Shia.az SonUmidTv media
sitename

Müsəlmanların yeddinci Məsum İmamı olan Həzrət Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdirRəcəb ayının 25-i İmam Musa Kazımın (ə) şəhadəti günüdür və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı İmam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-Beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.


Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-Beyt (ə) tərəfdarları təqiblərin bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-Beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-Beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər.


Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-Beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-Beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-Beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.


Fəxx hadisəsi

"Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Həzrət Peyğəmbərin (s) nəsli olan Bəni-Haşim bu məsələdə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli, İmam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təzyiqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, həcc mövsümündə o, öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrindən olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyindən xəbər tutan xəlifə, onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb, qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər.

İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: "Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmayıb”.


İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi, o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, cəmi 1 il hakimiyyət edən bu xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid, əziz İmamı (ə) sürgün etdirərək, həbsə aldırdı.


İmam Musa Kazım (ə) zindanda

İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində.

Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zəkatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib, orada həbs olunsun.


Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb, burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin (ə) başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu.

Üçüncü zindanın məsulu Sind (lən) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər əl-Kazim (ə) şəhadətə çatdı...


Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm və əzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin (ə) məzarı bu gün milyonlarla müsəlmanların ziyarətgahıdır.


İmamın (ə) təbliğ nümunəsi

Bir gün İmam Museyi-Kazim (ə) bir küçədən keçəndə, bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi, ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?».

Kəniz: "Azaddır", - dedi.

İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub, bu işləri görməzdi».


Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda, kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.


O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə) yetirib, salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib, tövbə etdi.

 

O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona "Büşri-hafi" (ayaqyalın Büşr) deyirdilər.

/Deyerler.org/

 

Allah Təala bizləri İmam Museyi-Kazimin (ə) şəfaətindən binəsib etməsin!

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Əliyyən-Nəqinin (ə) həyatı
İmam Əliyyən-Nəqinin (ə) həyatı
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi
Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi
Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür
Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür
Səfər ayının son günü
Səfər ayının son günü
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
Kamil qadın - xanım Məsumə
Kamil qadın - xanım Məsumə
Hicrətin 173-cü ili Zilqədə ayının 1-i  İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.
Hicrətin 173-cü ili Zilqədə ayının 1-i İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.
İmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
İmam Kazimin (ə) davranışlarından faydalı dərslər
İmam Kazimin (ə) davranışlarından faydalı dərslər
Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür
Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Kazimin (ə) davranışlarından faydalı dərslər
İmam Kazimin (ə) davranışlarından faydalı dərslər
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdilər?
İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdilər?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
12 İmamın adı
12 İmamın adı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Daha çox oxumaq istəyirsən? )))