Shia.az SonUmidTv media
» » » Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Русская версия сайта Русская версия сайта
sitename

Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?Birincisi, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır.
İkincisi, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi.
 
Günəşi hal-hazırda ayıq halda gördüyünüz hardan məlum? Bəlkə də yuxudasınız! – desə, sözsüz ki, buna etina etməyəcəyik, çünki sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil.

 İlk dəfə Peyğəmbərə (s) vəhy nazil olanda haradan əmin oldu ki, bu şeytan təlqini deyildə, ilahi mesajdır? Bu elm və yəqinin qaynağı haradır?
Sualın cavabı aydındır. Çünki, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır. Qeyd edilməlidir ki, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi. Əgər kimsə hal-hazırda günəşi ayıq halda gördüyümüzün hardan məlum olduğunu, bəlkə də yuxuda gördüyümüzü iddia edərsə, şübhəsiz, buna etina edilməz, ona görə ki, sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil.

Əllamə Təbatəbainin – "فَلَمَّا اَتَاهَا نُودِى یَا مُوسَى اِنِّى اَنَا رَبُّکَ” (1); "Atəşin yanına gəldiyi zaman, səs gəldi ki: Ey Musa! Mən sənin Pərvərdigarınam! Ayaqqabıların çıxar ki, müqəddəs Tuva torpağındasan!” – ayəsinin təfsirində dediyinə əsasən, Allah Rəsulu ilk vəhy və risalətlə qarşılaşdığı zaman heç bir araşdırmaya, sübuta və arqument tələbinə ehtiyac duymadan onun Allah tərəfindən gəldiyinə şübhə etmir. Əgər buna ehtiyac olsaydı, vəhy qeybi və vasitəsiz olmaz, əksinə hansısa məntiqi sübut növu və rasional arqument olacaqdı (2).

Buradan aydın olur ki, bəzi hədislərin dediyinə istinadən, ilk vəhy Peyğəmbərə (s) nazil olduğu vaxt Həra mağarasından Xədicənin evinə gəldi və gördüklərini ona danışdı. Davamında buyurdu: "Mən özümdən qorxuram”. Bu mənada ki: (Bunun ilahi vəhy olmadığından qorxuram)! Xədicə ona ürək-dirək verdikdən sonra onu əmisi oğlu Vərəqə ibn Nofəlin yanına apardı. Vəqərə cahiliyyət dövründə xristianlığı seçən şəxs idi. Ərəb və ibrani dillərini bilirdi. O, Peyğəmbərdən (s) gördüklərini izah etməsini istədi. Peyğəmbər (s) də gördüklərini açıqladı. Vərəqə dedi: Bu Musaya (ə) nazil olmuş namusdur (vəhy peyki). Sonra dedi: Kaş sağ qalaydım və qəbilən səni bu şəhərdən qovduqları zaman sənə yardım edəydim (3).

Bu qəbildən olan hədislər sözsüz ki, qondarmadır. Qeyb aləmi ilə aşkar əlaqə yaradan və bütün varlığı ilə həmin əlaqəni dərk edən bir peyğəmbərin Nəsrani kahini Vərəqə ibn Nofəl kimi birinə nə ehtiyacı var? Belə bir vəhyə necə inanmaq olar? Niyə Musa ibn İmran (ə) Tur dağında ilk vəhyi aldığı zaman əsla oxşar şəkkə düşmədi? Halbuki, Musa (ə) ancaq səs eşitmişdi, vəhy mələyini görməmişdi. Görəsən, bütün bunlar vəhyi və İslam peyğəmbərliyini zəiflətməkdən ötrü düşmənin gizli əlinin belə xurafatları yaradaraq İslam kitablarına salmalarına dəlil deyilmi?! (4).

İstifadə edilmiş ədəbiyyat:
1-"Taha” surəsi, 11 və 12-ci ayə.
2-"əl-Mizan fi təfisiril-Quran” (Təbatəbai Seyid Məhəmməd Hüseyn, Qum elm mərkəzinin "Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q.), c. 14, səh. 138
3-Bu məzmunu əhli-sünnənin bir çox hədisçi və təfsirçiləri nəql edib, o cümlədən "Səhihul-Buxari”də Məhəmməd ibn İsmayıl Əbu Əbdillah əl-Buxari əl-Cufi, (tədqiqatçı: Mustafa Dib əl-Bəğa, "Dar İbn Kəsir”, əl-Yəmamə, Beyrut, 1407 h.q. (1987), ikinci nəşr), c. 23, səh. 11469, hədis 6982; "əl-Cəmaius-səhihil-musəmma Səhihul Muslim”, Muslim ibn əl-Hucac Əbul Hüseyn əl-Qüşeyri ən-Nişaburi, tədqiqatçı: Məhəmməd Fəvaid Əbdül Baqi, "Daru əhyait-turasil-ərəbi”, Beyrut), c. 1, səh. 97, hədis 422; "Fi zilalil-Quran”, Seyid ibn Qütb ibn İbrahim Şazli, "Daruş-şuruq”, Beyrut və Qahirə, 1412 h.q. on

yeddinci nəşr), c. 6, səh. 3936 və "XX əsrin ensiklopediyası, "vəhy” maddəsində gəlmişdir.)

4-Ayətullah Nasir Məkarim Şirazinin "Quranın mesajı” kitabından iqtibas edilib. ("Darul-kutubil-İslamiyyə”, Tehran, 1997, doqquzuncu nəşr), c. 1, səh. 231.

Ayətullah əl-üzma Məkarim Şirazinin 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Həzrət Əli (ə) - Uşaqlıq dövrü
Həzrət Əli (ə) - Uşaqlıq dövrü
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Müaviyənin "vəhy katibi" olduğunu iddia edənlərə tutarlı bir cavab
Müaviyənin "vəhy katibi" olduğunu iddia edənlərə tutarlı bir cavab
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?

Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Daha çox oxumaq istəyirsən? )))