Shia.az SonUmidTv media
sitename

 İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ

İslam Peyğəmbəri (s) hicrətin 11-ci ilində sonuncu həcc mərasimi zamanı Məkkədə (Ərəfatda), Məkkədən qayıdarkən "Qədi-Xum” çölündə, eləcə də Mədinədə ümumxalqın qarşısında açıq-aşkar əbədiyyətə qovuşacağından xəbər verdi. Həmçinin o həzrət vəfatından bir ay öncə də buyurdu: "Ayrılıq və Allaha dönüş zamanı yaxınlaşmışdır. Bu yaxınlarda Haqqın dəvətini qəbul edəcəyəm. Sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi. Lətif və agah Allah mənə xəbər verib ki, bu iki əmanət "Kövsər” hovuzunda mənə qovuşana qədər, heç zaman bir-birindən ayrılmayacaq. Elə isə, yaxşı düşünün və görün onlarla necə rəftar edəcəksiniz...”

Bir gün Peyğəmbərə (s) xəbər verdilər ki, İslam ümməti sizin vəfat edəcəyinizdən nigarandır. O həzrət xəstə olduğu halda imam Əli (ə) ilə Fəzl ibn Abbasa təkyə edib məscidə yollandı. Allaha həmd-səna etdikdən sonra buyurdu: "Mənə xəbər verdilər ki, siz öz peyğəmbərinizin vəfat edəcəyindən qorxur və nigaransınız. Məgər məndən əvvəlki peyğəmbərlər vəfat etməyib? Bilin ki, həm mən Rəbbimin rəhmətinə qovuşacağam, həm də siz!”

Növbəti gün Peyğəmbər (s) həzrət Əli (ə) və bir dəstə səhabəsinin köməyi ilə "Bəqi” qəbiristanlığına gedib, ölənlər üçün Allahdan məğfirət və bağışlanma dilədi.

O həzrət həyatının son günlərində məsciddə "sübh” namazını qıldıqdan sonra, bir daha müsəlmanlara Allahın kitabı Qurani-Kərim və öz Əhli-beyti haqda tövsiyələr etdi: "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: biri Allahın kitabı, digəri isə Əhli-beytimdir… Onlardan qabağa keçməyin ki, ayrılığa düçar olarsınız və onlarla bağlı səhlənkarlığa da yol verməyin ki, həlakətə yetərsiniz.” Söhbətdən sonra müsəlmanlar Allahın Rəsulunu (s) ağlar gözlə evinə doğru yola saldılar.

Peyğəmbər (s) xəstəlik yatağında ikən qüsl, kəfən və namazını həzrət Əliyə vəsiyyət edəndə, həzrət Əli (ə) dedi: "Ey Allahın Rəsulu! Qorxuram ki, mənim bu işə taqətim çatmasın!” Peyğəmbər (s) imam Əliyə (ə) işarə etdi ki, ona yaxınlaşsın. Həzrət qılıncını, zirehini, üzük və möhrünü imam Əliyə (ə) verib onunla xüsusi olaraq söhbət etdi. ("Ət-təbəqatul-kubra”, İbn Səd, 2-ci cild, səh. 214.)

Peyğəmbər (s) ömrünün son anlarında qızı Fatimeyi-Zəhranın (s.ə.) ağladığını görüb yanına çağırır və ona bir söz deyir. Xanım Zəhra (s.ə.) təbəssüm edir. Xanım Zəhradan (s.ə.): "Peğəmbər (s) nə buyurdu ki, sizin təbəssübünüzə səbəb oldu?” – deyə soruşduqda, xanım Zəhra (s.ə.) atası Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: "Sən Əhli-beytimdən mənə qovuşacaq ilk şəsx olacaqsan.” (Ət-təbəqatul-kubra”, İbn Səd, 2-ci cild, səh. 238.)

Nəhayət, Peyğəmbər (s) hicrətin 11-ci ilinin Səfər ayının 28-də, Mədinə şəhərində imam Əlinin (ə) qucağında ikən əbədiyyətə qovuşdu və "Məscidün-Nəbiyy”ə birləşən evində – dünyasını dəyişdiyi hücrəsində torpağa tapşırıldı.

İmam Əli (ə) "Nəhcül-bəlağə”nin 188-ci xütbəsində Peyğəmbərin (s) əbədiyyətə qovuşduğu anı belə xatırlayır: "Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı, mənim əllərim üzərində ikən ruhu bədənindən ayrıldı və mən (təbərrük olaraq) əlimi üzümə çəkdim. O həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər (bu işdə) mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopartdılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdı. Onların Həzrətə qıldıqları namazın səsi onu qəbrinə qoyana qədər qulağımdan getmirdi. Belə olan halda, kim o həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?!”

Allahın salam və salavatı olsun kainatın ən şərəflisi həzrət Muhəmmədə (s)!

Rza Şükürlü (Maide.az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Səfər ayının son günü
Səfər ayının son günü
Səfər ayının 28-ci günü
Səfər ayının 28-ci günü
Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?
Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Bu gün Həzrət Zeynəbin (ə) vəfat günüdür
Bu gün Həzrət Zeynəbin (ə) vəfat günüdür
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
Tövbə qapısı
Tövbə qapısı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Salavatın fəziləti
Salavatın fəziləti
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))