Shia.az SonUmidTv media
sitename
İkinci imam Həsən Müctəba (ə)-dır. İmam Həsən və imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı Fatimənin övladları idilər.İmam Həsənin (ə) həyatı Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: "Həsən və Hüseyn mənim övladlarımdır.” Buna görə də Əli (ə) özünün başqa övladlarına buyururdu: "Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə Peyğəmbərin (s) övladlarıdır.”
Həzrət imam Həsən (ə) hicrətin 2-ci ilində Mədinədə doğulmuşdur. O, 7 ildən bir qədər artıq Peyğəmbəri (s) görmüş və onun mehriban ağuşunda böyümüşdür. Anası da Peyğəmbərin (s) vəfatından sonra üç, yaxud altı aydan sonra vəfat etmiş və o, atasının tərbiyəsi altında olmuşdur. 
İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə zahiri xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü.
İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi.
İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və əziz cəddinin kamil nümunəsi idi. Peyğəmbərin (s) sağlığında qardaşı Hüseynlə birlikdə o həzrətin ağuşunda idi. Bəzən Peyğəmbər (s) onları çiyninə mindirərdi.
Sünnü və şiələr Peyğəmbərdən (s) rəvayət etmişlər ki, o həzrət Həsən və Hüseyn barəsində belə buyurub: "Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də imamdırlar.” (Onların zahiri xilafət məqamında olub-olmamalarından asılı olmayaraq, imamət məqamına malik olmalarına işarədir.)
Peyğəmbərdən (s) və həzrət Əlidən (ə) imam Həsənin öz atasından sonra imam olacağı barədə çoxlu hədislər nəql olunmuşdur.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı
İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) gecə namazını qılmağı xüsusilə sifariş edir
Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) gecə namazını qılmağı xüsusilə sifariş edir
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Əhməd ibn əl-Həsən əl-Yəmani adı ilə məşhur yalançı və fırıldaqçı
Əhməd ibn əl-Həsən əl-Yəmani adı ilə məşhur yalançı və fırıldaqçı
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Bu gün Həzrət Zeynəbin (ə) vəfat günüdür
Bu gün Həzrət Zeynəbin (ə) vəfat günüdür
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Quran gecəsi _ İmam Həsən Əskəri (ə)-ın mövludu 08012017
Quran gecəsi _ İmam Həsən Əskəri (ə)-ın mövludu 08012017
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Quran gecəsi _ Həzrət Peyğəmbər (s), İmam Həsən (ə) və İmam Rza (ə)-ın şəhadəti 2811201
Quran gecəsi _ Həzrət Peyğəmbər (s), İmam Həsən (ə) və İmam Rza (ə)-ın şəhadəti 2811201
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
Hacı Rəşad Imam Həsən Əsgəri (ə) mövludu
Hacı Rəşad Imam Həsən Əsgəri (ə) mövludu
12 İmamın adı
12 İmamın adı
Quran gecəsi _ (İmam Həsən Əskəri (ə)-ın şəhadəti) 19122015
Quran gecəsi _ (İmam Həsən Əskəri (ə)-ın şəhadəti) 19122015
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Hacı Samir Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-in şəhadəti
Hacı Samir Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-in şəhadəti
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))