sitename
» » » Nigarançılıqdan uzaq olmağın yolu
Saytın xəritəsi Saytın xəritəsi
 
 
Nigarançılıqdan uzaq olmağın yolu
.
Hər bir insan həyatı boyunca bir çox işlərində seçimlər qarşısında qalır. Əksər insanlar Allahın seçimini qəbul etmək istəməyərək məsləhətlərini özləri təyin edirlər. Bu da əksər hallarda sonralar onların öz seçimlərinə görə peşman olmaları ilə nəticələnir.
İmanlı insan Allah etimad etdiyinə görə Onun bütün işlərinin hikmət üzündən olduğunu bilir. 
Aşağıdakı hədisə diqqət edək:

قيل للحسين ( عليه السلام ) : إنّ أباذرّ يقول : الفقر أحبّ إلىّ من الغنى ، والسقم
أحبّ إليّ من الصحّة ، فقال ( عليه السلام ) : رَحِمَ اللهُ تَعالى أَباذَرٍّ ، أَمّا أَنَا فَأقُولُ : مَنْ اتَّكَلَ
عَلى حُسْنِ اخْتِيارِ اللهِ تَعالى لَهُ لَمْ يَتَمَنَّ غَيْرَ ما اخْتارَهُ اللهُ عَزَّ وَجَلَّ لَه

İmam Hüseyn əleyhissalama dedilər: Peyğəmbərin (s) səhabəsi Əbuzər deyərdi ki: -Mənim üçün kasıbçılıq varlı olmaqdan yaxşıdır və xəstəlik sağlamlıqdan daha yaxşıdır. 
Onların sözlərinin cavabında imam Hüseyn (ə) buyurdu: "Allah Taala Əbuzərə rəhmət eləsin. Ancaq mən belə deyirəm: -Allahın istəyinə təslim olan (öz işini Allaha tapşıran) şəxs Allahın onun üçün təyin etdiyi vəziyyətdən başqasını arzu etməz.”
Şərhu İhqaqul-həqq 11-ci cild 237-ci hədis

Bu hədisin bənzəri imam Həsən (ə) və imam ZeynulAbidindən (ə) də nəql edilmişdir. Həmçinin sevimli Peyğəmbərimizin (s) sağ qalan axırıncı səhabəsi Cabir ibn Abdullah Ənsari imam Məhəmməd Baqir (ə) ilə ilə görüşdükdə o da Əbuzər kimi kasıblıq və xəstəlik arzusunda, hətta ölmək arzusunda olduğunu bildirdikdə imam Baqir (ə) buyurur: "biz belə deyilik, biz varlı olsaq insanlara yaxşılıq edirik və kasıb olsaq səbir edirik, sağlam olsaq sağlamlığımızdan Allaha itaət yolunda istifadə edirik və xəstə olsaq Allaha həmd edirik...”
Yuxarıda nəql etdiyimiz hədisdə də imam Hüseyn (ə) öz həyat yolunun Allahın istəyi və seçimi əsasında olduğunu bildirir. Və möminlərə də belə bir düşüncə tərzini tövsiyə edir.
İnsanın mövcud vəziyyətdən narazılığı iki halda baş verir. 
Birinci dəstədən olan insan Allaha daha yaxşı bəndəçilik etmək üçün mövcud vəziyyətin dəyişməsini istəyir, necə ki yuxarıdakı hədisdə Əbuzərin istəyinin biri xəstəlik olduğu bildirilir, Əbuzər ona görə belə düşünür ki, insan sağlam olduqda dünyaya daha çox meyilli olur, çox işin ardınca gedir ki, bu da onu Allahı yad etməkdən saxlayır. Eləcə də varlı olduqda onun Allahdan qəflətdə olması və həmçinin həmin var-dövləti düzgün xərlənməmək təhlükəsi gözləniləndir. 
Deməli, birinci düşüncə Allaha inanan insanlara aid düşüncədir ki, Əhli-beytə (ə) görə bu düşüncə kifayət etmir, tərəqqi etməlidir. Özlərini və bütün işlərini Allaha tapşırmağı bacarmalıdırlar.
İkinci dəstə isə imanı naqis və zəif olan insanlardır. Allaha imanı naqis olan şəxs bütün işlərindən və mövcud vəziyyətindən daima narazılıq edərək şikayətlənir və "kaş başqa cür olaydı” arzusu ilə yaşayır. Nə üçün övladım oğlan olmadı? Nə üçün filan iş mən istədiyim kimi alınmadı? Nə üçün vəziyyətim yaxşı deyil? Nə üçün xəstələndim?
Odur ki, Allahı tanıyan və Onu sevən insan Allahın onunla əlaqədar işlərinə və seçimlərə razılıq gözü ilə baxır, özünü Allah tapşırır və heç bir vəziyyətə görə Allaha etiraz etmir. Belə bir şəxs Allahdan razıdır. İnsan Allahdan tam mənada razı olmayınca Allah ondan razı olmaz.
Məsum rəhbərlərimiz (onların hamısına Allahın salamı olsun) buyururlar: "Biz Əhli-beyt beləyik ki, əgər Allah bizim üçün bəlanı bəyənərsə biz də həmin bəlanı istəyərik, bizim üçün sağlamlıq istəyərsə biz də sağlamlığı sevərik. Allah Taala bizim üçün xəstəlik yaxud sağlamlıq istəyərsə Allahın istədiyiniz biz də istəyirik, Allahın istəyi, seçimi və iradəsi qarşısında heç bir başqa istəyimiz yoxdur.”
Bu mətləb imanlı insanın ruhuna aramlıq və rahatlıq bəxş edir, onu nigarançılıqdan və qəm-qüssədən xilas edir.
Elə isə işlərimizi Allaha tapşıraq, Onun istədiyi işi edək, O bizim üçün nəyi istəyərsə bizim də istəyimiz elə o olsun.
 
 
 
Rza Əzizoğlu İrəvaniскачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Salavat haqda bir sual və onun cavabı
Salavat haqda bir sual və onun cavabı
Müqəddəratımızı həll edən gecə!!
Müqəddəratımızı həll edən gecə!!
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Həzrət Fatimənin (ə) əxlaqı
Həzrət Fatimənin (ə) əxlaqı
Mömində olmayan altı sifət
Mömində olmayan altı sifət
Üç mühüm istək
Üç mühüm istək
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Nəfsin seçimi... .
Nəfsin seçimi... .
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
“SANKİ ONU GÖRÜRSƏN”
“SANKİ ONU GÖRÜRSƏN”
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
ZÖHD
ZÖHD "Zöhd"
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Daha çox oxumaq istəyirsən? )))