Maddi amillər: Peyğəmbər (s) buyurur: "Ey Əli! Doqquz şey unutqanlığa səbəb olar: turş alma yemək, keşniş yemək, pendir yemək, siçanın ağzı dəymiş şeyi yemək, qəbirüstü yazıları oxumaq, iki qadının arasında yol getmək bədəndən canlını dirini atmaq, boyunun arxasındakı batıqdan qan və durğun suya sidiyə çıxmaq".1 bu barədə Peyğəmbərdən gələn digər hədislər də var
"Beş şey ağ ləkə xəstəliyinə[1] yol açır: çərşənbə və cümə günləri tüktökəndən istifadə etmək, günəşin (birbaşa) şaxıması ilə qızan su ilə dəstəmaz və qüsl almaq, cənabətli halda yemək, aybaşı zamanı qadınla ya- xmlıq etmək, tox ikən yemək".[2]
"Suyu qurtum-qurtum için, birdəfəyə başmıza çəkməyin. Çünki qaraciyərdə narahatlıq yaradır".[3]
"Günün altında oturmaym. Çünki geyimi köhnəldir, bədəni iylədir, gizli xəstəlikləri üzə çıxarır”.[4]
Qeyd: Bu hədis konkret şəraitə, konkret şəxslərə və ya konkret za- man və məkana aid ola bilər, hansı ki həmin hallarda günün şaxıması sözügedən zərərlərə, günvurmaya səbəb olur. Amma zaman və məkan şəraiti və s. uyğun olar, günün şaxıması bədən və ya geyimdən mikrobla- rm təmizlənməsinə səbəb olarsa, bu halda günün şüası faydalıdır. Belə ki təbabət də bu məsələyə diqqət çəkmişdir.
Əmirülmöminin (ə) buyurur:
"Könlündə müxtəlif yeməklərə həvəs (fidanı) əkən cürbəcür dərd meyvələri dərər".[5]
"Yaşamağı yemək üçün yox, yeməyi yaşamaq üçün istə".[6]
"Mədə, xəstəliklərin mərkəzi, pəhriz isə hər dərdin dərmanıdır. Bədənini adət etdiyi qidaya yönəlt. Sağlamlıqla çox yemək bir araya sığ- maz. Kəmağıllıqdan üzücü xəstəlik yoxdur".[7]
"Ət aldıqda şişlərini çıxarın, çünki cüzam damarını oyadır".[8]
"Rahatxanada çox oturmaq babasil (hemorroy) yaradır".9
İmam Baqirin (ə) buyurduğuna görə, hamamda diş fırçalamaq məkruhdur, çünki dişlərin çürüməsinə səbəb olur.10
İmam Sadiq (ə) buyurur: "Duzlanmış qaxac (günəşdə qurudulmuş) ət yemək bədəni məhv edər. Bir çox hallarda isə öldüriicüdür".[9]
Həmçinin başqa bir hədisdə bunu vaxtsız yaşlanmaya səbəb olan bir şey kimi göstərir.[10]
Bu mövzuda İmam Sadiqdən (ə) gələn digər hədislər: "Üç şey bədəni taqətdən salır, bir çox hallarda isə ölümlə nəticələnir: toxqarına hamama girmək, mədə dolu ikən yaxmlıq etmək, qoca qadınla yaxmlıq etmək".[11]
Rəvayətə görə, çox yeyənin bədəni xəstə, qəlbi sərt olar.[12]
"Üç şeyi davamlı surətdə yemək insanı arıqladır: yumurta, balıq və xur- ma çiçəyi".[13]
"Hamamda baş daramaq tükləri zəif və seyrək edir".[14]
İmam Rza (ə) buyurur:
"Mədəsindən əziyyət çəkmək istəməyən kəs yeməyin üstündən (dərhal) su içməsin, yeməyini bitirənə qədər (gözləsin). Kim belə edərsə, məzacı (temperamenti) soyuq olar, mədəsi gücdən düşər, damarlar qida- nm enerjisini sovurmaz".[15]
"Yumurtanı balıqla yemək podaqra[16], qulunc (kürək ağrısı), babasil və diş ağrısma səbəb olur".[17]
"Çiy ət yemək qarında qurd əmələ gətirir".[18]
Qeyri-maddi amillər: İmam Rza (ə) buyurur: "İnsanlar daha öncə heç etmədikləri günah bir iş gördükdə Allah onları yeni və görünməmiş xəstəliklərə yoluxdurar".[19]
İmam Sadiqdən (ə) gələn hədislərdə isə bu barədə deyilir:
"Allah bir peyğəmbər göndərib və ona buyurub: "Qövmünə de "Həqiqətən, Mənim itaətimdə olan bir qövm və ya ailə başına gələn bir müsibət ucbatından Mənim bəyəndiyimə əməl etməkdən dönüb,
bəyəndiyimə əməl etməkdən dönüb, bəyənmədiyiməəməl edərsə onların xoş anlarını naxəşlara çevirərəm
Pis işin onu təsiri pıçağın ətə təsirindən daha surətlidir.
[1] Vitiliqo xəstəliyi (ağ ləkə xəstəliyi də deyilir) - dərinin rəngini itirməsi ilə başlayan və dəridə ağ ləkələr şəklində meydana çıxan dəri xəstəliyi.
[2] "Kitab əl-xisal”, səh. 270.
[3] "Əl-Kafi" c. 6, səh. 381.
[4] ''Əl-Came əs-səğir", c. 1, səh. 450.
[5] "Ğürər əl-hikəm", səh. 484.
[6] "Şərhi-Nəhc əl-bəlağə", İbn Əbu əl-Hədid, c. 20, səh. 333.
[7] "Əd-Dəəvat", səh. 77.
[9] "Əl-Kafi”, c. 6, səh. 314.
[10] "Tühəf əl-üqul", səh. 317.
[11] "Əl-Fəqih”, c. 3, səh. 555.
[12] "Əd-Dəəvat", səh. 77.
[13] "Kitab əl-xisal" səh. 155; "Vəsail əş-şiə", c. 2, səh. 32.
[14] "Əl-Fəqih”, c. 1, səh. 116.
[15] "Bihar əl-ənvar", c. 59, səh. 323.
[16] Orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn və bədənin müxtəlif hissələrində duz yığılması kimi özünü göstərən oynaq və toxuma xəstəliyi.
[17] "Müstədrək əl-vəsail", c. 16, səh. 359.
[18] "Bihar əl-ənvar", c. 59, səh. 323.
[19] "Əl-Kafi". c. 2. səh. 275.
6-04-2015, 07:47
6-04-2015, 07:10
2-04-2015, 04:41
12-03-2015, 04:34
28-02-2015, 14:22
19-02-2015, 04:42
18-02-2015, 03:37
16-02-2015, 04:44
10-02-2015, 15:28
10-02-2015, 15:25
5-02-2015, 16:59
4-02-2015, 16:27
24-01-2015, 17:26
8-01-2015, 15:29
21-12-2014, 05:13
25-12-2014, 09:15
19-12-2014, 18:58
13-02-2015, 15:38
19-12-2014, 18:05
19-12-2014, 06:51
18-12-2014, 14:21
17-12-2014, 14:21
17-12-2014, 13:34
16-12-2014, 22:13
16-12-2014, 07:55
16-12-2014, 04:25
15-12-2014, 07:57
15-12-2014, 07:52
Sorğu
Namaz qılırsanmı?