Shia.az SonUmidTv media
sitename

 

 

16 mühərrəmİmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
*****************************************************
Niyə Kərbəlaya "Hair" deyirlər?
*********************************** 
İmam Hüseynin (ə) qəbri üzərində ilk 5 il ərzində tikili olmamışdır. Məzar açıq səma altında qalmışdı. Kərbəla şəhidlərinin cənazəsini dəfn edən Bəni-Əsəd qəbiləsinin üzvləri İmamın məzarının əlaməti olaraq, qəbrin yanında sidr ağacı əkmişdilər.

Mübarək qəbrin üzərində ilk türbəni hicri 66-cı ildə (Kərbəla faciəsindən 5 il sonra) Muxtar tikdirmişdir. Bəni-Üməyyə xəlifələri Əhli-beytlə nə qədər düşmənçilik etsələr də, İmam Hüseynin (ə) məzarına zərər yetirməyə cəsarət etmədilər. Abbasi xəlifəsi Harun ər-Rəşid hakimiyyətə gələndən sonra məqbərəni sökdürdü, müqəddəs məzarın yaxınlığında əlamət kimi əkilmiş sidr ağacını kəsdirdi.
***
Məmun xilafət ərazisini bürümüş üsyanları sakitləşdirmək məqsədilə İmam Rzanı (ə) vəliəhd təyin etdikdən sonra İmam Hüseynin (ə) qəbri üzərində böyük türbə tikdirdi. Lakin onun qardaşı oğlu xəlifə Mütəvəkkil təqribən 40 ildən sonra müqəddəs məzarın yerini nişan verən hər bir əlamətin dağıdılmasına əmr verdi. Tarixçilər Mütəvəkkilin üst-üstə 17 dəfə Kərbəla ziyarətgahını dağıtdığını, lakin hər dəfə camaatın məqbərəni bərpa etdiyini yazırlar. İmam Hüseynin (ə) məzarına qarşı xəyanətlər hicri 236-cı ildən Mütəvəkkilin ölüm tarixi olan hicri 247-ci ilə kimi davam etmişdir (miladi 850-861-ci illər).
***
Mütəvəkkilin Kərbəla ziyarətgahını dağıtmaq fikrinə düşməsini bəzi tarixçilər onun sevimlisi olan müğənni qadının şiə məzhəbinə keçib, Kərbəlanı ziyarət etməsi ilə izah etmişlər. Xəlifə bu hadisədən dəhşətə gələrək, məzarı sökdürməyə əmr verir. Hökumət məmurlarından heç kim belə ağır cinayətin yükünü öz öhdəsinə götürmək istəmədiyindən, Diyzəc adlı yəhudini bu işə təhkim etdilər. Mütəvəkkil göstəriş vermişdi ki, İmam Hüseynin (ə) məqbərəsini dağıdıb məzarını yerlə-yeksan etsinlər, ətrafdakı binaları uçursunlar, torpağı şumlayıb Fürat çayının suyunu ora yönəltsinlər ki, müqəddəs yerlər tamamilə suyun altında qalıb itsin. Lakin əksəriyyəti yəhudilərdən ibarət olan fəhlə dəstəsi yalnız məzarın üzərindəki tikilini sökə bildi. Fövqəl-təbii qüvvələrin maneçiliyi sayəsində onlar İmam Hüseynin (ə) məzarına qarşı heç bir hörmətsizlik edə bilmədilər. Fəhlələr öküzlərə kotan qoşub, torpağı şumlamaq qərarına gəldilər. Lakin heyvanlar müqəddəs məzara yaxınlaşmaq istəmir, fəhlələrə tabe olmurdular. Sanki kimsə onları qovub məzardan uzaqlaşdırırdı. Əlacsız qalan məmurlar Füratın suyunu məzarın üstünə yönəltdilər. Lakin su məzarın yaxınlığına kimi irəlilədi, sonra divarla qarşılaşırmış kimi dayandı. Sanki məzarın ətrafına dairəvi sədd çəkilmişdi. Bu dairə boyunca su qalxır və səviyyəsi yüksəlirdi. Gözügörünməz səddin o biri tərəfinə bircə damcı da su keçmədi. Bu hadisənin şərəfinə həmin ərazini "hair” adlandırmağa başladılar. Yəni bu yerdə su heyran olurmuş kimi öz yerində durmuşdu. (Ümumilikdə, Kərbəla şəhərinə də "hair” deyirlər; bu şəhərdə doğulmuş və yaşayıb-yaratmış bir çox alimlər "Hairi” ləqəbi ilə tanınıblar).

Kərbəlanı dağıtmağa təhkim olunmuş yəhudi Diyzəc buradakı möcüzələri öz gözü ilə görəndən sonra İslamı qəbul etdi. Mütəvəkkil Kərbəlaya gedən yolların üstündə gözətçilər yerləşdirmişdi ki, camaatın ziyarətə gəlməsinə mane olsunlar. Bütün şəhərlərdə car çəkildi ki, İmam Hüseynin (ə) məzarını ziyarət etməyə gedənlərin qanı halaldır. Əsgərlər zəvvarları saxlayıb yarıyoldan geri qaytarır, qarət edir, incidib döyür, hətta öldürürdülər. Lakin bu tədbirlərin heç biri ziyarətçilərin qarşısını almağa qadir deyildi. Müsəlmanlar çox zaman gecə vaxtı əsgərlərin yatmasından istifadə edib özlərini müqəddəs məzara çatdırır və bu məkanı unudulmağa qoymurdular.
***
Mütəvəkkilin oğlu Müntəsir atasını öldürüb hakimiyyətə yetişdikdən sonra Kərbəlaya sayğı ilə yanaşmağa başladı. Onun əmri ilə məzarın üzərində iri məqbərə tikildi. Müsəlmanlar tədricən İmam Hüseynin (ə) məzəranın ətrafında məskunlaşır və Kərbəlanı yaşayış məskəninə çevirirdilər. Kərbəlada məskunlaşmış ilk şəxslərdən biri də İmam Musa Kazimin (ə) nəvəsi Seyid İbrahim Mücab idi.


Natiq Rəhimov

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
KƏRBƏLA TÜRBƏTİNİN MÖCÜZƏSİ  (foto və video)
KƏRBƏLA TÜRBƏTİNİN MÖCÜZƏSİ (foto və video)
İmam Hüseyn (ə) Tomas Karlilin baxışında
İmam Hüseyn (ə) Tomas Karlilin baxışında
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
2016-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər
2016-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər
2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Hüseynin (ə) kəlamlarından seçmələr (1) - Hacı MirCəfər
İmam Hüseynin (ə) kəlamlarından seçmələr (1) - Hacı MirCəfər
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İmam Hadi (ə)   həyatı barədə qısa məlumat
İmam Hadi (ə) həyatı barədə qısa məlumat
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))