə işarə edərək deyir:"Yer üzündə "ravasi” yaratdı”. Ayədəki "ravasi” digər ayələrdə "mismarlar” deyə təbir edilən həmin dağlardır. Bəlkə də bununla ona işarə edilmişdir ki, bu dağlar yerin altında bir-birlərinə keçmişlər və onların məsəli qoruyucu zirehin məsəli kimidir; yerin səthini örtürlər. Onlar yerin daxilində olan daxili təziyiqi və ayın cazibəsi nəticəsində əmələ gələk xarici təzyiqi yox edirlər. Habelə, silkələnmələrin və zəlzələlərin qarşısını alırlar, yeri aram, sakit və insanın yaşaması üçün əlverişli edirlər.”

 

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Məkarim Şirazi, Təfsirul-Əmsəl, c.7, s.331

Diqqət edin, ey müsəlmanlar! Bütün bu deyilənlər ap-açıq şəkildə onu göstərir ki, Yaşar Süleymanlı adlı bu müddənin dərk etmədən gətirdiyi bu dəlil onun iddiasına yaxından-uzaqdan heç bir vəchlə dəlalət etmir. Əksinə, istər onun gətirdiyi rəvayət, istər Nəhl surəsinin 15-ci ayəsi, istərsə də qeyd etdiyimiz eyni məzmunda olan digər ayəti-kərimələr açıq-aşkar şəkildə bizim söylədiyimiz mənaya dəlalət edir. Bu həmin mənadır ki, danışan Quran olan İmam Əli (əleyhis-səlam) ona öz xütbələrində toxunmuşdur. Lakin, bu cəhli-mürəkkəb müddəi və onun təqlid etdiyi nasibilər elmdən bir nəsibləri olmadığına görə bunun fərqinə varmamışlar.

Bəli, möhtərəm müsəlmanlar, istər rəvayətlər, istərsə də ayələr yerin sabit edilməsindən məqsədin yerin öz əhlini silkələməməsi, onları atıb-tutmaması və ya suya qərq etməməsi olduğunu, habelə, yer qabığının öz yerindən digər yerə sürüşməməsi olduğunu vurğulayır. Nəinki, yerin öz oxu ətrafında fırlanmasının inkar edilməsi."İbrət alın, ey bəsirət sahibləri!”Görəsən, bütün bunlardan sonra günəşi inkar edən yarasalardan başqa kimsə bunun əksini iddia edə bilərmi?!

Bəli, Nəhcül-Bəlağə kitabında qeyd olunan xütbələr də eyniylə bu mənada işlənmişdir. Həmin xütbələrdə də Yer səthinin hərəkətinin dağlarla durdurulduğu bildirilmişdir. Lakin, elmdən və düşüncədən məhrum olan bir dəstə nasibi yığını, İmam Əli (əleyhis-səlam)-a və şiə alimlərinə iftira ataraq onların yerin hərəkətsiz olduğunu dediklərini iddia etmişlər. Gəlin, "Nəhcül-Bəlağə”dəki həmin xütbəyə bir daha nəzərə salaq. İmam Əmirəl-möminin (əleyhis-səlam) buyurur (diqqət edin):

وَجَعَلَهَا لِلأَرْضِ عِمَاداً، وَأَرَّزَهَافِيهَا أَوْتَاداً، فَسَكَنَتْ عَلَى حَرَكَتِهَامِن أَنْ تَمِيدَبِأَهْلِهَا، أَوْ تَسِيخَبِحِمْلِهَا، أَوْ تَزُولَ عَنْ مَواضِعِهَا


"Onları yerin sütunu və dirəyi etdi, yerin mıxları kimi onları ona (yerə) batırdı. Beləliklə hərəkətdə olanyer öz əhlini silkələməkdən, yaxud, onları suda batırmaqdan və ya öz yerlərindən sürüşməkdən durdu.”

Eyni məzmuna diqqət yetirirsinizmi? Buradakı "min ən təmidə” sözünə diqqət edin. Eyni məzmun və eyni məna. Görəsən, bütün bunlardan sonra Yaşar adlı bu şəxs daha nəyi inkar edəcək?

Həmçinin, buyrur:

فسكنت من الميدانلرسوب الجبال في قطع أديمها ، و تغلغلها متسرّبة في جوبات خياشيمها


"Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması...nəticəsində silkələnmədən aramlıq tapdı.”

Buradakı eyni məzmuna da diqqət yetirin..

Düşünürük ki, daha artıq izaha ehtiyac yoxdur. Allahu-təalaya həmd və sənalar olsun ki, haqqı öz gözəlliyi və mətanəti ilə növbəti dəfə aşkar etdi. Allaha həmd olsun ki, həqiqət ən bariz şəkildə bəyan oldu.

BEŞİNCİ MƏQAM:

Yaşar Süleymanlı adlı müddəinin iddiaları barədə toxunacağımız son məqam, olduqca əcaib və bir o qədər də tükürpədici bir məqamdır. Bu, onun şiə hədis elmi ilə bağlı etdiyi iddiadır. Bəli, Yaşar "əl-Kafi” kitabında gələn rəvayətin Əllamə Məclisi (rəhmətullahi əleyh) və Behbudi (rəhmətullahi əleyh) kimi alimlər tərəfindən zəif hesab edildiyini vurğuladıqdan sonra, özünü sudan quru çıxartmaqdan ötrü şeytanın ağlına gəlməyəcək bir iftira uydurmuşdur. Yaşar növbəti dəfə vəhhabi xislətini ortaya qoyaraq demişdir ki,"Bu heç nəyi dəyişmir. Ümumən, yəni, rafizilərin nəzdində səhih-zəif məsələsi önəmli olan məsələ deyil. O qədər də dərinə gedilərsə, onların bütün rəvayətləri zəifdir, səhih rəvayət tapılması ya müşküldür, ya da ümumiyyətlə mümkün deyil. "Filan hədis zəifdir” deyilməsi, heç nəyi dəyişmir”.

Deyirik:

Yaşar Süleymanlı, sən bu cür sözlər danışmaqla nəinki şiələrin, hətta, sünnilərin belə gülüş obyektinə çevrilmisən. Sənin ortaya atdığın bu iş məzhəkədən başqa bir şey deyildir; bu işinlə özünü insanların nəzərində ola biləcək ən aşağı səviyyəyə salmısan. Səninlə danışıq leksikonumuzu hər nə qədər mülayim sözlər üzərində qurmağa çalışsaq da etdiyin bu son iddia ilə bu leksikona layiq olmadığını bir daha sübut etdin.

Əlində heç bir dəlil-sübut olmadığını bilirik. Etdiyin iftira dolu iddianın altından çıxa bilmədiyini də bilirik. Kin və qəzəbdən az qala partlayacağını da bilirik. Lakin, heç olmazsa məğlub olanda mərd kimi məğlub ol.

Danışdığın bu həzəyanlar o qədər ucuz və səxifdir ki, yerin-göyün Rəbbi olan Allaha and olsun ki, cavab verilməyə belə layiq deyil. Bu səbədən də cavab verməyəcəyik.

Şiə nəzərində səhih və zəif hədisin önəmi olmadığını deyən, "dərinə getdikdə” şiə mənbələrində səhih rəvayət tapmağın mümkün olmadığını deyən bir şəxsə nə cavab verək? Sənə veriləcək ən böyük cavab susmaqdır.

Təkcə bunu deməklə, sözümüzü tamamlayırıq: görəsən, bu sözü deyəndə düşünmədinmi ki, az əvvəl "sünnədən dəlil gətir” deyə yaxanı yırtıb dağıdan sən Yaşar idin? Görəsən, bu sözü deyəndə düşünmədin ki, yerin hərəkətsiz olmasına dair şiə rəvayətlərindən dəlil gətirmək istəyən sən idin? Bütün rəvayətləri batil olan bir məzhəbin hansı rəvayətlərini dəlil gətirmək istəyirdin, şizofren Yaşar Süleymanlı? Bir halda ki, hamısı batildir.İndi özün de, sənsən şizofren, yoxsa, biz?

SONLUQ:

Hörmətli müsəlmanlar!

Yazdığımız bu iki yazı ilə tam və qəti şəkildə aydın olur ki, Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin "şiə mənbələrində yer kürəsi sabitdir, fırlanmır” adlı iftira dolu səsyazısı tamamilə batildir. Onun ərəb dilinin ən bəsit qaydalarından bixəbər olmasından tutumuş, şiə alimlərinin adlarını belə bilməməsinədək bütün rüsvayçılıqları gözlər önündədir. Bu şəxsin, gətirdiyi iddiaların batilliyi və əsassızlığı bəzən elə həddə çatmışdır ki, cavab verməyə belə lüzum olmamışdır. Lakin, biz yenə də höccət tamam olsun deyə, məsələni ətraflı şəkildə izah etmişik.

Bütün bunlardan sonra aydın olur ki, şiə əqidəsinə və şiə alimlərinin rəyinə əsasən Yer planeti:

1)Kürə şəklindədir;

2)Öz oxu və Günəş ətrafında hərəkət edir;

3)Yer planetinin hərəkətdə olmasına və kürəviliyinə Qurani-Kərimdə dəlillər vardır, şiə alimləri bu məsələnin isbatı üçün həmin ayələrdən dəlil gətirmişlər;

4)Pak Əhli-Beyt İmamları (əleyhimus-səlam) təxminən 1200 il bundan qabaq öz sözlərində Yerin hərəkətdə olmasını isbat etmişlər.

Habelə, biz bu yazılarımızla aşağıdakı iddiaların batilliyini isbat etdik:

1)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin savadsızlığı;

2)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Seyyid Mustafa Xomeyni barədə iftirasının batilliyi;

3)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin "İləluş-Şərai” kitabı barədə etdiyi iddiasının batilliyi;

4)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin "şiə mənbələrində Yer kürəsi öküzün buynuzundadır” iddiasının batilliyi;

5)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin "Nəhcül-Bəlağə” kitabı barədə etdiyi iddiaların batilliyi;

6)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Şeyx Müfid barədə iddiasının əsassızlığı;

7)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Şeyx Mazandarani barədə iddiasının əsassızlığı;

8)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Şeyx Cənabizi barədə iddiasının əsassızlığı;

9)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin "əl-Kafi” kitabındakı rəvayət və Nəhl surəsi 15-ci ayənin təfsiri barədə iddiasının batilliyi;

10)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin şiə hədis elmi barədə iddialarının batilliyi.

Elə isə bizlərə lütf edib haqqı tam tam aşkarlığı ilə üzə çıxaran Allaha həmd olsun. Allahın salavatı və salamı olsun əziz Peyğəmbərimiz Muhəmmədə və onun pak və mütəhhər Əhli-Beytinə!

Hazırladı: Abu Ali

http://az.313news.net/article/a-324.html
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))