Shia.az SonUmidTv media
sitename
 
Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri (1)

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi.

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Demək olar ki, bütün böyük ərəb qəbilələrinin təmsil olunduğu bu azsaylı dəstənin tərkibində türk, həbəş və fars mənşəli şəxsiyyətlərin də olması tarix kitablarında qeyd edilib. Aşağıda onların barəsində qısa məlumat veririk:

TÜRK QULAM
Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid "türk qulam", "Əsləm" və "Vazeh" adları altında xatırlanır.

Mərhum Şeyx Şəmsüddin "Ənsarül-Hüseyn" kitabında qeyd edir ki, Təbəri türk qulamın adını "Süleyman" yazmışdır. Şeyxüt-taifə Tusi isə "Rical" kitabında yazır ki, İmam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: "Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş". (səh.83)

"Dairətül-məarifi-təşəyyö" ("Şiə ensiklopediyası") kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: "Bəzi mənbələrdən, o cümlədən, "Vəsilətüd-dareyn" kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş". Adı çəkilən "Vəsilətüd-dareyn" əsərində (səh. 100) yazılıb: "Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)". Seyyid Mustafa Hüseyni Dəştinin "Məarif və məariyf" əsərində isə türk qulam "Vazeh" adı ilə xatırlanır.

Məşhur şiə alimi Əllamə Möhsin Əmin "Əyanüş-şiə" kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki – Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş ("Əyanüş-şiə", I, 610-612).

Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, İmam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağışlamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhən¬nəmə vasil etdi. İmam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qulam idi.

Şeyx Abbas Qummi "Nəfəsül-məhmum və nəfsətül-məsdur" kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: "İmam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, İmam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi".

Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: "Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar".

Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin "Tufanül-büka fi məqatiliş-şühəda" əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb:

Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi:

Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?!
Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin!
Get, görüm nəslin qazılsı
 
n, heç nişanı qalmasın,
Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin!

Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər,
Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin!
Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin,
Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət İmam Hüseyn (ə)-a məxsus on iki xüsusiyyət
Həzrət İmam Hüseyn (ə)-a məxsus on iki xüsusiyyət
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri
İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri
Aşura sözünün və bayrağının ucalması
Aşura sözünün və bayrağının ucalması
İmam Hüseynin (ə) qərib mübarizəsi
İmam Hüseynin (ə) qərib mübarizəsi
Bakı və Abşeron üfüqü ilə Oktyabr ayı üçün gündəlik namazların azan cədvəli
Bakı və Abşeron üfüqü ilə Oktyabr ayı üçün gündəlik namazların azan cədvəli
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
İmam Hüseynin gündəlik namazlardan sonra oxuduğu münacat
İmam Hüseynin gündəlik namazlardan sonra oxuduğu münacat
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Bayraq haqqında
Bayraq haqqında
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Novruz və İslam.
Novruz və İslam.
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))