Shia.az SonUmidTv media
sitename

Həzrət Məhdinin (ə.f.) təvəllüdü


Və de: "Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir).”[1]

 


İmam Muhəmməd (əccələllahu təala fərəcəhuş-şərif) həyatı

·Ləqəbləri: Məhdi, Hüccət, Qaim, Basit, Bəqiyyətullah, Bəqiyyətul-ənbiya, Ğəvsül-füqəra, Xatəmül-ovsiya, Müntəzər, Sair, Hüccətullah, Xatəmül-əimmə, Kaşifül-ğimmə, Xələfi Saleh, Xəlifətullah, Xəlifətur-rəhman, İmamul-insu vəl-can, Sahibür-rəcət, Sahibüzzəman, Dai Saət, Sahibüd-dar, Sahibün-nahiyə, Sahibül-əsr, Sahibül-əmr, Səmsami Əkbər, Fəqih, Fərəci əzəm, Ğayət, Ğusva, Qatilül-kəfərə.

· Künyəsi: Əbül-Qasim.

· Atası: İmam Həsən Əskəri (əleyhissalam).

· Anası: Nərcis Xatun.

· Doğulduğu gün: 15 Şəban, cümə axşamı gecəsi.

· Doğulduğu yer: Samirra.

·Doğulduğu il: 255-ci hicri ili.

O Həzrətin ömrünə gəldikdə, atası vəfat edəndə 5 yaşı vardı. Allah Təala onu xəlifə seçərək imam qərar vermişdir. Necə ki, Həzrət Yəhya və İsanı uşaqlıq çağında imam etmişdir. O Həzrət hal-hazırda diri olub Allahın nemətlərindən bəhrələnir və Allahın əmrini gözləyir ki, zühur edib yer üzünü (zülm və zorakılıqla dolduğu kimi) ədalətlə doldursun.

İmam (əleyhissalam) üçün iki qeybət dövrü vardır:

"Qeybəti-suğra” (kiçik qeybət, doğulduğu ildən başlayaraq 329-cu ilə qədər davam edib). Həzrətin o dövrdə 4 xas naibi var idi:

· Osman ibn Səid Əmri (Əbu Əmr);

· Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);

· Hüseyn ibn Ruh (Əbül Qasim);

· Əliyyibni Muhəmməd Səmri (Əbül Həsən).

· 4-cü naibin 329-cu ildə vəfat etməsi ilə "qeybəti-kübra” (böyük qeybət dövrü) başlanır.

Bu 4 naibin hamısı Bağdadın şərq nahiyəsində dəfn olunmuşlar. Məzarlarının yeri məlumdur.

O Həzrətin vəkillərinə gəldikdə isə qeyd etmək lazımdır ki, Həzrət Hüccətibnil-Həsən İmam Zəmanın (əleyhissalam) ətraf məntəqələrdə çoxlu vəkilləri olmuşdur. Belə ki, qeyd olunan 4 xas naibin vasitəsi ilə onlara məktublar (tovqiat) çatdırılırdı.


İmamın adları


İmam Baqir (ə) "Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur”[2] ayəsinin təfsirində buyurmuşdur: "Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Məhdini Mənsur (kömək olunmuş) adlandırmışdır.”[3]

İmam Sadiq (ə) o Həzrətdən Məhdiyə Qaim adı verilməsi barəsində sual soruşularkən buyurmuşdur: "Çünki o hər bir gizli işə istiqamətləndirilir.”[4]



[1] Isra surəsi, ayə 81. "Kəmaludu - din ” ( Şeyx Səduq) 42-ci fəsil; "Şəvahiddun-nubuvvət”(Əbdur Rəhmae Cami); ‘Kəmalud- din”, səh.433-434; "İsbatul hudat” (Şeyx Hürr Amili), 7/20; "Əl-Qeybət”( Şeyx Tıtsi), səh.148

[2] İsra, ayə 33

[3] Biharul-Ənvar, c.51, sə 30, hədis 8

[4] əl-Ğeybə, Tusi, səh.471, hədis 489

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))