Shia.az SonUmidTv media
sitename

 

Hz. Mehdinin (ə.f) həyatı ilə bağlı suallar hər zaman camaat arasında aktuallığını qoruyub saxlayan məsələlərdənİmam Zamanın (ə.f) ömrü biri olmuşdur. Bəziləri deyir : "Necə ola bilər ki, bir insan neçə əsrlər sağ-salamat və zühuruna qədər qocalmadan yaşaya bilsin?”

Bu sualların mənşəyi "məhdəviyyət” barədə məlumatsızlıq və dini mətnlərdən agah olmamaqdır.

Uzunömürlülük  məsələsinə gəldikdə buna həm keçmiş qövmlərdə, həm də hazırkı dövrümüzdə rast gələ bilərik.

Uzunömürlülük bəşər tarixində qəti şəkildə qəbul olunmuş məsələlərdən hesab olunur. Biz bəzi mətnlərə müraciət etdikdə orada bir çox uzun ömür sahibi olan şəxslərin adlarına rast gəlirik. Qeyd etmək lazımdır ki, uzun yaşamaq təkcə saleh şəxslərə aid olan bir məsələ deyil. Çünki bir çox kafir və zalım şəxslər də uzunömürlü olmuşlar. Məsələn: Şəddad bin Ad 900 il, Ömər bin Amir 800 il, Zuheyr bin Əbbab 300 il, İbni Hubəl bin Abdullah 600 il, Mustəvər bin Rəbiə 330 il, Dureyd bin Zeyd 450 il, Qus bin Ubadə 600 il yaşamışdır.

Saleh şəxslərdən isə Loğman bin Ad 3500 il, İbni Əbi Dünya adıyla tanınan Əli bin Osman 309 il yaşamışlar.

Böyük peyğəmbərlər (ə) arasında da uzunömürlülük adi və təbii işlərdəndir.  Dini mətnlərimizdə də buna işarə edilmiş və misal olaraq Nuh peyğəmbəri (ə) göstərmək olar. Müxtəlif nəzərlərə əsasən Həzrət  Nuh (ə) 1000, 1400, 1700 və ya 1470 və ya 2300 və yaxud da 2500 il yaşamışdır. Qurani-Kərim Nuhun (ə) dəvət müddətinin 950 il olduğunu deyir. Allah-Taala buyurur: "Biz Nuhu (da) öz qövmünə göndərmişdik. O onların arasında min ildən əlli il az qədər (yəni, 950 il) qaldı. (Sonra) tufan onları qərq etdi və onlar zalımlardan oldular”. (Ənkəbut surəsi, 14) Həmçinin digər peyğəmbərlərdən də uzunömürlüləri olmuşdur. Məsələn, Hz. Adəm (ə) 930 il, Hz.Süleyman (ə) 1712 il və ya 1000 il, Hz.Şeys (ə) 920 il, Hz.Hud (ə) 670 il yaşamışdır. Qeyd etdiklərimiz dünya həyatında uzun ömr sürərək yaşayan və sonar da dünyalarını dəyişən peyğəmbərlərlərə aid idi.  Lakin bəzi peyğəmbərlər hətta bu günümzə qədər də sağdırlar. Bunlar Hz. İlyas (ə), Hz. İdris (ə), Hz. İsa (ə) və Hz. Xızırdır (ə).

Hazırkı dövrümüzdə insanın uzun ömür yaşamasına gəlincə isə, müasir tibb elmi uzunömürlülüyün mümkünlüyünü deyir. Alimlər belə düşünürlər ki, bəşər övladı yüz illərlə yaşaya bilər.

Amerikalı həkim Kilord deyir: "Hal-hazırda tibb elmi insanların uzun ömür yaşamasına əngəlləyən maneə və həddləri aradan qaldırmışdır. Bu gün biz ata-babalarımızın və əcdadlarımızın düşündüyünün əksini düşünürük. Biz ümid edirik ki, çox uzun ömürlər yaşayacağıq”. ("Bizim cavabımız”, 17)

Həmçinin Almaniya universitetlərinin başçısı doktor Corc da bu fikirdədir. O latıncada "Sabrolina miskata” adlanan bir bitkinin üzərində tədqiqat aparmışdır. Bu bitki yaşıl milçəyin belində yerləşir və ömrü cəmi iki həftədir. Doktor Corc həmin bitki üçün xüsusi şərait hazırladıqdan sonra onu əkmişdir. Bunun nəticəsində isə bitki iki həftə deyil, düz altı il yaşamışdır. Bu təcrübəyə əsasən biz insan ömrünün də 10920 ilədək uzadıla biləcəyini deyə bilərik. ("Bizim cavabımız”, 20)

Yəni, əgər bəşər bir bitkinin ömrünü iki həftədən altı ilə qədər uzada bilirsə, bu hesabla bir insanın min illərlə və ya daha artıq yaşaması nə üçün mümkün olmasın?

Bu adi bir insan barəsində belə olduğu halda  görəsən elmi-lədunnisi(Allah tərəfindən bəxş olunmuş ilahi elmi), təkvini vilayəti, peyğəmbərlərin (ə) və övliyaların (ə) elmi və mirasları yanında olan bir şəxs barəsində necə olar?

(Adi bir insanın tibb elmi sayəsində və xüsusi tədbirlərlə öz ömrünü artıra bilməsi mümkün olduğu halda, İlahi elmə sahib və Allah tərəfindən qorunub himayə edilən bir şəxsin ömrünün uzun olması nə üçün təəccüblü olmalıdır ki?! Qadir olan Allah məxluqun ömrünü uzatmaqda adi bir həkimdən daha qüdrətli deyil?

İnsan bir neçə il təmizliyinə fikir verməzsə bədəninin tükləri uzanaraq onu tanımmaz hala salar. Tənha qaş olduğu kimi qalıb, nə artar nə də azlar. İl boyu qaşı sabit saxlayaraq çoxlamasını əngəlləyən Allah Hz. Mehdini bizlərdən uzaqda və yaşlanmadan saxlamağa qadir deyilmi?

 

 İmamzaman

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Mehdinin (ə.f) uzunömürlülüyü barədə
Mehdinin (ə.f) uzunömürlülüyü barədə
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
İnsan özünü necə tanıya bilər?
İnsan özünü necə tanıya bilər?
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Daim dəstamazlı olmaq
Daim dəstamazlı olmaq
Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri
Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
Teyyul-ərz nə deməkdir? Necə baş verir?
İmam Zamanın (əf) zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
İmam Zamanın (əf) zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
NAMAZ İLAHİ DƏSTƏKDİR
NAMAZ İLAHİ DƏSTƏKDİR
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
İslam tibb elmini bir cümlədə xülasə etmişdir
İslam tibb elmini bir cümlədə xülasə etmişdir
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
İlahi sevgi
İlahi sevgi
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))