Shia.az SonUmidTv media
sitename

Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısıHəzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı
.
Özlərini cəmiyyətin düzəlməsinə, islahına vəqf edən və onların xoşbəxtliyi üçün heç bir səy və bacarıqlarını əsirgəməyən şəxslərə baxdıqda görürük ki, onlar öz vəzifələrini şəfqət, eşq və qayğı hissi ilə yerinə yetirirlər. Şübhəsiz, onlar cəmiyyətdə və insanların qəlblərində öz yerlərini möhkəmləndirmiş və müxatəbləri ilə daha yaxın ünsiyyətdə olurlar. Nəticədə insanlar onlara ehtiram gözü ilə nəzər salır, onlara etibar edir, asanlıqla onların sözlərini və istəklərini qəbul edirlər. İnsanlar elə şəxslərin aşiqidirlər ki, cəmiyyətin islahı və onların çətinliklərinin aradan qaldırılması üçün hayküysüz olaraq çalışırlar.
Əgər bu şəfqətdən doğan, həmçinin riyakarlıqdan uzaq olan xidmət, səmimi və Allah Taalanın razılığını qazanmaq xatirinə olarsa, nəticədə cəmiyyətin xeyrinə olan hərəkətlərində böyük müvəffəqiyyətlərə nail olarlar. 
Bu xüsusiyyət İlahi rəhbərlərdə və cəmiyyətin başçılarında daha xüsusi əhəmiyyətə malikdir.
Qurani-kərim həzrət Muhəmmədin (s) bu gözəl və bəyənilmiş xasiyyətini təqdim edərək Tövbə surəsinin 128-ci ayəsində buyurur:

لقد جاءكم رسول من انفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رءوف رحيم‌

"Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizin (xoşbəxtliyinizi) daha çox istəyir. Möminlərə qarşı çox mərhəmətli və mehribandır.”

Bəzi müxaliflər həzrət Muhəmmədin (s) şəfqət və mehribanlığını onun sadəlövhlüyü hesab edirdilər, peyğəmbərin (s) hətta xatakar insanlara qarşı göz yummasını yanlış rəftar sanmışlar. Onlar peyğəmbərin (s) bütün insanlarla şəfqətli və qayğılı davranışını bəhanə edərək o həzrətə nalayiq sözlər demişlər.
Allah Taala Qurani-kərimin Tövbə surəsinin 61-ci ayəsində buyurur:

وَ مِنهْمُ الَّذِينَ يُؤْذُونَ النَّبىِ‏َّ وَ يَقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيرْ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَ يُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَ رَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُواْ مِنكمُ‏ْ وَ الَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لهَمْ عَذَابٌ أَلِيمٌ

"Onların bəziləri peyğəmbəri incidir və "o, (başdan başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: "o, sizin üçün yaxşı bir qulaqdır. Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizin iman gətirənləriniz üçün bir rəhmətdir”. Allahın peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.”
Sonuncu peyğəmbərin (s) şəfqət və qayğısı o qədər çox idi ki, bəzi vaxtlar qüssə və narahatlıqdan ölüm həddinə yaxın olurdu. 
Həzrət Muhəmməd (s) bəzi müsəlmanların əyrilikləri və günahlara düçar olmaqlarından narahat olurdu. Həmçinin müsəlmanlardan bəzilərinin azğınlıq və cahilliyindən də əziyyətdə və narahatçılıqda idi.
Belə ki, Allah Taala Qurani-kərimin Kəhf surəsinin 6-cı ayəsində həzrət Muhəmmədin (s) şəfqət və qayğısını bizlərə xatırladaraq buyurur:

فلعلك باخع نفسك علی آثارهم ان لم يؤمنوا بهذا الحديث اسفا

"Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirmədikləri təqdirdə onların ( üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?”

Salam olsun şəfqət və mehribanlıq nümunəsi olan həzrət Muhəmmədə -səllAllahu əleyhi və alih.


Rza Əzizoğlu İrəvani

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
İman
İman
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mübahilə günü
Mübahilə günü
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))