Shia.az SonUmidTv media
» » » Bu gün Vilayət Günəşi İmam Əlinin (ə) mübarək mövlud günüdür
Русская версия сайта Русская версия сайта
sitename

Bu gün Vilayət Günəşi İmam Əlinin (ə) mübarək mövlud günüdür


İslam Peyğəmbəri Həzrəti Muhəmməd buyurur: "Əlini yalnız mömin sevər, onunla yalnız münafiq düşmənçilik edər"

Tarixi sənədlərə əsasən, İmam Əli (ə) "Ammul-fil" -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: "Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!..."


Bu adın mənası "böyük", "yüksək", "uca" deməkdir... İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır.



Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.




İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir.

Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir.


Kimdir Həzrəti Əli?  - sualına bir neçə qısa cavab:
1. Rəsulullahın əmisinin oglu. 
2. Ona ilk iman edən uşaq.
3. Hicrət gecəsi Peyğəmbərin (s) yatağında yorğanı başına çəkib yatan, yəni ölümü gözə alan bir igid.
4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Yəni, tərbiyyəni Rəsulullahdan(s) alıb. 
5. Rəsulullahın kürəkəni. Peyğəmbər (s) nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir. 
6. Elmin qapısı. 
7.Ədalətli xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır... 
8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır...
9. Kəbədə dünyaya göz açan yeganə insan.
10. Rukuda zəkat verən və səcdədə zərbətlənib, şəhadətə çatan.


Mən, ya Rəsulallah!


Rəsulullah harda olarsa, Həzrəti Əli mütləq orada olardı. İman etdiyi 3-cü ilin sonlarında Rəsulullah (s) Allahın "qohumlarından başlayaraq" "açıq dəvət et!" əmrini yerinə yetirmək üçün doğmalarını evinə dəvət edir. Qonaqlıq verir və məqsədini açıqlayır. Əmisi Əbu Ləhəb ona qarşı çıxaraq bu dəvətinə əngəl olur. Rəsulullah (s) 13 yaşlı həzrət Əliyə deyir: "Nə edək, ya Əli?"

Həzrəti Əli "Onları bir daha toplayaq", - deyir. Beləliklə, ertəsi gün həmin qohumlar bir daha toplanır. Rəsulullah bir gün əvvəlki sözlərini təkrar edir, qohumlarından səs çıxmayınca Həzrəti Əli "mən sənə iman etdim, ya Rəsulullah!" deyərkən, orada olan dəvətlilər 13 yaşlı bu uşağın Rəsulullaha əl verməsini lağa qoyub gülmüşdülər. Lakin Allah Rəsulu ona uzanan o əli tutmuş və bir daha da buraxmamışdı. 


Həzrəti Əli o gün "ənə" (mən) deyərək önə çıxdığı kimi hicrətdə də "ənə" deyərək önə çıxmışdı. Daha sonra da ömrünü İslama qurban deyərək peyğəmbərlə döyüşlərə qatılmışdı: Bədrdə, Uhudda, Xəndəkdə... hər birində "ənə, ya Rəsulullah!" deyərək ön sıralarda vuruşmuşdu. İlk iman edənlərdən olduğu kimi hər zaman İslamın öndərlərindən olmuşdu. 


Bədrə əlində bayraq qatıldı, Uhudda qazi oldu, bütün cihadlarda Rəsulullahın yanında yer aldı, ən çətin döyüşlərdə ad-san qazandı.


Qədir Xum hadisəsi və həzrətin İmamətliyi


Hicrәtin оnuncu ilindә hәzrәt Pеyğәmbәr hәcc әmәllәrini yеrinә yеtirmәk üçün Mәkkәyә üz tutdu. Hәzrәt Pеyğәmbәr hәcc әmәllәrini bаşа vurub Mәdinәyә qаyıdаrkәn zil-hәccәnin оn sәkkizinci günü Qәdir-Хum аdlаnаn mәntәqәdә dаyаndı. Çünкi оnа çох mühüm bir vәhy nаzil оlmuşdu. Bu vәhy bütün хаlqа еlаn еdilmәli idi. Hәzrәt Pеyğәmbәr Аllаh-tәаlаnın әmri ilә Әlinin (ә) vilаyәt vә хilаfәtini хаlqа bildirmәli idi. Аyәdә buyurulurdu: "Yа Pеyğәmbәr, Rәbbin tәrәfindәn sәnә nаzil оlаnı хаlqа çаtdır. Әgәr bunu еtmәsәn, Аllаhın risаlәtini yеrinә yеtirmәmiş оlаrsаn ..." 
Hәzrәt Pеyğәmbәr (s) göstәriş vеrdi ki, bütün hаcılаr bir yеrә tоplаnsınlаr. Qаbаqdа gеdәnlәr dаyаndı vә аrхаdа gеdәnlәrin gәlib çаtmаsını gözlәdi. Hаmı bir-birindәn nә bаş vеrdiyini sоruşurdu. Nәhаyәt, intizаr bаşа çаtdı. Hәzrәt hаmının оnu görә bilәcәyi vә sәsini еşidә bilәcәyi minbәrә çıхdı. Әlini (ә) isә öz sаğ tәrәfindә dаyаndırmışdı. Hәzrәt хütbә охuyub, Qurаn vә itrәti hаqqındа tövsiyә vеrdikdәn sоnrа buyurdu: "Mәgәr mö’minlәrin işindә mәn оnlаrın özlәrindәn dаhа irәli dеyilәmmi?" Әrz еtdilәr: "Bәli".


Hәzrәt buyurdu: "Mәn hәr kәsin mövlаsıyаmsа, Әli (ә) dә оnun mövlаsıdır. Pәrvәrdigаrа, оnun dоstunu dоst tut, düşmәnini düşmәn. Оnа yаrdım göstәrәnә yаrdım еt, оnu tәnhа burахаnı аlçаlt". Sоnrа hәzrәt göstәriş vеrdi ki, müsәlmаnlаr dәstә-dәstә Pеyğәmbәrin хеymәsi ilә üzbәüz хеymәyә dахil оlub, Әlini (ә) cаnişinlik mәqаmınа görә tәbrik еtsinlәr. Bеlәcә, hәzrәt Pеyğәmbәr (s) Әlini (ә) öz cаnişini tәyin еtdi vә göstәriş vеrdi ki, bunu еşidәnlәr еşitmәyәnlәrә çаtdırsınlаr.


Әlinin (ə) məhəbbəti və səxavəti 


Hәzrәt hаrаdа bir yеtim görәrdisә, mеhribаn аtа tәk nәvаzişlә оnun bаşını sığаllаyаr, yеmәk vә gеyim аlаrdı. Hәr bir cәmiyyәtin möhkәmliyi оndаkı fәrdlәr аrаsındаkı mәhәbbәt vә cаzibәdәn аsılıdır. Mәhәbbәt vә cаzibә isә pаk vә sаğlаm qәlbdә tәrbiyә оlunа bilәr. Bu sifәtlәrә mаlik оlаn insаn bаşqаlаrınа cаnıyаnаnlıq göstәrir, hәttа оnlаrın аsаyişini öz rаhаtlığındаn üstün tutur. Hәzrәt Әli (ә) mәhәbbәt vә cаzibә mәzhәri idi. О әzаb-әziyyәt çәkir, işlәyir, аlın tәri ахıdır, nәhаyәtdә öz zәhmәtinin qаzаncını yохsullаrа vә imkаnsızlаrа sәrf еdirdi.
Hәzrәt Әli (ә) еhtiyаclılаr üçün böyük bir sığınаcаq idi. Sәхаvәtdә mәşhur idi vә çаrәsizlәrin istәk kәbәsi sаyılırdı. Еhtiyаcı оlаnlаr оnа mürаciәt еdәr, о dа öz növbәsindә fitri nәcаbәti ilә оnlаrа cаvаb vеrәrdi. О, yеtimlәrә аtа, dul qаdınlаrа yаrdımçı, zәiflәrә аrха idi. Хilаfәt dövründә gеcәlәr еvdәn çıхаr, qаrаnlıqdа miskinlәrә vә kimsәsiz qаdınlаrа хurmа vә çörәk аpаrаrdı. Hәzrәt götürdüyü аzuqә vә pulu özünü tаnıtdırmаdаn pаylаyırdı. Bu хеyirхаh insаnı kimsә tаnımаzdı. 


Hәzrәtin mәhәbbәtindәn pаy аlmаyаn yохdur. О, qаtili hаqqındа bеlә buyurur: "Оnunlа xoş kеçinin, аc vә susuz sахlаmаyın"


İbn Әbil-Hәdid dеyir: "Sübhаnәllаh! Bir insаndа bu qәdәr fәzilәt?! Әlinin (ә) şәхsiyyәtinin bәyаnı kimsәnin gücü çаtаsı iş dеyil".


Əli (ə) barədə peyğəmbərin dilindən bəzi hədislər:
Allahın Peyğəmbəri (s): "Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər." (Kənzul-Ummal, hədis 32878)


Allahın Peyğəmbəri (s): "Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar." (Kənzul-Ummal, hədis 32909)


Allahın Peyğəmbəri (s) Əliyə işarə edərək buyurmuşdur: "Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun." (Kənzul-Ummal, hədis 36419)
Allahın Peyğəmbəri (s): "Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır." (Kənzul-Ummal, hədis 32938)


Allahın Peyğəmbəri (s): "Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar." (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125)


Allahın Peyğəmbəri (s): "Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır." (Kənzul-Ummal, hədis 32979)
Allahın Peyğəmbəri  (s): "Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan." (Kənzul-Ummal, hədis 32943)


Allahın Peyğəmbəri (s) Əliyə (ə): "Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur." (Kənzul-Ummal, hədis 32881)
Allahın Peyğəmbəri (s): "Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir." (Biharul-Ənvar, c.36, səh.5, hədis 1)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Övladların hamısına bərabər nəvaziş
Övladların hamısına bərabər nəvaziş
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Leylətul-məbit hadisəsi
Leylətul-məbit hadisəsi
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
“Fаtihә” nә dеmәkdir?
“Fаtihә” nә dеmәkdir?
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))