Shia.az SonUmidTv media
sitename

Quranda adı çəkilən 11 qadın

Quranda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq:

1. Həvva. Həvva Həzrət Adəmin (ə) həyat yoldaşıdır ki, ilk xəlq olunan qadın olmuşdur. "Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur”. ("Ənam” 98).

2. Fironun həyat yoldaşı Asya. "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»”. ("Təhrim” 11).

3. Sara. İbrahim (ə) peyğəmbərin həyat yoldaşı. "Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü”. ("Hud” 71).

4. Musanın (ə) anası. "(Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman. (Ona ilham etdik) ki: "Onu bir sandığa qoy və onu dənizə at”. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın”. ("Taha” 38-39).

5. Şuəybin (ə) qızı Safura. "O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır»”. ("Qəsəs” 26).

6. Zəkəriyyanın (ə) həyat yoldaşı. "Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik”. ("Ənbiya” 90).

7. İmranın həyat yoldaşı Həna. "(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et”. ("Ali-İmran” 35).

8. Əyyubun (ə) həyat yoldaşı. "Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi”. ("Sad” 44).

9. Bilqeys. Səba xalqının padşahı. «Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır». ("Nəml” 23).

10. Həzrət Məryəm (s.ə). "Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı)”. ("Təhrim” 12).

11. Həzrət Fatimə (s.ə). "Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik». «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq»”. ("İnsan” 8-10).//(Tebyan/Deyerler)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) əxlaqı
Həzrət Fatimənin (ə) əxlaqı
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
QURANDA DUA
QURANDA DUA
Quranın bizə tanıtdırdığı hegemonlar
Quranın bizə tanıtdırdığı hegemonlar
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
"Axirət mövcud deyil!" deyənlər üçün. ( İbrətamiz Hekayə )
"Axirət mövcud deyil!" deyənlər üçün. ( İbrətamiz Hekayə )
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
«qapımız açıqdır, biz qonaqpərvərik!»
«qapımız açıqdır, biz qonaqpərvərik!»
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
Həccacın məclisində cəsur qadın
Həccacın məclisində cəsur qadın
NÜDBƏ DUASI
NÜDBƏ DUASI
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))