sitename
» » Sağ-salamatlığın dəyəri
Saytın xəritəsi Saytın xəritəsi

Sağ-salamatlığın dəyəri
.Sağ-salamatlığın dəyəri
İmam Rza əleyhissalam buyurur:

دعوات الراوندي : قال الرضا عليه السلام : رأى علي بن الحسين عليهما السلام رجلا
يطوف بالكعبة ، وهو يقول : " اللهم إني أسئلك الصبر " قال : فضرب علي بن الحسين
عليهما السلام على كتفه ، قال : سألت البلاء قل " اللهم إني أسئلك العافية والشكر
على العافية "

"İmam Zeynul Abidin əleyhissalam bir kişinin Kəbə evini təvaf edərək "Allahım, Səndən səbir istəyirəm” deyə dua etdiyini gördükdə həmin kişiyə yaxınlaşaraq əlinin onun çiyninə qoyub buyurdu: -Sən (belə dua ilə əslində özünə) bəla (müsibət) istəyirsən, (yaxşısı budur ki, belə) de: "Allahım, Səndən sağlıq və salamatlıq istəyirəm və bu sağ-salamatlığa görə Sənə şükür edə bilməyi mənə nəsib et”, çünki sağ-salamatlığa görə şükür etmək bəla (və müsibətə) səbir etməkdən daha yaxşıdır.”
Biharul ənvar 92-ci cild 285-ci səhifə
.
Bildiyimiz kimi səbir üç növdür. İtaətdə səbir, günahlar qarşısında səbir və bəla-müsibət zamanı səbir. İnsanlar arasında səbir kəlməsi əsasən bəla və müsibətlər zamanı onlara dözmək mənasında başa düşülür. Kəbənin kənarında dua edən kişinin Allahdan istədiyi səbir də bəla və müsibətlər zamanına aid olan səbirdir.
Allahdan səbir istəməkdən məqsəd budur ki, başıma gələcək bəla və müsibətlərə səbir edərək dözə bilim. Məlum olur ki, sən bəla və müsibət yoluna qədəm qoymağa çalışırsan, bəla ilə əlaqədar özün üçün hazırlıq görürsən, sanki zəhərin qarşısını alacaq məcun (padzəhr) istəyirsən ki, bəla və müsibət zamanı ondan istifadə edərək bəlanın təsirini azalda biləsən.
Odur ki, İmam Zeynul Abidin əleyhissalam həmin kişiyə xəbərdarlıq edir ki, sən Allahdan səbir istəməklə, əslində özünə bəla və müsibət istəyirsən.
Onun əvəzində belə desən daha yaxşı olar: "Allahım, Səndən sağlıq və salamatlıq istəyirəm və bu sağ-salamatlığa görə Sənə şükür edə bilməyi mənə nəsib et”. Çünki sağlıq və salamatlıq duası həqiqətdə bəla və müsibətin tam əksidir. Hətta Allahdan istə ki, sağ-salamatlığın şükrünü edə bilmək qüdrətini sənə nəsib etsin. Beləliklə Allahdan həm sağlıq və salamatlıq istəyirsən, həm də Allahdan istəyirsən ki, salamatlığın şükrünü sənə nəsib etsin. 
Bunun ardınca imam Zeynul Abidin əleyhissalam buyurdu: "Çünki sağ-salamatlığa görə şükür etmək bəla (və müsibətə) səbir etməkdən daha yaxşıdır.” Ona görə ki, bəla və müsibət zamanı sənin səbir edib dözməkdən başqa çarən yoxdur. Başına bəla və müsibət gəldikdə nə edəcəksən? Dözməkdən başqa yolun yoxdur. Bəla zamanı olan səbirin dəyəri çox deyil, orada dəyər yalnız budur ki, az-zah etməyəsən, üz-gözünü cırmayasan, qışqır-bağır salmayasan, bütün işlərini buraxıb ağlamaq və gilieylənmək ilə gününü keçirməyəsən.
Ancaq Allahın sənə sağlıq və salamatlıq bəxş etməsi zamanı şükür edib etməmək sənin ixtiyarına buraxılıb, sənə qarşı heç bir təzyiq də yoxdur. Şükürün dəyəri səbirin dəyərindən çoxdur. Ona görədə İmam Zeynul Abidin əleyhissalam sonra o kişiyə belə buyurur: "Çünki sağ-salamatlığa görə şükür etmək bəla (və müsibətə) səbir etməkdən daha yaxşıdır.”
Deməli, insan dua etməyin yolu və qaydasını da Allahın vəlilərindən öyrənməlidir. Biz düzgün dua etməyin yolunu bilmirik, Allahın vəliləri əvvəlcə bizim imanımızı mülahizə edir, sonra isə bizə dua etməyin yolunu öyrədirlər. İmamın (ə) həmin kişiyə sözündən məqsəd bu idi: "Sən hara, bəlaya səbir edə bilmək hara!! Allahdan salamatlıq istə. Sonra da sənə verdiyi salamatlığa görə Ona şükür et, çünki sənin bu şükürün sənə bəxş edilmiş salamatlığın artması və davamına da səbəb olacaqdır.


Rza Əzizoğlu İrəvaniскачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
Günahı yüngül saymaq
Günahı yüngül saymaq
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Bəla niyə gəlir ?!
Bəla niyə gəlir ?!
“SANKİ ONU GÖRÜRSƏN”
“SANKİ ONU GÖRÜRSƏN”
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Fitr bayramında Əxlaq dərsi
Fitr bayramında Əxlaq dərsi
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
ZİKRLƏRİN TƏRCÜMƏSİ
ZİKRLƏRİN TƏRCÜMƏSİ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
Hacı Ilkin Imam Zaman (ə.f) fərəc duasi Əzuməl bəla (دعاء الفرج الهي عظم البلاء )
Hacı Ilkin Imam Zaman (ə.f) fərəc duasi Əzuməl bəla (دعاء الفرج الهي عظم البلاء )
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Tövbə qapısı
Tövbə qapısı
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))