Shia.az » XANIMLAR ÜÇÜN » Hicabın tarixi
İslam dini zuhur etməmişdən öncə bəzi xalqlar ve dinlər arasında o cümlədən qədim iranda yahudi dininde və böyük ehtimalla hind xalqı arasında hicab mövcud olmuşdur .Hətta bu hicabın qat -qat çətin və sərt qanunların olmuşdur. Amma cahilliyyət dövründə yəni islamdan öncə ərəblar arasında hicab olmamışdır və islam dini vasitəsi ilə kamilləşmişdir.
Will Dorant «Dünya mədəniyyətlərinin tarixi» adlı kitabda bele yazılır.Əgər yahudi qadını bu qanunu pozsaydı, məsələn, başını örtmədən camaat arasına çıxsa, hansısa kişi ilə söhbət edib danışsa , qonşular səsin eşidərsə kişi arvadına mehriyyə vermədən boşana bilərdi.
Qədim iran xalqı barəsində belə yazır. Zərdüştlərin dövründə qadınların mövqeyi uca idi.Böyük ehtiram göstərilirdi.Onlar azadcasına və üzü açıq şəkildə camaat arasına çıxırdılar. Amma Daryuştdan sonra qadınların mövqeyi xüsusi ilə varlı təbəqə arasında tənəzzülə uğradı.Yoxsul qadınla ictimai məkanlara getib-gəlmək məcburiyyətində olduğundan azadlıqlarını qoruyub saxlaya bildilər.
Cəmiyyətin yuxarı təbəqələrinə mənsub olan qadınlar yalnız örtülü kəcavələrdə çölə çıxa bilirdi. Ərli qadınlar heç bir kişini hətta ata-qardaşlarını belə görməyə haqları yox idi.
Göründüyü kimi qədim iranda mövcud olan hicabın ağır şərtləri olmuşdur.Will Dorant belə hesab edir.Qədim zərdüşt dininin qanunu üzrə qadınların heyz gününlərində bir növ həbs edilməsi hicabın əsas yaranma səbəbi olmuşdur.həmçinin yahudilərdədə bu növ sərt qayda -qanunlar mövcud olmuşdur. Görəsən o bunu nəzərdə tuturki müsəlmanlar arasında hicabın yaranma səbəbini heyz günlərində qadınlara qarşı tətbiq edilən sərt qanunlardır?!
Cavab: xeyr , İslam dini bu növ amansız qanunlara dəstək olmaz, islamda ancaq heyzli qadınları oruc,namaz və bu kimi ibadətlərdən azad edir.İnsanlarla azad şəkildə ünsiyyət qura bilər. Ailə üzvlərindən olan qardaşı və atası məhrəm sayılır.
Təəsüşsüflər olsun ki, belə böyük tədqiqatçı məsələni elə bir tərzdə izah edir ki sanki Mühəmməd (s.ə) öz dövründə qadınların hicab əmri verilməmiş və onlar 1 əsrin əvvəli 2 əsrin sonuna qədər açıq -saçıq gəzmişlər. Bu isə tarixi faktlara ziddir.
Deməli, hicab və ya qadınların örtünməsi islamdan öncədə müxtəlif xalqlar arasında mövcud olmuşdur. İslam dini isə onu ixtira etməmişdir.Hicabın hüdudlarını kamilləşdirərək genişləndirmişdir. Mühəmməd (s.ə.) dövründə qadınlar hicablı idilər ancaq geyimləri naqis tərzdə imiş.
Qızmar günləein birində Mədinə şəhərində cavan bir qadın adəti üzrə baş örtüyünün uclarını arxaya atmış boynu və sinəsi açıq şəkildə keçədən keçirmiş qarşı tərəfdən isə səhabələrdən olan bir cavan gəlirmiş. Qadının gözəlliyi onu elə valeh edir ki gözünü ondan ala bilmirmiş.Qadın başqa küçəyə dönür. Öz yoluna davam edir. Diqqəti bu qadında olan cavan irəllərkən birdən divara sancılmış olan sümük və ya şüşşə parçasına tuş gəlir.Bu zaman üzü -gözü yaralanıb qana bulaşır. Həmin əhvalatı gəlib rəsulallaha danışır. Elə nu zaman «Nur» surəsinin 30 və 31 ayəsi nazil olur.
«Mömin qadınlara söylə! Gözlərini (həvayi-həvəslə) baxmaqdan çəksinlər. Övrətlərini qorusunlar. Aşkar olan miqdardan başqa öz ziynətlərini göstərməsinlər.Baş örtüklərini sinələrinin üstünə salsınlar, ki,( boyunları və sinələri örtülsün)»
Yuxarda qeyd olunan ayə və onun nazil olma səbəbinə əsasən aydın olur ki, hicabı uslam ixtira etməmişdir. Sadəcə olaraq qadınların naqis örpəklərini kamilləşdirmişdir və bəzi ağır adət-ənənələri yüngülləşdirmişdir.
Müəllif: F.Zeynalova
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
5-04-2016, 16:05
3-01-2016, 11:23
27-12-2015, 22:38
22-12-2015, 19:39
20-12-2015, 09:44
10-12-2015, 22:23
10-12-2015, 22:17
31-10-2015, 05:44
1-10-2015, 16:07
30-09-2015, 13:02
15-09-2015, 00:37
27-06-2015, 07:14
7-05-2015, 03:48
2-04-2015, 04:41
1-03-2015, 10:52
28-02-2015, 03:36
23-02-2015, 12:16
10-02-2015, 15:32
10-02-2015, 15:31
10-02-2015, 15:30
10-02-2015, 15:29
10-02-2015, 15:25
12-02-2015, 04:33
4-02-2015, 16:27
27-01-2015, 11:41
24-01-2015, 12:49
17-01-2015, 14:45
17-01-2015, 12:07
21-12-2014, 01:42
19-12-2014, 18:46
19-12-2014, 18:44
19-12-2014, 18:42
19-12-2014, 18:37
19-12-2014, 18:22
17-12-2014, 13:34
16-12-2014, 07:55
Sorğu
Saytdan xoşunuz gəlirimi?